Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   245

 
60
Volyuntarizm cərəyanı nümayəndələri iradəni insan psixologiyasında əsas amil hesab edərək cəmiyyət və 
təbiətin obyektiv qanunauyğunluqlarını inkar edir, tarixi prosesləri yalnız insan iradəsinin məhsulu kimi 
qiymətləndirirlər. Elita – kütlələri özünün istədiyi istiqamətə yönəldərək tarixi özünün istədiyi kimi yaradır – 
volyuntaristlərin əsas tezisi budur. 
Fatalistlər isə iddia edirlər ki, dünyada elə fövqəltəbii qüvvələr vardır ki, onlar tarixi prosesin ardıcıllığını, 
gedişini müəyyən edir və bunu Allah elitanın vasitəsilə reallaşdırır. 
Tədqiqat prosesində elmi mənbələrin araşdırılması zamanı belə bir nəticəyə gəldik ki, mədəniyyətşünaslıq 
və sosiologiyada elita problemi ilə  məşğul olan tədqiqatçılar onu geniş  nəzəri aspektdə izah etməkdən yan 
qaçırlar. Tədqiqatçıların tipik mövzuları «Amerikanın ədəbi elitası», «Ərəb ölkələrində mədəni elita» və sairə 
buna bənzər tədqiqatlardır. Bu müəlliflər belə hesab edirlər ki, tarixi prosesin qanunauyğunluqlarını üzə 
çıxarmaq qeyri mümkündür. 
Tərəqqipərvər Amerika publisisti və tarixçisi Q.Apteker haqlı olaraq yazır: «Elitizm – istehsalat vasitələri 
üzərində  şəxsi mülkiyyətin qurulduğu cəmiyyətin ayrılmaz bir tərkib hissəsini təşkil edir. o, hakim sinfin 
təfəkkürünün mahiyyətini özündə əks etdirir». 
Antaqonist cəmiyyətdə hökmran siniflərin  əsas üstünlüyü sayılan  əqli  əməklə  zəhmətkeşlərin taleyinə 
yazılmış fiziki əmək arasında kəskin fərq mövcuddur. Bu sinfi antaqonizm, təbii ki, ideologiyada da özünü 
təzahür etdirir. Hakim sinfin ideoloq nəzəriyyəçiləri əqli əməyi tarixi inkişafın əsas qüvvəsi kimi, fiziki əməyi 
isə ikinci dərəcəli proses kimi izah edirlər. Sivilizasiyanın inkişafında bütün nailiyyətləri onlar hökmran 
siniflərin nümayəndələrinin ünvanına aid edirlər. 
Aydındır ki, istismarçı dövlət xalq kütlələrinin  əzilməsində  əsas vasitədir; bu qaydanın labüdlüyünü 
təsdiqləmək üçün elitaristlər idarəetmə sahəsinin xalqdan ayrılmasının vacibliyini və dövlət hakimiyyətinin 
«idarəedən» anlayışına haçalanmasını mütləqləşdirməyə çalışırlar.  Əməyin bölünməsi,  şəxsi mülkiyyətin 
təşəkkülü sosial qrupların, sinif, zümrə  və  təbəqələrin təşkilinə  gətirib çıxarır ki, bu da özlüyündə müəyyən 
fəaliyyət sahələrinin möhkəmlənməsini təmin edir. Bunların hər hansı birinə  mənsubolma fərdin gələcək 
fəaliyyətini müəyyənləşdirir. 
Beləliklə, elita nəzəriyyələrinin sosial əsasını xalq kütlələrinin ümumi vəziyyəti və hakim sinfin 
hökmranlığı təşkil edir. 
Elitar nəzəriyyələr müəyyən sosial münasibətlərin qanunauyğun məhsuludur. Onlar müəyyən sosial struktur-
lara daxil olaraq bu strukturların fəal işləməsində üstünlüyə malikdirlər.  Əlbəttə, elitar nəzəriyyələri istismarçı 
siniflərin öz maraqlarının həyata keçirilməsinin ifadəsi kimi qiymətləndirmək haqsız olardı. Çünki, elitar 
nəzəriyyələr – ictimai münasibətlərin təbii, zəruri nəticəsidir. 
Elitar nəzəriyyələrin ilkin funksiyalarını, bir tərəfdən zəhmətkeşlərə müstəqil fəaliyyətdə «bacarıqsız» 
olduqlarını inandırmaq və bunun nəticəsində  kənardan «seçilmiş»lərin onlar üzərində  rəhbərliyinin zərurətini 
əsaslandırmaq təşkil edirdisə, digər tərəfdən istismarçı siniflə istismar olunan sinif arasındakı antaqonist 
münasibətləri maskalamaq və bu ziddiyyəti «kütlə» ilə bəzi görkəmli şəxsiyyətlər arasındakı «daimi» təzad kimi 
qələmə vermək idi. Göründüyü kimi, elitar nəzəriyyələrin ictimai əsasını sinifli antaqonist cəmiyyətdə 
zəhmətkeş kütlələrin sosial vəziyyəti və hakim siniflərin iqtisadi, siyasi, mənəvi hökmranlığı təşkil edir. lakin bu 
ümumi cəhət və  səbəblərlə yanaşı, hər bir tarixi dövr və  mərhələnin zəruri  şəraitində irəli gələn spesifik 
xüsusiyyətlər də mövcuddur ki, məhz bunlar əsasında yeni konsepsiya və təlimlər formalaşır. 
İnhisarçı burjua ideologiyasının tərkibinə daxil olan elitar nəzəriyyələr müasir kapitalizmin inkişafını 
xarakterizə edən bir sıra sosial prosesləri - ümumi böhranın dərinləşməsi, kapitalın təmərküzləşməsi və 
mərkəzləşməsi, dövlət – inhisarçı tendensiyaların artımı, ictimai həyatın hərbiləşdirilməsi, 
bürokratiyalaşdırılması, faşizm tendensiyalarını da əks etdirmişlər. Bu proseslərin, xüsusilə, maliyyə 
oliqarxiyasının təşkilini qeyd etmədən müasir elitar nəzəriyyələrin əlamətlərini üzə çıxartmaq mümkün deyil. 
İnhisarçı burjuaziya ideoloqları xalq kütlələrinin tarixdəki rolunu idealistcəsinə təhlil edərək onun antixalq 
xarakterini daha da dərinləşdirirlər. Onlar iddia edirlər ki, xalq kütlələri – «hərəkətsiz,  ətalət başlanğıcı»dır. 
Kütləni mədəniyyətin düşməni kimi əks etdirməyə çalışaraq öz ideyalarını belə ifadə edirlər ki, əgər xalq 
cəmiyyətin idarəetməsini öz əlinə alarsa, o zaman, yaradıcı  şəxslər aradan götürüləcək, çünki onlar mənəvi 
səviyyəcə özlərindən yüksəkdə olanları məhv etməyə qadirdilər. Əgər əvvəllər tarixi yaradanlar siyasi xadimlər, 
hərbçilər, monarxlar idisə, indi onları maliyyə, kapital maqnatları və menecerlər əvəz edir. İnhisarçı mövqedən 
çıxış edən bu elitar nəzəriyyələr mürtəce, antixalq mahiyyəti kəsb edir. 
Kapitalizmin imperializm mərhələsindəki inkişafının  əsas xüsusiyyəti kapitalın təmərküzləşməsi və 
mərkəzləşməsinin maliyyə oliqarxiyasının yaranmasına gətirib çıxarmasıdır. Kapitalist ölkələrində  nəhəng is-
tehsal sahələrinin zəhmətkeş  nəsillərin  əməyi ilə yaranmasına baxmayaraq o, maliyyə oliqarxiyasını yaradan 
yüzlərlə  zəngin ailənin ixtiyarındadır.  İstismarçı hakim sinfin bu yüksək təbəqəsi ilə menecerlərin yuxarı 
təbəqəsi burjua sosioloqları tərəfindən iqtisadi elita adlandırılır. 
Bu sahədə, xüsusilə, dünyada ABŞ kapitalının təmərküzləşməsi, iqtisadiyyatın inhisarlaşması üstünlük 
təşkil edir. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
61
Amerika elitası üzrə  tədqiqatçı T.Dayanın hesablamalarına görə, ölkənin 3,5 min zəngin adamı 
Amerikanın sənaye fəallarının yarıdan çoxuna nəzarət edir. ABŞ-nın 200 mindən çox sənaye kompaniyalarının 
illik gəliri 250 mln. dollar olan təkcə 501 fəalı mövcüddür. 
ABŞ-ın 100 nəhəng korporasiyası ölkənin ən vacib iqtisadi, maliyyə sahələrini əhatə edir. Bunlar ən iri 
sənaye korporasiyaları olan «Standard Oyl of Nyu-cersi» (EKSSON), «Ceneral Motors», «TEKSAKO», «Ford 
Motors», «Qalf Oyl»dur. Kommunikasiya sahəsində əniri korporasiya olan «Ameriken telefon end teleqraf»dır 
ki, onun gəliri 50 mlrd. dollardır. Sığorta sahəsində ən iri korporasiya olan «Pruşenşl inşurens» 30 mlrd. dollar, 
digər korporasiya olan «Metropoliten layf» da öz fəalları ilə təqribən bu həcmdə gəlir gətirir. 
50 bank ABŞ-ın bank fəallarının 65,6%-nə nəzarət edir. Bunlardan ən iriləri - «Bank of Amerika», «Siti 
korporeyşn», «ceyz Manhettn bank»dır. 
İnhisarlaşmanın ən yüksək dərəcəsi tədavül sahəsindədir. Maliyyə qrupları arasında Rokfellerlər, Mellon-
lar, Düpponlar, Fordlar qrupları seçilir. Keçmiş  ənənələrə malik olan milyarderlər ailələri ilə yanaşı maliyyə 
oliqarxiyası elitasına son on illərin digər zənginləri də daxil olmuşdur. «Forbs» jurnalı Amerika milyarderləri 
içərisində şəxsi hesabı 2 mlrd. dollar olan D.Lüdviqin, B.Xanta və onun ailəsi, P.Riçardson və  oğlu, Q.Qetti, 
D.Pakkarda, M.Devis, F.Anşutsun adını qeyd edir. 
ABŞ-nın 500 korporasiyası ölkənin yarıdan çox varını, 150 ailə isə maliyyə oliqarxiyasını təşkil edir. Bir 
sıra korporasiyalar isə eyni ailələrə məxsusdur. Belə ki, eyni adamlar bu korporasiyaların prezidentləri olub, bir 
neçə korporasiyanın direktorlar şuralarının üzvü kimi öz əllərində nəhəng iqtisadi hakimiyyəti saxlayırlar. Müa-
sir mərhələnin maliyyə oliqarxiyasının spesifik əlaməti onun çox bağlı bir qrup olması ilə izah edilir. 
ABŞ-ın milyon-milyon zəhmətkeş kütləsinə isə bu ölkənin yalnız 8% milli var-dövləti məxsusdur. 
Bu struktur çərçivəsi daxilində maliyyə oliqarxiyasına daxil olan bir neçə yüz ailə həmin ölkənin iqtisadi 
həyatının sahibi olmaqla yanaşı, bu ölkənin siyasi və mədəni sahəsinin güclü istiqamətvericilərinə çevrilirlər. 
Məhz bu nöqteyi nəzərdən vaxtilə marksizm-leninizm təlimi dövlət və hakim adamların gündəlik həyatda 
nəinki dövlətin idarə olunmasını həyata keçirmələrini qeyd edir, həmçinin onları siyasi elita adlandırırdı. 
Beləliklə, elitar nəzəriyyələrin sosial köklərini uzun illər kommunist ideologiyasına qulluq edən 
nəzəriyyəçilər antaqonist, ictimai-iqtisadi formasiyaların iqtisadi, sosial-siyasi şəraitində axtarmış  və 
ümumiyyətlə elitarizmi geniş xalq kütlələrinə zidd, yabanı bir cərəyan kimi qələmə verməyə çalışmışlar. 
Düzdür, elitarizmin təşəkkülündə müəyyən iqtisadi-sosial amillər mövcuddur. Lakin bu nəzəriyyənin (elitar) 
kökünü insanın təfəkkür və  şüurunun sosial hadisələri dərk etmə momentində axtarmaq daha düzgün olardı. 
Məhz qnoseoloji müddəalar elitar nəzəriyyələr konsepsiyasını təmin edir, onun formalaşmasına əlverişli şərait 
yaradır.  
Əslində elitar nəzəriyyələr bir tərəfdən sosial-iqtisadi səbəblərin, digər tərəfdən isə qnoseoloji köklərin 
vəhdətində formalaşmışdır. Elitar nəzəriyyələrin marksist-leninçi şərhi də  məhz bu təsəvvürlərin (elitar) 
formalaşmasında sosial şəraitlə yanaşı qnoseoloji zəminin vəhdətinə əsaslanır.  
Elitarizmin formalaşmasında  əsas məsələlərdən biri sosial həyatın dərk edilməsi, idrak prosesidir. Bu 
proses materiyanın hərəkət formalarının daha mürəkkəbi olub, sosial hadisələrin subyektiv şərhini izah edir. Bu 
izah isə tədqiqat obyektinin özü ilə şərtləndirilir. Obyekt – maddi istehsal, sosial və siyasi münasibətlərin inkişaf 
səviyyələri olan konkret tarixi şəraitlə müəyyənləşdirilir.  İdrak – subyekt və obyektin qarşılıqlı  əlaqəsinin di-
alektik prosesidir. Onun nəticəsinə sosial formalar təsir göstərir ki, bu da dərk etməni bilavasitə həyata keçirir. 
Elitar nəzəriyyələrin nəzəri, idrakı kökləri tarixi proseslərin ayrı-ayrı  tərəflərinin mütləqləşdirilməsində 
hiss edilir. Başqa sözlə, elitarizm insanların maddi həyata münasibətlərinin mənəvi fəaliyyət prinsipləri əsasında 
formalaşmışdır. 
Fəlsəfənin  əsas məsələsinin idealits həllindən çıxış edərək bu nəzəriyyənin (elitar) müəllifləri belə bir 
nəticəyə  gəlirlər ki, ictimai inkişaf iradə  və  şüuru mənən zəngin olan şəxsiyyət və ya «ilahi» iradəsi olan 
«seçilmiş»lərin sayəsində baş verir.  
Yuxarıda qeyd etdiyimiz kimi, bu fıkrin nümayəndələri cəmiyyətin maddi həyat  şəraitində kütlələrin 
fəaliyyətini  əsas götürən fikirləri rədd edirlər. Onlar belə ideya irəli sürürlər ki, təbiətdən fərqli olaraq 
cəmiyyətdə zəngin şüur və iradəyə malik insanlar fəaliyyət göstərir. Onlar qarşılarına müəyyən məqsəd qoyaraq 
onun həyata keçirilməsinə çalışırlar. 
Belə illüziya yaranır ki, tarixi prosesin gedişini  şüur və ideyalar doğurur. Bu zaman tarix ideyaların 
reallaşması, «əqlin» aparıcıları isə, seçilmiş şəxsiyyətlərdir. Şüurlu element tarixdə gerçəkliyin «demiurq» (Pla-
tonun idealist fəlsəfəsində – yaradan, dünyanı yaradan qüvvə, Allah) səviyyəsinə qaldırılaraq kütlələrin «fikir-
siz» fəaliyyətinə qarşı qoyulur. 
Marksizm klassikləri idealistlərin iki nöqsanını ciddi tənqid etmişlər. Bu tənqid ayrı-ayrı insanların – 
«seçilmişlərin» tarixi fəaliyyətinin obyektiv qanunauyğunluğunun kökünün maddi istehsalda axtarılmasında və 
tarixi inkişaf prosesində kütlələrin rolunun layiqincə qiymətləndirilməsində idi. 
Elitar konsepsiyaların qnoseoloji kökləri uzun illər insanlar arasında bioloji və psixoloji fərqlərin 
böyüdülməsi, sosial-iqtisadi münasibətlər kontekstindən kənar siyasi fəaliyyətdə elm və texnikanın rolunun 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə