80
kütləvi kommunikasiya vasitələri ilə çatdırılan mədəni dəyərlərin toplusu kimi baxır. Bu fikirlərin o məqamı ilə
razılaşmaq olar ki, cəmiyyətin istehsal qüvvələrinin kütləvi kommunikasiyasının inkişafı mədəniyyətin
texniki
vasitələrdən asılılığını daha da zəruri edir.
Kütləvi kommunikasiya vasitələri çox nəhəng tərəqqipərvər əhəmiyyət kəsb edir: belə ki, onlar insanların
müxtəlif hadisələrdən xəbərdar və bilavasitə onun iştirakçısı olmasını təmin edir, elmi və mədəni
müvəffəqiyyətlərdən kütlələrə məlumat verir. Şəxsi mülkiyyət şəraitində kütləvi kommunikasiya vasitələrinin
sahibləri məlumatların çatdırılmasında bəzi dəyişikliklərə də yol verməyə malikdir. Bu dəyişiklik, sözsüz ki,
onların mənfeyinə xidmət edir. Belə nəticə çıxır ki, hakim siniflər kütlələrə hansı məlumatın verilməsini
müəyyənləşdirir. Lakin bütün bu xüsusiyyətlərə baxmayaraq kütləvi mədəniyyətin məhz kütləvi kommunikasiya
vasitələri ilə cəmiyyətin çox hissəsi əhatə olunur.
Kütləvi mədəniyyətin çox sevilən mövzu və süjetləri – milyonçu və kino ulduzlarına çevrilən insanların
tərcümeyi-halı, amansız döyüş və qəddarlıq, terrorizm, narkomaniya hesab edilir. Bu mədəniyyət nümunələrinin
finalı isə «həppi-end», yəni «xoşbəx sonluq»la bitməsidir. Bu xüsusiyyət mədəniyyət nümunələrinin hamısına
xas olan cəhətdir. Amerika yazıçısı Pol Sveyq çox haqlı olaraq belə qeyd edir ki,
kütləvi mədəniyyətin həddən
artıq şişirdilmiş qəhrəmanları, əslində həyatımızda rastlaşdığımız insanlar deyil.
Bu cür yüngül qrotesk şousunun mühüm mövzularından biri də zorakılıqdır. Bu mövzu kütləvi
mədəniyyət üçün həm səciyyəvi, həm də ənənəvidir. Çox vaxt antaqonist cəmiyyətdə zorakılıq təbii hadisə kimi
təbliğ olunur.
Kütləvi mədəniyyətdə zorakılıq mövzusu muasir dünyanın real mənzərəsini əks etdirir. Amerika mətbuatı
qeyd edir ki, XX əsrin 80-ci illəri zorakılıq təbliğ edən filmlərin çoxluğu ilə xarakterizə edildir. ceyms Bond
haqqında filmlərin sayı 13-ə çatmışdır. Burada atıcılıq, döyüş və qətlə yetirmə səhnələri daha çox üstünlük təşkil
edir. Filmdə 97 sayda zorakılıq və qəddarlıq aktı səhnələri nümayiş olunur. Amerika meyyarlarına görə bu
rəqəm rekord hesab edilir.
Hesablamalara görə ABŞ-ın televiziya vaxtının 40%-i zorakılığa həsr edilmiş verilişləri əhatə edir. İnsan
qanı ilə qidalanan vampirləri, görkəmli mafiozların «qəhrəmanlıq»larını, qanqsterlərin öz aralarındakı
mübarizələrini, müxtəlif qəzaları səhnələşdirən filmlər kassa xarakteri kəsb edir. Yuxarıda qeyd etdiyimiz kimi,
bu film-tamaşalara bir əlamət çox xasdır ki, bu da onların xoşbəxt sonluqla bitməsidir: baş qəhrəman bütün
mümkün olmayan
çətinliklərdən azad olur, bu da tamaşaçıda öz şəxsi təhlükəsizliyi üçün xoş təəssürat hissi
oyadır.
Amerika statistiklərinin rəyinə görə hər bir Amerikalı tamaşaçı öz mənzilindəki ekranda 30 min qətlin
müşahidəçisi olur. Çox zaman bu telesüjetlər həmin qətl və qəddarlıqların «texnologiyası»nı xırdalıqlarına qədər
açıqlayırlar. Bütün bu dəhşətləri seyr edən tamaşaçı onu, yəni zorakılığı norma kimi dərk edir.
Kütləvi kommunikasiya vasitəsilə bu kimi nümayişlərin gənc nəslin nümayəndələrinə, xüsusilə, uşaqlara
təsiri çox da qənaətbəxş olmur. Uşaq psixologiyasının əsas xüsusiyyətlərindən biri odur ki, onlar reallıqla
uydurma arasındakı səddi çox çətinliklə anlayırlar. Televizor ekranı onların reallığına çevrilir, onlar burada
şahidi olduqları hər şeyi həyata keçirməyə cəhd göstərirlər. Biz bu cür təəssüratların nəticələrinə real
həyatımızda rast gəlirik. Səkkiz yaşlı Nyu-Yorklu oğlan tapança ilə öz bacısını qətlə yetirərək
belə bir hərəkətə
onu təhrik edən həmin anda televiziyada eyni səhnə ilə rastlaşdığı film olduğunu bildirmişdir.
Bu məqamı nəzərdən buraxmayan Amerikalı psixoloqlardan biri haqlı olaraq qeyd etmişdir ki, Amerika
televiziyası – cinayətkarlığın özünəməxsus məktəbidir. Bu fikri təkcə Amerika deyil, bütün digər ölkə
televiziyalarına və filmlərinə də şamil etmək olar.
Lakin bu cür təbliğat həm də gəlir gətirir. Zorakılığa haqq qazandırmaq məqsədilə biznes ixtisaslı vəkil və
psixoloqların xidmətindən də istifadə edilir. Amerikalı sosioloq S. Feşbax bu məqsədlə Aristotelin katarsis
nəzəriyyəsinə iqtibas edir. O qeyd edir ki, bu filmlərə baxan tamaşaçı anadangəlmə aqressiv impulslardan
«təmizlənir», bu səhnələr «həyəcan və gərginliyi» aradan götürür. Bu ideyaya müvafiq Feşbax eksperiment də
həyata keçirmişdir. Lakin söhbət onda deyil ki, gənc oğlan və ya qız bu kimi səhnələrə baxdıqdan sonra mütləq
gedib hansısa qətl və zorakılığı həyata keçirəcək. Əsas mahiyyət ondadır ki, bu səhnələr gənclərdə arzuolunmaz
meyllərin formalaşmasına, aqressivliyin inkişafına kömək edir.
Kütləvi mədəniyyətin əsas yayılan mövzularından biri də pornoqrafiyadır. Hazırda
bu sahə kütləvi
mədəniyyətdə «janr» formasında təcəssümünü tapmışdır. Pornofilmlərə tamaşa etmək ABŞ-da çox ucuz başa
gələn tədbirlərdir. Çünki bu filmlərdə nə süjet, nə də tutarlı məzmun vardı. Heç bir mətni olmayan bu filmlər
yalnız müəyyən primitiv səhnələrin nümayişindən bəhs edir. Xüsusilə «ağır porno» adı ilə tanınan filmlərdə
qadınların alçaldılması, sadizm, zorakılıq, o cümlədən uşaq pornoqrafiyası insanlarda ən iyrənc hisslərin
oyanmasına səbəb olur. Birləşmiş Ştatlar bu sahədə xüsusi sənaye mərkəzinə çevrilmişdir. «Pornobiznes» də
məhz bu mərkəzin əsasnda formalaşmışdır.
Kütləvi mədəniyyətin vətəninin ABŞ hesab edildiyindən öz tədqiqatımızda, əsasən, bu ölkə
mədəniyyətinə istinad edirik. Dünya dominantlıq vəziyyətinə cəhd göstərən ABŞ Qərbi Avropa ölkələrinə öz
ideologiya və həyat tərzini kütləvi mədəniyyət vasitəsilə açıqlamağa çalışır.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
81
ABŞ-da kütləvi mədəniyyətin formalaşmasının iqtisadi, siyasi və mədəni zəmini mövcud idi.
II Dünya
müharibəsindən sonra bu ölkədə sənayenin yüksək templərlə inkişafı kütləvi mədəniyyət üçün əlverişli şərait
yaratdı. Filmlərin, ədəbi əsərlərin istehsalı, o cümlədən televiziya, video yazı kimi yeni texniki sahələrin
yaranması dünyada ən ilkin və görülməmiş hadisələrdən idi. ABŞ-nın qazandığı bu nailiyyətlər Avropanın digər
ölkələrinə eksport edilməyə başlamışdır.
Tarixin son dövrlərində ABŞ heç zaman hərbi əməliyyatların məkanına çevrilməmiş, qəsp edilməmiş,
buradakı əhali nə soyuq, nə də aclıqdan çətinlik çəkməmişdir. Ona görə də bu dövlətin əsas diqqəti ölkənin
iqtisadiyyatının, sənayesinin inkişafına yönəldildi. Bunun əsasında mədəniyyətdə yeni sahə və formalara əsaslı
şərait yarandı.
1948-ci il yanvarın 27-də ABŞ-da «Smit-MundT qanun» adını alan informasiya mədəniyyət mübadiləsi
haqqında qanun imzalandı.
Təbii ki, Avropaya təşrif aparmış Amerikalılar – hərbi işçilər, biznesmenlər,
müxtəlif sahələr üzrə
məsləhətçilər, təbliğatçı və turistlər özləri ilə Avropaya «yüngül», bayağı ədəbiyyat, qəzet, videodisklər,
əyləncəli filmlər, reklam prospektləri kimi kütləvi mədəniyyət nümunələri də aparırdılar. Tezliklə bu
kompaniyaya ABŞ-ın İnformasiya Agentliyi də (1953-cü ildə yaranıb) qoşuldu.
Kütləvi mədəniyyət estetikasının ilk və həqiqi təşəbbüskarı Hollivud oldu. Hollivud kino əsərlərinin
konveyer üsulunu ilk dəfə həyata keçirərək yaradıcı istedadların kommersiya rəqibi əsasında yarışlarını yerinə
yetirir. Hollivud filmlərinin əsas süjetini Amerika həyat tərzinin ideallaşdırılması təşkil edir. Bu kinonun digər
ana xəttini, ideallaşdırılmış amerikanizmin romantik tərəfini kovboy filmləri, vesternlər təbliğ edir. Daha çox
əyləncəvilik janrına xidmət edən bu kinolar kommersiya məqsədli olub, macəra, qayğısız, şən əhval-ruhiyyə
məzmunludur.
«Hollivudlaşma» yavaş-yavaş kitab nəşri, mətbuat və rəngkarlıq, musiqinin reproduksiyasına da nüfuz
edir. Bütün bunlar kütləvi mədəniyyət sahiblərinin tələblərinə tam cavab verir. Bonn ideoloji mərkəzinin rəhbəri
Hans Yan bu haqda öz fikrini aşağıdakı kimi ifadə etmişdir: «İnsanın təfəkkür
prosesini o dərəcədə
yüngülləşdirmək lazımdır ki, sonda o, bundan tam azad olsun».
Hal-hazırda Avropa mədəni bazarı Hollivud filmləri, Amerika kitabları, musiqisi, televiziya, radio
proqramları ilə zəngindir. Amerika ideyaları kütləvi kommunikasiyanın çoxsaylı informasiya kanalları vasitəsilə
həyata keçirilir. Xüsusilə reklam işində Amerikalı konsernlər əyani şəkildə üstünlük təşkil edirlər. Dünyada hər
10 məşhur iri reklam agentliklərindən yeddisi məhz ABŞ-a məxsusdur.
YUNESKO-nun apardığı hesablamalara görə, dünya televiziya proqramlarının ümumi həcminin 75%-i,
informasiyanın 65%-i, kinofilmlərin 50%-i, video və audio kassetlərinin 60%-i, kommersiya informasiyasının
89%, ticarət reklamlarının 65%-i məhz ABŞ-a aiddir.
Vətəni əsasən ABŞ hesab edilən kütləvi mədəniyyət bütün dünya ölkələri mədəniyyətində də
özünəməxsus mövqeyə malikdir. Bu cəhətdən Azərbaycanda da kütləvi mədəniyyət özünü müxtəlif formalarda
təzahür etdirməkdədir. Bu problemi öz tədqiqat obyektinə çevirən gənc alim Vagif Gərayzadə Azərbaycanda
kütləvi mədəniyyətin tipologiyasının milli incəsənətin bir sıra növlərində təzahürünü sübut edir.
Azərbaycanda incəsənətin ən kütləvi növü kimi teatr mühüm əhəmiyyət kəsb etməyə başlayır. Hələ XIX
əsrin 70-ci illərində Azərbaycan kütlələrinin mənəvi mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaranır. Sosial-
iqtisadi inkişafdakı yeni tendensiyalar Azərbaycanın teatr həyatında əks olunmağa başlayır.
Köhnə feodal
klerikal mədəniyyətin mövqeyi nə qədər möhkəm olsa da, Azərbaycan teatrı öz üzünü kütlələlrə çevirə bildi.
Məhz teatr incəsənəti sayəsində Azərbaycan yavaş-yavaş Avropa mədəniyyətinə qoşula bildi. Milli teatrın kökü,
mənşəyi hələ lap qədimlərə aid olunduğundan ilk xalq adət və ənənələri, səhnə oyunları, təqvim mərasimləri
əslində kütləvi xarakter daşımış və beləliklə kütləvilik, xəlqilik elementləri tarixən Azərbaycan teatrının
mahiyyətini əks etdirmişdir. Xalq əyləncələri təkcə tamaşa və ya komikliyinə görə deyil, həm də sosial
istiqamətliliyinə görə kütləvi xarakter daşımışdır. Milli incəsənətimizdə xalq teatrının kütləvi formaları kimi
kukla tamaşaları, şəbeh və ya meydan teatrları digər kütləvi xarakterli sənət növləri – mahnı, rəqs melodiyaları,
muğam, faciə xarakterli ağılarla müşayiət olunurdu.
Görkəmli Azərbaycan maarifpərvər xadimləri H.Zərdabi, M.F.Axundov, N.B.Vəzirov, N.Nərimanov və
başqaları teatrın məhz bu xüsusiyyətini – kütləviliyini yüksək qiymətləndirərək onun yayılmasını təbliğ
edirdilər. Qısa tarixi arayışdan bir daha aydın olur ki, ən kütləvi sənət növü kimi teatr Azərbaycan
mədəniyyətinin ən spesifik sahələrindən birini təşkil edir. Bu sənət növünün kütləvilik xüsusiyyətinin nəzərə
alınması şərtilə milli dramaturqlarımız bu kütləvi sənət növünün bir sıra yeni formalarını – tamaşa-mitinq,
konsert-mitinq, xatirə-tamaşalar yaratmışlar. Digər tərəfdən, Azərbaycanda kütləvi tamaşaların
geniş vüsəti də
teatr sənətinin ölkəmizdə təbliğinin nəticəsi kimi qiymətləndirilir. Kütləvi tamaşalar Azərbaycanda ictimai-
sosial məzmun daşısa da o, xalqın ictimai və milli şüurunun formalaşmasınqda tərbiyəvi əhəmiyyət kəsb edir.
Kütləvi tamaşaların milli mədəniyyətimizə gərəkliliyini və aktuallığını nəzərə alaraq bu sahə üzrə ixtisaslı
mütəxəssislərin, rejissor, prodüserlərin hazırlanması məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində eyni adlı ixtisas fakültələri fəaliyyət göstərir. Hər il bu ixtisas üzrə onlarla ali təhsilli mütəxəssis
praktikaya cəlb olunur.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir