Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə11/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   7   8   9   10   11   12   13   14   ...   205

aspektlərini  və  s.  öyrənən  planetar  və  bəşəri  əhəmiyyətli,  çox  perispektivli 

elmdir.  Baytarlıq  təbabəti  genetikasının  qarşısında  duran  prioritet  məsələlər 

aşağıdakılardan ibarətdir:

-  irsi anomaliyaların öyrənilməsi;

-   irsi  anomaliyaların  heteroziqot  daşıyıcılarının  aşkar  edilməsi  üsullarının 

hazırlanması;

-   populyasiyalarda  və  onların  eliminasiyasında  zərərli  (anomal)  genlərin 

yayılmasına nəzarətin edilməsi;

-qan qrupları və biokimyəvi polimorfızmin genetik aspektləri;

-   yoluxucu  (infeksion  və  invazion)  xəstəliklər  zamanı  immunitetin 

genetikasının öyrənilməsi;

-  irsiyyət yönümlü xəstəliklərin öyrənilməsi;

-   orqanizmin  yoluxucu  və  yoluxmayan  daxili  xəstəliklərə  həssaslığı  və 

davamlılığının erkən aşkar edilməsi (ekspres) üsullarının hazırlanması;

-   heyvanlar,quşlar,balıqlar  və  anların  xəstəliklərinin  proflaktika  və 

müalicəsində  işlədilən bioloji və  dərman preparatlannm genetik aspektlərinin və 

neqativ fəsadlarının aşkar olunması.

-  bütün xəstəlikləri yalnız gen patalogiyası səviyyəsində öyrənmək;

-   xəstəliyə  davamlı  və  sənaye  texnologiyasına  uyğunlaşan  sürü,  xətt  və 

cinslərin yaradılması.

Hazırda  gen  mühəndisliyiin  geniş  diapozonla  inkişaf  etməsi  və  istifadə 

olunması  elmə  indiyədək qaranlıq  qalan bəzi  elmi  sirlərin açılmasına çox böyük 

təkan  verir. 

Alimlərin  Afrikada  məskunlaşan 

fiUər  üzərində  apardığı 

tədqiqatların  nəticəsi  göstərmişdir  ki,  onların 

orqanizmində  indiyədək  elmə 

məlum  olmayan  ən  qısa  (ultra)  səs dalğaları hasil 

olunur və fü lər bu dalğalar 

vasitəsilə  100 km-ə  qədər aralıdakı filləri axtarıb tapır. 

Fil ailəsinin hər hansı 

bir üzvü itdikdə, yaxud sürüdən  ayrı düşdükdə (ən  çox bala 

fillər) onlar həmin 

ultra səs dalğaları ilə dərhal bir-birini axtarıb tapırlar.  Fillərin heç 

bir canlıya 

xas olmayan  başqa genetik xüsusiyyəti də aşkarlanmışdır.  Onlar hər 

hansı bir 

ərazidə  ölmüş  f i l   cəsədlərinin  qalıqlarını  (kəllə,  ətraf,  onurğa  sümükləri) 

taparkən  hamısı  dərhal  həmin  yerə  toplanaraq  cəsəd  qalıqlarının  yalnız 

filə 

mənsub  olduğunu  aşkarlayır,  göz yaşı  tökür,  sonda  isə  ön  ətrafları  ilə  həmin 

cəsəd qalıqlarını torpağa basdırır,  sanki yenidən  dəfn  edirlər.

  Heç  şübhəsiz ki, 

fillərə  məxsus  olan  bu  instinktlər  yalnız  genlərin,  genetik  kodların  vasitəsi  ilə 

icra  olunur,  irsi  xarakter  daşıyır  və  nəsildən  nəsilə  ötürülür.  Q.  Mendel, 

T.Morqan,  N.Vavilov,  Q.de-Friz,  K.Korrens,  E.Çermak və  başqa dünya  şöhrətli 

alimlər  bəşəri  və  planetar  əhəmiyyətli  genetika  elminin  əsas  qanunlarını  kəşf 

etməklə  biologiya  elminin  elmə  məlum  olmayan  yeni  sirlərini,  nailiyyətlərini 

aşkar  etdilər.  Azərbaycan  alimləri  də  bu  sahədə  novatorluq  etmiş,  genetika və 

seleksiyanın  öyrənilməsi  ilə  çox  ciddi  məşğul  olmuş,  elmi-praktiki  cəhətdən 

xüsusi  əhəmiyyət  kəsb  edən  fundamental-tətbiqi  xarakterli 

tədqiqatlar 

aparmışlar.  Onlar  yeni  taxıl  sortları,  qoyun,  qaramal,  camış  cinsləri  yaratmış, 

genetikanın,  seleksiyanın  nəzəri  və  tətbiqi  xarakterli  məsələlərinin  öyrənilməsi 

ilə məşğul olmuşlar.  Alimlərimizin milli genetika elmimizin inkişafındakı böyük



22


və  təqdirəlayiq  xidmətlərini  nəzərə  alaraq  onların  elmi-tədqiqatlarının  prioritet 

istiqamətləri  və  yaradıcılığı  haqqındakı  məlumatlar  müvafiq  fəsillərdə  şərh 

olunmuşdur.  Güman  edirik  ki,  xalqımızın  gələcəyi  olan  gənclərimiz, 

tələbələrimiz,  şagirdlərimiz  və  bütün  oxucular  milli  genetika  elmimizin 

sələflərinin, korifey alimlərimizin yaradıcılığı, elmi axtarışları və nailiyyətləri ilə 

tanış  olduqdan  sonra müvafiq nəticə  çıxaracaq,  onların  keçdiyi  çox  şərəfli  elmi 

irsi örnək kimi qəbul edəcək, yollarını davam etdirəcək və bu elmə böyük maraq 

göstərəcəklər.  Çünki  bütün  bioloji,  tibbi,  baytarlıq  təbabəti  və  aqrar təmayüllü 

elmlərin əsas məsələləri, məhz hüceyrə, xromosom və gen səviyyəində öyrənilir. 

İstər  tibbi,  istərsə  də  baytarlıq  təbabəti  həkimləri  hazırda  bütün  patologiyaları 

yalnız  genetik  səviyyədə  öyrənirlər.  Baytarlıq  təbabəti  genetikasının  əsas 

müddəalarını  bilmədən  heç  bir  patologiya  ilə  mübarizə  aparmaq,  onun 

qarşısını  almaq  qeyri-mümkündür.  Yüksək  ixtisaslı,  səriştəli  həkim  olmaq 

üçün  baytarlıq təbabəti genetikası elmini, onun başlıca qanunauyğunluqlarını 

və  prinsiplərini  dərindən,  mükəmməl  və  ətraflı  öyrənmək  lazımdır.  Əks 

təqdirdə  məşhur  Hippokrat  andına  sadiq  qalmaq  qeyri-mümkündür.

 

Həkim 



bilməlidir  ki,  bütün  xəstəliklər,  patologiyalar  məhz  hüceyrə  səviyyəsində  baş 

verir,  hər bir  dəyişikliyin  əsasını  genetik  amillərin  (xromosomlar,  genlər)  arxi- 

tektonikasımn  normal  strukturunun  pozulması,  mutagenezə  uğraması  və  modi- 

fikasiyası təşkil edir. Atalar sözümüzdə çox qiymətli və müdrik bir kəlam vardır: 



«Nə  var  dövlət,  nə  də  şan  şöhrət insanı xoşbəxt edə  bilməz  Yalnız sağlamlıq 

insanın  ən böyük sərvəti və xoşbəxtliyidir». Sağlamlığın rəhni isə təmiz torpaq, 

su,  hava və  ekoloji cəhətdən 

sa f və keyfiyyətli yeyinti məhsullarıdır.  «Qafqaz 

dünyanın  zəngin  təbiət muzeyidir. 

Onun  bir parçası  olan Azərbaycan  misilsiz 

gözəlliklər  diyarıdır.  Burada  Yerin  altı 

tükənməz  xəzinə,  üstü  isə  canlı 

muzeydir» (akademik Həsən  Əliyev).

«İşdə  Qafqaz...  səfalı bir məna.

Allah-Allah nədir bu abi-hava?

Nə qədər şairanə bir xilqət 

Yerə enmişdir adətən cənnət»

(Hüseyn  Cavid)

Əlbəttə,  bu  canlı  muzeyin  ən  qiymətli  bioloji  varlığı  insandır,  xalqımızdır. 

Tibb və baytarlıq təbabəti həkimləri isə bu canlı muzeyin ən başlıca qoruyucusu və 

keşikçisi  olmalı,  dahi  Hippokratın  tarixi  və  bəşəri  andına  sadiq  qalmalıdır.  Dahi 

filosof  şairimiz  N.Gəncəvi  məşhur  «Xəmsə»-sində  təbabəti  yalnız  insan 

sağlamlığı kimi  deyil, bütün bəşəriyyətin  sağlamlığı kimi təsvir etmişdir. Dahi 

M.Füzuli də təbabətə analoji mövqedən yanaşmışdır.

«Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib,

Eyləmə rüsvay özün, həm qəlbimi qan, ey təbib!

Olmaq istərsən əgər asudə qoy rahət məni,

Dərdimin yox çarəsinə çünki imkan, ey təbib!

23



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə