319
Bədii zövqün formalaşmasına əcnəbi ədəbiyyat yaxından
kömək etmişdir, çex xalqı alman, polyak, macar
ədəbiyyatı ilə dərindən tanış olmuşlar.
P.O.Qvezdoslov (1849-1921) poeziyasında romantizm və realizmin sintezindən istifadə etmişdir: «Yay
qaçışları», «Sonetlər», «Psalm və himnlər». Xalqın mənəviyyatı onun üçün xüsusi əhəmiyyət kəsb etdiyindən
əsərlərinin əsas ideyasına çevrilmişdir.
S.Y.Vayanski (1847-1916) yaradıcılığının əsasını sosial-psixoloji povestlər təşkil edir. Bu povestlərin hər
biri millilik, vətənpərvər, coşqun hisslərlə doludur: «Liliya», «Uçan kölgələr», «Quru budaq».
S.V.Vayanski yaradıcılığının təsiri ilə yazıb-yaradan qadın şairə T.Vantsova olmuşdur (1857-1842). Ailə-
məişət mövzusunda bir çox əsərlərin müəllifidir. Bir ailənin dramatik faciəsini əks etdirən əsəri «Podramskilərin
yetimi» romanıdır.
Musiqi. Çexoslovakiya musiqi mədəniyyəti Çex və Slovakiya vəhdətində formalaşmışdır.
Burada profes-
sional musiqi yaradıcılarından bəstəkar B.Smetananın, A.Dvorjakın, İ.Fibixanın və b. adlarını çəkə bilərik.
Polşa.
İncəsənət. XIX əsrdə Polşa incəsənəti-Polşa mədəniyyəti tarixində parlaq səhifədir. Bu dövrdə Polşa
siyasi cəbhədə güclü bir dövlət deyildi. XIV əsr Polşa mədəniyyətində vətənpərvərlik ideyaları ön plana
çəkilirdi. Yazıçılar, şairlər, musiqiçilər, rəssamlar daim bu ideyalar üzərində işləyirdi. Belə ziyalılara misal ola-
raq F.Şopeni, Slavatskonu göstərmək olar. Milli vətənpərvərlik hissi Polşa incəsənətində ayrılmaz fikir idi.
Polşanın bədii həyatı mürəkkəb şəkildə inkişaf edirdi. Bu elə bir dövr idi ki, Y.Norblii və A.Oraovski ölkədən
çıxıb getmiş, M.Poqonski və K.Voynakovski vəfat etmişdilər. Bu çətin illərdə incəsənətin ən fəal ocağı Vilna
(Vilnüs) şəhəri idi. Universitetlər bu dövrdə mədəniyyət mərkəzləri sayılırdı (Litva üçün),
eyni zamanda bu
şəhər Polşa mədəniyyətinin də mərkəziidi. Krakovda Mixail Staxoviçi (1768-1825) kəndlilərin həyatından
götürülmüş səhnələr maraqlandırırdı.
Polşa tarixi üçün yeni dövr növbəti onillikdə – 1815-ci ildən sonra başlayır. Əvvəllər olduğu kimi,
Varşavaya mədəniyyətin mərkəzi rolu qaytarılır. Memarlar XVII əsr Polşa klassisizminə arxalanaraq yeni
dövrdə memarlığı daha da inkişaf etdirməyə çalışırlar. Onlar bunu daha mürəkkəb monumental formalarda
işləyirlər. 20-30-cu illərdə şəhərsalma işi gücləndirilir. Bu dövrdə Varşavanın mərkəzi hissəsinin tam şəkildə
formalaşdırılması başa çatır. 1824-1825-ci illərdə Bankov meydanı tikilir. Memarlıq həlli baxımından Bankov
meydanına yaxın olan digər bir tikili Böyük Teatrın yerləşdiyi Teatr Meydanı kompleksi idi.
Bu kompleks
1825-33-cü illərdə Koratsinin layihəsi əsasında tikilmişdir. Koratsinin işləri polyak klassisizminin inkişafında
mühüm rol oynamışdır. XVIII əsr ənənələrinə Yakob Kubitski yaxın olmuşdur. O, 1818-1820-ci illərdə özünün
ən yaxşı əsərlərindən biri sayılan Varşava şəhərində Belveder sarayını inşa edib. Klassisizm başqa ölkələrə
nisbətən Polşa krallığında daha çox qalır. Məs., XIX əsrin ortalarında sırf klassik üslubda işləyən memar Henrix
Markoni (1792-1863) Sakson bağında Potia məbədi Tivalini Xapifladan qüllə tikir. Burjuaziyanın Polşada
çiçəklənməsi ilə əlaqədar olaraq portret janrı Polşada çox geniş inkişaf etməyə başlayır.
Bu dövrdə fəaliyyət
göstərən rəssamlardan biri Varenavalie, rəssam Antoni Brodovski (1784-1832) Paris şəhərində Jerarda təhsil
almış, fransız tipik portretlərini çox gözəl öyrənmişdir. Bu rəssam öz əsərlərində insanın daxili aləmini, onun
hisslərini əks etdirməyə çalışır. Rəssamın ən yaxşı işlərinə misal olaraq Brodovskinin qardaşının portretini
göstərmək olar. Brodovskinin qardaşı da rəssam idi. O, əsasən realistik məişət janrında işləyirdi.
Brodovski eyni
zamanda mifoloji kompozisiyalarda işləmişdir. Buna misal olaraq rəssamın «Edip və Antiqona» (1828) əsərini
göstərmək olar. Bu əsərdə rəssam akademik rəsm rəngkarlığına sadiq qalmışdır. Polyak mədəniyyəti üçün
dəhşətli zərbə çarlığın Varşava və Vilen universitetlərinin bağlanması oldu. 30-40-cı illərdə I mədəniyyət
mərkəzi Qalşaya və Krakov, II isə bir çox polyak ziyalılarının mühacirət etdiyi Paris olmuşdur. Parisdə bu
illərdə yaşayan Mitskeviç öz mili epopeyası olan «Pon Todeuş»u yazmışdır. Bu illərdə Şopenin də maraqlı
əsərləri yaranır. Burada eyni zamanda rəngkarlardan Q.Rodkovski, P.Mixaylovski, P.Kaplin işləmişlər. Bu
dövrdən Fetiks Pivarskinin ətrafında olan bir qrup rəssam çox fəal yaradıcılıqla məşğul olurdu. Pivarski öz
əsərlərinin prototipini xalqın həyatından götürürdü. Pivarskinin yaradıcılığında
romantik istiqamət üstünlük
təşkil edirdi. Onun bir çox tələbələri var idi. Yaradıcılığı XIX əsrin 40-50-ci illərinə təsadüf etmiş rəssamlardan
biri də Henrix Rodakevski (1823-1894) idi. Bu rəssam özünü mahir portretçi kimi göstərmişidr. Onun məşhur
portretlərindən biri atasının portretidir. Parisdə yaşayarkən rəssam «General Q.Dembinski»nin portretini çəkir.
Rəssam generalın obrazını çox kədərli, oturan tərzdə yaratmışdır. Bu portret çox sakit, zeytuni boz rəng
qammasında çəkilmişdir. Polşa incəsənətindən danışanda P.Mixaylovskinin adını çəkməmək mümkün deyil. Bu
rəssam əsil-nəcabətinə görə aristokrat olub. Rəssamlıq təhsili almamışdır. O
tez-tez Fransaya səyahət edir,
oranın ziyalıları ilə görüşürdü. O, ispan rəssamlarından F.Qoyya və D.Velaskesin yaradıcılığını dərindən
öyrənmişdir. Onu rəngkarlıqda dinamik gərginlik cəlb edirdi. Uzun müddət atlar, atlılar və döyüşlər rəssamın
yaradıcılığında sevimli mövzulardan idi. Sonralar rəssam portret janrına müraciət etmiş, bir çox realist portret
əsərləri yaratmışdır. Onun sevimli rəng qamması boz, zeytuni-qəhvəyi, kül rəngi, göy-qırmızı rənglərdən
ibarət
idi. Yaradıcılığının daha da püxtələşdiyi dövrlərdə rəssam daha çox azad manerada işləyirdi. Mixaylovski öz
yaradıcılığında kəndli mövzusuna müraciət etmiş və onun bu mövzuda çəkilmiş əsərləri polyak incəsənətinin
məşhur əsərlərindən sayılır (XIX əsr).
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir