69
azadlığın ən kiçik əlamətlərindən belə məhrum etmək və onu kollektiv insan
tərkibinin bir hissəsinə
çevirməkdir».
«Kütləvi cəmiyyət» tənqidçiləri şəxsiyyət və cəmiyyət arasındakı ziddiyyəti mütləqləşdirməyə çalışırlar.
Fromm şəxsiyyətin iki tələbatı ilə mübarizəni qeyd edir: - onun sosiallaşması, kommunikasiyası, azadlıq və
müstəqilliyi, fərdiləşməsi. O, haqlı olaraq, qeyd edir ki, insan geniş sosial əlaqə və azadlıqlara malik olmalıdır.
İnsan dünyaya fərd kimi gələrək şəxsiyyətə çevrilir və bu proses tarixi xarakter daşıyır. Fərd tarixən əmələ
gəlmiş müəyyən ictimai münasibətlər sisteminə hələ ilkin uşaqlıq dövründə daxil olur. İnsanın sosial qrup
daxilindəki sonrakı inkişafı münasibətlərin elə şəbəkəsini yaradır ki, bu da onu şəxsiyyət kimi formalaşdırır.
Lakin şəxsiyyəti sosial mühitin yalnız passiv məhsulu kimi şərh etmək və şəxsiyyətdə fəal xadimi
görməmək düzgün olmazdı. Şəxsiyyətin sosial təcrübəni mənimsəməsi prosesi onun daxili aləmi vasitəsilə
həyata keçirilir.
Yuxarıda qeyd etdiyimiz kimi, «kütləviləşmə» nəzəriyyəçiləri «fəaliyyət»ə ayrıca bir aspekt kimi
yanaşıblar. Şəxsiyyətin fərdililiyi dedikdə, insanın psixoloji xüsusiyyətlərinin təkrarolunmaz uzlaşması başa
düşülür.
Buraya xarakter, temperament, psixi proseslərin cərəyanetmə xüsusiyyətləri, üstünlük təşkil edən
hissələrin və fəaliyyət motivlərinin məcmuyu, formalaşmış qabiliyyətlər daxildir. Şəxsiyyət hər şeydən əvvəl
özünün cəmiyyətin həyatında fəal iştirak etmək, tərbiyə və təlim nəticəsində əmələ gələn ləyaqəti və nöqsanları,
güclü və zəif cəhətləri ilə birlikdə canlı konkret adamdır.
Şəxsiyyətin ictimai həyatda tutduğu yer ciddi surətdə birmənalı şəkildə müəyyən oluna bilməz. Bu fakt
empirik sürətdə qədim zamanlarda müəyyən olunmuş və öz əksini «şəxsiyyət» anlayışının əmələ gəlməsi
prosesində tapmışdır.
Şəxsiyyətin fəallığının mənbəyini nə təşkil edir? XX əsrin əvvəllərində şəxsiyyətin «kütləviləşmə»dəki
fəallığı ideyası Vyana psixiatrı və psixoloqu Z. Freydin elmi görüşləri sistemində özünəməxsus yer tutdu. Bu
psixoloqun fikrincə, insan onun nəticəsində fəaldır ki, onda heyvan əcdadlarından irsən alınmış instinktiv
təhriklər
və hər şeydən əvvəl, cinsi instink və özünümühafizə instinkti təzahür edir.
Şəxsiyyətin fəallığının başa düşülməsində neofreydistlər seksual həvəsin birinciliyindən imtina edir və
insanın aşkar surətdə biolojiləşdirilməsindən uzaqlaşırlar. Şəxsiyyətin mühitdən asılılığı ilk plana çəkilir. Bu
zaman şəxsiyyət guya onu avtomatik surətdə müəyyən edən sosal mühitin sadəcə funksiyası kimi meydana
çıxır. Mühit özünün ən mühüm keyfiyyətlərini şəxsiyyətin üzərinə köçürür. Onlar həmin şəxsiyyətin fəallığının
formalarına (məsələn, K.Xorniyə görə, nəyin bahasına olursa-olsun məhəbbət və tərif axtarmaq, hakimiyyətə,
nüfuza, var-dövlət yığmağa can atmaq, nüfuzlu şəxslər qrupuna itaət etmək və onun rəyini qəbul etmək,
cəmiyyətdən qaçmaq) çevrilir.
«Kütləvi cəmiyyət» tənqidçilərin qeydlərinə görə konformizmi törədir. Konformizm – «kütləvi cəmiyyət»
adamının həmin cəmiyyət daxilində öz funksiya və rollarının yerinə yetirilməsini nəzərdə tutur. «Kütləvi
cəmiyyət» şəxsiyyətin müəyyən olunmuş sosial standartlara tabeçiliyini tələb edir. Konformizm insanın kütlə
içərisindəki psixoloji xarakteristikası kimi də izah edilir. «Kütlənin əsas qanunu – konformizmdir» - fransız so-
sioloqu L. Bodenin əldə etdiyi nəticə budur.
«Kütləvi cəmiyyət»in idarə olunması da mühüm məqamlardandır. Kütlələrin fəallığının boğulması anta-
qonist cəmiyyətlərin hakim təbəqələrinin üzərinə düşən vəzifələrdən hesab edilir. Belə bir cəmiyyətdə kütlələrin
tarixi proseslərdəki artan rolunun qarşısını ala bilməyən hakim qüvvələr onlara təsiretmə və manipulyasiya sis-
temi hazırlayır. İnhisarçı dövlət şəraitində idarəetmənin manipulyativ tipi sosial həyatın bütün sahələrini əhatə
edir. Manipulyativ idarəetmə cəmiyyətin ziyalılar təbəqəsinin etirazına gətirib çıxarır. Bunu ziyalıların
şüurluğunun yüksəlməsi kimi də başa düşmək olar.
Beləliklə, elitar cəmiyyət nəzəriyyələri kimi «kütləvi cəmiyyət» doktrinası tarixi inkişaf proseslərinin əsas
aparıcı qüvvələri hesab edilən kütlələrin təşəkkülü, formalaşması və onun struktur
mexanizmlərini şərh edən
xüsusi nəzəri təlim formasında yaradılmışdır.
1.16. Elitar və kütləvi mədəniyyət
sosial-mədəni fenomen kimi
Tarixi inkişaf proseslərinin zəruri sosial hadisələri kimi qiymətləndirilən cəmiyyətin təbəqə və zümrələrə
parçalanması ideyası elitarizm və «kütləvi cəmiyyət» təlim və nəzəriyyələrində möhkəm yer tutmaqla yanaşı, bu
parçalanmanın sosial həyatın bütün sahələrinə nüfuz etməsi və təsiri fikri də təsdiq olunur. Belə ideyalardan biri də
mədəniyyət və incəsənət aləmində özünə yer tutmuş, «elitar mədəniyyət» və «kütləvi mədəniyyət» anlayışlarıdır.
Əslində bu anlayış və hadisələr yuxarıda haqqında şərh və təhlillər apardığımız mövzuların – elitarizm, «kütləvi
cəmiyyət» nəzəriyyələrinin tərkib hissələri olmaqla ayrıca konsepsiyalar kimi yaranmış və həyatda özünü təsdiq
etdirməyə çalışmışdır. «Elitar» və «kütləvi mədəniyyət» anlayışları insanların yaradıcılıq prosesində estetik
yaşantılara cəlb olunmasının bu və ya digər qatını əks etdirərək mədəniyyət və incəsənət tarixində həmişə fəal
ideyalar törətmişdir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
70
Mədəniyyətdə bu təbəqələşmənin səbəbini və mənşəyini, ictimai köklərini araşdırmaq
üçün bu sosial
hadisənin tarixi və inkişafı prosesinə müraciət etmək zəruridir.
Mədəniyyətin unikallığı ondan ibarətdir ki, o, həm ayrı-ayrı fərdlərin yaradıcılığı, həm də kollektiv fəaliyyət
nəticəsində inkişaf etmişdir. Tarixən yaranmış insan birlikləri içərisində elələri vardır ki, onlar sinfi, dövlət, dini
birliklərdən fərqli olaraq etnik formada mövcud olub, dil, adət və mədəniyyətin digər xüsusiyyətləri ilə üzə çıxır.
Belə insan birlikləri tayfa, xalq və millətdir. Tayfa, xalq və millətlərin mədəniyyətləri heç vaxt qapalı, bir-birindən
ayrı mövcud olmayıb, milləti təşkil edən bütün siniflər üçün xarakterik olan xüsusiyyətlər – ümummilli
xüsusiyyətlər adlanır. Bunlar ümumi, təbii mühit, tarixi şəraitin təsiri ilə formalaşan spesifik etnik xüsusiyyətlər,
bütün siniflərin mənafeyinə xidmət edən və hamının iştirak etdiyi siyasi hərəkatlar və s.- dir. Belə ümumilli «et-
nik» xüsusiyyətlər dil, mədəniyyətin ənənəvi formaları (yaşayış yeri, geyim, qida), adət-ənənə,
psixi xüsusiyyətlər
aiddir.
Mədəniyyət ictimai tarixi proses kimi inkişaf və cəmiyyətin ən vacib formalarından biri kimi insanların
həyatına nüfuz etdikcə onun nəzəri problemlərinə də maraq artır və kulturologiya, sosiologiya elmində əsas
tədqiqat obyektinə çevrilir. Beləliklə, digər ictimai şüur formaları kimi mədəniyyət haqqında da müxtəlif
nəzəriyyələr yaranır. Bu nəzəriyyələr mədəniyyətin bütün aspektlərini əhatə edir.
Mədəniyyət tarixində maraq doğuran nəzəri məsələlərdən bir də onun incəsənətin yaradıcıları və
ümumiyyətlə mədəniyyətin kimlərə aidiyyatı olan müxtəlif konsepsiyalardır. Həmin məsələlərlə əlaqədar
mədəniyyətə müxtəlif metodoloji yanaşmalar mövcuddur. Onların bəzilərinə nəzər yetirək.
Mədəniyyətə marksist yanaşma konsepsiyasında mədəniyyətin mənsubiyyətini sinfi hesab edərək hər bir
milli mədəniyyətdə inkişaf etməmişdə olsa mütləq iki mədəniyyətin hakim sinfin və istismar olunan
məzlumların mədəniyyətinin mövcud olduğu da iddia edilir. Onlar sovet hakimiyyəti illərində bu konsepsiyanı
özlərinə strateji bir fəaliyyət proqramı seçərək «mədəni inqilab» siyasətini həyata keçirməyə çalışmış proletar
mədəniyyət nümunələrini hər vasitə liə təbliğ etməyə,
inkişaf etdirməyə, bəşəriyyətin yaratmış olduğu zəngin
milli mədəniyyət nümunələrini isə qeyri proletar mədəniyyəti kimi qanundan kənar elan etməyə çalışmışlar; onu
burjua mədəniyyətinin nümunələri saydıqları üçün ona laqeyd münasibətin bəslənilməsinə, sıxışdırılıb, aradan
çıxarılmasına nail olmuşlar. Bu da öz növbəsində milli mədəniyyətlərin inkişafına böyük zərbə vurmuş, uzun
illər bu ölkə daxilində «Rus-Sovet» tipli yeni bir xalqın və mədəniyyətin yaradılması istiqamətində mənasız
cəhdlər göstərilmişdir. Təbii ki, «sovet xalqı» kimi vahid sovet mədəniyyəti anlayışları da demokratik proseslər
başlayanda sabun kimi partlamış, özünü real həyatda təsdiq edə bilməmiş və ancaq kağız üzərində quru bir
nəzəriyyə şəklində mövcud olmuşdur.
Mədəniyyətin mənsubiyyətinə yanaşma məsələsində digər yayılmış konsepsiya «elitar və kütləvi
mədəniyyət» haqqındakı nəzəriyyələrdir. Xüsusilə bu yanaşmalar müasir Qərb mədəniyyətşünaslığında
möhkəm
yer tutmuşdur. «Elitar mədəniyyət konsepsiyasının nəzəriyyəçiləri bu mədəniyyətin mahiyyətini «mədəniyyət
mədəniyyət üçündür» və ya «sənət sənət üçündür» tezisi ilə ifadə etməyə çalışırlar. Bu nəzəriyyənin müəllifləri
mədəniyyət və incəsənəti yalnız bir qrup adamın malı hesab edir, xalq kütlələrinin bu zəngin mənəvi sərvətdən
məhrum olduqlarını, onu başa düşmədiklərini elan edirlər. Bu konsepsiyanın müəlliflərinin fikirlərinə görə
mədəniyyəti yaradan da, istiqamətləndirən də «elitar» sayılan təbəqənin nümayəndələridir. Xalq isə, nə onun
yaradılmasında, nə də bu sərvətlərdən bəhrələnməkdə iştirak etmir.
Bu qısa icmaldan göründüyü kimi, cəmiyyətin təbəqələşməsi kimi, mədəniyyətin də təbəqələşməsi
məsələsini üzə çıxaran nəzəriyyəçilər elitar mədəniyyəti elitarizmin əsas tərkib
hissələrindən biri kimi
qiymətləndirirlər. Əvvəlki fəsildə biz elitar təbəqənin spesifik xüsusiyyətlərini şərh edərək bu problemi müxtəlif
aspektlərdən izah edənlərin fikirləri üzərində dayandıq. cəmiyyətin elitasını bəziləri hakim təbəqədə görürsə,
digərləri onu qnoseoloji mənşə ilə əlaqələndirərək bu təbəqəyə yalnız düşünən «beyinləri» aid edirlər. Onlar
ictimai tərəqqini təmin edənlərdir.
Elitarizmin əsas ideya istiqamətlərindən birini də cəmiyyətdə elitanın mövcudluğunun zərurəti haqqındakı
tezis təşkil edir. Həmin tezisə görə cəmiyyətdə elitanın mövcudluğunun vacibliyi ona görədir ki, o,
«mədəniyyətin yaradıcısı», sivilizasiyanın təminatçısıdır. Bu fikrə proletariatın rəhbəri kimi tarixə düşmüş
V.İ.Leninin ifadəsində də rast gəlirik: «…Hər bir milli mədəniyyətdə, inkişaf etməmiş də olsa demokratik və
sosialist mədəniyyət ünsürləri vardır, çünki bir millətdə zəhmətkeş və istismar olunan kütlə vardır və onun həyat
şəraiti labüd surətdə demokratik və sosialist ideologiya dövrüdür. Lakin hər bir millətdə,
habelə burjua, çox za-
man isə hətta qaragüruhçu və klerikal mədəniyyət də vardır. Həm də yalnız «ünsürlər» şəklində deyil, hakim
mədəniyyət şəklindədir.
Mədəniyyətdə də təbəqələşmə prinsipini zəruri hesab edənlər onun əsas köklərini sosial amillərlə izah
etməyə çalışırlar. Bu cür izahı, xüsusilə «sosialist və burjua ideologiyası»nın mövcudluğunu iddia edən
nəzəriyyəçilərin tədqiqatlarında aydın hiss etmək mümkündür. Marksist nəzəriyyəçi hesab edilən V.İ.Leninin
yuxarıdakı fikri hakim sinfin və geniş kütlənin ayrı-ayrılıqda mədəniyyətə sahib olmasını təsdiqləsə də, o, hər
iki mədəniyyətdən bir vahid «proletar mədəniyyəti»nin formalşdırılmasını sosializmin ən böyük vəzifələrindən
hesab edirdi. «İncəsənət xalqa məxsusdur!», «Mədəniyyət hamı üçündür!» - ifadələri də bu ideyanın qısa tezisi
idi.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir