parçalanması, 3-cü qanun - sərbəst kombinasiya olunma) kəşf etməklə
genetikanın inkişafında misilsiz xidmət göstərmişdir. O, toxumları sarı və yaşıl
rəngli olan noxud bitkilərini çarpazlaşdırmış (monohıbrid çarpazlaşdırma) və Fı
nəslində bütün bitkilərin rəngi san olduğundan, yəni sarı rəng yaşıl rəng
üzərində dominantlıq (ağalıq) etdiyi üçün bu hadisəni dominantlıq (latınca
«domine»-«ağa»), alternativ əlaməti isə resessivlik (latınca «recessus»-
«uzaqlaşma», «kənarlaşma») adlandınnışdır (1-ci qanun). Sonra alim 1-ci
nəsildə alman bitkiləri öz aralannda çarpazlaşdırdıqda 1-cı nəsildə gizli qalan
yaşıl rəng 2-ci nəsildə parçalanma nəticəsində üzə çıxmış və üstünlük təşkil
etmişdir (2-ci qanun). 2-ci nəsildə (F2) dihibrid çarpazlaşma nəticəsində
əlamətlər (genlər) bir-birindən asılı olmayaraq sərbəst paylanır (3-cü qanun).
Onun yaratdığı mendelızm təliminin əsas mahiyyəti orqanizmlərin əlamətlərinin
inkişafını və onların gələcək nəsillərə verilməsini təmin edən ırsıvvət amillərinin
diskretliyindən bəhs edir. Q.Mendelin kəşf etdiyi qanunlar yalnız 35 ildən sonra
(1900) Q.dc Friz (Hollandiya), К Korrens (Almaniya) və E.Çermak (Avstnya)
tərəfindən bir-birindən xəbərsiz müxtəlif bitkilər (lalə, qarğıdalı, noxud)
üzərində sübut olunmuşdur. Məhz bundan sonra mendelizm genetika və
biologiya elminin aparıcı nəzəriyyəsi kimi tanındı və məşhurlaşdı
Tomas Gent M orqan
(1861- 1945)
Müasir biologiya elminin banilərindən biri, dünya
şöhrətli məşhur Amerika bioloqu, Nobel Mükafatı
Laureatı Tomas Gent Morqan 1886-cı ildə Keııtikk.
1891-ci ildə
isə Baltimoredəkı
Cons Xorkiııs
universitetini bitirmişdir. O, irsiyyətin xromosom
nəzəriyyəsinin əsasını qoymuş, ayn-ayrı əlamətlərin
və
onların
kombinasiyasının
növbələşməsinin
öyrənilməsi üçün
genetika elminin tarixində
ilk
dəfə ən əlverişli bioloji model olaraq meyvə (drozofil)
milçəyindən təcrübə obyekti kimi istifadə etmişdir. Bu üsula sonralar da genetik
tədqiqatların aparılmasında çox istinad olunmuşdur. T.C.Morqan drozofil
milçəyi üzərində fundamental elmi-tədqiqat işləri apararaq (1910) müəyyən
etmişdir ki. irsiyyətin maddi əsasını təşkil edən genlər məhz xromosomlarda
yerləşir. İrsi əlamətlərin nəsildən-nəsilə keçməsində xromosomlann rolunu ilk
dəfə olaraq T.Moıqan sübut etmiş, bununla da genetikanın ikinci mərhələsi
başlanmışdır. Alim üç şagirdi (A.Stertevant, K. Bridces və Q. Müller) ilə
birlikdə sübut etmişdir ki, irsiyyətin əlamətlərinin təminatçısı olan irsi amillər -
genlər hüceyrə nüvəsinin xromosomlarında yerləşir və cəmləşir, irsi əlamətlərin
nəsildən nəsilə ötürülməsi Q.Mendelin qanunları çərçivəsindən çıxaraq, ona tabe
olmayaraq, cinsiyyət hüceyrələrinin yetişməsi və
mayalanma zamanı
xromosomlann taleyi ilə müəyyən olunur. Həmin nəticələr bir-birindən asılı
30
olmayan iki üsulla-hibridoloji və sitoloji- apanlan eksperimental təcrübələr
nəticəsində aşkar edilmişdir. Q.Morqan və şagirdləri ilk dəfə olaraq genetik
xəritənin tərtib edilməsi üsulunu müəyyən etmiş və cinsiyyətin təyin olunma
sında xromosom mexanizmini aşkar etmişlər. Genetika elminin sonrakı
nailiyyətlərinin hamısı və bu elmin inkişafı məhz Q.Morqanm irsıyyətin
xromosom nəzəriyyəsi ilə əlaqədar olmuş və təşəkkül tapmışdır. Alimin bu nəzə
riyyəsi sıtologiya, embriologiya, biokimya, təkamül təlimi və biologiyanın ən
yem sahələri olan molekulyar biologiya, molekulyar genetika, genetika
mühəndisliyi və biotexnologiyanın dinamik və sürətli inkişafı üçün müstəsna rol
oynamışdır. Ümumilikdə Q.Morqanm xromosom nəzəriyyəsi bütün biologiya
elimlərinin dinamik yüksələn düz xətlə inkişafı üçün çox mühüm zəmin
yaratmışdır.
Vavilov Nikolay İvanoviç
(1887-1943)
Məşhur rus alimi, genetik, seleksiyaçı, akade
mik. genetika elminin ən başlıca qanunlarından bin
sayılan irsiyyətli dəyişkənliyin homolojı sıralar
qanununun banisi(1919) Nikolay ivanoviç Vavilov
müasir
seleksiyanın
elmi
əsaslannı,
mədəni
bitkilərin mənşəyi və onlann coğrafi arealının
yayılması haqqında təlimin təməlini qoymuşdur.
Onun rəhbərliyi ilə 300 mindən çox müxtəlif növə mənsub mədəni bitki
nümunəsi olan zəngin dünya herbari kolleksiyası yaradılmışdır. O, həm də
texniki bitkilərdə yoluxucu xəstəliklərə qarşı immunitetin yaradılması təliminin
və bitki ımmunogenetıkasmm banisi sayılır. N.İ.Vavilovun rəhbərliyi ilə
bitkilərin genetikası, seleksiyası və mühafizəsinə həsr olunmuş çoxlu sayda
monoqrafiyalar hazırlanmış, namizədlik və doktorluq dissertasiyaları müdafiə
edilmişdir. Alim ona qarşı bır neçə dəfə sovet imperiyası rəhbərlərinin təzyiqlər,
təqiblər göstərməsinə, müxtəlif şantaj xarakterli sanksiyalar və diskriminasiyalar
tətbiq etməsinə, hətta həbs olunmasına baxmayaraq seleksiya və genetika elmləri
sahəsində elmi axtarışlarını səylə davam etdirmiş, elmi, praktiki və nəzəri
əhəmiyyətli nəticələrə nail olmuşdur. N.İ.Vavilovun elmi axtarışlarının məntiqi
nəticəsi olaraq hazırda bitkilərin seleksiyası, genetikası və yeni yüksək
məhsuldar taxıl, şəkər və yem çuğunduru, yonca, qarğıdalı və s. sortların
yetişdirilməsi üçün onun təklif etdiyi üsullara çox böyük önəm verilir və
onlardan geniş istifadə olunur. Hazırda genetika, seleksiya, immunogenetika,
molekulyar genetika və biologiya, gen mühəndisliyi və biotexnologiya elmləri
üzrə elmi axtarışların aparılması prosesində N.İ.Vavilovun tədqiqatlarına çox
önəmli yer verilir və onlara geniş istinad edilir.
31