Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   245

 
64
hissəyə bölür: bunlardan birincisi zavod və  şaxtalarda maşın texnikası ilə çalışan böyük miqyaslı insan 
kütlələridir; ikincisi, «yaradıcı  kəllələr, təşkilatçı  və mühəndislər, kəşf edən» azlıq – elitadır ki, bunlar da 
kütləyə rəhbərlik edir. 
Şpenqlerin baxışlarına yaxın olan digər elitist A. Toynbi də sivilizasiya tarixinin tsiklik (dövrü) xarakteri-
ni mühüm hesab edərək burada elita tarixinə üstünlük verir. Onun fikrinə görə tarixi proses yaradıcı  və 
hökmranlıq edən elitaların bir-birini əvəz etməsi prosesindən ibarətdir. 
Yaradıcı elita düşüncə vasitəsilə  cəmiyyət qarşısında duran vəzifələri həyata keçirir; hakim elita isə öz 
gücünə arxalanaraq öz hakimiyyətini saxlayır. Toynbinin bu konsepsiyası Paretonun «tülkü» və «şir» fikirlərinə 
çox yaxındır. 
XX  əsrin 30-40-cı illərində elita nəzəriyyələri ABŞ,  İngiltərə, Fransa sosiologiya və kulturologiyasında 
geniş yer tutmağa başladı. Xüsusilə, bu nəzəriyyələrin  ən iyrənc forması faşist nəzəriyyəçiləri tərəfindən irəli 
sürülürdü. Hitlerin «Mayn kampf» adlı kitabında elitizm fəlsəfəsini «dünya tarixini yalnız azlıq yaradır» ideyası 
ilə izah edərək bunun kökünü irqi fərqlər üzərindəki, sosial bərabərsizlikdə görürdü. Çoxluğun azlığa tabe 
olması prinsipinə qəzəblə yanaşaraq o, faşist elitarizminin kredosunu formalaşdırmışdır. Bu nəzəriyyənin qeyri 
humanist mahiyyəti bütün dünyada öz təzahürünü göstərmiş oldu. Tarixi inkişaf prosesi irəlilədikcə elitizm də 
inkişaf edir, yeni-yeni elit təlim və nəzəriyyələri yaranmağa başlayır. Bu nəzəriyyələr «elita sosiologiyası»nın 
yaranmasına böyük təsir göstərdi. 
Elita sosiologiyasında etilizmi bioloji, psixoloji, dini aspektdən izah etməyə çalışan nəzəriyyəçilər müxtəlif 
konsepsiyalarla çıxış edirlər. Məsələn, alman nəzəriyyəçisi M.Freynd elitanın dini traktovkasını onun «maqnit 
gücünə» malik olması ilə izah edir. Bu irrasional gücü, o, «allah gücünün ifadəsi, sehri» kimi qiymətləndirir. 
Elitizmi bioloji əsasdan izah etməyə çalışan nəzəriyyəçilər isə daha kobud arqumentlərlə  çıxış edirlər. 
cəmiyyət həmişə olduğu kimi təbiətin qanunlarına uyğun olaraq elita və kütləyə bölünüb və bölünəcəkdir: bun-
lar arasındakı fərq insanların təbiətindəki müxtəlifliklə, daha doğrusu fərdlərin irqi xüsusiyyətləri ilə izah edilir. 
İngilis sosioloqu S.Darlinqton hesab edir ki, elita ilə istismar olunan kütlə arasındakı  fərq genetik xarakter 
daşıyaraq «möhkəm iri material» ilə müəyyən edilir. Tarixin gedişi ən yaxşı irsə malik olanların, yəni elitanın, 
sayəsində baş verir. Amerikalı sosioloq R.Uilyams bioloji prinsipi rəhbər tutaraq bildirir ki, «yaradıcı azlıq» ilə 
«qeyri yaradıcı çoxlüq» arasında fərq insanların genetik fərqləri ilə şərtlənir. Hələ doğulduğu gündən kimin eli-
taya kimin kütləyə aid olduğu bəllidir. İnsanlar arasında bərabərlik qeyri mümkündür. 
Bioloji elitizm ilə rasizm arasında müəyyən yaxınlıq hiss olunur. Rasizm (irqçilik) insanlara bir gözlə 
baxmayan, bir irqi başqasından üstün tutan, irqlər, xalqlar arasında nifaq salan, uzun müddət burjua 
ideologiyasının bir sahəsi kimi tanıdılan bir nəzəriyyədir.  İrqçilər tarixi prosesin hərəkətverici amilini «irqin 
rəngində» görür və onu elita adlandırırlar. Amerikalı irqçi-sosioloq Hans Kon xalq kütlələrini «rəngsiz şəxslər» 
adlandıraraq onların heç bir qabiliyyətə malik olmadığını  və yalnız elitanın yaradıcı potensiala mənsub 
olduğunu və cəmiyyətin inkişafına kömək etdiyini bildirir. 
Elitanın psixoloji nəzəriyyələri cəmiyyətə maddi əsasdan məhrum olmuş psixi bir mühit kimi yanaşaraq 
onun elita və kütləyə bölgüsünün əsas səbəbini insanların psixologiyasında görür. Psixoloqların bir çoxu Tardın 
təqlid nəzəriyyəsinə  tərəfdar çıxaraq belə fikir söyləyirlər ki, kütlə elitanı  təqlid edir. Amerikalı sosioloq 
L.Bernard yazır ki, kütlə «pul və hakimiyyət vasitəsilə iqtisadi müvəffəqiyyət  əldə etmiş» insanları  təqlid 
etməlidir. 
İngilis sosioloqu M.Kinqsberq çoxluğun, kütlənin liderə mənsub olmaq ehtirası haqqında yazır: «Bəzi xalqlar 
idarə olunmağı çox sevdiklərinə görə ona cəhd göstərdikləri kimi, insanların çoxunda da tabe olmağa instinktiv 
tələbat mövcuddur». Bunu söyləməklə psixososioloqlar tabe olmaq və tabe etmək instinktlərinin anadangəlmə psixi 
keyfiyyətlər olduğunu təsdiqləməyə çalışırlar. 
Elita sosiologiyasında müvafiq yer tutan nəzəriyyələrdən biri də elitanın «texnoloji» nəzəriyyələridir. Bu 
nəzəriyyələr də XX əsrin məhsulu olub, insanların müasir maşın istehsalının idarəolunmasının təşkilindəki 
bacarıq və qabiliyyətlərinə  həsr olunub. Bu fikirlər c.Bernhem, A.Friş, D.Elesko, K.Bouldingin əsərlərində 
mühüm yer tutub. Bu müəlliflərin  əsərlərində  əsas fikir ondan ibarətdir ki, «hakim elita»nın yaranması 
cəmiyyətdə müəyyən vaxt çərçivəsində hansı funksiyaların əsas rol oynamasından asılıdır. Əgər XIX əsrdə «sa-
hibkar təşəbbüsü» irəli çəkilirdisə, XX əsrdə «təşkilatçılıq qabiliyyətləri» həlledici xarakter daşımağa başladı. 
Bu konsepsiyaya əsasən müasir cəmiyyətin həqiqi təşkilatı  və  rəhbərləri, başqa sözlə ifadə etsək, elitası 
M.Lernerin təbirincə «sənaye və zavod əməliyyatlarını planlaşdıranlardır. Məhz bu inhisarçı qüvvənin 
idarəetmə qabiliyyətinə  və  rəhbərlik hisslərinə  mənsubluğu onun elita xarakterinə yiyələnməsində vacib rol 
oynayır». 
Bu konsepsiyanın tərəfdarları texnikanın rolunu fetişləşdirərək onun tarixin inkişaf gedişini müəyyən 
etməsini labüd qəbul edirlər. Onlar təsdiq etməyə çalışırlar ki, tarixi təkamül cəmiyyətin sənaye maqnatları və 
inzibatçı kastalarından ibarət olan elitadan və avtomat-fəhlələr olan zəhmətkeş kütlələrdən formalaşmasına 
şərait yaradır. 
XX əsrin sonlarında elitanın texnoloji konsepsiyaları bir sıra ciddi təkamüllərə məruz qalır. Bu cəhətdən 
texnokratik məktəbin ilk nümayəndəsi T.Veblen istehsalatda mühəndis-texniki heyəti rəhbəredici orqan hesab 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə