Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   245

 
97
ailədaxili çərçivədə deyil, həm də ictiami bölümü səviyyəsində, cəmiyyətin  əmək fəaliyyətinin bütün 
səviyyələrində tapır. Cəmiyyətin keçdiyi tarix boyu formalaşmış qadının ailə qisməti nəzəriyyəsi onun əsarəti və 
istehsal sahəsində əzilməsinə əsas vermişdir: yaşayış üçün qazana bilmək imkanı ona yaxşılıq, iltifat kimi, qadının 
professional karyera etmək yaxud yüksəködənişli və nüfuzlu məşğulluq sahələrə daxil olmaq cəhdi isə olduqca 
ciddi, bəzən də qarşısıalınmaz maneələrlə qarşılaşır. Hər dəfə əməyin ayrı-seçkili bölümü özünü göstərir: müasir 
iqtisadiyyat və  əsas idarəetmə sistemi sahələrində qadından daha çox qazanmaq imkanı olan kişilərə üstünlük 
verilir; qadına münasibətdə isə çox vaxt «qalıq prinsipi» adlanan prinsip işə düşür ki, nəticədə qadın onun üçün 
əsasən ənənəvi sayılan, daha az ödənişli və az nüfuzlu səhiyyə, təhsil, məişət xidməti, sosial təminat sahələrində 
işləməli olur. Əməyin ictimai bölümündəki ayrı-seçkilik özünü yalnız fəaliyyət dairələrinin «kişi» və «qadın» 
səhələrinə bölünməsində deyil, həmçinin «qadın»a aid kimi nəzərdən keçirdiyimiz sahələrdə də rəhbər vəzifələrə 
əsasən kişilərin: məktəb direktorları, baş həkimlər, sosial təminat sahəsini idarə edənlər və s. təyin olunmasında 
göstərir. Qadın və kişinin ixtisas yüksəlişindəki mövcud fərqlərin əsasında cəmiyyətin analoji şəraitdə həm onun, 
həm də bunun qarşısında qoyduğu müxtəlif tələblər durur. Karyera pilləsi ilə irəliləmək istəyən qadın  ənənəvi 
olaraq kişilərə aid edilən sırf kişi keyfiyyətləri nümayiş etdirməlidir: rasionallıq, təcavüzkar aktivlik, dönməz 
xarakter və s. – özü də  həmin vəziyyətdə kişidən tələb ediləndən qat-qat artıq dərəcədə. Bu zaman qadının 
professional fəaliyyətdə və karyerada nail olduğu uğurları çox zaman onun malik olduğu bacarıq və biliklə deyil, 
cürbəcür səbəblərlə izah edirlər; uğursuzluqlar isə onun cinsi mənsubiyyəti ilə əlaqələndirilir. Qadının peşə yük-
səlişinə neqativ münasibətin digər amili onun ailədəki vəzifələrinə  cəmiyyətdə kök salmış münasibətdir. Bir 
tərəfdən, qadın üçün peşəkar fəaliyyətin yox, ailədəki vəzifəsinin əsas yer tutması ilə bağlı stereotip özünü büruzə 
verir. Digər tərəfdən isə, evli qadının həmin vəzifələri (ilk növbədə ana qayğıları) çox vaxt onun bir işçi kimi
üstəlik də rəhbər işçi kimi fəaliyyətinin nəticəsinə mənfi təsir göstərə bilən və onu nüfuzdan sala biləcək vəziyyət 
kimi qəbul edilir. 
Gender bərabərsizliyinin əmək sahəsindəki başqa bir problemi iş yeri təşkil edilərkən qadın orqanizminin 
bioloji xüsusiyyətlərinə faktiki olaraq məhəl qoyulmamasıdır. Kişi ilə müqayisədə qadın əməyinin mühafizəsi 
və onun iş  şəraitinin yaxşılaşdırılması qadınların tam professional fəaliyyətinin vacib şərtidir. Burada ilk 
növbədə söhbət qadın səhhətinin müdafiəsindən, reproduktiv sistemin zərərli istehsalat amillərinin təsirindən 
qorunmasından gedir. Qadın əməyi xüsusi, daha diqqətli təşkil, normalaşma və təminat üsullarına ehtiyac duyur. 
Qadın orqanizmi səs, vibrasiya, temperaturun kəskin dəyişməsi, toz, natəmiz hava, zəif işıq, monoton əməliyyat 
ritmi, ağır əşyalarla iş kimi xoşagəlməz amillərə kişi orqanizmindən daha tez reaksiya verir. Buna görə də müx-
təlif avadanlığın layihələşməsi və hazırlanması zamanı qadın orqanizminin xüsusiyyətlərinin nəzərə alınmaması 
və  bəzi  əmək növlərində xüsusi iş normalarının olmaması ona pis təsir edir. Həmin amillərin neqativ təsiri 
lazımsız enerjinin sərfində, iş qabiliyyətinin azalmasında, əsəb sisteminin pozulmasında özünü büruzə verir.  
Bütün bunlar onu deməyə imkan verir ki, əmək və ailə-məişət sahələrində sosial təşkil olunmuş gender 
münasibətləri sistemi qadının öz bilik və bacarığını aşkar etmək baxımından başlanğıc imkanlarını məngənəyə 
salır. Bu səhədə mövcud olan problemlər heç də qadının istehsalat sahəsinə daha fəal daxil olması, onun əmək 
fəaliyyətinin və ailə yükünün optimal birliyi məsələsi deyildir. Gender stratifikasiyasında qadının statusunun 
tam professional irəliləyiş, layiqli sosial qəbul, hərtərəfli yaradıcılıqla məşğul olmaq baxımından dəyişməsi 
üçün cəmiyyətdəki bütün sosial institutların müntəzəm, məqsədyönlü, sistemli fəaliyyəti gərəkdir. Onu da əlavə 
edək ki, yuxarıda adı  çəkilən gender bərabərsizliyi problemlərinin bir çoxu ayrı-ayrı sosial şəraitdə müxtəlif 
kəskinliklə özünü göstərir. Belə ki, inkişaf etmiş yüksək bazar iqtisadiyyatına və  əməyi yüngülləşdirən 
texnologiyaya, yüksəktəşkilli əmək bazarına, olduqca yüksək gəlirin müxtəlif formalarına, yüksək inkişaf etmiş 
büdcədənkənar sosial təminat mənbələrinə  və aktiv sosial siyasətə, tərəqqi edən demokratik hakimiyyət və 
vətəndaşların siyasi iştirak institutlarına, özünün demokratik meyilli siyasi-hüquq norma və  dəyərlərinə malik 
postsənaye ölkələrində  əmək və ailə-məişət sahəsində gender stratifikasiyasının adı çəkilən problemlərini həll 
etmək üçün olduqca əlverişli şərait yaranmaqdadır. Məsələn, həmin ölkələrdə orta və yüksək gəlirli ailələrdən 
olan kişilərin  əksəriyyəti öz xanımlarının aktiv şəkildə pul qazanmaq və ya öz yaradıcılıq imkanını hansısa 
başqa sahədə (sosial proqramlar, xeyriyyəçilik, elmi fəaliyyət və s.) tətbiq etmək imkanına olduqca normal və 
rəğbətlə yanaşırlar. Eyni zamanda ailədaxili işin paritet şəkildə bölünməsi üçün lazımi qədər güclü sövqedici 
motivlər yaranır. Totalitar siyasi rejimli və müvafiq surətdə istiqamətlənmiş sosial-iqtisadi institutları olan, 
həmçinin də totalitarizmdən demokratiyaya və bazar iqtisadiyyatına keçid dövrünü yaşayan ölkələrə  gəldikdə 
isə burada gender bərabərsizliyinin deyilən sahələrdəki vəziyyəti optimist qiymətləndirmədən olduqca uzaqdır. 
İqtisadi böhran, istehsalat səviyyəsinin aşağı enməsi, işsizliyin artması, sosial proqramların ixtisarı, bütün 
sahələrin yöndəmsiz dövlət idarəetmə sistemindən güclü şəkildə asılı olması  və sosial gərginlik mahiyyətcə 
patriarxat gender stratifikasiyasının rolunu bir çox şeydə dərinləşdirir. 
Genderin sosial qurulmuş fenomeninin başqa bir vacib aspekti qadının siyasi sahədə rolu və yeridir. 
Qadının faktiki olaraq siyasətin formalaşmasından və dövlət aparatının fəaliyyətinə nəzarətindən aralı düşməsi 
postsovet məkanında olduqca geniş yayılmış bir vəziyyət idi. Belə  vəziyyətin səbəblərindən biri keçid 
cəmiyyətlərində iqtisadi, sosial və siyasi sistemlərdəki dəyişikliklərin o şəraitdə baş verməsidir ki, heç də bütün 
sosial qruplar öz siyasi marağını  dəqiq söyləməyi və eyniləşdirməyi bacarmır. Qadına qarşı münasibətdə bu 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə