Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   245

 
75
ya digər obrazda təsəvvür edərək udub-uduzmaqdan həzz alır. Bu keyfiyyətləri nəzərə alaraq İngiltərə, Alma-
niya, Rusiya, Fransa modernist rejissorları səhnə incəsənətinin yenidən qurulması ideyası ilə çıxış etdilər.  
Modernist teatrda faciəvi feart ideyası ingilis rejissor-islahatçısı Qordon Kreçə aiddir. Q.Kreçin fikrincə 
incəsənətin bu əzəmətli növü çoxdandır ki, realist xaosa məruz qalıb. Ona görə  də o, rejisorlara ilham 
mənbələrini «teatrın içindçn deyil, xaricindən» tapmağı  məsləhət görürdü. O, qeyd edir ki, teatr əldə etdiyi 
təəsüratları abstrakt, konkret məişət formasından təcrid olunmuş şəkildə təşkil etməyə bacarmalıdır.  
Modernist incəsənətdə alman dramaturq və rejissoru Bertold Brextin erik teatrı da hadisələrdən birinə çe-
vrildi. B.Brextin bu teatrında aktyorun obrazla azad ünsiyyətinin yeni sistemini yaradılır. Brextin əsas prinsipi 
aktyora səhnədə sərbəsltlik, azadlıq verilməsi ilə izah edilirdi. İfaçı canlı insandır, o personaja yuxarıdan aşağı 
baxaraq, qəhrəmana hörmətlə, ehtiramla yanaşır. Brextə görə aktyor-qəhrəmanla, obrazla ədasız, nazsız rəftar 
etməlidir. Q.Kreqə görə teatr həyat fəlsəfəsinin aydınlaşdıran hadisədir və o, öz teatrını bu məqsədə yönəldir. 
Bertold Brextin məqsədi isə, tarixi hadisələri, dərsləri tamaşaçılara  şərh etməkdir. Bertold Brextin 
konspepsiyasının mahiyyətini o təşkil edir ki, aktyor personajlara oyun aparan ideoloqdur. 
Bir qayda olaraq teatr maskası sosial tipin canlı simasının fərdi xüsusiyyətlərini daha da ümumləşdirərək 
onu donuq, müti vəziyyətə salır. V.Meyerxoldun tamaşılarında bir-birilə münasibətdə olan qəhrəmanlarla 
ünsiyyət zəif xarakter daşıyırdı. Hər personaj tamaşaçı zalına müraciət edərək özü haqqında auditoriyaya 
məlumat verir. Aktyor yaradıcılığı üçün vacib material olan insanın daxili aləmini tamamilə  rədd edən 
V.Meyerxold teatr oyununun biomexainiki sistemini yaratdı. O, aktyorun ustalığını zahiri ifadə vasitələrinin 
sərhi ilə  qəbul edirdi. Belə ki, Meyerxold aktyordan obrazın yaradılmasında daxili imkanlardan çox müxtəlif 
plastik rakurslarda obrazın tələb etdiyi özünəməxsus jonqlyorluğu tələb edir.  
Azərbaycan teatrında modernizm elementləri özünü, xüsusilə, müasir gündə  təzahür etdirməkdədir. 
Xüsusilə, rejissor Vaqif Həsənovun (İbrahim oğlu) yaradıcılığında və təşkil etdiyi «Yuq» teatrında bunların şahidi 
oluruq. Gözəl Azərbaycan yazıcısı Anarın eyni adlı «Səhra yuxuları» povesti əsasında səhnələşdirilmiş tamaşada 
əsərə qeyri-adi yanaşma açıqcasına hiss olunmaqdadır. Rejissorun yaradıcılığında bu günə kimi tətbiq edilməyən 
priyomlar özünü təzahür etdirir. Teatr materialına rejissorun qeyri-adi yanaşması hazırkı dövrdə teatr incəsənətində 
yeni bir hadisədir. «Yuq»un tamaşaçılarında başlıca qəhrəman hərəkətdir.  
Məhz hərəkət-jest, hərəkət-rəqs, hərəkət-konvulsiya, hərəkət-gərginlik, hərəkət-sakitlik sözlərlə birləşərək 
lazımi ahəngdarlığı, harmoniyanı verir. Səhnə illüstrisiyasının özünəməxsusluğu, hərəkət, rəqs – bütün bunlar şərq 
təfəkkürünə yaxın olan amillərdir.  
Modernizm Azərbaycanın təsviri sənətində daha geniş mövqe əldə etmişdir. 60-cı illərdə  Səttar 
Bəhlulzadənin metafizik palitrası, cavad Mircavadovun «fovist» brutallığı, Rasim Babayevin kinayəli, eyni za-
manda mifopoetik məkanı, Əşrəf Muradoğlunun zahiri tərki-dünyalıq ədası özünü təzahür etdirir. Bundan əlavə, 
adları qeyd olunan bu rəssamların zəngin konsepsiyaları mövcuddur. Xüsusilə, c.Mircavadov, R.Babayev, 
A.Muradoğlu, M.Abbasov, F.Xəlilovun yaradıcılığında «insan-dünya» münasibətləri fəlsəfi-kosmoloji konsep-
siyadan çıxış edir. Hər hansı  həyat hadisəsinin «gizli mənası» ilə  dərki demək olar ki, bütün Azərbaycan 
rəssamlarına xas olan keyfiyyətdir. Bu rəssamların «intellektual istiqamət»inin stilistik təşəkkülünə El Qreko, 
Rembrandt, Qoyya, Van Qoq, Sezann, Pikasso, S.Dali, Meksika monumental rəssamlığı, Afrikanın  ənənəvi 
incəsənəti çox böyük təsir göstərmişdir. 
Ötən əsrin 70-ci illərinin rəssamlarının yaradıcılığında «primitivlik» istiqaməti daha üstünlük təşkil etdi. 
Lakin bu primitivizm «klassik» primitivizmdən yeni əlamətləri ilə fərqlənir. Bu dövrdə rəssamlar üçün primiti-
vizm bədii təcəssümün yeganə forması olmasa da, bir çoxları, məhz bu formalardan proqram kimi istifadə 
edirlər. Xüsusilə, Kamal Əhmədov bu istiqamətin ən layiqli nümayəndələrindən hesab olunur. Onun yaradıcılığı 
əhəmiyyətli dərəcədə ikonoqrafik xarakter daşıyır. Plastik cəhətdən ifadə edilən işarələr bir rəsmdən digər rəsmə 
köçürülərək sanki rəssamın yaradıcılığının özünəməxsus ideya kodunu yaradır. Bu mənada onun «Leyli və 
Məcnun» rəsminin iki variantı maraq doğurur. Birinci variantda mövzunun «kosmik» şərhi verilir: Leyli və 
Məcnun «planetlər arasında» tam çəkisizlik vəziyyətindədirlər.  İncəsənətdə bu motiv yeni olmasa da, əsərdə 
məhəbbət, sevginin gücü təcəssüm olunur. İkinci kompozisiya da bu cür məcazi məna kəsb edir: Leylinin başı 
ağ dəvənin belinə köçürülüb, dəvənin gövdəsi isə, zolaqla örtülüb, kənarda yeni bir rəsmdə aypara ilə işıqlanmış 
boşluqda molbert önündə  əlində  çıraq  əyləşən rəssamın avtoportret təsvir olunur. Bu elementlərin hər biri 
müxtəlif zəngin assosiasiyalar oyadaraq rəsmin «hərfi» mənasının anlaşmasından başlamış onun kultoroloji və 
fəlsəfi ümumiləşdirmələr verməsində əsas mənbə rolunu oynayır. 
Modernizm kino sənətində  də özünəməxsus yer tutmuşdur. Bildiyimiz kimi, kino incəsənətin  ən 
mürəkkəb sintetik növlərindəndir. Bu sənət özünün əsas əlamətləri – təsvir, səs, musiqi, sözlə incəsənətin bütün 
növlərini özündə  cəmləşdirir. Müasir gündə kinoda abstraksionizm cərəyanı özünü çılpaqcasına nümayiş 
etdirməkdədir. Fransız rejissoru və kino nəzəriyyəçisi Lui Dellyukun yeni üslubu «fotogeniya» adlandırılır. 
Üslubun belə adlandırılması  ətraf aləmin xüsusi ifadəlilik aspekti ilə, təsviri ilə  əlaqədardır. Fotogeniya üçün 
tezləşdirilmiş və ağır çəkiliş, assosiativ montaj, ikiqat kompozisiya metodları xarakterikdir. L.Dellyuk kommer-
siya filmlərinin şit gözəlliyinə qarşı çıxış edərək bildirdi ki, fotogeniyanın «gözəl görünməklə» heç bir əlaqəsi 
yoxdur. O çəkiliş obyektlərinin daxili əhəmiyyəti, xarakteri, ifadəsi, sirri ilə maraqlanırdı. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə