68
kütlələrinin inkişaf səviyyəsi nöqteyi-nəzərindən izah edilir. Bu nəzəriyyəlirin klassikləri
xalq kütlələrinin
əməyi və mübarizəsini cəmiyyətin tarixi inkişafının əsas meyarı kimi qiymətləndirirlər. Xalq öz əməyi ilə böyük
maddi və mənəvi sərvətlər yaradır. Böyük rus yazıçısı M. Qorki yazırdı: «Xalq nəinki bütün maddi sərvətlər
yaradan qüvvədir, o, zəngin mənəvi sərvətlərin yeganə dükənməz mənbəyi, zaman etibarilə,
öz gözəlliyi və
yaradıcılığının gözəlliyi və dühası etibarilə bütün böyük poemaların, faciələrin, o cümlədən onlardan ən
əzəmətlisi olan ümumbəşər mədəniyyətinin tarixini yaradan ilk filosof və şairdir.( M. Qorki. Ədəbi-tənqidi
məqalələr, M. 1957, səh 26.)
Bəzi Qərb sosioloqları «kütlə» kateqoriyasına sosial proseslərin təşkilinə pozğunluq gətirən əsas səbəb
kimi yanaşaraq insanların davranışlarına, gündəlik həyat tərzinə təsirini araşdırmağa çalışırlar. Belə ki, «kütləvi
davranışın» spesifik tipi kimi çaxnaşma, hay-küyü (panika), apatiyanı, moda, qiyamı, sosial hərəkatları nümunə
göstərirlər.
«Kütləviləşmə» prosesinin psixologiyasını tədqiq edən Lebon insanların kütlədəki davranışını kütləvi
psixozun formasfı kimi qiymətləndirir. Onun fikrincə,
kütlə fikirləşmir, o, (kütlə) öz hisslərinin hakimidir; bura-
da kiçik antipatiya nifrətə, adi istək güclü ehtirasa çevrilir. Kütləni aldatmaq bir nəfəri aldatmaqdan çox asandır.
Kütlənin sayı nə qədər çox olarsa, səviyyəsi bir o qədər aşağı düşər. Kütləni seçilmiş nümayəndələr deyil, tör-
töküntülər maraqlandırır; dünyaya hökmranlıq edənlərin hamısı kütlələrin ruhunu instinktiv başa düşən psix-
oloqlar
olmuşdur ki, məhz buna görə onlar hökmdarlığa nail ola bilmişlər.
Lebonun bu fikrinə Orteqa-i-Qasset də əlavələr edərək kütlənin rəhbərlik etdiyi cəmiyyətin uçuruma
yuvarladığını bildirir və cəmiyyətin yalnız elita ilə idarə olunmasını məqbul hesab edirlər. XX əsrin böhranını
Orteqa-i-Qasset əsas hərəkətverici qüvvənin elita deyil, kütlənin olması ilə izah edirdi.
«Kütləvi cəmiyyət» doktrinasının bütün müəlliflərini maraqlandıran məqamlardan biri də
«kütləviləşmə»nin formalaşmasına zəmin verən amil və şərtlərin araşdırılmasıdır. Bu barədə nəzəriyyələrin
ümumi fikir məxrəci ondan ibarətdir ki, «kütləviləşmə» istehsalat, itsehlak, mədəniyyət strukturları ətrafında baş
verir. Kapitalizm şəraitində kütlələrin
birləşmə xarakteri milli gəlir, siyasi imtiyazların, sosial nüfuzun, mədəni
nailiyyətlərin azlıqların əlində cəmlənməsi ilə izah edilir.
«Kütləviləşmə»nin sosial-iqtisadi zəmini, adətən son yüz ildə demokratik partlayışla müşayiət edilir.
İqtisadi sahədəki «kütləviləşmə»ni sosioloqlar sənayeləşmə və urbanizasiya ilə əlaqələndirirdilər.
«Kütləviləşmə» «sənaye sivilizasiyası»nın məhsulu kimi qiymətləndirilir. Burada əsas yer kütləvi istehsala verilir.
Martin Deyl yazır: «Kütləvi məhsul – «kütləvi cəmiyyət»in simvoludur. Azad rəqabət kapitalizmi istehlakçının
müstəqilliyindən əmələ gəlmişdir. İnhisarlar istehlakı «özbaşına» buraxa bilməz, əksinə, onları özünün möhkəm
nəzarətinə götürərək istehlakçıların zövqlərini «bərabərləşdirirlər». Bu xüsusiyyətdən çıxış edərək c. Helbreyt
yazır: «Məhsulları hazırlayan firma bazar münasibətlərini idarə edərək onu nəzarət altında saxlayır və xidmət et-
diyi kütlə üzərində sosial qaydaları formalaşdırır».( Qelbreyt Dc. «Novoe industrialğnoe obhestvo». M. 1969, str.
260.) Beləliklə, kütləvi istehsal
bir tərəfdən pisliyin mənbəyi, digər tərəfdən isə firavanlığın açarı kimi
qiymətləndirilir.
Siyasi sahədə «kütləviləşmə»ni tənqid edənlər təsdiq edirlər ki, ümumi seçki hüququna əsaslanan «kütləvi
demokratiya» idarə sistemi «qeyri-ixtisasçıların, qeyri mütəxəssislərin hücumu»na səbəb olur ki, bu da siyasi
liderliyi, elita mövqeyini sarsıdır. Bununla yanaşı, «kütləvi cəmiyyət»in tənqidçiləri insanları öz təsiri altında
saxlayan elitanın onları «siyasi ətalət kütləsi»nə çevirməsini də vurğulayırlar.
Mənəvi həyat sahəsində bu «kütləvi mədəniyyət» - cəmiyyətdir, elitar mədəniyyət məhv olur,
ünsiyyətin
kütləvi vasitələri «mənəvi tələbatları» vahid şəklə salır, tarazlayır, mədəni standartları aşağı salır. Təfəkkürün
müstəqilliyini boğan mənəvi istehsal sənayeləşərək fərdi ona yad olan sosial sistemin maraqlarına yönəldir.
«Kütləvi cəmiyyət» nəzəriyyəçiləri xalq kütlələrinin tarixi prosesdəki artan rolunu nəzərdən keçirməyə
bilmirlər. Bu nəzəriyyənin solçuları yenə də kütlələrin, xüsusilə, proletariatın tarixi missiyalarına inanmayaraq və
bunu qəbul etməyərək bütün ümidlərini radikal ziyalılara bağlayırlar. Bütövlükdə «kütləvi cəmiyyət»
nəzəriyyəsində xalq kütlələrinin artan rolu sivilizasiyanın qurumu kimi şərh edilir. Bu nəzəriyyələr müəyyən real
proseslərə əsaslanaraq insan kütlələrin fəaliyyət qanunauyğunluqlarını nəzərə alır.
Xalq, kütlə olmadan mədəniyyətin, sivilizasiyanın mümkünlüyündən danışmaq əbəsdir. Xalqın
həyat və
mübarizəsini ifadə edən mədəniyyət hər bir dövrün sivilizasiyasına əhəmiyytli hədiyyədir. Xalqın əsrlərlə seçib
saxladığı əfsanələr, mahnılar, rəqslər, xalq eposunun gözəl bədii surətləri, yazıçılar, bəstəkarlar, rəssamlar və
sənətin digər sahələrinin nümayəndələri üçün, əslində dükənməz ilham mənbəyi olmuşdur. Marksist
nəzəriyyəçilər mədəniyyətin böyük xadimlərinin məhz xalqın, kütlənin içərisindən çıxdığı dəfələrlə ifadə
etmişlər.
Əgər qısaca
qeyd etməli olsaq, tarixi inkişafın ümumi prosesi obyektiv qanunauyğunluq olsa da, həm
şəxsiyyətlər və həm də xalq kütlələri bu prosesə öz təsirini göstərir, onun sürətini artırır. İctimai-iqtisadi və ta-
rixi şərait lazımınca yetişdikdə isə böyük tarixi vəzifəni yerinə yetirməyi bacaran şəxsiyyət meydana gəlir.
«Kütləviləşmə» konsepsiyalarının antikommunist istiqaməti sosializmi daim tənqid edərək şəxsiyyətin
yalnız dövləti möhkəmləndirmək işində vasitə kimi istifadəsini söyləyirlər. Bu hələ Orteqa və O.Xaksli
tərəfindən irəli sürülən antikommunist tezislər idi. onlar qeyd edirdilər ki, «kommunizmin məqsədi – fərdi şəxsi
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir