Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə195/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   191   192   193   194   195   196   197   198   ...   205

verəcəkdir.  Atmosferə  atılan  karbon,  azot,  kükürd  oksidləri,  etanol  və 

halogenlərin  onu  tamamilə  çirkləndirməsi  və  böhran  həddinə  çatdırması 

nəticəsində  yaranan  qlobal  istiləşmə  və  iqlim  dəyişikliyi  bütün  canlı  aləmin 

mövcudluğunu  müəmmalı  vəziyyətə  salmış  və  onların  genetik  statusuna, 

genefonduna  neqativ  təsir  göstərmişdir.  2010  və  2011-ci  illər  planetimizin 

tarixində  ekoloji  kataklizmlərin  arealının  həddindən  çox  intensivləşməsi  və 

fasiləsiz,  dinamik  inkişafı  ilə  yadda  qalır.  Braziliyanın  çaylarında  suyun 

səviyyəsi  1  metr,  Çinin  bəzi  bölgələrində  3  metr,  Hihdistanda  2-2,5  metr, 

Almaniyanın  bəzi  çaylarında  isə  hətta  7  metrə  qədər  qalxaraq  öz  məcrasın­

dan  çıxmış  və  yaşayış  məntəqələrinə,  təsərrüfatlara  böyük  zərər  vurmuş, 

insan tələfatı ilə nəticələnmişdir.

Planetimizdə  baş verən  geodinamik proseslər  yerdə  tektonik  hərəkətləri 

çox  gücləndirir.  Qlobal  geodinamik  proseslər  lokal  (yerli)  tektonik  hərə­

kətlərə və  torpaq  sürüşmələrinə səbəb  olur.  2010-cu  ildə Çilidə baş  verən  8,8 

bal  gücündə  zəlzələ  Haitidə  də  müşahidə  olunmuş,  həm  iqtisadi,  həm  ağır 

ekoloji  fəsadlar  törətmiş,  güclü  dağıntılara  və  çoxlu  sayda  insanların 

ölümünə  səbəb  olmuşdur.  Ümumiyyətlə son  10  ildə  zəlzələlərin  855-i  Asiya 

qitəsində  baş  verərək  4,8  milyon  insan  ölmüşdür.  Geodinamik  proseslər 

yerin  Avrasiya,  Afrika  və Ərəbistan  plitələrinin  toqquşmasına  və zəlzələlərə 

zəmin  yaratmışdır.  Hazırda  Yer  kürəsində  mövcud  olan  hər  üç  seysmik 

qurşaqda  (Alp-Himalay,  Atlantik  və  Sakit  okean)  geodinamik  proseslər 

ildən-ilə  gücləndiyi  üçün  tektonik  hərəkətlərin,  dalğaların  sayı  gel-gedə 

artm aqla planetimizin ekoloji  durumunu pozur,  iqlimin xəritəsini dəyişdirir, 

qlobal  istiləşməni və parnik effektini daha da gücləndirir, bütün  patogcnlərin 

genetik  xüsusiyyətləri  dəyişilir,  onlar  tamamilə  yeni,  arzuolunmaz  xassələr 

kəsb  edir,  ciddi  təhlükə  mənşəyinə  çevrilir.  2010-cu  ilin  ilk  4  ayı  ərzində 

ölkəmizdə 875  tektonik yeraltı təkan müşahidə olunmuşdur.  Həmin  tektonik 

hərəkətlər  və  güclü  leysan  yağıntıları  ölkəmizin  bəzi  rayonlarında  (Quba, 

Qusar,  Lənkəran,  Lerik,  Daşkəsən,  Goranboy  s.)  geniş  miqyaslı  Yer 

sürüşmələri  törətmiş və böyük zərər vermişdir.  Yağıntılar  Kür çayında suyun 

səviyyəsinin  metrdən  artıq  qalxmasına  səbəb  olmuş  və  Kür  boyu  ərazidəki 

rayonların  (Zərdab,  Kürdəmir,  imişli,  Ağcabədi,  Şirvan,  Sabirabad,  Salyan 

və s.)  bəzi  kəndlərini  su  basmışdır.  Ümumilikdə 40  rayonda sel subasmaları 

ölkəmizə  böyük  zərər  vermişdir.  Kür  və  Ara/,  çaylarında suyun  səviyyəsinin 

artması  yeraltı  qrunt  sularının  səthə  çıxmasını  daha  da  sürətləndirmiş,  50 

min hektardan  çox  torpaq  sahəsi  yararsız hala  düşmüşdür.  Qrunt  suları  həm 

də  genetik  dəyişikliyə  uğramış  yoluxucu  xəstəlik  törədicilərini  torpağın 

altından  onun səthinə çıxarmaqla çox  təhlükə  yaradır.  Çayda suyun  səviyyə­

sinin  artmasının  əsas  səbəbi  onun  Xəzərlə  təmas  hissəsində  (deltada)  gilli 

palçığın  həddindən  çox  toplanması  nəticəsində  suyun  cəmi  1-2  metr  də­

rinliyə malik  olması (deltada suyun  dərinliyi  5-6 metrdən  az olmamalıdır)  və 

durğunluğun  əmələ  gəlməsidir.  Əgər  təmas  xəttindəki  gil  vaxtında  təmiz­

lənsəydi,  onda  bu  ekol.  •  böhran  baş  verməzdi,  iqlimin  xəritəsinin  kəskin 

dəyişilməsi,  qlobal  istiləşmə  həm  Yer  təbəqəsinin  müxtəlif  qatlarında 

temperatur  fərqi  yaradır,  həm  də  buzlaqların  əriməsi  sürətləndiyi  üçün

453



dünya  okeanında  suyun  səviyyəsi  artdığından  yerin  təkinə  təsir  edərək 

tektonik  hərəkətlərə  səbəb  olur,  zəlzələ və  vulkan püskürmələrinin dinamik 

inkişafına  və  tez-tez  baş  verməsinə  zəmin  yaradır.  2010-cu  il  aprelin  15-də 

İslandiyada  100  ildən  sonra  təkrarlanan  və  1  aydan  artıq  davam   edən 

vulkan  püskürməsi  planetimizdə  analoqu  olmayan  neqativ  ekoloji  mənzərə 

yaratmış,  zəhərli  qazlar  və  kimyəvi  maddələrlə  zəngin  olan  külü  atmosferə 

qaldıraraq  Avropa  ölkələrinin  əksəriyyətinin  üzərində  tünd  qara  rəngli  kül 

buludu  əmələ  gətirmişdir.  Eyni  vaxtda  Mərkəzi  Amerikada  100  kilometr 

hündürlüyə  qalxan  analoji  vulkan  püskürməsi  də  planetimizin  ekoloji 

durum una  çox neqativ  təsir  etmişdir.  Onların ağır fəsadları  isə heç şübhəsiz 

ki,  tezliklə canlı  aləmə öz  neqativ  təsirini mütləq  göstərəcək  və onun genetik 

dəyişikliyə  məruz  qalması  prosesi  büruzə  verəcəkdir.  Kül  buludu  Günəş 

şüalarının Yer səthinə keçməsinin qarşısını alır, hava cərəyanım pozur,  iqlim 

anomaliyaları  törədir,  Yerin  maqnit  və  elektromaqnit  sahələrini,  iqlimin 

xəritəsini  dəyişdirir  və  havanın meteoroloji  kataklizmlərüıi  törədir,  insan və 

heyvanlar  üçün  çox  təhlükəli  olan  patogen  agentlərin  əlamət  və  xassələrini 

tamamilə dəyişdirir.

Ən  təhlükəli ekoloji böhranlardan biri və ən başlıcası qlobal  istiləşmənin 

təsirindən  buzlaqların  əriməsi,  buz  dağlarınm-aysberqlərin  qopub  ayrılma­

sıdır.  Dünyanın  buz  ehtiyatının  əsas  hissəsi  (80  faiz)  A ntarktida  materikinə 

məxsusdur.  Bu  materik  həm  Yer  kürəsində  hava  cərəyanını,  temperaturu 

tənzimləyir,  həm  də  iqlim  amillərini  formalaşdırır.  Qlobal  iqlim  dəyişik- 

liyininin  səbəbləri,  onu  törədən  amillər  və  bu  prosesin  inkişaf  dinamikası 

məhz  A ntarktida  materikində  quraşdırılan  cihaz  və  texniki  qurğular  vasi­

təsilə  öyrənilir,  təhlil  olunur,  meteoroloji  məlumatlar  toplanır  və  müvafiq 

nəticələr  çıxarılır.  Alimlər  bunu  nəzərə  alaraq  həmin  qitəni  dünyanın 



"me­

teoroloji 

laboratoriyası  və 

məlumat  mərkəzi"

  adlandırırlar.  Antarktidanın 

ekoloji  durumu  isə  o  qədər  də  ürəkaçan  deyildir.  Onun  buzlaqlarının  hazır­

da  çox  sürətlə  və  aramsız  olaraq  əriməsi  nəticəsində  dünya  okeanı  suyunun 

səviyyəsinin  XXI  əsrin  ortalarında  0,5  metr  qalxması  gözlənilir.  A ntark­

tidanın  buzları  tamamilə əriyərsə,  onda  Yer  kürəsində  suyun səviyyəsi  80-90 

metr  qalxa  bilər.  Buzlaqların  əriməsinin  səbəbi  parnik  effekti  və  qlobal  isti­

ləşmədir.  Göründüyü  kimi,  insanların  prosesin  proqnozunu,  törədə  biləcəyi 

neqativ  fəsadları  nəzərə  almadan  törətdikləri  ekoloji  bumeranq,  son  nəti­

cədə,  bəşəriyyəti  qarşısıalınmaz  fəlakətli  ekoloji  böhranlara  düçar  edir,  bü­

tün  canlı  aləmin  genetik  resurslarını  neqativ  dəyişikliyə  uğradır  və  onların 

mövcudluğunu  sual  altına  alır.  Qeyd  olunanları  nəzərə  alaraq BMT və digər 

nüfuzlu  beynəlxalq  təşkilatlar  dünya  ölkələri  qarşısında  atmosferin  çirklən­

məsinin,  buzlaqların  əriməsinin  və  qlobal  istiləşmənin  qarşısının  alınması, 

parnik  effekti,  ozondağıdıcı  təsir  edən  və qlobal  iqlim  dəyişiklikləri  törədən 

qazların  atmosfer  havasına  buraxılmasına  yol  verilməməsini  təxirəsalınmaz 

məsələlər  kimi  ön  plana  çəkmiş  və  xüsusi  tövsiyələr  hazırlanmışdır.  BM'l 

həm  də  bütün ölkə alimlərinin  planetimiz  üçün  müstəsna əhəmiyyəti  olan və 

buzlaq  materiki  sayılan  A ntarktidada  aparılan  meteoroloji  elmi-tədqiqa( 

işlərinə  cəlb  edilməsini,  bu  sahəyə  öz  töhfələrini  verməsini  və  onun  canli

454



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə