73
Ümumiyyətlə, kulturoloq və sosioloqlar mədəniyyətin elitarlığının keyfiyyət
və həm də kəmiyyət
dəyişikliklərinin zəruriliyi haqqında öz konsepsiyalarında müxtəlif müddəalarla çıxış etmişlər. Bunun
səbəbəbini bir neçə amillə izah etməyə də çalışmışlar. Bu amillərdən ən başlıcası, kütləvi mədəniyyətin geniş
vüsəti ilə izah edilir.
Rus mühafizəkar filosof-ekzistensialisti N. Berdyayev elitar mədəniyyətin «katakombası»
konsepsiyasında bu mədəniyyətin üzə çıxması və «kütləviləşmə»də ölməsi fikrini irəli sürür. «Yüksək
mədəniyyət yalnız az adama lazımdır. Bəşəriyyətin orta səviyyəli təbəqəsi üçün orta səviyyəli mədəniyyət
gərəkdir. Elm və incəsənət, fəlsəfə və poeziya demokratik yolla yaradıla bilməz. Mədəniyyətin aritsokratik
mənbələrinin bağlanması – bütün mənbələrin itməsi deməkdir».
Artıq XX əsrin 60-70-ci illərində elitar və kütləvi mədəniyyət arasındakı fərqlərin şərtilik
və nisbiliyini
təsdiq edən mülahizələrə rast gəlmək mümkündür.
Fikrimizi Orteqa-i-Qassetin kulturoloji nümunəsi əsasında izah edə bilərik. O, elitar və kütləvi
mədəniyyət arasındakı fərqləri mütləqləşdirərək popyular və qeyri-populyar incəsənəti ayırır. Bu mənada Orte-
qa-i-Qasset bir fikri də belə izah edir ki, populyar müəyyən zaman çərçivəsində qeyri-populyara keçə bilər.
Yalnız «prinsipial cəhətdən qeyri-populyar olan» populyara çevrilə bilməz. Ancaq sonuncu söylədiyimiz, filoso-
fun
fikrincə həqiqi elitar olub, ötürülməz dəyərə malikdir. Nümünə kimi Orteqa-i-Qasset Pikasso və Brakın
rəngkarlığını, Pirandellonun dramlarını, Debüssi və Stravinskinin musiqisini misal göstərir. Lakin Orteqa müa-
sir günümüzə qədər yaşasaydı (0, 1955-ci ildə vəfat edib), bu təsnifatın nə qədər ötəri olduğunun şahidi olardı.
Belə ki, adlarını fəxrlə çəkdiyi bu sənətkarların əsərlərinin min nüsxələrlə tirajlandığının və geniş tamaşaçı
kütləsi qarşısında popylarlaşdığının şahidi olardı.
60-cı illərdə isə, T.Adorno Orteqa-i-Qassetin təsnifatına uyğun elitar və kütləvi mədəniyyətə yönəldilmiş
bədii şüurun tipologiyasını yaratmışdır. O, «təmiz elitardan» (yüksək mədəniyyətə malik, ali təhsilli dinləyici)
başlamış şlyagerlə fəxr edən, ruhların emosional dinləyici tiplərinə qədər olan musiqi dinləyicilərinin səkkiz
tipini müəyyən etmişdir. Bu tədqiqat zamanı Adorno belə bir nəticəyə gəlir:
demək olar ki, şüurun xalis elitar və
ya kütləvi tipi yoxdur, qarışıq tiplər üstünlük təşkil edir. Bu isə onu təsdiq edir ki, xüsusiləşdirilmiş elitar və
kütləvi mədəniyyətlər yoxdur, sadəcə olaraq daxilən parçalanmış vahid mədəniyyət fenomeni mövcuddur.
Kulturoloqların fikrincə elitar və kütləvi mədəniyyətlərin uyğunlaşma və ya birləşməsində qeyri-adi bir
şey yoxdur. Sadəcə olaraq elitar mədəniyyət kütləvi mədəniyyətin törəməsi kimi zəruri formada meydana çıxır.
Kütləvi mədəniyyətin ekspansiyası cəmiyyətdə bir submədəniyyətin digəri ilə əvəz olunmasına şərait yaradır ki,
bu da elitar avanqard mədəniyyət səviyyəsində özünü təzahür etdirir.
Deməli, əslində elitar və kütləvi mədəniyyətlər vahid bir mədəniyyətin ayrı-ayrı formaları kimi
təşəkkül
tapır. 60-cı illərin sonunda «kütlə tərəfindən dərk edilməyən» azlığın mədəniyyəti məxfi şəkildə «avanqard
mədəniyyət» adı altında kütləvi mədəniyyətin amansız düşməni kimi özünü göstərməyə başlayır. Sonralar
müşahidə olunmağa başlayır ki, bu mədəniyyət elitarlığın bir təbəqəsini təşkil edir. Bu, elitar avanqardizm
adlandırılır.
Azərbaycan incəsənətində elitar avanqardizm, xüsusilə, musiqi sahəsində görkəmli yer tutmuşdu. Fəlsəfə
elmləri namizədi V.Gərayzadənin bu sahədəki elmi tədqiqatı və onun nəticələri bu fikirləri
təsdiqləyən ən ciddi
elmi mənbələrdəndir. Müəllif «Elitar və kütləvi incəsənət Azərbaycan mədəniyyəti kontekstində» adlı
namizədlik dissertasiyasında bu mədəniyyət formalarının ölkəmizdəki təzahürünü şərh etmişdir. Xüsusilə, mu-
siqi timsalında tədqiqatçı «pop-musiqi»ni kütləviliyin fenomeni kimi təhlil edirsə, caz musiqisini elitarlığın ən
bariz nümünəsi kimi sübüt edir. Bu tədqiqat əsərində caz musiqisinin tarixi inkişaf məsələləri və elitar
incəsənətin nümunəsi kimi təkamülü araşdırılır. Amerika və Afrika folkloru ilə sıx bağlı olan və zənci xalqının
yaratdığı enerjini təcəssüm etdirən caz musiqisinin rəngarəng emosional – cəlbedicilik xüsusiyyətləri onun tarixi
inkişaf prosesində beynəlmiləl xarakter kəsb etməsinə səbəb olur. Artıq XX əsrin 60-cı illərində caz
daha da
mürəkkəbləşərək elitarlıq kəsb edir, kütlələr tərəfindən daha çətin dərk olunmağa başlayır. 70-ci illərin
əvvələrində bir sıra harmonik, ritmik və texniki xüsusiyyətləri saxlamaqla caz-rok və digər istiqamətlər meyda-
na çıxır.
Sözsüz ki, bu incəsənət növü yalnız onu dərk edənlərin «malına» çevrilərək öz elitarlığını sübut etdirir.
Müəllif öz tədqiqatında elitarlığı yaradıcılığının estetik üsul və istiqamətləri ilə əlaqələndirir.
Musiqidə avanqard cərəyanların ən yeni nümayəndələri, Ştokhauzendən başlamış Keyçə qədər bu
xususiyyətləri elmi şəkildə təhlil edirlər.
Azərbaycan musiqisinin elitar formasının təşəkkülündə Qərb və Şərq musiqilərinin qovuşmasının
müstəsnalığı Andre Malro, Qassetin fəlsəfi-estetik əsərlərində özünəməxsus yer tutmuşdur. Xüsusilə,
Azərbaycan musiqi həyatında bu qovuşma Qara Qarayevin («Yeddi gözəl» baleti), Fikrət Əmirovun
(«Azərbaycan kapriççiosu», «Min bir gecə» baleti) və s. əsərlərində hiss olunmaqda idi.
Mədəni sintezin qeyri-adi məhsulu olmaqla caz Azərbaycanda, muğam sənəti zəminində təşəkkül tapdi.
İlk vaxtlar nəinki kütlələr tərəfindən, hətta professionallar tərəfindən belə narazılıqla qarşılanan Azərbaycan cazı
müəyyən zaman müddətində öz unikallığı ilə elitar bir sənət olduğunu sübut etdi. Tezliklə elitar
avanqard musi-
qinin bir növü kimi caz Azərbaycan musiqi sənətinin digər səviyyələrində özünü nümayiş etdirməyə başladı.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir