Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   245

 
63
Xalq hakimiyyəti ideyaların görəkəmli Amerika demokratı T.cefferson da inkişaf etdirmişdir. O, qeyd 
edirdi ki, hakimiyyətin xalq və ya ali təbəqə tərəfindən idarə edilməsi məsələsi hələ qədimdən bu günədək həll 
olunmamış qalmaqdadır. Bununla yanaşı, müəllif onu da qeyd edir ki, insanlar kürəklərində  yəhərlə 
doğulmayıblar ki, bəzi imtiyazlılardan qanun adı altında istifadə olunsun. 
Amerika konservatizm qanadının ideoloqu A.Hamilton isə müasir elitaristlərin təliminə müvafiq olaraq 
qeyd edirdi ki, cəmiyyətdə azlıq və çoxluq təşkil edənlər mövcuddur. Birincilər (azlıq) zənginlərdir ki, onların 
çox yaxşı mənşəyi var. İkincisi isə xalq kütlələridir. Belə deyilir ki, guya xalqın səsi – Allahın səsidir. Lakin bu 
belə deyil. Xalq dəyişkəndir, o, müxtəlif dalğalara mənsubdur və nadir hallarda düzgün ittiham edir. Xalqın 
hakimiyyətini arzuolunmaz və mümkünsüzlüyünü əsaslandıraraq Hamilton deyir: «Çoxluğa imkan versəniz, 
onlar azlıqları məhv edərlər». 
Müasir elitar nəzəriyyələrin formalaşmasına güclü təsir göstərən nöqteyi nəzərlərdən biri də F.Nitsşenin 
baxışlarıdır. F.Nitsşe dünyavi inkişaf prosesini ilkin əsasını tarixin hakimiyyətə doğru cəhd göstərən 
qüvvələrində görürdü. Bu qüvvələr hakimiyyətdən «yaradıcı instinkt» kimi istifadə etmək istəyirlər. Müasir 
elitaristələrin konservativ qanadı Nitsşenin «Yer cənabları», «Aristokratiyanın ali irqliyi» haqqındakı 
konsepsiyalarını qəbul edərək onun fikirləri ilə bölüşürlər. Bu konsepsiyanın əsas qaydalarından biri də odur ki, 
xalq bütün vasitələrlə – zorakılıq, din, qul əxlaqı ilə qul şəraitində saxlanılmalıdır. 
Nitsşenin əsas tənqid hədəfi – elitanın hökmranlığına qarşı çıxış edən inqilabi qüvvələrdir. O, qeyd edir 
ki, öz mövcudluqlarına  ədalətsizcəsinə yanaşaraq buna görə  əvvəlki nəsillərdən intiqam almaq istəyən qul 
təbəqəsindən vəhşi heç kəs qorxulu ola bilməz. O, kütlələrin təşkilliyindən onların inqilabi fəallığından qorxur. 
Nitsşenin siyasi idealı – xalq üzərində aristokratiyanın güclü hakimiyyətidir.  
Elita nəzəriyyəçiləri sırasında XX əsrin nəhəng sosioloq və kulturoloqlarının təlimi xüsusi yer tutur. Bun-
lara  İtalyan sosioloq-kulturoloqları Vilfredo Pareto, Qaetano Moska, Robert Mixels, İspan filosov və 
kulturoloqları Orteqa-i-Qasset, xüsusilə Z. Freyd, O. Şpenqler, M. Şelerin adlarını çəkmək olar. 
Pozitiv sosiologiyada xüsusi xidməti olan V. Pareto hər bir cəmiyyəti iki hissəyə – elita və kütləyə bölür. 
Paretoya görə elitanın iki tipi mövcuddur. Bu tiplər bir-birini ardıcıllıqla  əvəz edirlər. Elitanın birinci tipi 
«tülkü» xassəli mütəxəssislərdir ki, onlar yalandan bacarıqla istifadə edir, siyasi kombinasiyaların ustalarıdır. 
Elitanın ikinci tipi – «şir» xassəlilərdir ki, gücdən istifadə bu tipə xarakterikdir. Pareto elitanı siyasi hökmranlığı 
saxlama metodları nöqteyi nəzərlərinə görə təhlil edir. Hər elitaya özünəməxsus metod xasdır. «Tülkü» tipli eli-
taya xas olan manipulyativ metod (kompromislərin metodu), «şir» tipli elitaya isə kobud məcburiyyət metodu 
xasdır. Tarixin gedişatında elitanın struktur və dinamikasında dəyişikliklər müəyyən olunur. Bir elitanın başqası 
ilə  əvəz olunması, elitanın hakimiyyət metodlarının bir-birini əvəz etməsi hər elita tipinin özünəməxsus 
üstünlükləri ilə izah edilir. 
Sosial bərabərliyin qorunmasında Pareto məhz elita tiplərinin bir-birini ardıcıl əvəz etməsində görürdü. 
Pareto kimlərin elitaya aid edilməsini müəyyənləşdirmək üçün statistik metodun tədbiqini irəli sürür. O, 
yazır: «Tutaq ki, insan fəaliyyətinin hər bir sahəsində fərdlərin qabiliyyətlərini əks etdirən indekslər verilir və bun-
lara müvafiq olaraq məktəbdə olduğu kimi onlar qiymətləndirilir. Məsələn, milyona qədər xəzinə toplamışları 
(həqiqi və ya qeyri-qanuni yolla, fərqi yoxdur), biz 10 balla qiymətləndirirk. Xəzinəsi minliklərlə ölçülənləri isə 6 
balla, sürünənləri 1 balla qiymətləndirərək bu topluda daha çox var-dövləti ilə ən yüksək qiymət toplamışları «eli-
ta» adlandırırıq. Paretonun bu metodikası Q.Lassvellanın  əsərlərində geniş  tətbiq olunur. Bəzi sosioloq və 
kulturoloqların çoxu Paretonun bu konsepsiyasının müəyyən aspektləri ilə razılaşmayaraq elitizmin atası onu deyil, 
Q.Moskanı hesab edirlər. Moska konsepsiyasında da cəmiyyət iki təbəqəyə – elitaya (siyasi cəhətdən hökmranlıq 
edən azlıq) və kütləyə (siyasi cəhətdən tabe olan çoxluq) bölünür. Bu cür bölgü sivil cəmiyyətin ümumi normal 
şərti kimi qəbul edilir. «Bəşəriyyət tarixinin bütün dövrlərində – sivilizasiyaya yaxınlaşmadan başlamış ən müasir 
cəmiyyətlərə  qədər – idarə edən sinif və idarə olunan siniflər kimi qəbul edilən iki insan sinifləri mövcud 
olmuşdur. Bunlardan birincisi, daha az saylı olub, siyasi funksiyaları  həyata keçirərək öz əlində hakimiyyəti 
inhisarlaşdırır və bu hökmranlığın üstünlüklərindən zövq alır, daha çoxluq təşkil edən digər sinif isə, birincilər 
tərəfindən asılı olaraq idarə olunur». 
Elitanın psixoloji traktovkasından söhbət açarkən Z.Freydin fikirlərini, ideyalarını söyləməmək qeyri 
mümkündür. Freyd təsdiq edir ki, kor-koranə,  şüuraltı instinktlərlə  hərəkət edən kütləni yalnız elita idarə edə 
bilər. O, yazır: «Kütlə üzərində azlığın hakimliyi prinsiplərindən qaçmaq olmaz, belə ki, kütlə tənbəl və ətalət 
halındadır…»  
Freyd təsdiqləyir ki, yalnız kütlənin özünün seçdiyi şəxsiyyətlər, rəhbərlər, onları faydalı işlərə cəlb edə 
bilər.  
Elitizmin tərəfdarı olan O. Şpenqler tarixə sosial, mədəni inkişaf dövrlərinin bir-birini əvəz etməsi kimi bax-
araq öz nailiyyətlərinə görə mədənəyyətin elitaya minnətdar olmasını da söyləyir. 
Şpenqlerə görə kütləni güclü urbanizasiya formalaşdıraraq onların ənənəvi elitanın itaətindən çıxmasına 
şərait yaradır, bu isə  ənənələrin,  əvvəlki sosial təşkilatların məhvinə  səbəb olur. Elitanın itaətindən çıxan 
kütlələr sivilizasiyaya təhlükə törədir, - bu Şpenqlerin əldə etdiyi nəticənin leytmotividir. O, texnoloji amillərdə 
elitanın mövcudluğuna xüsusi yanaşır. Onun «İnsan və texnika» adlı  əsərində yazılıb ki, texnika insanları iki 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə