71
Beləliklə, kommunist ideologiyasında «elitar mədəniyyət», «kütləvi mədəniyyət» anlayışları ona yad və
yabancı hallar kimi uzun illər ciddi tənqid edilir və sosializmdə belə mədəniyyətlərin
qeyri-mümkünlüyünün
sübutu haqqında dəlillər gətirilir. Sosialist ideologiyası nəzəriyyəçiləri elitar mədəniyyəti əməyin bölgüsü
nəticəsində mədəniyyət sahəsində yaradıcı fəalların mənəvi elita təbəqəsinə mənsubluğunu iddia edirlər. Bunun-
la onlar antaqonist cəmiyyətdə bir-birinə əks qütb olan iki fəaliyyətin – maddi və mənəvi istehsalın qarşı-qarşıya
durduğunu təsdiqləyirlər.
Elitar mədəniyyətin müasir konsepsiyalarının mənbələri haqqında şərh verərkən onların maarifçilik
ideologiyaları ənənələrini də qeyd etmək vacibdir. Bu ideologiyaya görə maariflənmiş elita kütlələrə
mədəniyyət bəxş etməklə onları xoşbəxt edir. lakin onu da qeyd etmək lazımdır ki, elitar mədəniyyət
nəzəriyyələrinin mühafizəkar-aristokrat nümayəndələri elitanın kütlələrə mədəniyyət və incəsənət bəxş edərkən
onun (mədəniyyətin) «kütləviləşmə»sinə imkan yaratmamağı tövsiyə edirlər. Əks təqdirdə,
elitar mədəniyyətin
həqiqiliyi, kubarlığı itirilə bilər. Digər tərəfdən isə elitanın məqsədi məxfilik və yüksək mədəniyyəti qorumaq
şərtilə kütlələri maarifləndirmək, lakin onların səviyyəsinə enməməkdir. Bu «aristokrat» variant «elitar
mədəniyyət» doktrinasının «əlifbası» hesab edilir.
Elitizmdə olduğu kimi, elitar mədəniyyət haqqındakı konsepsiyaların bir çoxunda seçilən təbəqə olan elita
sinfi mənsubiyyətinə görə deyil, əqli və yaradıcı fəaliyyətinə görə təhlil edilir. Kulturologiyada bu istiqamətin
nümayəndələri elitar mədəniyyətin həm istehsalçı, həm də istehlakçılarını elə elitanın özündə təsəvvür edirlər.
İtaliya sosioloqları R.Mixels, və Q.Mosk kütlələrlə müqayisədə elita
fəaliyyətinin yüksək səviyyəsi,
məhsuldarlığı və fəallığı ilə xarakterizə olunur. Fəlsəfə və kulturologiyada elita anlayışını cəmiyyətin spesifik
mənəvi qabiliyyətlərə mənsub olan xüsusi təbəqəsi kimi dərk etmək qəbul olunmuşdur. Bu nöqteyi-nəzərdən
elitanın cəmiyyətin sadəcə olaraq yüsək, ali, hakim, idarəedən təbəqəsi kimi anlamaq düzgün hesab edilmir. Eli-
ta hər bir ictimai sinfə, zümrəyə xasdır. Elita cəmiyyətin yüksək və estetik bacarıq və qabiliyyətlərə,
habelə
mənəvi fəaliyyətə mənsub olan bir hissəsidir. Məhz o, ictimai təcəssüm təmin etdiyindən incəsənət onun tələb
və tələbatlarının təmininə yönəldilməlidir.
Mədəniyyətin elitar konsepsiyalarının əsas elementləri A.Şopenhauerin və F.Nitsşenin fəlsəfi əsərlərində
öz əksini tapmışdır. Elitizm nəzəriyyələrində bu haqda müəyyən təhlillər aparmış alman romantiki
A.Şopenhauer özünün 1844-cü ildə tamamladığı «Dünya azadlıq və tamaşa kimi» əsərində bəşəriyyəti sosioloji
planda iki hissəyə bölür: «dahi insanlar» (yəni estetik təcəssümə və bədii yaradıcılıq fəaliyyətinə mənsub olan-
lar) və «faydalı insanlar» (sırf praktiki və utilitar fəaliyyətə yönəlmiş insanlar). O, «utilitarizmin cansıxıcı alə-
mini», «faydalı insanların» və «bacarıqsızlar dəstəsinin» iç dünyasını üzə çıxararaq «dahi insanlar» arasında
belələrinin olmamasını təsdiq edir.
Şopenhauer
hesab edir ki, dahi əsərlər publika, kütlə tərəfindən dərk edilə bilməz və dahilərin yaratdıqları
kütlə çoxluq üçün deyil. Onlar bunları anlamaqda çox acizdirlər.
Yuxarıdakı fəsildə qeyd etdiyimiz kimi, F.Nitsşe «kütləyə qarşı qiyamın» ən parlaq ifadəçisi idi. Öz elitar-
ist konsepsiyalarını bu filosof aşağıdakı fəlsəfi əsərlərində irəli sürmüşdür: «Faciənin musiqinin ruhundan
doğulması» (1872), «Fövqəlinsanlıq» (1878), «Şən elm» (1872), «Zaratuştra belə söyləmişdir» (1884). Bu
əsərlərində Nitsşenin elitarizmi «Fövqəlinsan» ideyası üzərində təzahür edir. Bu «Fövqəlinsan» cəmiyyətdə
imtiyazlı mənsəbə malik olub, həm də unikal estetik həssaslıq və qavramaya xasdır.
O qeyd edir ki, cəmiyyətdə kütlə mühüm rol oynasa da, hamı qarşısında adiliyi ilə çıxış edir. Müəllif kapi-
talizm böhranı dövrünün mədəni şəraitinin real tərəflərini üzə çıxarmağı bacarmış,
məhz bu cəmiyyət üçün xa-
rakterik olan «meşşan» mədəniyyəti təhlil etmişdir. F.Nitsşe qeyri-kamil, hövsələsiz, tələsik mahiyyət kəsb edən
bu meşşan mədəniyyəti «aristokrat ruhlu» mədəniyyətə qarşı qoyaraq kütlənin səviyyəsinə enən və incəsənəti
təhrif edənləri ifşa edir.
F.Nitsşe ilə Şpenqler mədəniyyətin tənəzzülünü «kütləviləşmə» fenomei ilə izah edirdilər. Sivilizasiya
mədəniyyəti əvəz edir; həqiqi mənəvi elita özünü «kütləviləşmiş»
incəsənətdə təsdiq edə bilmir, o pullu
istismarçı və siyasətçilərdən ibarət yalançı elita ilə əvəz olunur.
Şpenqler «nəfis və son dərəcə gözəl» səviyyəsi ilə seçilən mədəniyyətin dövr və epoxaları ilə fəxr edirdi.
Bu mədəniyyətlərin ideya, dil və formaları «yüksək ali tipə mənsub olan insanları» təşkil edən azlıqlara aid olur.
Şpenqler təsdiq edir ki, «intibah ayrılıqda seçilmiş zəkaların yaratdığı»dır. Göründüyü kimi o, mədəniyyət tarix-
inin, xüsusilə intibahı birtərəfli şərh edərək onu yalnız elitanın məhsulu kimi qiymətləndirir.
XX əsrin əvvəllərində Şpenqler, F.Nitsşe və A.Şopenhauerin elitar ideyaları X.Orteqa-i-Qassetin kultoro-
loji konsepsiyalarında yekunlaşdırılıb. İspan filosofunun elitar mədəniyyət haqqındakı konsepsiyası «kütləvi
mədəniyytə» qarşı qoyularaq «sənət sənət üçün» tezisini irəli sürürdü. O, yalnız professionallara
xas olan
incəsənəti dəstəkləyərək onu da editar incəsənət adlandırırdı. Orteqa-i-Qasset estetik qavramanın elitar tipini
kütləyə qarşı qoyurdu. Öz əsərində o, qeyd edir ki, əvvəllər kütlələr «öz yerini bilirdi, heç nəyə iddia etmirdi, …
indi isə, azlığı sıxışdırıb aradan çıxarmaqla o, sosial həyatın səhnəsinə doğru irəliləməyə can atır».
Bununla da,
ispan filosofu müasir mədəniyyətin faciəsini məhz bunda görür. Orteqa-i-Qassetin konstitusiyasına görə
kütlənin maraqları sırf maddi xarakter daşıyır; onlar kobud və vülqardırlar: onların «alçaq, rəzil niiyyətlərini»
«həqiqi, əsil elita»nın yüksək ideallarına qarşı qoyulur. İspan filosofu belə bir proqnoz verir ki, kütlələrin
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir