Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   245

 
53
təsiri bağışlayır. Bədii nəsrin ortaya çıxardığı belə xarakterlər əslində kiçik çərçivələr içərisində tamdır, yaxşıdır, 
hətta inandırıjıdır, lakin mürəkkəb münasibətlər dövrünün insanları  və hadisələri ilə müqayisədə sanki həyata 
yaddırlar, bu günün adamlarını yetərinjə  təmsil etmədiklərinə görə aldadıjıdırlar. Ona görə  də belə 
qəhrəmanların portretləri zamanın ölçüləri ilə üst-üstə düşmür. 
Bəzim qədim və orta əsrlərin mənəvi mədəniyyətinin yarandığı  və yayıldığı poetik orbit, vahid bədii-
fəlsəfi məkan bütün Yaxın və Orta Şərq üçün həmişə müştərək olmuşdur. Məhz bu mənada min yaşlı, qojaman, 
ağsaçlı «Asiya və  Şərq evi»nin tarixi-mədəni  ənənələrinə qayıtmaq, bu mənəvi-mədəni bütövlüyə  və birliyə 
qarşı çevrilən hər hansı irtijaya qarşı etibarlı sipər- ziyalı qarantı olmaq vaxtı gəlib çatmışdır. Böyük ədəbiyyat, 
böyük sənət bu işi həmişə görüb və bu missiyanı həyata keçirməyə Şəhriyar şeri də həmişə hazırdır. Təsadüfi 
deyil ki, indi də Azərbayjanda, bütün türk dünyasında müasir şer Şəhriyara bütövlük və vəhdət rəmzi kimi baxır, 
qütbləri və sahilləri birləşdirçən əbədi mənəvi körpüyə –Xüdafərinə çevrilən obraz və simvol kimi mürajiət edir: 
Xan Şəhriyar, xan Arazla qoşasan, 
Zaman-zaman kükrəyəsən, daşasan, 
Ayrılığı aşırasan, aşasan, 
 Sən vüsalı çıxarasan taxtına, 
Günəş doğa Arazın da baxtına! 
Hüseyn Kürdoğlu 
 
Şərq həmişə vahid mütləqiyyət yox, vahid mədəniyyət və intibah yaratmaq üçün birləşib. Bu 
mədəniyyətlərtn nəinki vahid ruhu, fəlsəfəsi, ovqatı, müəyyən dövrlərdə, hətta vahid üslubu və dili olub. 
Qeyd etmək lazımdır ki, müasir insanın xarakterik obrazını yaratmaq üçün təsvir olunan obrazların bədii 
xarakteri tutumlu olmalıdır. Ümumi kütlə, axın içərisindəki hər bir fərdin özünəməxsus, maraqlı taleyi və 
fikirləri ola bilsə də ədəbi xarakterlər heç vaxt belə təsadüfi seçmələr əsasında qurula bilməz. 
Ədəbi xarakterin güjü eyni zamanda axıb gedən həyat hadisələri içərisində insanın keçirdiyi psixoloci 
halları, hərəkətləri yazıçının nə dərəjədə düzgün və dolğun təsvir etməsindən asılıdır. Ədəbi problemlərlə bağlı, 
son dövrərdə aparılan diskusiyalarda təsvir olunan hadisələrin adiliyi (çox zaman primitivliyi), qəhrəmanların 
kiçikliyi və təxminən əksərinin eyni səivyyədə olmasına diqqət yetirilir. 
Bədii əsərlərdə geniş yayılmış «kiçik qəhrəmanlar» problemi də araşdırıjıların narahatlığına səbəb olur. 
Belə qəhrəmanlar xarakterjə bir-birinə oxşayır, hətta bir-birini təkrarlayırlar. Onlar həyatda aparıjı mövqe tutur, 
şəhərdən kəndə  və ya kənddən  şəhərə  gəlib sarsılır, istehsalata qədəm qoyub köhnə düşünjəli adamların 
təzyiqinə tuş gəlib əziyyətlərə düşür, sarsılır, hətta sadəliyinə görə çox zaman da «lağa» qoyulur, döyüşkənlik 
göstərə bilmirlər. 
Bədii əsər öz qəhrəmanlarını yetişdirərək onların səjiyyəsi ilə dövrün xarakterini təjəssüm etdirir. Lakin 
heç də  həmişə  ədəbi qəhrəman dövrün, həyatın simasını janlandıra bilmir. Bəzən müəyyən maqamlarda 
oyundan kənarda qalmış, sözünün ötkəmliyini, hökmünü itirmiş, hamı ilə razılaşa-razılaşa aldanmış adamlar 
vasitəsiylə  səjiyyələndirilsə  də burada xarakterlər mühitin aparıjı qüvvəsi olmasa da, yazıçılar  əsas diqqəti 
həmin adamların xarakterindəki müsbət jəhətlərə yönəldirsə  və bu müsbət məqamlarla həyata, insana düzgün 
baxış müəyyənləşdirirsə burada aparıjı mövqe (qüvvə) təsəvvürdə yaradılmış olur. Mühitə münasibət 
qəhrəmanların hərəkətləri ilə deyil, bədii nəiijə ilə üzə  çıxır. Həyat hadisləri bədii-məntiqi nətijə ilə 
qiymətləndirilir. 
Siyasi sistemindən, dövlət quruluşundan asılı olmayarq bütün ölkələrin inteqrasiyaya, humanitar birliyə 
getdiyi dünyamızda mədəniyyət,  ədəbiyyat və injəsənət bayraqlarının həmrəyliyi xüsusilə labüd bir zərurətə 
çevrilmişdir. Şəhriyar da daxil olmaqla, yer üzünün dahiləri- Homer və Şekspir, Dante və Puşkin, Firdovsi, Biruni 
və Yasəvi, Nizami, Nəsimi və Yunis Əmrə, Nəvai və Füzuli məhz belə  vəhdət və birlik idealının daşıyıjıları 
olmuşlar. 
Lakin, ayrı-ayrı dahilərin zor və şər vaxtı həmişə və çaldığı təlaş və həyəjan təbili, insanın şərəfi və qüruru 
naminə qaldırdığı etiraz və haray səsi bu gün heç də həmişə və  hər yerdə  eşidilmir, yekdil ziyalı həmrəyliyinə, 
ağlın və zəkaların mənəvi hərəkatına çevrilə bilmir. Fərdi və kütləvi biganəlik milli, dini, siyasi, bəşəri miqyaslar 
alır və çox-çox xalqların başına gətirilən münasibətlərin hələ  də davam etməsinə imkan yaradır. Xüsusən  Şərq 
ölkələrinə aramsız xariji müdaxilələr  şəklində insan hüquqları tapdalanır. Vahid Allahın bəndələri dini, milli 
fərqlərinə görə qarşıdurma həddinə gətirilir. Ənənəvi siyasi fitnəkarlığın beynəlxalq erməni, lobbisi dünya ijtimai 
fikrini çaşdırmaq üçün dəridən-qabıqdan çıxır. 
Son illər nəsrinin bir yaddaqalan xüsiyyəti də ondan ibarətdir ki, burada aparıjı qüvvə, müsbət xarakter, 
qəhrəman hadisələrin aparıjısı kimi çıxış etmir; onun obrazı oxuju təsəvvüründə müəyyənləşir. Bu, ilk önjə 
yuxarıda dediyimiz kimi, bədii nəsrdə psixoloci təsvirin üstünlük qazanmasından irəli gəlir. 
Xarakterin təsvirində müşahidə olunan başqa bir jəhət də bədii əsərdə xırda hadisəçiliyin, bədii detallarla 
mənalandırmanın çoxalması  və  kəskin sücetə meylin azalmasıdır. Obrazın xarakterini üzə  çıxarmaq, onu 
hərtərəfli janlandırmaq üçün hadisələrin dəyişməsi, sücet boyu münaqişənin getdikjə kəskinləşməsi, xarakterin 
bu kəskinləşmə ilə müəyyənləşməsi kimi ənənəvilik indi yeni keyfiyyətlərlə əvəz olunur. Hazırda jiddi nəsrdə 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
54
detektivçilik və fantastik təsvir üsulllarının yerini psixoloci- emosional təsvir tutur, xarakter hadisələrdən çox, 
münasibətlərdə üzə çıxır. Hadisələrin ənənəvi reportacvarı təsviri əvəzinə, indi psixoloci dəyərləndirmə və təhlil 
üstünlük qazanır. 
 Bəzi tənqidçilər isə həmin obrazlardan tipik qəhrəmanlara xas «nümunəvilik» tələb edirlər. Bu obrazlar 
əslində öz funksiyalarına görə o vəzifənin öhdəsindən gəlməyə qadir deyillər. Onlar ideal qəhrəman olmasalar 
da, onları ədəbiyata yad təmayül kimi səjiyyəlndirmək də düzgün deyildir. Bu qəhrəmanların hər birinin özünə 
məxsus fərdi taleyi və xüsusiyytələri vardır. Onların bir sıra jəhətləri bir-birinə bənzəyirsə, bunu müasir dövrün 
xarakterindən, eyni jür həyat tərzindən doğan bir fakt kimi səjiyyələndirmək daha məqsədəuyğundur. 
Doğrudur,  ədəbiyyatda bəzən xırda qəhrəmanların, təsadüfi epizodların tipik xarakter və hadisə kimi 
dəyərləndirilməsi, mənfi amillərin şişirdilməsi, dövr üçün o qədər də xarakterik olmayan əhvalat və adamların 
ümumiləşdirilib jəmiyyət və xalq səviyyəsinə qaldırılması hallarına da təsadüf edilir. 
Üzeyir Hajıbəyovun iki böyük dövrün klassiki kimi tarixə daxil olub: inqilabdan əvvəlki dövrün və 
sosializm dövrünün! Lakin onun musiqi dühasında bədii-mədəni keçmişimizin bütün dövrləri əksini tapıb. İndi 
artıq nəinki keçmişimizi, musiqimizi gələjəyini də Üzeyirsiz təsəvvür etmək qeyri-mümkündür. O, artıq xalqın 
milli dühasının bir parçasına, tariximizin özünün müasirinə əbədi yol yoldaşına çevrilə bilmişdir. 
«Leyli və Məjnun»dan «Koroğlu»ya qədərki yolda, üç əsrə bərabər bu üç on ildə ən müasir milli-peşəkar 
Azərbayjan (həm də Yaxın Şərq) musiqisinin həm mənşəyi, həm də zirvəsi əks olunub. «Şeyx Sənan», «Rüstəm 
və Söhrab», «Şah Abbas və Xurşudbanu», «Əsli və  Kərəm», «O olmasın, bu olsun», «Arşın mal alan» -bu 
əsərlər xalq musiqisinə sədaqətin, ağsaçlı müdrik bir folklor- muğam stixiyası ilə ən yeni dünya opera ənənəsi 
arasında qaynağa, qovşağa doğru hərəkətin bir ifadəsidir. Poeziyada «Xəmsə»nin, dramaturgiyada «Təmsilat»ın 
rolunu musiqidə Ü.Hajıbəyovun operaları oynamışdır. Onların məhz həyatda, xalqın ijtimai-mədəni tarixində və 
taleyində xidmətini ən möhtəşəm sənət şedevrləri ilə müqayisə etmək mümkündür. 
Əslində xəlqi, milli bədii şüur, intibah enercisinin Üzeyir miqyaslı nadir və universal simasına əvəz və tay 
göstərmək çox çətindir. Öz fəaliyyət ehtiraslarının zənginlik və  əlvanlığına görə XX əsrdə heç kəsi Üzeyir 
Hajıbəyovla yanaşı qoymaq və belə demək mümkün deyil: «O olmasın bu olsun!» çoxəsrli bədii irsimizin 
inkişafında Üzeyir milli bədii istedadın, sənətkarın və ijtimai xadimin tamamilə yeni tipini ifadə edirdi və XX 
əsr ilk dəfə idi ki, milli tarixə həm də böyük musiqi əsri kimi daxil olurdu. 
Həmin universal bədii dühada sanki iyirminji yüzillikdə bizim milli mədəniyyətin bütün sahələrdə gəlib 
çatdığı zirvələr kəsişir: ijtimai-fəlsəfi fikirdə və dövlət təfəkküründə Nəriman Nərimanovun, bədii publisistikada 
–Jəlil Məmədquluzadənin, komediyanəvisliklikdə Axundovun! İstinasız bütün sahələrdə  şüur intibahının 
musiqidə əksi, milli opera vüsətində simfonik, monumental ifadəsi –Üzeyir Hajıbəyov olur! 
Ən qədim şey və folklor klassikamızı musiqi klassikasına o, çevirir. Muğam və Füzuli öz növbəti tarixi 
rolunu, intibah missiyasını bu dəfə artıq müasir peşəkar musiqidə həyata keçirir. 
Hadisə və münasibətlərin mürəkkəbliyi, obrazlar sıxlığı təsvir üsullarının daha effektli formalarına gətirib 
çıxarır.  
Əkrəm  Əylislinin «dəhnə» povestində qoyulmuş problemlər və  təsvir olunmuş  qəhrəmanlar da bu 
jəhətdən maraqlı görünürlərp. Əsərdə sücet adi bir hadisə ətrafında qurulur, uçəulmuş dəhnənin yenidən bərpası, 
suyu sovulmuş arxa yenidən su gəlməsi kimi adi, kiçik bir hadisə ətrafında xarakterlrin izlənməsi və müəllifin 
hadisə daxilində haşiyə  çıxaraq qəhrəmanın bütün həyatını  təsvir etməsi müasir nəsrin tələblərinə uyğundur. 
Dəhnə öz şərti rolunu oynayaraq, qəhrəmanın xarakten nin açılması üçün bir vasitə olur, bu əhvalatla bağlı onun 
daxili aləminə, yaddaşına gediş təşkil olunur, sonra isə əhvalatlar bir-birini əvaəz edir, daxili monoloqla yazıçı 
təhkiyəsi üzvi surətdə birləşərək bir-birini tamamlayır. Müəllif bəzən ötəri çəkişmələrin və adi sözləşmələrin 
təsvirinə yer versə də konfliktləri ijtimai yöndən mənalandırır, insanla onun mühiti arasında janlı əlaqə, körpü 
yaradır. Şahsuvarın xaraktenini açmaq üçün Əkrəm şəhər-kənd, torpaq-təsərrüfat, rəhbər-kütlə və başqa qütbləri 
təhlilə  jəlb edir. xarakter həm xronoloci, həm də psixoloci yolla janlandırılır. Bir tərəfdən  Şahsuvarın taleyi, 
keçdiyi həyat yolu təsvir olunur, o biri tərəfdən dəhnə  əhvalatı ilə bağlı başlanan daxili aləmin emosional-
psixoloci çalarları üstünlük qazanır. 
 Ümumiyyətlə, millətin və mədəniyyətin tarixləri bir-birindən heç vaxt ayrı olmayıb. İstiqlal və suverenlik 
idealı həmişə əvvəljə ədəbi-mədəni fikirdə formalaşıb, yalnız sonra dövlət təfəkkürü, sosial-inzibati qurum və 
siyasi recim gerçəkliyi kəsb edib. İndiki suveren Azərbayjanın da mənəvi memarları Axundovlar və Zərdabilər, 
Əli bəylər və  Ağaoğullar, Sabirlər və Javidlər, Nərimanovlar və Üzeyirbəylər, Jabbarlılar və Vurğunlar 
olmuşlar. Onların içərisində Jəlil Məmədquluzadənin adı xüsusi yer tutur. XX yüzilliyin ən böyük şüarını hələ 
əsrin əvvəlində hamıdan əvvəl, o, elan edib: «Vətən, vətən, vətən!» Millət, millət, millət! Dil, dil, dil!» 
Bizim ədəbiyyatda ağlın dastanına zirvə- Nizamidir ; eşqin və qəmin fajiəsinə meyar Füzulidir; qeyritən 
ağrısına, namus yanğısına timsal- Sabirdir; həm eşq, həm ağıl, həm də qeyrət üçün borjun, javabdehliyin 
ölçüsünə  əmsal Jəlil Məmmədquluzadədir! XX əsrdə onu «zəmanə özü, təbiət özü yaradır», üstəlik, tarix və 
keçmiş  də, orta əsrlər də XIX yüzil də  Məmmədquluzadə  də özünü yenidən dərk edir! Hətta bu gün də XXI 
yüzilliyin astanasında da «Nə etməli?», «Nejə etməli?» suallarına  ən yaxşı javabı Mirzə  Jəlilin  əsərlərində 
tapırıq. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə