93
BMT və YUNESKO müasir dövrdə mövjud informasiya axınlarının qeyri – ekvivalentliyini qeyd edirlər. Hələ
1957-ji ildə YUNESKO BMT –nin Baş Assambleyası qarşısında Şimalın inkişaf etmiş ölkələrilə Jənubun geridə
qalmış ölkələri arasında informasiya çəkisinin qeyri-bərabərliyi məsələsini qaldırmışdır. Dünya ijtimaiyyəti
xəbərlərlərin 80% -ni London, Paric və Nyu-Yorkdan alır. İndustrial ölkələr sputnik vasitəsilə alınan
elmi və texniki,
sənayə, kommersiya, bank, tijarət əməmliyyatları, təbiət ehtiyatları və iqlim barədə inormasiyaya tamamilə nəzarət
altında saxlayırlar. Bu informasiya hakimiyyət orqanları və böyük korporasiyalar tərəfindən qorunur və onlar
tərəfindən inkişaf edən ölkələrə axınının qarşısı alınır. Bu problem BMT və YUNESKO-nu çox narahat edir. Çünki
kəmiyyət jəhətdən qeyri-bərabərlik bir gün keyfiyyət bərabərsizliyinə gətirib çıxarajaq. Bu jür qeyri-mütənasiblik
mədəni mübadilə sahəsində də müşahidə olunmaqdadır.
Kommunikasiyanın prinsipial şəkildə qeyri-ekvivalent edən assimetriyanın digər növləri də mövjuddur.
Misal üçün, inkişaf edən ölkələrdə transmilli kompaniyalar tərəfindən mədəni və əylənjəli televiziya
proqramlarının məzmununa müdaxiləsi nümunə kimi göstərilə bilər. Tədrijən öz istehsalımızda olan televiziya
proqramlarına, kinofilmlərə, kitablara stimul sönür, nətijədə zövqsüzlük və mədəni həyatın məzmunun
bəsitləşməsi baş verir. Ümumilikdə, informasiya təminatı problemi çox vajib problemdir. Çünki azad
informasiya mübadiləsi beynəlxalq ijtimaiyyət tərəfindən qorunsa da bu günün özündə belə həyata keçirilmir.
Hal-hazırda YUNESKO informasiya mübadiləsini daha ekvivalent edən
dünya informasiya və
kommunikasiyanın yeni düzəminin qurulmasına xidmət edəjək layihələr üzərində çaılışır.
Dünya mədəni irsə, digər xalqların və ölkələrin mənəvi dəyərlərinə mürajiət etmədən heç siyasi və iqtisadi
jəhətdən qüvvətli dövlət mədəni-estetik tələbatı yerinə yetirməyə qabil deyildir. Eyni zamanda nəzərə
alınmalıdır ki, mədəni mübadilə bir-birilə sıx əlaqədə olan əməkdaşlıq və rəqabət proseslərindən ibarətdir.
Siyasət və iqtisadiyyatdan fərqli olaraq mədəni əlaqələr sahəsində baş verən rəqabət üstüörtülü olsada daha
kəskin formada özünü göstərmiş olur. Dövlətlər və xalqlar individlər tək eqoistik jəhətlərə malikdirlər. Onlar
üçün önjə öz mədəniyyətlərini qorumaq və öz mədəniyyətlərinin təsir dairələrini genişləndirmək, digər
mədəniyyətlərin nailiyyətlərini öz məqsədləri üçün istifadə etmək daha vajibdir. Dünya mədəniyyəti tarixində
daxili və xariji ziddiyyətlərə qalib gələ bilməyərək məhv olmuş bir çox böyük və xırda xalqları misal gətirmək
olar. Akkulturasiya, assimiliyasiya, inteqrasiya problemləri qloballaşma dövründə,
daha dəqiq desək jəmiyyətin
bütün sahələrində köklü dəyişikliklər baş verdiyi bir mərhələdə daha da kəskin forma əldə etmiş oldu.
Dünya mədəni məkanında öz yerinin axtarışları problemi, daxili və xariji mədəniyyət siyasətində milli
yanaşmaların formalaşması məsələləri 1991-ji ildə müstəqillik əldə etmiş Azərbayjan Respublikası üçün böyük
aktuallıq kəsb edir. Azərbayjanın digər mədəniyyətlərə açıqlığı onun dünyada baş verən mədəni-informasiya
proseslərindən asılı etmiş oldu. Bu proseslərə aiddir:
1.
ilk növbədə mədəni inkişafın və mədəniyyət industriyasının qloballaşması və həmin prosesdə anqlo-amerikan
təsirinin artması;
2.
mədəniyyətin kommersiyalaşması, mədəniyyətin böyük investisiya qoyuluşundan asılılığı prosesi;
3.
«kütləvi» və «elitar» mədəniyyələrin yaxınlaşması;
4.
müasir informasiya texnologiyalarının və dünya kompyuter şəbəkəsinin inkişafından, iformasiyanın və onun
ötürülmə sürətinin kəskin arması;
5.
dünya mədəni-iformasiya mübadiləsində milli spesifika dərəjəsinin enmə prosesi.
Müasir dövrdə beynəlxalq mədəni məkanın formalaşmasında qloballaşma fenomenin açıqlanması, onun
problem və ziddiyyətlərinin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Müasir beynəlxalq mədəni mübadilədə
Azərbayjan Respublikasının iştirakı zəruridir.
1.20. Gender və mədəniyyət
Genderin nəzəri anlamında mərkəzi, əsas yer onun sosial-mədəni kateqoriya kimi şərhinə məxsusdur.
Genderə belə yanaşma qanunauyğun olaraq onun sosial təşkilli və mədəni təşkilli fenomen kimi tərifindəki
fərqin dəqiqləşdirilməsinə ehtiyac ilə şərtləndirilir. Həmin səviyyədə genderin iki qarşılıqlı əlaqəli mahiyyət
tərəfi – sosial və mədəni tərkib hissələri,
maddi-praktiki, sosial-konkret və mədəni-mənəvi, rəmzi büruzəsi
arasındakı fərq aşkar olunur.
Genderin sosial təşkil baxımından dərk olunması sosial varlığın əmək alətləri və istehsal vasitələrinin
inkişaf səviyyəsi, tarixi inkişafın müvafiq mərhələsində yaranmış əməyin ictimai bölümü, sosial həyatın
müxtəlif tərəflərinin artıq formalaşmış və təsdiqini tapmış xarakterinin həmin prosesə təsirinin nəzərə alınmasını
tələb edir. Bu zaman genderin formalaşma, inkişaf və yenidən istehsal proseslərinə, gender fərqləri və
bütövlükdə gender sisteminin fundamental əsası olaraq onların funksional və maddi məqsədlərdən, sosiumun
vəzifələrindən asılılığı nəzərdən keçirilir. Bununla da genderin müxtəlif sosial əlaqələr, qarşılıqlı təsir və
qarşılıqlı münasibətlərdə aşkarlığının rəngarəngliyi onun sosiomədəni tədqiq orbitinə düşür. Tətbiqinin əsas
nöqtəsi olaraq gender araşdırmasının bu konteksti gender sosial sisteminin gender stereotiplərinə, rollarına,
Bu derslik behruzmelikov.com
saytindan yuklenmisdir
94
təfəkkürünə və sairəyə təsirini nəzərdə tutur. Başqa sözlə desək, diqqət mədəni qatın sosial formasiyanın maddi
xüsusiyyətlərindən asılılığına yönəlir.
Öz növbəsində genderin mədəni təşkili onun təhlili gedişində gender içtimailəşməsinin, gender
stereotipləri, rolları, gender eyniləşməsinin, təfəkkür proseslərinin formalaşması kimi amillərin və rəngarəng
mədəni kontekst axınında yerləşənlərin genderin təşəkkül və inkişafına, gender bərabərsizliyi və gender
sistemlərinə təsirinin nəzərə alınmasını tələb edir.
Qeyd etmək lazımdır ki, genderin sosial-mədəni fenomen kimi ikili təbiəti onun sosial və mədəni təşkil
proseslərinin birvaxtlı, birgə, qarşılıqlı əlaqəli gedişini nəzərdə tutur. Genderin bu xüsusiyyəti onun inkişaf
prosesinin dinamikası və istiqamətlərinin cəmiyyətdə baş verən müxtəlif sosial dəyişikliklər: iqtisadi,
sosial-
stratifikasiya, siyasi-hüquqi, mədəni, ideoloji və mənəvi islahatların hərtərəfli praktikasından asılılığı ilə
əlaqədardır.
Yuxarıda deyilənləri nəzərə alaraq, bu mövzu çərçivəsində ilk növbədə genderin sosial təşkili prosesini
nəzərdən keçirək.
Bəşər tarixində gender stratifikasiyası və gender bərabərsizliyinin yaranması sosial stratifikasiyanın
ümumi təşəkkül meyli və sonrakı sosial bərabərsizliyin formalaşması ilə sıx şəkildə bağlıdır. Gender
bərabərsizliyi də sosial bərabərsizlik kimi, hər şeydən əvvəl kişi və qadın arasında əsas, praktiki olaraq
insanların sosiomədəni məkanda cəmlənmiş maddi və mənəvi nailiyyətlər və firavanlıq imkanlarını müəyyən
edən sosial əhəmiyyətli ehtiyatların; maddi dəyərin (mülkiyyət və ya gəlir şəklində), hakimiyyətin (sosial təsirin
bütün səviyyələrində onun ayrı-ayrı aşkarlıq formalarında), təhsil və nüfuzun qeyri-bərabər bölünməsindən
ibarətdir. Cəmiyyət inkişaf etdikcə sosial stratifikasiyanın cəmiyyətdəki peşə-vəzifə strukturunda rolu və yeri,
əmək
və məişət şəraiti, siyasi həyatda iştirak dərəcəsi, ailə sahəsində iştirakı, asudə vaxtının xüsusiyyətləri,
ixtisas və mənəvi təkmilləşmə imkanları, bütövlükdə həyat tərzi kimi göstəriciləri və ölçüləri gender stratifi-
kasiyaları və bərabərsizliyi üçün də səciyəvi göstəriciyə çevrilir.
Gender bərabərsizliyi sosiomədəni konstrukt kimi kişi və qadın arasındaki təbii, bioloji fərqlər əsasında
yaranmışdır. Əmək alətləri inkişaf etdikcə və texnologiya təkmilləşdikcə, əməyin ictimai bölümü dərinləşdikcə,
maddi və mənəvi istehsal nəticələrinin müvafiq bölüm sistemi yarandıqca, cəmiyyətin iqtisadi, siyasi və mənəvi
fəaliyyət sahələrində patriarxat mədəniyyətin hakim vəziyyəti özünü təsdiq etdikcə, kişilərlə qadınlar arasındakı
təbii fərq sosial bərabərsizlik qandalı ilə buxovlanır. Sadaladığımız prosesləri daha geniş araşdıraq.
Gender stratifikasiyası sosial stratifikasiyanın struktur bölməsi, xüsusi
bir sosiomədəni kəsimi
olduğundan və onun əksər göstəricilərinə və xarakteristikalarına malik olduğundan onu təfsilatı ilə tədqiq
etməkdən ötrü hər şeydən əvvəl kişi və qadının özünü qida, geyim və sığınacaqla təmin etmək üçün hansı əmək
alətlərinin lazım olduğu və müvafiq olaraq bunu necə təşkil ediləcəyi araşdırılır. Bundan başqa, iqlim şəraiti,
torpağın vəziyyəti və insanların həyatına təsir göstərən digər ekoloji göstəricilər də nəzərə alınmalıdır. Həmçinin
belə yanaşmanın əmək fəaliyyəti çərçivəsində baş verən proseslərin sosial dəyişikliklərlə, sərt determinasiya ilə
bağlı olmadığını unutmaq olmaz. Əmək alətləri və texnologiyalar müəyyən hadisələr üçün yalnız müəyyən
şərait yaradır, lakin onları heç də mütləq etmir. Eyni zamanda antropoloji ədəbiyyatda həmin yanaşma təkamül
adlandırılır, çünki əmək alətlərinin inkişafı və təkmilləşməsi istehsalın və istehlakın inkişafına səbəb olur.
Amerika sosioloqu və antropoloqu Coan Huber özünün «Gender stratifikasiyası nəzəriyyəsi» (1993) adlı
məqaləsində ekologiya, ərzaq istehsalı texnologiyası və uşaq doğumundakı dəyişikliklər kimi bir neçə amilin
qarşılıqlı təsirini araşdıraraq üç prinsip əsasında gender stratifikasiyası modelini işlədi. Birinci prinsip ailə
səviyyəsinə aiddir: mal istehsal edən insanlar onu istehlak edənlərdən daha
çox hakimiyyətə və nüfuza
malikdirlər – almaqdansa vermək bacarığına malik olmaq daha yaxşıdır. Bu zaman qanuni bir sual ortaya çıxır:
məhsuldar əmək nədən asılıdır və bu cəmiyyətdə onunla kim məşğul olur? Axı kişi və qadın praktiki olaraq
əmək sahəsi daxilində olduqca geniş sosial əhəmiyyətli funksiyalar yerinə yetirmək üçün bərabər imkana
malikdirlər. Buna baxmayaraq bütün cəmiyyətlərdə əməyin bölümü zamanı cins amili həlledici rol oynayır. Bu
sualın cavabı ondan ibarətdir ki, kişi ilə qadın arasındakı bioloji fərq nəticəsində kişilər cəmiyyətin yaşaması və
insan populyasiyası üçün iki mühüm funksiyanı – uşaq dünyaya gətirmək və onu yedirmək funksiyalarını yerinə
yetirə bilmir. Əgər cəmiyyət sağ qalmaq istəyirsə, həmin iki reproduktiv funksiya əksərən qadınlar tərəfindən
yerinə yetirilməlidir. Bu aşkar faktdan gender stratifikasiyasının ikinci prinsipi doğur: bəşəriyyət özünün
yaşaması və inkişaf üçün əməyin kişi və qadın arasında bölünməsi gedişində qadının yerinə yetirdiyi əmək
fəaliyyəti növlərini hamiləlik və sonra isə südəmər uşaqları yedizdirmək imkanı ilə birləşdirməsi üçün şərait
yaratmalıdır. Cəmiyyətin yaxud ailənin həyat səviyyəsi, bunun nəticəsi olaraq qadının çiyninə qoyulmuş işin
həcmi ilə əhalinin bioloji istehsal prosesinin səmərəlilik səviyyəsi arasındakı sıx əlaqə tarixin bütün gedişi boyu
izlənmişdir. Məsələn, XIX əsrin əvvəlində Lionun və Parisin fəhlə ailələrində uşaq
ölümünün səviyyəsi çox
yüksək idi. Bu onunla əlaqədar idi ki, həmin ailələrdəki qadınlar ailənin gəlirini artırmaq üçün çox işləməli olur
və onların südəmər övladları isə dayənin ümidinə qalırdı.
Və nəhayət, Coan Huberə görə, gender stratifikasiyasının üçüncü prinsipi ümumsosioloji stratifikasiya
nəzəriyyəsi ilə bağlıdır: hər hansı cəmiyyətdə daha böyük hakimiyyətə və nüfuza malik olan insanlar maddi
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir