72
mədəniyyətə basqını prosesi
davam edərsə, dünya yenidən özünün əvvəlki vəziyyətinə – barbarlığa qayıdacaq.
Sözsüz ki, Orteqa-i-Qassetin bu fikirlərindəki qətilik və sərtilik kütlələrin mədəniyyət tarixindəki rolunun
inkişaf etməsi ideyasından irəli gəlirdi. Lakin həqiqətdə isə, ispan filosofu bu məsələdə müəyyən mənada səhv
mövqe tuturdu. Orteqa-i-Qassetin həmin fikri qorxu, təhlükə məzmunu kəsb edirdi. Əslində isə kulturoloq və
sosioloqların dəfələrlə söylədikləri fikirlərdə mədəniyyətin tərəqqipərvər inkişafında xalq kütlələrinin imkanları
və rolu əhəmiyyətli dərəcədə qiymətləndirilir. Orteqa-i-Qassetin elitar mədəniyyət haqqındakı ideya və
müddəaları 1925-ci ildə nəşr olunmuş «incəsətin dehumanistləşməsi» adlı görkəmli fəlsəfi əsərində
özünəməxsus şəkildə təhlil olunmuşdur. Bu əsərində müəllif
yeni və köhnə incəsənət, mədəniyyət anlayışlarını
izah edir və onların ictimai, sosial, mədəni köklərini, əlamətlərini üzə çıxarır. Köhnə və yeni incəsənət
problemlərinə toxunaraq Orteqa-i-Qasset hər iki incəsənət arasındakı fərqi yeni mədəniyyətin cəmiyyətin kütlə
təbəqəsinə deyil, məhz elitasına ünvanlandığında görür. Bu tezisdən irəli gələrək müəllif belə bir fikri də iddia
edir ki, yeni mədəniyyətin, incəsənətin populyar olması,
daha doğrusu, ümuminsani olması və hamı tərəfindən
dərk edilməsi mütləq deyil və həm də mümkün deyil!
Yeni incəsənət, əksinə, insanları real həyatdan kənarlaşdırmalıdır. «Dehumanistləşmə» - XX əsr yeni
incəsənətinin bünövrəsini təşkil etməlidir, - Orteqa-i-Qassetin irəli sürdüyü tezis budur. Həmin tezisin təhlilini
müəllif aşağıdakı kimi izah edir: «…yeni incəsənət publikanı iki sinfə - onu başa düşənlər və onu başa
düşməyənlərə bölür… Yeni incəsənət – xalis bədii sənətdir». (Orteqa-i-Qasset X.Gstetika. Filosofiə kulğturı. M.
1991 s.224).
Orteqa-i-Qassetə görə elita - cəmiyyətin irsi aristokratiyası və ya imtiyazlara malik
təbəqəsi deyil o,
cəmiyyətin xüsusi «qavrama, həssaslıq orqanına» malik olan hissəsidir. Məhz cəmiyyətin bu hissəsi ictimai
tərəqqini yaratmağa qadirdir. Bütün professionallar öz yaratdıqları əsərlərlə cəmiyyətin bu hissəsinə müraciət
etməlidirlər.
İspan filosofu yeni incəsənətin cəmiyyətin elitar hissəsi üzərindəki şəkildə ifadə etmişdir. Yeni incəsənət
«…yaxşıların» özünü dərk etməsinə, … mövqelərinin dərkinə; azlıqda olmaqla çoxluqla mübarizə aparmağı bir
vəzifə kimi başa düşməsinə …» köməklik göstərməlidir.
Kütlə mədəniyyətinə etinasızlıq, bəzən də nifrət, elitar mədəniyyətə isə rəğbət
və onun müdafiəsi XX
əsrin bir sıra kulturoloqlarının əsərlərində qırmızı xətlə keçir. c.Santayana yazırdı: «Mədəniyyət çətin
vəziyyətdir: əgər o, dərin və mötəbərdirsə nadir hesab edilməli, geniş yayılıbsa orta səviyyəli hesab
edilməlidir… Aritstokratiyanı məhv etmək … mədəniyyəti törədən mənbəni məhv etmək deməkdir». Şair və
publisist kimi tanınan T.Eliot və E.Paund hesab edirlər ki, mədəniyyət sırf mənəvi elitaya aid olub, xalqla heç
bir əlaqəsi yoxdur. Əksinə, «ətalətli kütlə» mədəniyyət yaradıcısının fərdilik və novatorluğunu boğur.
T.Adornaya görə, elitar mədəniyyət onu yaradanların özünütəzahürü, özünüifadəsidirsə, «kütləvi
mədəniyyət» kütlənin tələbatına görə yaradılır, - yəni bu istehlak mədəniyyətidir.
Adorno hesab edir ki, elitar və
«kütləvi» mədəniyyət dilemması ümumsosioloji deyil, tarixi fenomendir. Belə ki, «kütləvi mədəniyyət»- tarixdə
görünməmiş hadisədirsə, elitar mədəniyyət səbəb deyil, «kütləvi» mədəniyyətin nəticəsidir; belə ki, o, öz sənət
əsərlərinin kütləvi standartlar səviyyəsinə enməsini arzulamayan sənətkarın sığınacağıdır. Əsil, həqiqi
mədəni
elita kütlə üzərində hökmranlığa can atmağ istəyənlər deyil, əksinə, kütlədən ayrılıb özünə qapılanlardır.
T.Adorno öz ideyalarında həm liberal, həm də anarxist mövqedən çıxış edir. Belə ki, o, bir tərəfdən, inhisarçı
dövlətin konformist mədəniyyətinə qarşı çıxış edir, digər tərəfdən, özünü anarxist qrupun mövqelərinin
müdafiəçisi kimi təzahür etdirərək tərəqqipərvər qüvvələrlə əlaqəsi olmadığını nümayiş etdirir.
Tərəqqipərvər
qüvvələrdən ehtiyat edərək T.Adorno hesab edir ki, onlar doqmatizm və konformizm qorxusu törədir.
Bu fikirlərlə, xüsusilə, elitar mədəniyyət haqqında irəli sürülən konsepsiya və ideyalarla barışmayan və
uzun müddət onun mövcudluğunu aradan qaldırmaq üçün yollara əl atan proletariatın rəhbəri V.İ.Lenin məşhur
şüarı olan «incəsənət xalqa məxsusdur» ilə məzmunca yeni bir mədəniyyətin təşəkkülünə cəhdlər göstərirdi.
Bunlar həm də «incəsənət elitaya məxsusdur» tezisinə qarşı qoyulmuşdur. Bu şüarı irəli sürənlər kulturoqlar idi.
Amerikalı sosioloq J.Barzan bu fikrə tərəfdar çıxaraq göstərirdi ki, kapitalizm kütlələri elə bir vəziyyətə salıb ki,
onların icsənət və mədəniyyət ilə maraqlanmağa belə həvəsləri və imkanları yoxdur.
Müasir cəmiyyətdə elita dedikdə T.Eliot və digər tənqidçilər
Qərbin hakim-iqtisadi, siyasi elitasını deyil,
«mənəvi elitasını nəzərdə tuturdu». Əlbəttə, bu tənqidçilərin hakim elitanın mənəvi simasındakı şübhələrinə
müəyyən əsasları vardı. Sosioloqların tədqiqatları göstərdi ki, maliyyə oliqarxiyası elitasının səviyyəsi çox aşağı
mədəni standartlarla xarakterizə edilir. Sosioloji tədqiqatlarda qoyulan «Niyə biznesmenlər ciddi kitablar
mütaliə etmirlər?» sualına cavab aşağıdakı məzmunda ifadə olunurdu: bir qayda olaraq biznesmenlərin mütailə
dairəsi çox məhdud xarakter daşıyaraq yalnız əyləncəvi məzmun kəsb edir.
Mədəniyyətin sosial forması kimi qiymətləndirilən elitar mədəniyyətin ictimai proses və hadisələrə, xüsusilə,
kütləvi mədəniyyətin vüsəti nəticəsində bəzi keyfiyyət dəyişikliklərinə məruz qalması haqqında müasir kultorolo-
giyada ideya və fikirlər səslənməkdədir.
Müasir kulturologiya bunu, hətta elitar mədəniyyətin kütləvi mədəniyyəti ilə
müəyyən mənada birləşmək meylləri ilə izah edir. Xüsusilə, son vaxtlarda hər iki mədəniyyətin sintezi «zövq
mədəniyyəti» anlayışının formalaşmasına səbəb olmuşdur: yəni mədəniyyət istehlakçılarının ehtiyaclarına uyğun bir
mədəniyyət.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir