Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   245

 
88
asudə vaxt Mərkəzi, 6 təsərrüfat təəkilatı, “Azərbaycanfilm” də daxil olmaqla 7 film istehsalı studiya, 134 əəhər 
və rayon kinoteatrı, Dövlət Film Fondu (Naxçıvan filialı ilə birlikdə), Respublika Kitabxana Kollektoru, bir 
qəzet (“Mədəniyyət”), iki jurnal (“Mədəni-maarif” və “Pəncərə”) redaksiyası, Dövlət Turizm İnstitutu, Bakı 
Xoreoqrafiya Məktəbi, Mədəniyyət  İəçilərinin  İxtisasartırma Mərkəzi, Mingəçevir Turizm Kolleci, Milli 
Kulinariya Mərkəzi, 62 şəhər və rayon mədəniyyət və turizm şöbəsi, Naxçıvan MR Mədəniyyət və Turizm 
Nazirliyi, Bakı, Gəncə, Sumqayıt  əəhər turizm idarələri,  Şəki Atçılıq Mərkəzi, Bakı Turizm İnformasiya 
Mərkəzi, Bakı Turizm İnformasiya Mərkəzi, Lənkəran UŞaq düşərgəsi daxildir. 
Azərbaycan Respublikası Prezidenti İlham  Əliyev tərəfindən bu sahəyə böyük diqqət və qayğı 
göstərilmiş, mədəniyyət və turizm işçilərinin  əmək haqları artırılmış, mədəni-sosial, maddi-texniki bazanın 
tamamilə yenidən qurulması prosesinə start verilmiş, teatr, kino, kitabxana iəi, abidələrinin qorunması sahə-
lərində dövlət başçısının fərmanları, sərəncamları verilmiş, Dövlət proqramları  iələməyə başlamışdır. Turizm 
inkişafı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.  
Nazirlik dövlətlərarası müqavilələrə uyğun olaraq Avropa, Asiya və  İslam ölkələri, ABŞ  və Latın 
Amerikası ilə beynəlxalq mədəniyyət proqramlarını həyata keçirir.Nazirlik çoxtərəfli əməkdaəlıq çərçivəsində 
BMT, MDB, GUAM, Qaradəniz  İqtisadi  Əməkdaşlıq Təəkilatı, Avropa İttifaqı,  İslam Konfransı  Təəkilatı, 
YUNESKO, Dünya Turizm Təəkilatı, TÜRKSOY, İSESKO və digər beynəlxalq qurumlar vasitəsi ilə 
Azərbaycan mədəniyyətini dünyada təbliğ edir, eyni zamanda dünya mədəni sərvətlərinin ölkəmizdə tanıdılması 
sahəsində əhəmiyyətli proqramlar həyata keçirir.  
Azərbayjanın vahid mədəniyyət siyasəti Mədəniyyət Nazirliyi ilə  bərabər,  İdman və  Gənjlər Nazirliyi
Dövlət Teleradio Şirkəti, Dövlət Arxivi tərəfindən həyata keçirilir, bir sözlə ümumi fəaliyyət sahəsi üçün geniş 
imkanlar yaranır.  
 Müasir  dövrdə Azərbayjan Respublikasının mədəniyyət siyasətinin  ən mühüm vəzifələri kimi 
kulturologiya elmi əsasında bəşəriyyətin sosial-mədəni inkişaf təjrübəsi  əsasında köhnə dünyagörüş, adət və 
normalarının yenidən işlənilməsi; Avropa və dünya mədəniyyətinin mütərəqqi yeniliklərinin Azərbayjan 
mədəniyyətinə inteqrasiyasına və yaradıjı  tətbiqinə  şəraitin yaradılması; «mənəvi istehsal» sferasının idarə 
edilməsi və maliyyələşdirilməsinə yeni üsulların tətbiqi; təhsil, elm və injəsənətin inkişafının əlaqələndirilməsi; 
ziyalıların ijtimai statusu, hüquqi və sosial müdafiəsinə diqqətin artırılması; kulturoloci bilik və təhsilə əsaslanın 
«humanitar» mədəniyyətinin formalaşdırılması; mədəni identifikasiya və mədəniyyət müxtəlifliyi proseslərinin 
harmonikləşdirilməsi; sosial-mədəni inkişaf imkanlarının bərabərliyinin təmin edilməsi; sovet mədəniyyətinin 
tədrijən demokratik mədəniyyətə transformasiya edilməsi; dövlət və QHT arasında mədəniyyət sferasında 
əməkdaşlığın dəstəklənməsi və inkişaf etdirilməsi; sülh mədəniyyətinin, həmçinin qlobal mədəniyyət siyasətinin 
vahid prinsiplərinin müəyyən edilməsi. 
Mədəniyyət siyasətinin  ən mühüm istiqamətlərindən biri millətlərarası  və dinlərarası münasibətlər 
mədəniyyətidir. Azərbaycan Respublikası çoxmillətli və çoxdinli bir ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif 
millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib. 
Azərbaycan Respublikasının Əsas Qanunu – Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə «Dövlət 
irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənəəyindən,  əmlak vəziyyətindən, qulluq 
mövqeyindən,  əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə  mənsubiyyə-
tindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə  təminat verir. İnsan və  vətəndaə 
hüquqlarını  və azadlıqlarını irqi, milli, dini, cinsi, mənəəyi,  əqidə, siyasi və sosial mənsubiyyətə görə 
məhdudlaədırmaq qadağandır». 
 Bir neçə əsr ərzində milli azlıqlara mənsub olan şəxslər Azərbaycan Respublikasında Azərbaycan xalqı 
ilə sülh və harmoniya əəraitində yaəamıə və yaəayırlar. Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu 
üçün bu multimədəniyyətli, multietnik irsin bu gün də Azərbaycanda qorunub saxlanılması  mədəniyyət 
siyasətinin prioritet istiqaməlrindəndir.  
Azərbayjan mədəniyyət siyasəti ölkəmizin və  jəmiyyətimizin daxili işi deyildir. Azərbayjan dünya 
ijmasının bərabərhüquqlu üzvü olduğundan, onun mədəniyyət siyasətidə  bəşər mədəni-sivilizasion prosesinin 
tərkib hissəsi olmalı, varlığın dərk olunmasında dünya mənəvi-dəyər tendensiyalarını özündə əks etdirməlidir. 
«Qapalı milli inkişaf» eyforiyasından, ifrat rasionalizmdən, sosial ehtiyajların hedonist baxımından 
ödənilməsinə jan atmasından imtina; mövjudatın ekoloci alqoritmlərinin axtarışları; siyasətdə humanitar 
aspektin güjləndirilməsi; «dünya mədəniyyəti» adlandırılan lokal və universal başlanğıjları ehtiva edən 
«multimədəniyyət» prinsiplərinin aktuallaşması yuxarıda göstərilən proseslər qəbilindəndir. Tarixi inkişafın 
müasir mərhələsində mənşəjə Şərq mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan, inamlı addımlarla Qərbə doğru 
addımlayan Müstəqil Azərbayjanın mədəniyyət qurujuluğu «problem sahəsinə» qədəm qoyması ölkənin milli 
mədəniyyət siyasətinin vajib və təbii komponetləridir.  
Qloballaşma proseslərinin dinamik inkişafılə müşahidə olunan müasir dövrdə dünya siyasətində  və 
beynəlxalq mnasibətlər sistemində  mədəniyyət faktorunun əhəmiyyəti, ümumdüqya iqtisadi-siyasi proseslərə
dövlətlərarası münasibətlərə  təsiri getdikjə artır. Bu səbəbdən dövlətlər mədəniyyət siyasətinə böyük diqqət 
yetirirlər. «Xariji mədəniyyət siyasəti» termini gündən-günə aktuallaşır, çünki milli mədəniyyətin eksportu, 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə