Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)


 Azərbayjanın mədəniyyət siyasəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   245

 
84
1.18. Azərbayjanın mədəniyyət siyasəti  
 
XX əsrin 80-90-ji illərində, Azərbayjan sovetlər məkanının tərkibi hissəsi olduğu dövrdə, «yenidənqurma»nın 
kulminasiya nöqtəsi dövründə mədəniyyət siyasəti aparıjı mövzulardan birinə çevrilmişdir. Həmin mərhələdə Sovet 
İttifaqının Kommunist Partiyasının «yenidənqurma» rəhbərliyi, Avropadan nümunə götürərək, mədəniyyət siyasətinə 
maraq göstərirdi. Burada mədəniyyət siyasəti partiyanın mədəni konsepsiyalarının reallaşdırılması kimi dərk 
olunurdu. Kulturoloqların bir qismi bu zaman radikal təkliflərlə  çıxış edirdilər. Onlar göstərilən konsepsiyanın və 
ondan irəli gələn siyasətin «demokratik jəmiyyət»ə uyğun olmamadığını göstərdilər. Eyni zamanda da bildirirdilər ki, 
mədəniyyət olduqja azad və müstəqil bir hadisə olduğundan hər hansı bir siyasi təzyiqdən sərbəst formada inkişaf 
etməlidir. Eyni zaman da, bu qəbildən olan tədqiqatçılar mədəniyyətin jəmiyyətdən (və ya hakimiyyətdən) funda-
mental  şəkildə asılı olduğunu dərk edərək mədəniyyət siyasəti sahəsində  tədqiqatlarını davam etdirməyə  qərara 
gəlmişdirlər.  
  Mədəni-siyasi problemlər geniş diapozonda tədqiq edilirdi - mədəniyyət siyasətinin fundamental nəzəri 
problemlərdən tutmuş onun modellərinin işlənilməsinə  qədər. 1985-1991-ji ildə postsovet ölkələrində, o 
jümlədən də Azərbayjanda da baş verən dəyişikliklər mədəniyyət siyasətinin nəzəri əsaslarının yenidən işlənil-
məsini tələb edirdi. Çünki mədəniyyət siyasətinin yeni modeli mədəni dəyərlərin yaradılması, yayılması  və 
mənimsənilməsində avtoritar-partiya idarəetmə metodlarını deyil, məhz ijtimai tələbatı ehtiva edir.  
Göstərilən amillər 90-ji illərin ikinji yarısında mədəniyyət siyasətinin tədqiqində  və modelləşdirilməsi 
sahəsində  tədqiqatların aparılımasını  şərtləndirdi. 2001-ji ildə Azərbayjanın Avropa Şurasına daxil olması 
Azərbayjanda yeni mədəniyyət siyasətinin işlənilməsini sürətləndirdi. Lakin Azərbayjan milli mədəniyyət 
siyasəti barədə məruzəni hazırlanan zaman bunun üçün nəzəri və konseptual əsasların olmadığı özünü büruzə 
verdi. Misal üçün, həmin problemlə 1996-ji ildə qarşılaşan Rusiyanın milli məruzəsinin çatışmayan jəhətlərinə 
Avropa ekspertləri tərəfindən «keçid dövründə olan jəmiyyətdə mədəniyyət siyasətini müəyyən etmək olduqja 
çətindir» qeyd olunaraq bəraət qazandırılmışdır.  
2000-ji ilin sonunda Azərbayjan Respublikasının Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti  şöbəsi 
«Avropada mədəniyyət siyasəti:  əsas faktların xülasəsi və tendensiyalar» adlı birgə layihəni başa çatdırdı. 
Həmin ilin sonunda sonunda Strastburqda Avropa Şurasının mədəniyyət üzrə komitəsinin xüsusi ijlasında üç 
jənubi Qafqaz Respublikasının mədəniyyət nazirliklərinin görüşündə bu ölkələrdə yeni mədəniyyət siyasətinə 
kömək və onu inkişaf etdirmək üçün STAGE (“Support for Transition in the Arts in Greater Europe”) regional 
proqramı təqdim olunmuşdur. Layihənin əsas məqsədi hər üç dövlətə yeni və dinamik mədəniyyət siyasətinin 
inkişaf etdirilməsi və mədəni mübadilənin gücləndirilməsində yardımın göstərilməsindən ibarət idi. Layihənin 
əsas prinsipləri aşağıdakılardır: mədəni özünəməxsusluğun, mədəni çeşidliyinin, yaradıcılığın, eləcə də ölkənin 
mədəni həyatında bütün təbəqələrin iştirakının dəstəklənməsi. 
 Bu proqramın ən mühüm məsələlərindən biri mədəniyyət siyasəti üzrə milli məruzənin yazılması idi ki, 
bununda  əsas ideyası müxtəlif mədəniyyət sahələrinin tam açılması, mədəniyyət siyasətinin  əsas 
tendensiyalarının aşkar olunması, onun nailiyyətlərinin və çatışmamazlıqlarının qiymətləndirilməsindən ibarət 
idi. Ümumiyyətlə, STAGE layihəsi 2000-2003-cü illəri  əhatə edən Birinci və 2003-2005-ci illəri  əhatə edən 
İkinci fazalardan ibarət idi. Lakin 2005-ci il sentyabrın 15-16-da Kiyevdə keçirilmiş STAGE layihəsinin 5-ci 
(geniələndirilmiə) Nazirlər kollokviumda layihənin gediəində əldə edilmiə uğurlu və səmərəli nəticələr nəzərə 
alınaraq, sözügedən layihənin bitməməsi və sadəcə başqa formatda davam etməsi qərarı  qəbul olunmuşdur. 
Məhz bu səbəbdən “Mədəni Əməkdaşlıq üzrə yeni regional və transversal layihə proqramı (Kiyev Təşəbbüsü)” 
elan edilmişdir. Sözügedən təşəbbüsə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir. 
Bununla da, 2006-cı il dekabrın 15-də Buxarestdə nazirlər səviyyəsində  “Kiyev Təşəbbüsü” regional 
proqramın açılış konfransı keçirilmiş və tədbirin nəticəsində “Kiyev Təşəbbüsü” Bəyanatı qəbul olunmuşdur. 
“Kiyev Təşəbbüsü” Regional Proqramı  mədəniyyət və  mədəni irsin rolunun davamlı inkişaf prosesləri  və 
regional əməkdaşlıqda təşviq edilməsi üçün yeni imkan və yanaəmanı təklif edən operativ çərçivədir.  
Bu məqsədlə, “STAGE” layihəsi çərçivəsində Avropa Şurasının ekspert qrupu 2001-ci ilin may ayında 
Azərbaycanda olmuədur. Bu səfər zamanı ekspertlər Avropa Şurasının dəstək verə biləcəyi sahələri qeyd 
etmişlər və  Mədəniyyət Nazirliyi ilə  vətəndaş  cəmiyyətinin nümayəndələri tərəfindən irəli sürülən təklifləri 
nəzərə almışlar. 2001-ci il iyunun 13-dən 17-dək bu layihə çərçivəsində Tbilisi şəhərində “Mədəniyyətin keçid 
dövründə maliyyələşdirilməsi” mövzusunda seminar keçirilmiədir. Seminarda Azərbaycan Respublikası 6 nəfər 
nümayəndə heyəti ilə təmsil olunmuşdur. Bundan sonrakı illər ərzində qeyd olunan layihə çərçivəsində keçirilən 
bütün tədbirlərə ölkəmizin müvafiq sahəsini təmsil edən mütəxəssislər də qatılmışlar. 
Azərbayjan Respublikası keçid dövrü adlanan tarixi mərhələdə hazırladığı Milli Məruzədə göstərilir ki
Mədəniyyət Nazirliyi mədəniyyət siyasətini son onilliklərdə  əksər Avropa ölkələrinin qabaqjıl təjrübəsinə 
əsaslanaraq, bu ölkələrdə rəhbər tutulan əsas prinsiplər nəzərə alınaraq, ölkəmizin milli maraqlarına uyğun olub-
olmamadığı müəyyən edərək hazırlayır. Milli Məruzədə Azərbayjanın mədəniyyət siyasətinin üç əsas prioritet 
istiqamətləri müəyyənləşdirilmişdir: 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə