Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/246
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19465
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   246

 
93
BMT və YUNESKO müasir dövrdə mövjud informasiya axınlarının qeyri – ekvivalentliyini qeyd edirlər. Hələ 
1957-ji ildə YUNESKO BMT –nin Baş Assambleyası qarşısında  Şimalın inkişaf etmiş ölkələrilə  Jənubun geridə 
qalmış ölkələri arasında informasiya çəkisinin qeyri-bərabərliyi məsələsini qaldırmışdır. Dünya ijtimaiyyəti 
xəbərlərlərin 80% -ni London, Paric və Nyu-Yorkdan alır. İndustrial ölkələr sputnik vasitəsilə alınan elmi və texniki
sənayə, kommersiya, bank, tijarət əməmliyyatları, təbiət ehtiyatları və iqlim barədə inormasiyaya tamamilə nəzarət 
altında saxlayırlar. Bu informasiya hakimiyyət orqanları  və böyük korporasiyalar tərəfindən qorunur və onlar 
tərəfindən inkişaf edən ölkələrə axınının qarşısı alınır. Bu problem BMT və YUNESKO-nu çox narahat edir. Çünki 
kəmiyyət jəhətdən qeyri-bərabərlik bir gün keyfiyyət bərabərsizliyinə  gətirib çıxarajaq. Bu jür qeyri-mütənasiblik 
mədəni mübadilə sahəsində də müşahidə olunmaqdadır. 
Kommunikasiyanın prinsipial şəkildə qeyri-ekvivalent edən assimetriyanın digər növləri də mövjuddur. 
Misal üçün, inkişaf edən ölkələrdə transmilli kompaniyalar tərəfindən mədəni və  əylənjəli televiziya 
proqramlarının məzmununa müdaxiləsi nümunə kimi göstərilə bilər. Tədrijən öz istehsalımızda olan televiziya 
proqramlarına, kinofilmlərə, kitablara stimul sönür, nətijədə zövqsüzlük və  mədəni həyatın məzmunun 
bəsitləşməsi baş verir. Ümumilikdə, informasiya təminatı problemi çox vajib problemdir. Çünki azad 
informasiya mübadiləsi beynəlxalq ijtimaiyyət tərəfindən qorunsa da bu günün özündə belə həyata keçirilmir. 
Hal-hazırda YUNESKO informasiya mübadiləsini daha ekvivalent edən dünya informasiya və 
kommunikasiyanın yeni düzəminin qurulmasına xidmət edəjək layihələr üzərində çaılışır. 
Dünya mədəni irsə, digər xalqların və ölkələrin mənəvi dəyərlərinə mürajiət etmədən heç siyasi və iqtisadi 
jəhətdən qüvvətli dövlət mədəni-estetik tələbatı yerinə yetirməyə qabil deyildir. Eyni zamanda nəzərə 
alınmalıdır ki, mədəni mübadilə bir-birilə  sıx  əlaqədə olan əməkdaşlıq və  rəqabət proseslərindən ibarətdir. 
Siyasət və iqtisadiyyatdan fərqli olaraq mədəni  əlaqələr sahəsində baş verən rəqabət üstüörtülü olsada daha 
kəskin formada özünü göstərmiş olur. Dövlətlər və xalqlar individlər tək eqoistik jəhətlərə malikdirlər. Onlar 
üçün önjə öz mədəniyyətlərini qorumaq və öz mədəniyyətlərinin təsir dairələrini genişləndirmək, digər 
mədəniyyətlərin nailiyyətlərini öz məqsədləri üçün istifadə etmək daha vajibdir. Dünya mədəniyyəti tarixində 
daxili və xariji ziddiyyətlərə qalib gələ bilməyərək məhv olmuş bir çox böyük və xırda xalqları misal gətirmək 
olar. Akkulturasiya, assimiliyasiya, inteqrasiya problemləri qloballaşma dövründə, daha dəqiq desək jəmiyyətin 
bütün sahələrində köklü dəyişikliklər baş verdiyi bir mərhələdə daha da kəskin forma əldə etmiş oldu. 
Dünya mədəni məkanında öz yerinin axtarışları problemi, daxili və xariji mədəniyyət siyasətində milli 
yanaşmaların formalaşması məsələləri 1991-ji ildə müstəqillik əldə etmiş Azərbayjan Respublikası üçün böyük 
aktuallıq kəsb edir. Azərbayjanın digər mədəniyyətlərə açıqlığı onun dünyada baş verən mədəni-informasiya 
proseslərindən asılı etmiş oldu. Bu proseslərə aiddir: 
1.
 
ilk növbədə mədəni inkişafın və mədəniyyət industriyasının qloballaşması və  həmin prosesdə anqlo-amerikan 
təsirinin artması;  
2.
 
mədəniyyətin kommersiyalaşması, mədəniyyətin böyük investisiya qoyuluşundan asılılığı prosesi;  
3.
 
«kütləvi» və «elitar» mədəniyyələrin yaxınlaşması; 
4.
 
müasir informasiya texnologiyalarının və dünya kompyuter şəbəkəsinin inkişafından, iformasiyanın və onun 
ötürülmə sürətinin kəskin arması; 
5.
 
dünya mədəni-iformasiya mübadiləsində milli spesifika dərəjəsinin enmə prosesi. 
Müasir dövrdə beynəlxalq mədəni məkanın formalaşmasında qloballaşma fenomenin açıqlanması, onun 
problem və ziddiyyətlərinin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Müasir beynəlxalq mədəni mübadilədə 
Azərbayjan Respublikasının iştirakı zəruridir. 
 
 
1.20. Gender və mədəniyyət 
 
Genderin nəzəri anlamında mərkəzi,  əsas yer onun sosial-mədəni kateqoriya kimi şərhinə  məxsusdur. 
Genderə belə yanaşma qanunauyğun olaraq onun sosial təşkilli və  mədəni təşkilli fenomen kimi tərifindəki 
fərqin dəqiqləşdirilməsinə ehtiyac ilə  şərtləndirilir. Həmin səviyyədə genderin iki qarşılıqlı  əlaqəli mahiyyət 
tərəfi – sosial və  mədəni tərkib hissələri, maddi-praktiki, sosial-konkret və  mədəni-mənəvi, rəmzi büruzəsi 
arasındakı fərq aşkar olunur. 
Genderin sosial təşkil baxımından dərk olunması sosial varlığın  əmək alətləri və istehsal vasitələrinin 
inkişaf səviyyəsi, tarixi inkişafın müvafiq mərhələsində yaranmış  əməyin ictimai bölümü, sosial həyatın 
müxtəlif tərəflərinin artıq formalaşmış və təsdiqini tapmış xarakterinin həmin prosesə təsirinin nəzərə alınmasını 
tələb edir. Bu zaman genderin formalaşma, inkişaf və yenidən istehsal proseslərinə, gender fərqləri və 
bütövlükdə gender sisteminin fundamental əsası olaraq onların funksional və maddi məqsədlərdən, sosiumun 
vəzifələrindən asılılığı  nəzərdən keçirilir. Bununla da genderin müxtəlif sosial əlaqələr, qarşılıqlı  təsir və 
qarşılıqlı münasibətlərdə  aşkarlığının rəngarəngliyi onun sosiomədəni tədqiq orbitinə düşür. Tətbiqinin  əsas 
nöqtəsi olaraq gender araşdırmasının bu konteksti gender sosial sisteminin gender stereotiplərinə, rollarına, 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
94
təfəkkürünə və sairəyə təsirini nəzərdə tutur. Başqa sözlə desək, diqqət mədəni qatın sosial formasiyanın maddi 
xüsusiyyətlərindən asılılığına yönəlir. 
Öz növbəsində genderin mədəni təşkili onun təhlili gedişində gender içtimailəşməsinin, gender 
stereotipləri, rolları, gender eyniləşməsinin, təfəkkür proseslərinin formalaşması kimi amillərin və  rəngarəng 
mədəni kontekst axınında yerləşənlərin genderin təşəkkül və inkişafına, gender bərabərsizliyi və gender 
sistemlərinə təsirinin nəzərə alınmasını tələb edir. 
Qeyd etmək lazımdır ki, genderin sosial-mədəni fenomen kimi ikili təbiəti onun sosial və mədəni təşkil 
proseslərinin birvaxtlı, birgə, qarşılıqlı  əlaqəli gedişini nəzərdə tutur. Genderin bu xüsusiyyəti onun inkişaf 
prosesinin dinamikası  və istiqamətlərinin cəmiyyətdə baş verən müxtəlif sosial dəyişikliklər: iqtisadi, sosial-
stratifikasiya, siyasi-hüquqi, mədəni, ideoloji və  mənəvi islahatların hərtərəfli praktikasından asılılığı ilə 
əlaqədardır. 
Yuxarıda deyilənləri nəzərə alaraq, bu mövzu çərçivəsində ilk növbədə genderin sosial təşkili prosesini 
nəzərdən keçirək. 
Bəşər tarixində gender stratifikasiyası  və gender bərabərsizliyinin yaranması sosial stratifikasiyanın 
ümumi təşəkkül meyli və sonrakı sosial bərabərsizliyin formalaşması ilə  sıx  şəkildə bağlıdır. Gender 
bərabərsizliyi də sosial bərabərsizlik kimi, hər  şeydən  əvvəl kişi və qadın arasında  əsas, praktiki olaraq 
insanların sosiomədəni məkanda cəmlənmiş maddi və  mənəvi nailiyyətlər və firavanlıq imkanlarını müəyyən 
edən sosial əhəmiyyətli ehtiyatların; maddi dəyərin (mülkiyyət və ya gəlir şəklində), hakimiyyətin (sosial təsirin 
bütün səviyyələrində onun ayrı-ayrı  aşkarlıq formalarında), təhsil və nüfuzun qeyri-bərabər bölünməsindən 
ibarətdir. Cəmiyyət inkişaf etdikcə sosial stratifikasiyanın cəmiyyətdəki peşə-vəzifə strukturunda rolu və yeri, 
əmək və  məişət  şəraiti, siyasi həyatda iştirak dərəcəsi, ailə sahəsində  iştirakı, asudə vaxtının xüsusiyyətləri, 
ixtisas və  mənəvi təkmilləşmə imkanları, bütövlükdə  həyat tərzi kimi göstəriciləri və ölçüləri gender stratifi-
kasiyaları və bərabərsizliyi üçün də səciyəvi göstəriciyə çevrilir. 
Gender bərabərsizliyi sosiomədəni konstrukt kimi kişi və qadın arasındaki təbii, bioloji fərqlər əsasında 
yaranmışdır. Əmək alətləri inkişaf etdikcə və texnologiya təkmilləşdikcə, əməyin ictimai bölümü dərinləşdikcə, 
maddi və mənəvi istehsal nəticələrinin müvafiq bölüm sistemi yarandıqca, cəmiyyətin iqtisadi, siyasi və mənəvi 
fəaliyyət sahələrində patriarxat mədəniyyətin hakim vəziyyəti özünü təsdiq etdikcə, kişilərlə qadınlar arasındakı 
təbii fərq sosial bərabərsizlik qandalı ilə buxovlanır. Sadaladığımız prosesləri daha geniş araşdıraq. 
Gender stratifikasiyası sosial stratifikasiyanın struktur bölməsi, xüsusi bir sosiomədəni kəsimi 
olduğundan və onun əksər göstəricilərinə  və xarakteristikalarına malik olduğundan onu təfsilatı ilə  tədqiq 
etməkdən ötrü hər şeydən əvvəl kişi və qadının özünü qida, geyim və sığınacaqla təmin etmək üçün hansı əmək 
alətlərinin lazım olduğu və müvafiq olaraq bunu necə  təşkil ediləcəyi araşdırılır. Bundan başqa, iqlim şəraiti, 
torpağın vəziyyəti və insanların həyatına təsir göstərən digər ekoloji göstəricilər də nəzərə alınmalıdır. Həmçinin 
belə yanaşmanın əmək fəaliyyəti çərçivəsində baş verən proseslərin sosial dəyişikliklərlə, sərt determinasiya ilə 
bağlı olmadığını unutmaq olmaz. Əmək alətləri və texnologiyalar müəyyən hadisələr üçün yalnız müəyyən 
şərait yaradır, lakin onları heç də mütləq etmir. Eyni zamanda antropoloji ədəbiyyatda həmin yanaşma təkamül 
adlandırılır, çünki əmək alətlərinin inkişafı və təkmilləşməsi istehsalın və istehlakın inkişafına səbəb olur. 
Amerika sosioloqu və antropoloqu Coan Huber özünün «Gender stratifikasiyası nəzəriyyəsi» (1993) adlı 
məqaləsində ekologiya, ərzaq istehsalı texnologiyası  və  uşaq doğumundakı  dəyişikliklər kimi bir neçə amilin 
qarşılıqlı  təsirini araşdıraraq üç prinsip əsasında gender stratifikasiyası modelini işlədi. Birinci prinsip ailə 
səviyyəsinə aiddir: mal istehsal edən insanlar onu istehlak edənlərdən daha çox hakimiyyətə  və nüfuza 
malikdirlər – almaqdansa vermək bacarığına malik olmaq daha yaxşıdır. Bu zaman qanuni bir sual ortaya çıxır: 
məhsuldar  əmək nədən asılıdır və bu cəmiyyətdə onunla kim məşğul olur? Axı kişi və qadın praktiki olaraq 
əmək sahəsi daxilində olduqca geniş sosial əhəmiyyətli funksiyalar yerinə yetirmək üçün bərabər imkana 
malikdirlər. Buna baxmayaraq bütün cəmiyyətlərdə əməyin bölümü zamanı cins amili həlledici rol oynayır. Bu 
sualın cavabı ondan ibarətdir ki, kişi ilə qadın arasındakı bioloji fərq nəticəsində kişilər cəmiyyətin yaşaması və 
insan populyasiyası üçün iki mühüm funksiyanı – uşaq dünyaya gətirmək və onu yedirmək funksiyalarını yerinə 
yetirə bilmir. Əgər cəmiyyət sağ qalmaq istəyirsə, həmin iki reproduktiv funksiya əksərən qadınlar tərəfindən 
yerinə yetirilməlidir. Bu aşkar faktdan gender stratifikasiyasının ikinci prinsipi doğur: bəşəriyyət özünün 
yaşaması  və inkişaf üçün əməyin kişi və qadın arasında bölünməsi gedişində qadının yerinə yetirdiyi əmək 
fəaliyyəti növlərini hamiləlik və sonra isə südəmər uşaqları yedizdirmək imkanı ilə birləşdirməsi üçün şərait 
yaratmalıdır. Cəmiyyətin yaxud ailənin həyat səviyyəsi, bunun nəticəsi olaraq qadının çiyninə qoyulmuş  işin 
həcmi ilə əhalinin bioloji istehsal prosesinin səmərəlilik səviyyəsi arasındakı sıx əlaqə tarixin bütün gedişi boyu 
izlənmişdir. Məsələn, XIX əsrin  əvvəlində Lionun və Parisin fəhlə ailələrində  uşaq ölümünün səviyyəsi çox 
yüksək idi. Bu onunla əlaqədar idi ki, həmin ailələrdəki qadınlar ailənin gəlirini artırmaq üçün çox işləməli olur 
və onların südəmər övladları isə dayənin ümidinə qalırdı. 
Və  nəhayət, Coan Huberə görə, gender stratifikasiyasının üçüncü prinsipi ümumsosioloji stratifikasiya 
nəzəriyyəsi ilə bağlıdır: hər hansı  cəmiyyətdə daha böyük hakimiyyətə  və nüfuza malik olan insanlar maddi 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə