Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   245

 
95
rifah və  dəyərlərin ailədən kənarda bölünməsinə  nəzarət edənlərdir.  İbtidai cəmiyyətdə bunlar ovçular, kənd 
təsərrüfatında – hərbi aristokratiya, sənayedə isə – siyasi, iqtisadi və hərbi bürokratiya idi. 
Ekoloji şəraitin və əmək alətlərinin uşaq doğumu və tərbiyəsi ilə alaqədə ovçuluq və meyvə yığımı, toxa 
ilə əkin, heyvandarlıq, əkinçilik və sənaye inkişafına əsaslanmış beş növ cəmiyyətdə gender stratifikasiyasının 
formalaşmasına təsirini izah edən nəzəriyyə həmin adları çəkilən üç prinsipə əsaslanır. 
Ovçuluq və meyvə yığımına əsaslanan ibtidai cəmiyyətdə başlıca əmək aləti taxta nizə və daş idi. Həmin 
alətlərin köməkliyi ilə əldə edilən qida insanların kiçik qruplarla, əsasən 50-yə yaxın adamın birlikdə yaşaması 
ilə şərtlənirdi. İri heyvanları ovlamaqla məşğul olan kişilərin əti bütöv qrup daxilində bölüşdürə bildiyi, lakin 
uşaqlarla birgə giləmeyvə və qoz-fındıq yığan qadınların isə bununla yalnız öz ailəsini təmin edə bildiyi üçün 
kişilər daha böyük hakimiyyətə  və nüfuza sahib idi. Ovun yeganə qida mənbəyinə çevrildiyi sosiumlarda isə 
kişilərin üstünlüyü güclənirdi. Kişinin bir neçə ailə saxlamasına imkan verməyən  ərzaq çatışmazlığı belə 
cəmiyyətlərdə poliqamiyanı nadir hadisəyə çevirirdi. Ovun kobud fiziki qüvvədən daha çox səbir, çeviklik, 
birgə hərəkət tələb etməsinə baxmayaraq, qadınlar ov ustalığına yiyələnə bilərdi. Lakin onlar ibtidai cəmiyyətdə 
bu nüfuzlu fəaliyyət növü ilə  məşğul olmurdu. Məsələ onda idi ki, yüksək ölüm səviyyəsi ilə bağlı olaraq 
qadınlar öz həyatının əksər hissəsini uşaq doğmağa və övladını yaşatmaq üçün bəzən 4 yaşa qədər onu döşü ilə 
yedizdirməyə  sərf edirdi. Bütün bunlar qadının evdən kənarda qeyri-müəyyən vaxt keçirməsini tələb edən 
ovçuluqla məşğul olmasını mümkünsüz edirdi. 
Beləliklə, əhali hasilatına olan ehtiyac qadını ona hakimiyyət və nüfuz gətirən fəaliyyət növləri ilə məşğul 
olmağa imkan vermidi. 
Həyatı  təmin edən prinsipcə yeni əsasa – əkinçiliyə keçid əhalinin artımı, iqlim dəyişiklikləri və 
ovçuluğun insanları  ərzaqla təmin etmək nöqteyi-nəzərindən səmərəliliyinin tədricən azalması ilə bağlı idi. 
Başlıca ov obyekti olan iri məməlilərin populyasiyasının istehsal səviyyəsi insanların onları ovlamaq 
tələbatından geri qalmağa başladı. Torpağın vəziyyəti və iqlim baxımından  əkinçilik üçün əlverişli  şəraitin 
yarandığı bölgələrdə yemin azlığı ucbatından insanlar daha oturaq həyat tərzinə keçməli və torpağın  şərti 
vahidindən əldə olunan yemin böyük miqdarı ilə bağlı həmin fəaliyyət növü ilə məşğul olmağa başladılar. Taxta 
əkin vasitələrinə əsaslanan primitiv toxalar 9000 il əvvəl Avrasiyanın Afrika ilə kəsişdiyi yerdə meydana gəldi. 
Taxta toxanın primtivliyinə və torpağı yaxşı belləməyə imkan verməməsinə və buna görə də insanları hər neçə 
ildən bir yaşadığı yerlərdən köçüb getməyə və yeni, məhsuldar torpaq axtararaq ovçuluqla, meyvə yığımı ilə də 
məşğul olmağa məcbur etməsinə baxmayaraq əkinçilik daha bol yem əldə etmək və bununla əlagədar birlikdə 
sabit sayda yaşayan insanların miqdarını 95-ə çatdırmaq imkanı yaratdı. 
Daha yaxşı inkişaf etmiş toxa ilə becərmə üsulu 6000 il əvvəl metal alətlərin yaranması ilə meydana 
çıxdı. Belə cəmiyyətlər Amerikada, Asiya və Avropada yarandı. Yemin miqdarının artması birliklərin sayının 
60 dəfə çoxalmasına səbəb oldu. Metal alətlərin icad edilməsi tədricən ehtiyatların artmasına, sabit iqtisadi 
əlavənin yaranmasına,  əmək bölümünün dərinləşməsinə  və bununla da sosial bərabərsizliyin yaranmasına 
gətirib çıxardı. Bununla da müasir sosial stratifikasiyanın  əsası qoyuldu. Bundan başqa, metaldan olan silah 
müharibəni daha səmərəli və  əlavə  məhsulun artması baxımından daha sərfəli etdi. Fəaliyyət növlərində 
prioritetlərin dəyişməsi gender stratifikasiyasında prinsipal dəyişikliklərə səbəb olmadı. Əgər primitiv toxa ilə 
becərmədə kişilər torpağı biçin üçün inhisarlaşdırmışdısa, daha inkişaf etmiş və irəli gedən cəmiyyətlərdə onlar 
müharibə aparılmasını inhisarlaşdırdı. Və yenidən maddi nemətlərin bölüşdürülməsi ilə bağlı qadınlar üzərində 
üstün hüquq əldə etdi. 
Gender stratifikasiyası ilə bağlı eyni mənzərə dağlıq landşaft, müntəzəm quraqlıq yaxud qısamüddətli isti 
mövsüm ucbatından  əkinçiliyin səməsiz olduğu üçün əsas yaşayış  mənbəyini heyvandarlıqda görən 
cəmiyyətlərdə də müşahidə olunurdu. İnsanı evdən uzun zaman ayrı salan həm heyvandarlıq, həm də müharibə 
hamiləliklə və südəmər uşaqlara qayğı ilə bir yerə sığmırdı və buna görə də kişilər yenə də maddi nemətlərin 
istehsalında və bölüşdürülməsində üstünlüyə malik olurdular. 
Metal xışdan istifadəyə əsaslanan əkinçilik mövcud gender stratifikasiyanı möhkəmlətdi. Bundan savayı, 
bütün sənaye cəmiyyətlərində kişi və qadın davranışını təyin edən qanun, ənənə, stereotip və normalar şumlu 
əkinçilik dövrlərindəki çarlıq və imperiyalardan miras qalmışdı. Şumlu əkinçiliyin qadın statusuna təsiri özünü 
təkcə onun istehsalatda iştirak payının evdən çox aralı çöllərdə işlədiyi üçün azalmasında göstərmirdi. Yüksək 
məhsuldarlığa malik olduğu üçün şumlu əkinçilik torpağı əsas miras və var-dövlət növünə, monoqamiyanı isə 
varislərin sayı üzərində ciddi nəzarətin vacibliyi üzündən kəbinin  əsas növünə çevirdi. Buna görə  də 
kəbindənqabaqkı  və evli insanın davranışı  cəmiyyətin nəzarətinə alındı. Həmin nəzarət alətləri isə qanunlar, 
ənənələr və ictimai rəy oldu. 
XIX  əsrdəki sənayeləşmə Avropada şumlu  əkinçilik dövrünə son qoydu. Maşınların yaradılmasının 
sürətli irəliləyişi kişilər və qadınlar tərəfindən yerinə yetirilən iş növlərini də  dəyişdi. Zavod sistemi şəhərdə 
muzdlu işçi sinfi yaratdı və kişilərin işdəki davranışını dəyişdi. Artan əlavə məhsulun ədalətli bölümü uğrunda 
hərəkat başlandı ki, burada başlıca rolu kişilər oynadı. Qadınlara gəldikdə isə sənayeləşmənin və fabrik-zavod 
istehsalının törətmiş olduğu  əmək bazarına onların gəlişi üç meylin – ölüm səviyyəsinin azalması, 
savadlanmanın yayılması  və  uşaq doğumunun azalmasının təsiri altında qadının həyat  şəraitinin dəyişməsi 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə