Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/246
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19465
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   246

 
89
təbliği və populyarlaşdırılması, əks təqdirdə isə xariji mədəni ekspansiyanın qarşısının alınması diplomatiyanın 
səmərəli instrumenti və dövlətin milli maraqlarının mübarizəsində effektiv vasitə kimi çıxış edir. 
 
1.19. Qloballaşma sosio-mədəni reallıq kimi 
 
 
XXI əsrin əvvələrində qloballaşma nəzəri mübahisə və siyasi diskussiyalar predmeti olmaqla yanaşı, artıq 
sosial-mədəni reallığa çevrildi. Bu gün qloballaşan mədəni məkanın səjiyyəvi xüsusiyyətləri kimi aşağıdakı 
amilləri göstərmək olar: 

 
iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin sərhədlərinin genişlənməsi prosesinin intensifikasiyası; 

 
soyuq müharibədən sonra yeni tarixi mərhələnin başlanğıjı; 

 
dünya iqtisadiyyatının transformasiyası; 

 
qeyri-liberal iqdisadi proqramların siyasi demokratizasiya proqramlarılə  əlaqələndirməsi nətijəsində amerikan 
dəyər sisteminin üstünlük təşkil etməsi; 

 
ortodoksal(bir məsləkin sabitliyi və ardıjıllığı) ideologiya;  

 
 texnoloci inqilab; 

 
milli dövlətlərin qlobal problemlərin (demoqrafik, ekoloci, insan hüquqları  və nüvə silahının yayılmasının 
qarşısının alınması) həlli qarşısında ajizliyi. 
Qlobal sivilizasiyanın formalaşmasında mütəxəssislər əsasən 4 (dörd) meqatendensiya fərqləndirlər: 
- Mədəni qütbləşmə.XXI əsrdə mədəni qütbləşmənin əsas səbəblərinə aid edilir: 

 
xalqlar və regionlar arasında, ayrı-ayrı ölkələr daxilində artan iqtisadi və ekoloci qeyri-
bərabərlik; 

 
dini və bazar fundamentalizmi; 

 
irqi və etnik müstəsnalığa iddialılıq; 

 
ayrı-ayrı ölkələrin və ya hərbi-siyasi blokların fraqmentallaşmış dünyada nəzarət sahəsinin 
genişləndirilməsi; 

 
tükənən təbiət resurslarının əldə edilməsi uğrunda mübarizə; 

 
 kütləvi qırğın silahının yayılması. 
 
Mədəni assimilyasiya.  Məlum olduğu kimi, XX əsrin son 20 ilində  qərb liberalizm ideyaları  qələbə 
çalmış oldu. F. Fukuyamanın «tarixin sonu» haqqında tezisi ilə artıq bütün ijtimaiyyət razılaşmışdır. Həmin 
tezisə görə, Yer kürrəsi əhalisinin aktiv təbəqələrinin dünya bazarının daim genişlənən sistemləri vasitəsilə qərb 
dəyərlərinə və qərb həyat tərzinə ardıjıl tabe olunmasını özündə ehtiva edən «vesternləşməyə» digər alternativ 
yoxdur. Fukuyamanın fikrinjə, bu gün beynəlxalq münasibətlərdə universal, yəni ümumbəşəri norma və 
qaydaların formalaşması prosesi gedir. 
Mədəni hibridləşmə. Mədəni hibridləşmə tendensiyası XX əsrin sonlarından başlayraq tamamilə yeni 
keyfiyyətlər  əldə edib. Misal üçün, mədəniyyətin «kreollaşması» prosesi ənənəvi olaraq yeni etnik ijmaların 
yaranmasına səbəb olaraq, transmədəni konverqensiya və translokal mədəniyyətlərin, başqa sözlə diaspor 
mədəniyyətlərin formalaşmasını  şərtləndirdi. Maraqlıdır ki, mədəniyyətin kreolaşması prosesi ənənəvi 
lokallaşma və milli-dövlətçilik mədəni identikliyi əldə etməkdən imtina etmiş oldular. 
Kommunikasiyanın və  mədəniyyətlərarası  əlaqələrin intesivləşməsi, informasiya texnologiyalarının 
inkişafı  bəşər mədəniyyətinin müxtəlifliyinin diversifikasiyasına səbəb oldu. Onların qlobal mədəniyyət 
tərəfindən basılmasının qarşısı alındı. Maraqlıdır ki, dünya tədrijən bir-birlərilə  sıx təmasda olan translokal 
mədəniyyətlərin gəliz mozaikasına çevrilmiş olur. Translokal mədəniyyətlər  şəbəkə strukturuna malik olaraq, 
yeni mədəni regionların yaranmasına səbəb olur. Burada misal olaraq, kompyuter və telekommunikasiya 
şəbəkələrinin artması nətijəsində yeni professional dünyaların yaranmasını göstərmək olar. 
Mədəni izolyasiya (təjrid olunma). Ötən XX əsr boyu ölkə, region, siyasi blokların müxtəlif izolyasiya və 
özünüizolyasiya formaları ilə rastlaşmaq olar. Maraqlıdır ki, siyasi və mədəni izolyasiya («sanitar kordon») və 
ya mədəni özünüizolyasiya («dəmir pərdə») vasitələrinə xariji və daxili düşmənlərlə mübarizə üçün sosial 
sistemlərin konsolidasiyası  məqsədilə  əl atırdılar. Müasiri olduğumuz XXI əsrdə izolyasion tendensiyaların 
mənbəsi - mədəni və dini fundamentalizm, ekoloci, milli və irqi hərəkatlar, sosiomədəni avtarkiya, informasiya 
və humanitar kontaktlara məhdudiyyət qoyan avtoritar və totalitar recimlərin hakimiyyətə gəlməsi ola bilər. 
XX əsrin sonu XXI əsrin əvvəllərində sivilizasiya 2 əsas mehvər üzrə inkişaf edir: 
1) «mədəniyyət» məhvəri üzrə inkişaf mədəni imperializmdən mədəni plüralizmə doğru 
istiqamətləndirilmişdir. 
2) ikinji, «jəmiyyət» mehvəridir ki, burada inkişaf qapalı jəmiyyətdən açıq tipli jəmiyyətə doğru gedir. 
Qloballaşma prosesinin dinamikasını  şərtləndirən sivilizasion və  əsas mədəni arxetiplərin inkişaf 
xətlərinin sxematik əlaqəsini alimlər paralelloqramlar formasında təqdim edirlər.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
90
Konsolidasiya mədəniyyəti sinxron təşkilat sistemlərinin üstünlüyü ilə xarakterizə edilir. Konsolidasiya 
mədəniyyətinə  təsərrüfatın avtarkik tipi məxsusdur. Avtarkik tip dedikdə, qeyri istehsal fəaliyyət və yaşam 
uğrunda mübarizə, ya da ki «təbiət nemətlərin» yığımı ilə bağlı istehsal nəzərdə tutulur. Yəni, barın yığılması, 
ovçuluq, balıqçılıq, daha yüksək inkişaf etmiş  təsərrüfat (mədən qazıntıları, ekstensiv kənd təsərrüfatı) və ya 
formasiyalar çərçivəsində  həyata keçir. Həmin arxetipin əsas etik dəyəri – sosial ədalətdir ki, onun ölçüsünü 
dini, mənəvi və ya siyasi avtoritet müəyyən etmiş olur, əsas əxlaqi-psixoloci prisip kimi isə kollektivizm çıxış 
edir. 
Rəqabət mədəniyyəti. Müasir dönəmdə maraqlı tərəflər arasında kontrakt əsasında münasibətləri ehtiva 
edən təsadüfi təşkilatlar sistemində reallaşır. Bu kimi sistemlər  əsasında birgə individual fəaliyyət duran 
sahibkarlıq mədəniyyəti mənsubdur. Rəqabət mədəniyyətinin  əsas etik dəyəri – uğurun qarantı kimi şəxsi 
azadlıq, baza əxlaqi-psixoloci prinsip isə – individualizmdir.  
Konfrontasiya mədəniyyətinə bürokratik idarəetmə formaları və bürokratik təşkilati mədəniyyət məxsus 
olan qapalı, iyerarxik təşkilat sistemləri aiddir. Kofnrontasiya mədəniyyəti çərçivəsində  davamlı birgə 
fəaliyyətin təşkili formaları üstünlük təşkil edir. Təşkilati iyerarxiyanın hər yuxarıda duran instansiyası aşağıda 
duran təbəqənin konfliktli situasiyalarını  həll etməlidir. Buna görə  də, bu mədəniyyətin məqsədələrinin 
müəyyən edilməsində «yuxarıların» maraqları əsas tutulur. 
Kooperasiya mədəniyyəti demokratik idarəetmə formaları ilə açıq təşkilatlanma sistemlərini ehtiva edir. 
Bu mədəniyyət çərçivəsində birgə yaradıjı  fəaliyyət nəzərdə tutulur. Kooperasiya mədəniyyəti azlığın 
maraqlarını nəzərə alaraq çoxluğun maraqlarını ifadə edir.  
Fraqmerqasiya – amerika politoloqu Dc.Rozenau tərəfindən elmi dövriyyəyə  gətirlən termindir ki
inteqrasiya və fraqmentasiya proseslərini bildirir. Fraqmeqrasiya dedikdə, «milli dövlətlərin» blok və ittifaqların 
formalaşması və möhkəmlənməsi (inteqrasiyası) nəzərdə tutulur
Lokalizasiya  – sosial və  mədəni tolenrantlığın mədəni izolyasiya siyasətini həyata keçirən, qlobal 
sivilizasiyanın formalaşmasının qarşısını olan fundamenal ideologiyalar əsasında etnik və sivilizasion 
hadisələrin konsolidasiyasıdır.  
Qlokalizasiya – mədəni hibridləşdirmə nətijəsində, yəni mədəni regionlar çərçivəsində qarşılıqlı mədəni 
mübadilənin və konstruktiv əməkdaşlıq çərçivəsində qlobal multimədəni sivilizasiyanın nailiyyətləri  əsasında 
lokal mədəniyyətlərin modernləşmə proseslərini bildirən termindir. Termin ilk dəfə «Sony» yaponiya 
korporasiyasının rəhbəri Akio Morita tərəfindən təklif edilmişdir. Beləliklə, qloballaşmanı  mədəni 
assimilyasiyanın meqatendensiyası kimi təqdim etmək mümkündür.  
Qloballaşma probleminə  dəyər sistemlərinin mütənasibliyi və bir-birlərinə qarşılıqlı  təsiri aspektindən 
baxdıqda, müəyyən edilir ki, inteqrasiya və dialoqa doğru intensiv istiqamətlənən müasir dünyada müxtəlif 
mədəniyyətlərə  mənsub insanların bir-birlərini daha dolğun anlaması  məsələsi böyük əhəmiyyət kəsb edir. 
Kross – mədəni kommunikasiyanın mümkünlüyü və qeyri-mümkünlüyü, müxtəlif mədəniyyətlərin 
nümayəndələrinin ünsiyyəti nətijəsində  məna və  dəyərlərin bir qisminin itirilməsi problemi identikliklərin 
konflikti məsələsini ortaya çıxarır. Başqa sözlə, müxtəlif – dini, milli, professional və ya təşkilat mədəniyyətləri 
arasında təbii sürətdə bir-birlərini anlamama situasiyası yaranmış olur. 
Etnosların mədəniyyətlərarası kommunikasiyasında onların dəyər dünyalarının xüsusiyyətləri, dəyər 
sistemlərinin mütənasibliyi  əsas  şərt kimi çıxış edir. Mədəniyyətlərarası kommunikasiyanı  şərtləndirən digər 
amil qlobal ijtimai-tarixi şəraitdir. Bundan başqa mədəniyyətlərarası münasibətlər  şüurlü  şəkildə insanlar 
tərəfindən tənzimlənə bilər. Sülh, əməkdaşlıq və ya düşmənçilik, qərəz içində yaşamaq insanların öz seçimidir. 
Alimlər düzgün olaraq müəyyən edirlər ki, müxtəlif etnomilli ijmalar arasında ziddiyyət və gərginlikləri 
çözmək üçün müəyyən mədəni dəyər sistemləri barədə  dəqiq və obyektiv biliklərin  əldə edilməsi olduqja 
vajibdir. 
Bununla  əlaqədar müasir dünyada dəyər sistemlərinin koordinatlarını müəyyən edən geomədəniyyət, 
qlobal mədəniyyət, mədəniyyətlərarası kommunikasiya fenomenləri əhəmiyyət əldə edirlər. 
«Geomədəniyyət» anlayışı. Geomədəniyyət termini ilkin anlamda «mədəni imperializmin», yəni iqtisadi 
jəhətdən geridə qalmış  Jənub üzərində  mədəni sənayə  jəhətdən inkişaf etmiş  Şimalın hökmranlığını bildirən 
anlayışının sinonimidir. «Geomədəniyyət» təlimi 1991-ji ildə amerika alimi İmmanuil Vallerstaynın 
«Geosiyasət və geomədəniyyət» adlı kitabının işıq üzü görüdkdən sonra geniş  şəkildə yayıldı. Vallerstayna 
görə, «geomədəniyyət» XVI əsrin əvvəllərində yaranmış və tarixdə sosialist eksperimentinin məğlubiyyətindən 
sonra  ən böyük böhran keçirən kapitalist dünyadüzəmi sisteminin mədəni  əsasıdır. Onun fikrinjə
geomədəniyyət təliminin əsası üç konsept üzərində qurulur: 

 
BMT – nin üzvləri olan və gələjəkdə üzvlüyə daxil olajaq dövlətlər siyasi jəhətdən müstəqil və iqtisadi jəhətdən 
avtonomdurlar; 

 
Bu dövlətlərin hər-biri faktiki olaraq üstünlük təşkil edən və tarixən mövjud olan ən azı bir milli mədəniyyətə 
malikdir; 

 
Zaman ötdükjə bu dövlətlərin hər biri müstəqil olaraq inkişaf etmək qüvvəsinə malikdirlər.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə