Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   245

 
66
Düzdür, bəzi elitar nəzəriyyələrdə mürtəce mahiyyət kəsb edən mövqelərə rast gəlmək mümkündür 
(yuxarıdakı  təhlillərdə biz bunu hiss etdik), amma cəmiyyətdə elitanın mövcudluğunun labüdlüyü haqqında 
müddəalar bu nəzəriyyələrin özəyini təşkil edir. Ən azı ona görə ki, cəmiyyəti inkişaf etdirmək üçün onun 
irəliyə addımlaması üçün düşünən beyinlər, yaradıcı, bacarıqlı  şəxsiyyətlər lazımdır. Bunlar isə «elita» 
anlayışının hərfi tərcüməsindən irəli gələn cəmiyyətin «qaymaq»ları, yəni seçilmişləridir. 
Elmi mənbələrdən mənimsədiyimiz biliklər  əsasında gəldiyimiz nəticə bundan ibarətdir ki, cəmiyyətdə 
təbəqələşmənin mövcudluğu labüddür, lakin bu təbəqələşmə humanistcəsinə baş verən proses olmalıdır. Hər 
kəs, hər fərd həyata, aləmə qarşı olan münasibəti nəticəsində  hər hansı bir təbəqə  və ya zümrənin 
nümayəndəsinə çevrilir. Təbəqələşmə insanın yaradıcı  fəaliyyəti,  əməksevərliyi ilə bağlı olan hadisələrdir. 
Xüsusilə, elitar təbəqəyə malik olmada bu xüsusiyyət daha aydın hiss olunmaqdadır. 
Cəmiyyətin bölgüsündə «elitar» təbəqəyə qarşı qoyulan təbəqələrdən  ən vacibi «kütləvi cəmiyyət» 
anlayışıdır. Sosiologiyada və kulturologiyada bu obyekt ətrafında müxtəlif nəzəriyyələr və  təlimlər 
formalaşmışdır. Amerika sosioloqu E. Uolter bu anlayış haqqında belə yazır: «Kütləvi cəmiyyət sosioloji lüğətin 
ən geniş yayılmış terminlərindən olub, bəziləri tərfindən bu anlayış cəhalət yalanı kimi rədd edilirsə, digərləri 
onu həqiqət kimi, üçüncülər onu cansıxıcı  şablon kimi qəbul edirlər. «Kütləvi cəmiyyət», onun mahiyyəti, 
mənşəyi artıq neçə onillərdir ki, böyük diskussiyaya səbəb olub. Çox qəribədir ki, bu diskussiyaların 
müəlliflərinin əksəriyyəti özünü heç də kütləvi cəmiyyətin tərəfdarları kimi qələmə vermirlər. Çox qəribədir ki, 
bu məsələ ilə  əlaqədar bütün fikir və ideyalar yalnız tənqidi nöqteyi nəzərdən təhlil edilir. Yəni «kütləvi 
cəmiyyət» anlayışı yalnız ciddi tənqid obyektinə çevrilib. Liberallar və konservatorlar, sağ sosialistlər, «ultra» 
Amerikalılar – hamı kütləvi cəmiyyəti yalnız tənqid edir. İngilis sosioloqu A.Stüart yazır: «Siyasi istiqamətlərin 
bütün nümayəndələri «kütləvi cəmiyyət» anlayışından müasir cəmiyyətdə  bəyənilməyən  əlamətlərin tənqidi 
məqsədilə istifadə edirlər». 
Bəs «kütləvi cəmiyyət» nədir? Bütün sosioloji və kulturoloji mənbələrdə bu anlayış çox illər burjua 
ideologiyasının «məhsulu» kimi təqdim edilmişdir. Elitarizmdə, gördüyümüz kimi, «kütləvi cəmiyyət» elitar 
təbəqənin antipodu kimi qəbul edilir. 
«Kütləvi cəmiyyət» haqqında ilk konsepsiyalar XVIII-XIX əsrlərdə sosal dəyişikliklərin aristokratik 
tənqidi kimi meydana çıxmışdır. Bu nəzəriyyələrin müasir müəllifləri, sələfləri olan Lebon, Nitsşe, Berdyayev, 
Orteqa-i-Qassetin ideyalarına istinad edirlər. «Kütləyə qarşı buntun» ən parlaq nümayəndəsi Nitsşe hesab edilir. 
Hətta «kütləvi mədəniyyət» nəzəriyyəçilərinin müasir nümunələri Nitsşenin açıq-aydın nifrət dolu fikirlərindən 
utanaraq yan keçirlər. Nitsşe «kütləvi cəmiyyət» doktrinasının əlifbasını yaratmışdır. Onun bu fikirləri «kütləvi 
cəmiyyət» və «kütləvi mədəniyyət» haqqındakı nəzəriyyələrinin epiqrafina çevrilmişdir. Nitsşe kütlələrə qarşı 
nifrət hissində daha ardıcıl və ifadəli olub bu «bacarıqsız çoxluqda» həqiqi elitanın müəyyən edilməsi, siyasi 
elitanın vasitə kimi istifadə etməyi lazım bilirdi. 
Q.Lebonun «kütlələrin psixologiyası» adlı konsepsiyası «kütləvi cəmiyyət» doktrinasını zənginləşdirərək 
bildirirdi ki, cəmiyyət «kütlənin hökmranlığı» olan anarxiya dövrünə qədəm qoydu. Orteqa-i-Qasset isə özünün 
mədəni-sosial konsepsiyasında «insan-kütlə» obyektini əsas götürərək müasir «kütləvi cəmiyyət» nəzəriyyələri 
üçün bünövrə yaratmışdır.  
Orteqa qeyd edir ki, nankor kütlələr elitanın ardınca getmək  əvəzinə idarəetmə qabiliyyəti olmadan 
hakimiyyətə can atır. Bu isə əsrin kataklizminə dağıdıcı çevriliş çevrilir və sonu vəhşiliklə bitir. Sosial psixolo-
giya sahəsində (Lebon) təşəkkül taparaq «kütləviləşmə» konsepsiyası insan fəaliyyətinin digər sahələrinə, o 
cümlədən mədəniyyət sahəsinə (Orteqa) nüfuz edir. Lebon, Tard, Orteqa tərəfindən müəyyən edilən kütlə 
psixologiyasının xarakteristikası irəli sürülən konsepsiyaların  əsasını  təşkil edərək iqtisadiyyat, sosial 
münasibətlər və siyasətə köçürülür və  hər bir obyektdə yalnız bir aspektə baxılır: kütlələrin kütləvi 
auditoriyasının yaranması.  
«Kütləvi cəmiyyət» doktrinası yarandığı vaxtdan antidemokratik konsepsiya mahiyyəti kəsb edərək dünyaya 
aristokratiyanın müdafiəsi nöqteyi-nəzərindən yanaşmanın vasitəsi rolunu oynayıb. 
«Kütləvi cəmiyyət» nəzəriyyəçilərinin  əsərləri ilə tanış olan hər kəs bu anlayışlardakı müxtəlifliklərlə 
üzləşirlər. Bu müxtəliflik,  əlbəttə, təəccüblü deyil; «kütləvi cəmiyyət»in tərəfdarları  və  tənqidçiləri eyni 
prosesləri təhlil edərək yalnız müxtəlif aspektdən qiymətləndirirlər. Belə ki, nəzəriyyəçilərin bir qismi «kütləvi 
cəmiyyət»dəki hadisələri kütlələrin təntənəsi, digərləri isə, elitanın hökmranlığı kimi qiymətləndirir. İkinci fi-
krin nümayəndələri bu ideyanın qəti tərəfdarları olsalar da, elitanın cəmiyyətdə hər şeyə nailolma imkanına ma-
likliyini təsdiqləyə bilmirlər. Çünki elita kütləyə, əsasən hökmranlıq edir. 
«Kütləvi cəmiyyət» tənqidçilərini birləşdirən ümumi cəhət ondan ibarətdir ki, cəmiyyətdə elita ilə kütlə 
arasındakı normal, qarşılıqlı  əlaqələrin pozulması bu iki təbəqə arasındakı  fərqin  ən başlıcasıdır. «Kütləvi 
cəmiyyət» konsepsiyaları  əsasında formalaşan doktrinanın yaranmasına  əsas səbəb xalq kütlələrinin tarixdəki 
rolunun  əhəmiyyətini rolunu ifadə edən ideyaların səslənməsi və sosial tendensiya xarakteri kəsb etməyə 
başlanması idi. Xalq kütlələrinin tarixin inkişaf prosesinə birbaşa təsiri haqqındakı tendensiyaları K.Marks və 
F.Engels işləyərək ictimai inkişaf prosesinin gedişində xalq kütlələrinin artan rolu qanununu əsaslandırmışlar. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə