317
Musiqi. Rumıniya musiqisinin taleyi XIX əsrə qədər
knyaz evlərində, saraylarda, monastırlarda və
kilsələrdə həll olunardı. XIX əsrdə xarici opera truppalarının, orkestrlərin qastrolları sayəsində kübar səviyyəli
professional musiqi mədəniyyəti formalaşır. Bəstəkarların yaradıcılığı klassik və erkən romantizm ənənələri
üzərində qurulsa da musiqiçilərdə əsas maraq milli xalq folklorundan geniş istifadə idi.
Hələ XIX əsrdə bəstəkarlar demokratik janrlarda işləyirdilər. Bu dövrün bəstəkarları vətənpərvərlikləri ilə
fərqlənirdilər. Rumıniyanın böyük şəhərlərində musiqi ocaqları açılırdı.
XX əsrin birinci yarısında bəstəkarlıq məktəbi yaradılır. Məktəbin banisi XX əsrin məşhur musiqiçisi
c.Eneskdir. Onun simfonik, kamera əsərləri və «Edip» (1931) operası rumın musiqisinin klassik nümunəsidir.
Məşhur bəstəkarlardan M.Andrikin, D.Kuklinin, M.Joranın da adlarını çəkə bilərik.
Çexoslovakiya.
Təsviri sənət. XIX əsrin sonu-XX əsrin əvvəlində Çexiya xalqının milli
mədəniyyət yaratmaq cəhdi
uğurla qarşılandı və bu istiqamətdə böyük uğurlar əldə edildi.
XIX əsrdə Çexiyada təsviri sənətin yaranması klassik və romantik ənənələrin sintezi, realist portretin,
mənzərə janrının yaranması ilə sıx bağlı olmuşdur. II mərhələ isə heykəltəraşlığın inkişafı ilə bağlı olan
mərhələdir (XIX əsrin sonu).
Təsviri sənətin bu ərazidə inkişafı Praqa Rəssamlıq Akademiyasının əsasının qoyulması ilə əlaqədardır
(1799). Əvvəllər xarici rəssamlar bu Akademiyada dərs desə də, sonradan elə bu Akademiyanın məzunları
xüsusi yerlər tutmağa başladılar. Onların yaradıcılığında əsas yeri klassisizmdən romantizmə keçid tuturdu. Bu
dövrün görkəmli nümayəndələrindən biri Frantiliek Tkadlin olmuşdur. «Aqar və İzmail səhrada», «Enio» kimi
alleqorik əsərləri var. Onun portret irsi daha diqqətəlayiqdir, ən məşhur portretlərindən biri «Yozef Dobrovski-
nin portreti»dir. «Qraf Otokar Çerninin portreti» də bu qəbildəndir.
Onun müasiri olan Antonin Maxek məşhur portretçi olmuşdur. Kompozisiya sadəliyi, insan obrazının
dəqiq təsviri, daxili hisslərin baxışlarda əks olunması onun bütün portretlərinə xas idi. «Heykəltəraş Malinskinin
portreti» (Praqa Milli Qalereyası) və «Yozef Yunğmanın portreti» dövrün görkəmli şəxsiyyətləridir.
Peyzaj
rəngkarlığında böyük nailiyyətləri rəngkar Karel Posta əldə etmişdir. «Körpü ilə peyzaj», «Dəniz mənzərəsi
axşamçağı» onun məşhur peyzajlarıdır.
Digər peyzajçı rəssam Antonin Manes olmuşdur. «Pexiteyi qəsrinin görünüşü», «Palıd», «Buludlar» kimi
mənzərələrin müəllifidir.
Çex boyakarlarından danışarkən 2 rəssamı – Yozef Navratil və Yozef Manesin adlarını xüsusilə qeyd
etmək lazımdır.
Y.Navratil Mesenat Veyxin rezidensiyasını freskalarla bəzəmişdir. Onlar arasında xüsusi dekorativliyi ilə
fərqlənən «Vlastla qızlarının döyüşü» freskasıdır. Bundan başqa o, şah Ferdinandın yay rezidensiyalarını da
freskalarla bəzəməklə məşğul olmuşdur. Yaradıcılığının digər tərəfini məişət janrında işlənmiş əsərləri təşkil
edir – «Musiqi məktəbi», «Beşik», «Küçə musiqiçiləri» məhz bu mövzulu əsərlərdəndir. Onun bir çox
natürmortları vardır. Məs.: «Kəsilmiş portağallar», «Boşqabda balıqlar» və s.
Y.Manes isə əsasən dini-fəlsəfi və ədəbi-tarixi mövzularda əsərlər yazmışdır. «Luka Leydenskinin
ölümü», «Kannda məhəbbət» kimi əsərləri var (Milli qalereya, Praqa). «Səhər nəğməsi», «Beşik nəğməsi», «İlin
fəsilləri» kimi romantik əhval-ruhiyyəli əsərləri böyük ustalıqla ifa olunmuşdur. Onun yaradıcılığında
portretlər
də xüsusi yer tutur.
Onun qardaşı Kvido da tarixi mövzularda əsərlər yaratmışdır. Tarixi janrda işləyənlərdən biri Çerpak
olub. «Quşçular aşırımı keçərkən» əsərində quşçular hərəkatının nümayəndələrini təsvir etmişdir. «Əsirlər»,
«Dalmatın toyu» əsərləri də bu janrda işlənmişdir.
Dövrün digər məşhur rəssamı Pikas olmuşdur. Onun «Rəssam emalatxanasında», «Kəndli daxması»,
«Qoca və ölüm» kimi realistik süjetli əsərləri var. Zadəgan təbəqədən olan Adolf Kosarekin yaradıcılığı üçün
aşağı, sadə insanların həyatının təsviri xarakterikdir – «Külək dəyirmanı», «Kəndli toyu» adlı əsərlər bunu bir
daha sübut edir. O tez vəfat etdiyindən əsərlərinin sayı da azdır. Lakin buna baxmayaraq çex rəngkarlığında
mənzərə janrının inkişafına onun böyük təsiri olmuşdur.
Bundan başqa Y.Marjak öz əfsanəvi və realistik əsərləri, A.Xitussi isə təbiət mənzərələrinin mahir ustası
kimi çex rəngkarlığına daxil olmuşlar.
XIX əsrin sonu-XX əsrin əvvəllərində çex boyakarlığında rəngkar və qrafik kimi fəaliyyət göstərən Miko-
las Aleşin böyük rolu var. Əsərlərinin çoxu onun ev muzeyində saxlanılır. «Quşçunun qəbri üzərində» onun ən
məşhur əsəridir. O, Praqa teatrının foyesi üçün karton üzərində olan eskizlərin müəllifidir. Onun əsərləri roman-
tiklik və ritorika ilə doludur. «Vətən» adlı eskiz foye üçün nəzərdə tutulmuşdur.
Milli teatrın dekor tərtibatında rəssam Frantişisk Jeniliek də iştirak etmişdir. Çex heykəltəraşlığı
rəngkarlıqdan bir qədər arxa planda idi. Dövrün məşhur heykəltəraşlarından klassik
üslubda işləyən heykəltəraş
Vatalov Praxner olmuşdur. Onun ən məşhur işi Praqada Vatska meydanında yerləşən «Valtava» daşdan
hazırlanmış heykəlidir.
XIX əsrin 70-ci illərindən heykəltəraşlıq məktəbi dirçəlməyə başlayır. Salon akademizmindən uzaqlaşan
heykəltəraşlar realistik üsluba meyl yönəldirlər. Bu dövrdə Yozef Vatelov Mıslbek fəaliyyətə başlayır. O, alle-
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
318
qorik heykəllər yaratmaqla məşğul idi. 80-cı illərldən Praqa körpüsü üçün heykəllər yaratmağa başlayır. Daha
diqqətəlayiq heykəl milli teatrın foyesi üçün hazırlanmış, poetik ruhlu «Musiqi» kompozisiyasıdır. Bu dövrün
memarlığı da klassik ənənələrlə bağlı surətdə inkişaf edirdi. Ansambl tikililərinin sayı artır. Şəxsi evlərin və ic-
timai binaların tikintisi çoxalır. Şəhər və şəhərdən kənar villaların tikintisi artır. Milli hərəkatla bağlı olaraq, mil-
li ruh oyanır və bu, 1867-1883-cü illərdə memar Y.Zitek tərəfindən milli teatr binasının tikilməsinə gətirib
çıxarır.
Plan quruluşuna görə fərqlənən tikililərdən Y.Zitekin rəhbərliyi ilə tikilən «Rudolfinium» binasını
göstərmək olar.
XIX-XX əsrlərdə
Slovakiyada da
Çexiyada olduğu kimi, milli mədəniyyət formalaşmağa başlayır. Ölkədə
olan şərait ziyalıları xaricdə təhsil almağa vadar edirdi, bu da Slovak mədəniyyətinə digər ölkələrldən ənənələrin
gəlməsinəsəbəb olurdu. Çoxları Macarıstanda təhsil alanlar idi. Buna görə də təsviri sənətin bütün sahələri ma-
car təsviri sənəti ilə bağlı inkişaf edirdi.
Memarlıqda klassik üslub aparıcı üsluba çevrilmişdi. Məşhur klassisist memarlardan A.Povolnı, İ.Feyqler
kimilərinin adını çəkmək olar.
Heykəltəraşların fəaliyyəti Vyana və Budapeştlə bağlı idi. Vavritsa Dunayski yaradıcılığını Budapeştlə
bağlamış heykəltəraşlardan idi.
Boyakarlıq məktəblərinin inkişafı olduqca ləng gedirdi. Yerli boyakarlıq məktəbləri Bratislava və Kaint-
sada yerləşirdi. Bu cür məktəblərdən birinin banisi rəngkar Daniyalı Yan Yakub Stunder olmuşdur.
Slovak rəngkarlığının inkişafında Y.B.Klemens, V.Klimoviç kimi rəngkarların böyük rolu olmuşdur.
Y.B.Klemens məşhur portret ustası kimi tanınmışdır.
V.Klimoviç portret janrında «Qocanın başı», «Qoca qarının başı» (Slovakiya Milli qalereyası) kimi
portretləri işləmişdir. Əsasən kəndli obrazları yaradırdı.
Məişət və portret janrını inkişaf etdirən rəssamlardan Kornel Boqun olmuşdur.
Onun əsərlərinin bir çoxu
Slovakiya Milli qalereyasında saxlanılır.
Lirik və poetik əsərlərlə mənzərə janrını Slovakiyada inkişaf etdirən Lodislav Mednyaski olmuşdur. Onun
poeziyası təkcə Polşada deyil, digər ölkələrdə də geniş yayılmışdır.
Ədəbiyyat. 1848-ci il inqilabı yatırıldıqdan sonra bir çox siyasi dəyişikliklər baş verir, repressiyalar
nəticəsində radikal demokratlar həbsə məruz qalırlar.
İnqilabi, satirik, publisistik əsərlərin əhəmiyyəti olduqca artır.
İ.V.Freç (1829-1890). Şerlərinin çoxu o, həbsdə olarkən yazılsa da, yalnız 25 il sonra çapa izn alır və
«Qaladan məktublar» adı altında nəşr olunur.
K.Y.Erben (1811-1862) XIX-XX əsrlərdə ballada janrının ən görkəmli nümayəndəsidir. «Çələng» adlı
kitabında milli ruh, vətənpərvərlik hissləri duyulur. B.Neletsova (1820-1862) çex ədəbiyyatında nəsrin banisi
hesab edilir. Yazıçı olmaqla yanaşı o, görkəmli publisist, vətənpərvər və demokratik ideyaların müəllifi kimi də
çıxış etmişdir. «Nənə»
povestini yazmaqla o, ilk dəfə çex ədəbiyyatına monumental, lirik kəndli obrazı
gətirmişdir. Bu obraz xalq müdrikliyinin simvoluna çevrilmişdir.
XIX əsrin 60-80-cı illərində çex ədəbiyyatında
realizm ünsürləri yaranmağa başlayır. Realizmin
yaranması bir çox ideyaların açılmasına kömək etdi. Realizmin görkəmli nümayəndələri İ.V.Siadeka (1845-
1912), S.Çexa, V.Qallepa, Y.Neruda olmuşlar.
Y.Neruda (1834-1891) şair, dramaturq, publisist, ədəbi tənqidçi kimi fəaliyyət göstərmişdir. Çex teatrına,
musiqisinə, təsviri sənətinə dair bir çox məqalə və resenziyaların müəllifidir. Onun hekayələri «Arabeskalar»
adı altında nəşr olunmuşdur.
«Bosyaş» povestində ilk dəfə xalq kütləsinin alman təbəqəsini təsvir etmişdir.
Poeziya janrında yazılmış əsərlərinə «Şerlər kitabı», «Kosmik nəğmələr», «Ballada və romanslar» aiddir.
Nəsr inkişaf etməyə başlayır, onun aparıcı motivi burjua cəmiyyətində olan meşşanlığın ifşası olur:
«Dünyanın mələyi», «Frantina». Nəsrin ilkin nümayəndələrindən biri A.İrasek olmuşdur (1851-1930).
Romanlarının bir çoxu tarixdə baş vermiş hadisələrlə bağlıdır. Ən çox kəndli üsyanları təsvir olunmuş əsərləri:
«Skalani» və «Psoxqlavbsi»dir. Bir çox əsərlərində isə o, quşçular hərəkatını təsvir etmişdir: «Bizdə»,
«Qardaşlıq».
XIX əsrin sonu-XX əsrdə çex
poeziyası öz çiçəklənmə dövrünü keçirir. Bir çox yazıçılar da hərdən bu ja-
nra müraciət etmişlər. Qalena, Neruda, Sladena. Vixmetski kimi yazıçıların bu janrda şerlər kitabları nəşr
olunmuşdur. «Axşam nəğmələri», «Təbiət» buna nümunədir.
Slovak ədəbiyyatı XIX-XX əsrlərdə buradakı tarixi şəraitlə əlaqədar digər mədəniyyət
sahələri kimi ləng
inkişaf edirdi. Yaranan əsərlərin çoxu romantizm cərəyanı ilə sıx əlaqədar idi. Romantizmin ən parlaq nümunəsi
Y.Bottonun (1829-1881) yazdığı «Yanamkonun ölümü» əsəridir. Bu əsərdə müəllif slovak ədəbiyyatında ilk
dəfə olaraq quldur obrazına müraciət etmişdir.
Folklor janrını yaradıcılıqlarında inkişaf etdirən ədəbiyyatçılar A.Sladkoviç və S.Xalunka olmuşlar.
Romantik nəsr az da olsa yayılmışdı. Y.Kalinçak bu janrı inkişaf etdirirdi. «Məhəbbət və qisas», «Rahib»,
«Serkilər» onun ən məşhur əsərləridir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir