65
edərək fəhlələri bu elita üçün passiv material kimi qiymətləndirirdi. Veblenin ardıcılları – Skott, Akerman, cons,
Benda belə bir
fikri irəli sürürdülər ki, cəmiyyətin idarəolunmasını yüksək ixtisaslı texniki ziyalılardan ibarət
olan texnokratiya həyata keçirməlidir. Veblenin «Mühəndislər və qiymətlər sistemi» adlı kitabında texniki
mütəxəssislərin artması ilə əlaqədar onların sosial hakimiyyəti – «texnokratiya» reallaşdırılmalıdır.
Elitizmi texnoloji əsasdan təhlil edən nəzəriyyəçilərdən biri də ceyms Bernhem özünün «Menecer
inqilabı» adlı proqram əsərində nəinki təkcə istehsalatın, o cümlədən bütün ictimai həyatın idarəolunmasını yeni
elitaya – menecerlərə verilməsini vacib hesab edir. Onun bu konsepsiyası kapitalizm sisteminin, inhisarçılığın
əbədi olması ideyasına müəyyən zərbə vurmuş oldu. Belə ki, Bernhem ardıcılları – Elesko, Friş, Bouldinq bir-
birinin ardınca sübut etməyə çalışırdılar ki, «təşkilatçıların inqilabı» bir sıra Qərb ölkələrində baş vermiş kapita-
lizm köklü dəyişikliklərə məruz qalaraq yeni ictimai təbəqənin formalaşmasına səbəb olmuşdur. Bir çoxları bu-
nu menecerlik, bəziləri «xalq kapitalizmi» kimi qiymətləndirirdilər.
Elita məsələsinə müxtəlif aspektlərdən yanaşan elitistlər öz nəzəriyyələrini tarixi analogiyalarının
köməkliyi ilə əsaslandırmağa çalışırdılar. Bu
nəzəriyyələrin nümayəndələri, müəllifləri öz fikir və ideyalarında
ona istinad edirlər ki, xalq kütlələri cəmiyyətin idarə olunması işindən kənarlaşdırılıb və bunu hakim sinfin
inhisarçıları həyata keçirmişlər. İdeoloqların çoxu antaqonist formasiyalarda xalq kütlələrinin vəziyyətini heçə
endirərək bunu ümumi ictimai-sosial qanun kimi izah etməyə çalışırlar.
Fransız sosioloqu Lakrua öz fikrini belə təsdiqləyir: «Tarix boyu cəmiyyət elitanın mövcudluğuna görə
yaşamışdır… Elita anlayışı zaman, yer və məkana uyğun şəkildə müəyyənləşdirilibsə də,
eyni formada mövcud
olmuşdur». Elita bütün cəmiyyətlər üçün xasdır – bu fikir elitistlərin irəli sürdükləri əsas ideyalardan biridir.
Onlar elitanın müəyyən olunmasını cəmiyyətin sosial, mədəni və psixoloji inkişafının immanent xassəsi kimi
qiymətləndirərək onu sivilizasiyanın ayrılmaz atributu hesab edirlər. Elita hakimiyyətin zəifləməsi cəmiyyətin
qorxulu xəstəliyinə çevrilərək sivilizasiyaya maneçilik törədir.
Sözsüz ki, elitistlərin bir qismi antaqonist formasiyaların labüdlüyünü iddia etmək məqsədilə elitanı xalq
kütlələrinin əks qüvvəsi kimi qələmə verməyə çalışırlar. Çünki onlar tarixi yalnız əzən və əzilməz sinfi kimi
təsəvvür edirlər.
Ona görə də bu nəzəriyyəçilərin fikrincə elita adi kütlədən tam surətdə fərqlənən və seçilən hakim
təbəqədir. Bu konsepsiyanı dəstəkləyən müəlliflər insanların sosial qeyri-bərabərliyini iddia etməklə yanaşı, bu
qeyri-bərabərliyin
fövqündə, həm də qarşı-qarşıya qoyulmuş düşmən münasibətlərin də olduğunu təsdiqləyirlər.
Əlbəttə, elitistlərin bu nəzəriyyələri əsrlər boyu tarixdə mövcud olmuş və olan antaqonist cəmiyyət üçün haqq
qazandıran və hakim siniflərin iddialarına cavab verən «mənəvi» stimul rolunu oynamışdır.
Müxtəlif arqumentlərə əsaslanan elitistlərin hamısı üçün ümumilikdə bir neçə xüsusiyyət xasdır. Bu
xüsusiyətlər ilk növbədə ondan irəli gəlir ki, siyasi əlaqələr və siyasi hakimiyyət ictimi münasibətlərin əsas zə-
mini rolunu oynayır. cəmiyyət heç zaman idarəetmə funksiyası olmadan keçinə bilməz; və bu funksiya bütün
cəmiyyət tərəfindən aparıla bilməz, bunu hansısa müəyyən azlıq yerinə yetirir. Bu azlığın özü – elitadır. Öz
rəhbəredici funksiyasını yerinə yetirən elita ilk növbədə öz liderlik vəziyyətinin möhkələndirilməsi qayğısına
qalaraq özünü hakim azlıq kimi təsdiqləməyə çalışır. Elitaya mənsubluq onun nümayəndələrinin bir sıra im-
tiyaz, güzəşt, sosial nüfuz və s. malik olmasını zəruri edir.
Təbiidir ki, bunların qorunmasının təmini üçün elita
kiçik kompakt bir qrupda birləşir. Alman elitisti L.Froynd yazır ki, hakimiyyəti, nüfuzu itirmək qorxusu elitanın
bir-birinə möhkəm birləşməsini tələb edir. Elita öz üzvləri üçün müəyyən status işləyib hazırlayır, davranış
normalarını müəyyən edir.
Elitanın öz məqsədlərinə nail olmasının əsas vasitəsi – dövlətdir. Dövlət orqanlarının bütün mühüm
yerlərini elita nümayəndələri təmsil edir. Ona görə Mosk elitanı, həm də «dövlət sinfi» adlandırır. cəmiyyətin
elita və kütlələrə təbəqələşməsi sivilizasiyanın ilkin və əsas şərti hesab edilir. Bunsuz cəmiyyətin xəstəliyə –
anarxiyaya düçar olması labüddür.
Elitizmin əsas meyarı – siyasi münasibətlərin mütləqləşdirilməsidir. R.
Barkli qeyd edir ki, elita
nəzəriyyəsi siyasi hakimiyyətə əsaslanır. Çünki siyasi hakimiyyət bütün sosial münasibətlərin tənzimləyicisidir.
Siyasi hakimiyyətə malik olmayan təbəqəni, onun fikrincə, elita adlandırmaq olmaz.
Beləliklə, tarixin müxtəlif dövr və mərhələlərində irəli sürülən elitar nəzəriyyələrə, onların
konsepsiyalarına nəzər yetirdikdən sonra belə bir ümumi nəticəyə də gəlmək olur ki, elitizmdə bir çox
məqamlar, ideyalar, hətta antidemokratik xarakter də kəsb edir. Düzdür,
uzun illər, xüsusilə, sosializmin dünya-
da geniş yayıldığı tarixi mərhələlərdə hətta elitar nəzəriyyələr antiinsan, anticəmiyyət mövqeyindən «burjua
ideologiyasının» ayrılmaz tərkib hissəsi kimi təhlil edilirdi. Bu təhlillərdə elitarizmin sırf antidemokratik
mahiyyətə malik olduğu sübut olunmağa cəhd göstərilirdi və o antidemokratizmin
nəzəri cəhətdən
əsaslandırılması kimi qəbul edilirdi.
Amma əslində elitarizm ilə demokratiya nəzəriyyələri arasındakı ziddiyyət, xüsusilə, iki məsələyə olan
münasibətdə çox aydın hiss olunur: birincisi, demokratiya insanların bərabər hüquqa malik olduğunu iddia et-
diyi halda, elitarizm insanların
qeyri-bərabərliyini söyləyir; ikincisi, elitarizmin bünövrəsi tam hüquqa malik
qüvvə – hakim sinif hesab edilirsə, bu da demokratiyada azlığın çoxluğa tabe olması prinsipinə yaddır.
Elitaristlərin fikrincə demokratiya xalq tərəfindən bəyənilən, müdafiə olunan elitanın idarəetmə formasıdır.
Bu derslik behruzmelikov.com
saytindan yuklenmisdir