91
Məlum olduğu kimi, XX əsr boyu dünyadüzəmin quruluşunda zəngin mərkəz və yoxsul perefiriyanın
arasında
qeyri-bərabərliyi doğruldan, ideya jəhətdən əsaslandıran liberalizm idi. Hamı ümidvar idi ki, siyasi
jəhətdən azad olan millət düzgün (kapitalist və ya sosialist) iqtisadi inkişaf yolu seçərək mütləq uğur əldə edəjək
və qüvvətli dövlətə çevriləjəkdir. Bu gün bəşəriyyətin bu qədildən olan liberal ümidləri boşa çıxıb. Alimlərin
proqnozuna görə dünyadüzəmin «geomədəniyyəti» yaxın bir zamanlarda böyük dəyişikliklərə məruz qalajaqdır.
Qlobal mədəniyyət. Maraqlıdır ki, qloballaşma mədəniyyətinin mümkünlüyü və səmərəsi bir çox fəlsəfi
jərəyanlarda, müxtəlif yanaşmalarda, xüsusilə də dekonstruksiya, postmodernizm, postkolonialzim,
poststrukturalizm və ayrı-ayrı kulturoloci tədqiqatlarda inkar olunur. Bütün təlimlər
qloballaşma mədəniyyətinin
nə dərəjədə arzu olunan olması barədə suala javab verməyə istiqamətləniblər. Tarixdən məlumdur ki, bəşər
mədəniyyətinin hər bir mərhələsində qlobal mədəniyyətin yaradılmasına səylər göstərilmişdir. Universallıq
olmadan heç bir akademik elm öz mövjudluğunu əsaslandıra bilməz. Bununla yanaşı, bildiyimiz kimi,
informasiya inqilabı jəmiyyətdə qüvvələrin ənənəvi mövqeylərini dəyişib. İnformasiya inqilabı vahid dünya
informasiya ijtimaiyyəti haqqında ideyaların irəli sürülməsinə təkan verdi. Həmin təlimlərdə, xüsusilə də
İnformasiya jəmiyyəti haqqında təliminin əsaslarının formalaşmasının ilkin mərhələsində etnomədəni
xüsusiyyətlər, millətlər və milli münasibətlər, milli adətlər
sanki inkar olunur, vahid iformasiya məkanı, milli
sərhələr olmayan yeni sivilizasiyalar haqqında fikirlər irəli sürülürdü. Eyni zamanda yaranan yeni mədəni
reallığa zidd olaraq XX əsrin ikinji yarısından amerika və daha sonra avropa elmində ijtimai proseslərdə etnik
faktorun əhəmiyyətini bildirən ideya jərəyanları ortaya çıxdı. Bu hadisə elmdə «etnik intibah fenomeni» kimi
qeydə alındı. Etnik dəyərlər yenidən əhəmiyyət kəsb etməyə başladı. İldən-ilə Amerika və Avropada etnik
azlıqların öz etnik hüquqlarının genişləndirilməsi uğrunda mübarizə aktivləşirdi. 1980-1990-ji illərdə bu proses
postsovet məkanı ölkələrini, o jümlədən də Azərbayjanı əhatə etdi. Qeyd olunmalıdır ki, bu qədildən olan sosial
aktivlik heç də hər yerdə bir mənalı ötüşmədi, müəyyən regionlarda bu proses zorakılıq dalğası
ilə müşaiyyət
olan açıq sosial konfliktlərdə öz əksini tapdı.Nətijədə bu iki istiqamət arasında
bir sıra ziddiyyətlər yarandı:
−
Modernizm və ənənəvilik arasında ziddiyyət;
−
Avropa
və Asiya, daha dəqiq ifadə etsək qərb və şərq mədəniyyətlərinin dialoqu üçün xarakterik olan
«özümkü» və «yad» anlayışları arasında ziddiyyət;
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
92
−
«İnformasiya inqilabı» işığında yeni məna əldə edən qlobal və lokal mədəniyyətlər arasında ziddiyyət;
−
Mədəniyyətin texniki və humanitar aspektləri arasında ziddiyyət.
−
Bu ziddiyyətlərin nəzəri əsasları dərindən öz təhlilini tapmasa da müasir jəmiyyətdə mövjudluğu artıq
inkar edilmir. Bu gün alimlər qarşısında lokal və qlobal mədəniyyət formalarının qarşılıqlı təsir aspektlərinin
öyrənilməsi, informasiya mədəniyyətinin mədəniyyətin etnik komponentlərə təsirinin proqnozlaşdırılması kimi
problemlərin həlli durur.
−
Mədəni qloballaşmanı yalnız Qərbin kütləvi mədəniyyətinin yaılması kimi təqdim etmək bu gün
yanlışdır. Çünki mədəni qloballaşma həm də mədəniyyətlərin qarşılıqlı əlaqəsini və rəqabətini ehtiva edir. Qeyd
olunmalıdır ki, tarixi-mədəni ənənələri daha qüvvətli olan milli dövlətlərdə qərb mədəni standartlarının
yayılması etnomədəni rifaha gətirib çıxarır.
Mütəxəssislərin fikrinjə, etnomədəni rifah isə öz növbəsində
qüvvətlənən milli ijtimai ideologiyada əksini tapajaqdır. Bu zaman, tarixən zəif ənənəvi mədəni köklərə malik
dövlətlər ijtimai şüur böhranını zəif formada keçirirlər. Lokal və qlobal mədəniyyətlərin qarşılıqlı əlaqələri
mədəni innovasiyaların «özünükiləşdirmə» prosesi nətijəsində baş tutur. Qeyd edilməlidir ki, sivilizasiya
sistemləri tərəfindən innovasiyaların mənimsənilmə dərəjəsi bu və ya digər jəmiyyətin ənənəviliyi ilə müəyyən
olunur.
−
Qlobal mədəniyyət probleminin göstərilən aspektinin təhlili göstərir ki,
hər bir mədəniyyətin özülü
digər mədəniyyətlərin daxil olmasına və təsirinə qarşı yüksək immunitetə malikdir. Qərb sivilizasiyası
çərçivəsində formalaşmış normalar, standartlar və qaydalar, qlobal miqyasda nisbətən asanlıqla yayılır. Bu
onunla izah edilir ki, ümumqəbulolunmuş qərb strukturları, institutları, standart və qaydalar tarixən formalaşmış
idarəetmənin identik rasional mexanizmlərini, rasional fəaliyyət və rasional təşkilatlanma formalarını nəzərdə
tutan texnologiyalar əsasında formalaşır.Bildiyimiz kimi, bu mənada yüksək adaptiv mədəniyyət növlərinə Ya-
pon, Koreya, qismən Çin mədəniyyətlərini aid edirlər ki, bu mədəniyyətlərdə modernləşmə prosesləri yüksək
sürətlə baş verir.
Yuxarıda göstərilənlər belə qənaətə gəlməyə əsas
verir ki, qloballaşma dövrü mədəni aspektdə minimum iki
tendensiya daşıyır:
1.
bir tərəfdən, o, insanların ənənəvi həyat tərzinə dəyişikliklər gətirir;
2.
digər tərəfdən isə mədəniyyətin adaptasion qorunma mexanizmlərini stimullaşdırır. Bu proses
müəyyən vaxtlar kəskin münaqişə xarakteri də ala bilər.
Müasir jəmiyyətdə qlobal şəkil almış mədəniyyətlərin yaxınlaşma prosesində yaranan ziddiyyətlərin ara-
dan qaldırılması işində BMT-nin böyük rolu danılmazdır. Birləşmiş Millətlər Təşkilatı mədəniyyət və elm
sahəsində mübadiləni, mədəniyyətləarası kommunikasiyanı beynəlxalq sülhün və inkişafın əsas elementləri he-
sab edir.
Beynəlxalq Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri
üzrə qurumu olan YUNESKO üç
sahəyə diqqətini yönəltmişdir:
•
inkişafın xidmətində duran elmə;
•
mədəni inkişafa (irs və yaradıjılıq);
•
kommunikasiya, informasiya əv informatikaya.
1970-ji ildə YUNESKO tərəfindən qəbul edilən konvensiya mədəni mülkiyyətin qeyri-qanuni import,
eksport və ötürülməsini qadağa edir.1995-ji ildə qəbul edilmiş konvensiya isə oğurlanmış və ya qeyri-qanuni
şəkildə ölkədən çıxarılmış mədəni obyeklərin geri qaytarılmasını təmin edir.
YUNESKO-nun mədəni fəaliyyəti inkişafın mədəni aspektlərinin genişləndirilməsinə; yaradıjı fəaliyyətin və
yaradıjılığın dəstəkləməsinə; mədəni mənsubluğun və folklor ənənələrinin qorunmasına; kitabın və oxu
mədəniyyətinin təbliğatına xidmət edir.
Bu gün YUNESKO özünü mətbuatın azadlığı və KİV-in müstəqillliyinin tərəfdarı kimi təqdim edir. Bu
sahəyə həsr olunan əsas proqramda YUNESKO informasiyanın azad axınının təşkil olunması və inkişaf edən
ölkələrin kommunikasiya imkanlarının genişləndirilməsi kimi məsələləri öz öhdəsiyinə götürür. YUNESKO-
nun «Beynəlxalq mədəni dəyərlər mübadiləsi» barədə Tövsiyyələrdə (26.11.1976, Nayrobi) Birləşmiş Millətlər
Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə Baş Konferensiyası qeyd ediri ki, mədəni
dəyərlər
sivilizasiyanın və xalqların mədəniyyətinin əsas elementləridir. Bundan başqa Tövsiyyələrdə göstərilir ki,
mədəni mübadilənin genişləndirilməsi və möhkəmləndirilməsi mədəniyyətin müxtəlif sahələrinə əldə olunan
nailiyyətlərlə tanışlığı təmin edəjəkdir. Digər tərəfdən, mədəni mübadilə xalqların mədəni özünəməxsusluğunu
qorunub saxlanılmaqla qarşılıqlı hörmət şəraitində müxtəlif mədəniyyətlərin və bütün bəşəriyyətin mədəni irsini
təşkil edən mədəni dəyərlərin zənginləşməsinə səsəb olajaqdır. Qeyri-qanuni tijarətin və zərərərin qarşısını alan
hüquqi, elmi, texniki şərtlərlə tənzimlənən mədəni dəyərlərin qarşılıqlı mübadiləsi xalqlar arasında qarışılıqlı
hörmət və anlaşılmanın möhkəmləndirilməsində ən güjlü vasitədir. Bu zaman YUNESKO tərəfindən
«beynəlxalq mübadilə» dedikdə dövlətlərarası və ya mədəni təşkilatlar
tərəfindən mülkiyyət, istifadə və ya
mədəni dəyərlərin saxlanılması hüquqlarının verilməsi nəzərdə tutulur. Mədəni dəyərlərin təhvil-təslimi
müvəqqəti saxlanılma, alqı-satqı və ya hədiyyə məqsədilə həyata keçirilə bilər.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir