78
cəmləşdirməyə başladı. Bir
qayda olaraq, nümunə timsalında iki yazıçının yaradıcılığı haqqında danışmaq
məqsədə müvafiqdir: bunlardan biri ingilis yazıçısı Daniel Defo (1660-1731) hesab edilir ki, onun məşhur
«Robinzon Kruzo» adlı əsər-romanı nəinki o dövrün, hətta müasir oxucuların böyük əksəriyyətinin ən maraqlı
əsərinə çevrilmişdir. Digər yazıçı isə 481 sayda müxtəlif həyat tərzinə malik olan və böyük risk tələb edən peşə
adamlarının – müstəntiq, hərbçi, oğru, fahişə və s. obrazlar yaradan Matvey Komarovdur (1730-1812). Onun
«İngilis milordu Georginin macəraları haqqında povesti» və digər populyar kitablarının adlarını çəkmək olar.
Hər iki müəllifin əsərləri sadə və aydın dildə yazılmışdır ki, bu da kütləvi mütaliə, üçün ən zəruri şərtdir.
3.
1870-ci ildə Böyük Britaniyada qəbul edilmiş məcburi ümummilli savadlılıq haqqında
Qanun kütləvi
mədəniyyətin inkişafına ciddi təsir göstərdi. Bu Qanun XIX əsrdə bədii yaradıcılığın əsas növü olan roman
janrının inkişafına böyük təkan verdi.
Yuxarıda qeyd olunanların hamısı kütləvi mədəniyyətin ilkin tarixidir. Amma kütləvi mədəniyyətin
konkret tarixi Amerika Birləşmiş Ştatlarına, XIX-XX əsrlərə aiddir.
Tanınmış Amerika politoloqu Zbiqnev Bjezinski bu haqdı çox yerində deyilmiş bir ifadə işlətmişdir:
«Əgər Roma dünyaya hüququ, İngiltərə parlament fəaliyyətini, Fransa – mədəniyyət
və respublika millətçiliyini
bəxş etmişsə, müasir ABŞ – elmi-texniki inqilab və kütləvi mədəniyyəti vermişdir».
Kütləvi mədəniyyətin təzahür fenomeni aşağıdakı qaydada müəyyən olunur. XIX-XX əsrlər Avropa və
Amerika həyatının kütləvi şəkildə dərk edilməsi xarakterik və səciyyəvi idi. Kütləviləşmə prosesinin mahiyyəti
və məzmunu haqqında əvvəlki fəsildə çox geniş təhlillər verilmişdir. Təkrar olmasın deyə, sadəcə onu qeyd
etmək kifayətdir ki,
bu kütləviləşmə iqtisadiyyat, siyasət, idarəetmə və insanların ünsiyyəti kimi cəmiyyətin
bütün sahələrini əhatə edir.
«Kütləvi mədəniyyət»in daha dərin təhlili Kanada sosioloqu M.Maklyüen (1911-1980) tərəfindən
verilmişdir. O da D.Bell kimi belə bir nəticəyə gəlir ki, kütləvi kommunikasiya yeni mədəniyyət tipini yaradır,
formalaşdırır. Özünün «Quterberqin qalaktikası», «Rabitə vasitələrinin dərki» (1964), «Mədəniyyət bizim
işimizdir» adlı əsərlərində Maklyüen xüsusi olaraq qeyd edir ki, «sənaye və tipoqrafik insan» tarixi dövrünün
çıxış nöqtəsini XV əsrdə İ.Quttenberqin kəşf etdiyi «çap dəzgahı təşkil edir. Maklyüenin
sözlərinə görə kütləvi
informasiyanın müasir vasitələri «yeni insan» yaradır. Bu yeni insanı qədim əcdadlarından fərqləndirən əsas
cəhət «elektron informasiya»nın formalaşmasıdır. Bu müəllifin fikrinə görə, çap texnikası – publikanı, elektron
texnikası isə – kütləni yaratmışdır. İncəsənəti mənəvi mədəniyyətin aparıcı elementi kimi müəyyən edən
Maklyüen bədii mədəniyyətin eskeynietik (real həyattdan uzaqlaşdırma) funksiyasını xüsusi ayırmışdır.
Əlbəttə, bizim müasiri olduğumuz tarixi mərhələdə kütlə əhəmiyyətli dərəcədə dəyişmişdir.
Kütlələr daha
təhsilli, hər şeydən xəbərdar və fəal olmuşlar. Bundan əlavə, kütləvi mədəniyyətin subyektləri təkcə kütlənin
özü deyil, onlarla müxtəlif əlaqəyə daxil olan ayrı-ayrı fərdlərdir. İnsanlar eyni vaxtda həm fərd, həm lokal
qrupların, həm də kütləvi sosial birliklərin üzvləri olmaqla «kütləvi mədəniyyət»in subyektinə ikili mövqedən –
fərdi və kütləvi aspektdən yanaşırlar.
Kütləvi mədəniyyət bir sıra özünəxas cəhətlərlə seçilir.
Bunlardan biri odur ki, kütləvi mədəniyyət sosial
planda özündə «orta sinif» adlanan yeni ictimai təbəqəni formalaşdırır. Mədəniyyət sahəsində təbəqənin
formalaşması və fəaliyyəti fransız filosof və sosioloqu E.Morenin «Zamanın ruhu» (1962) adlı əsərində ifadə
olunaraq konkretləşdirilmişdir. «Orta sinif» anlayışı Qərb mədəniyyəti və fəlsəfəsində başlıca və əsaslı yer tutur.
Bu «orta sinif» sənaye cəmiyyətinin qayəsini təşkil edərək populyar kütləvi mədəniyyəti formalaşdırır.
Kütləvi mədəniyyət təbiət və insan cəmiyyətində baş verən real prosesləri sadəlövh tərzdə təcəssüm
etdirir. Şüurda rasional başlanğıcın inkarı baş verir. Kütləvi mədəniyyətin məqsədi adamların, kütlələrin asudə
vaxtının təmini, gərginlik və stresslərin aradan qaldırılmasından çox, tamaşaçı,
dinləyici, oxucu şüurunun
formalaşdırılması təşkil edir ki, bu da həmin mədəniyyətin yeni tipinin yaranmasına təsir göstərir. Formalaşan
bu yeni insan tipi isə tez zamanda manipulyasiyaya məruz qalır.
Kütləvi mədəniyyətin təşəkkülü asudə vaxtın sərf edilməsi problemi ilə sıx bağlıdır. Amerikalı sosioloqlar
c.Ramni və Meyer belə yazırlar: «Kütlələr yalnız XX əsrdə asudə vaxt əldə edə bildilər. İş vaxtının azaldılması
və həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi dövrün özünəməxsus problemini törətdi: asudə
vaxtda nə etmək və ya «vaxtı necə öldürmək». Milyonlarla insan isə öz əmək fəaliyyətindən zövq ala
bilmədiyindən öz «mən»ini məhz asudə vaxtda tapmaq məqsədilə kütləvi mədəniyyətin bilavasitə istehlakçısına
çevrilir.
İstehsal qüvvələrinin inkişafı istehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması mədəni istehlak
əşyalarının, formalarının kütləvi tirajlarla istehsalı üçün çox əlverişli şərait yaratmışdır.
Lakin bu mədəni
məhsulun satılması üçün əlverişli bazarın olması da vacibdir. Kütləvi mədəniyyət istehlakında fərdi zövqlər əsas
deyildir. Məhz buna görə də auditoriyanı lazımi ruhda tərbiyə etmək üçün kütləvi kommunikasiya, reklam
kanallarından geniş istifadə olunur. Bu mənada kütləvi mədəniyyəti istehsal edənlərin fəaliyyətini ticarətlə
məşğul olanların işi ilə eyniləşdirmək olar. Belə ki, kütləvi mədəniyyət istehlakçıları da əyləncələri
hazırlayarkən yalnız öz mənfəətlərini güdürlər.
Müasir kinorejissorlar, müğənni və yazıçılar kütlənin maraq və
meyllərini öyrənib, ona güvənərək yaradıcılıq məhsullarını ortalığa çıxarırlar.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir