Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə194/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   190   191   192   193   194   195   196   197   ...   205

təhlükəli  və  neqativ  hal  kimi  dəyərləndirir.  Ferm alarda  peyin  biotermiki 

üsulla zərərsizləşdirilmədən əkin sahəsinə  tətbiq  edilir və yoluxucu  agentlərlə 

ətraf mühiti  çirkləndirir,  dezinfeksiya, dezinseksiya,  dezodorasiya, dezakari- 

zasiya və deheliraintizasiya  tədbirlərinin vaxtında  və lazımı  səviyyədə  aparıl- 

maması  olduqca  neqativ  haldır.  Gəmiricilərlə həm  mərkəzi  şəhərlərdə  (Bakı, 

Gəncə,  Sumqayıt,  Mingəçevir,  Şirvan  və ),  həm  də  təmas  xətti  rayonlarının 

ərazisində  mübarizə  (deratizasiya)  aparılmadığı  üçün  onlar  həm  yoluxucu 

xəstəlik  törədicilərini yayır,  ətraf mühiti çirkləndirir,  həm  də kənd  təsərrüfatı 

məhsullarına  (kartof,  soğan,  yerkökü,  çuğundur,  bostan  və tərəvəz  bitkiləri, 

yonca  və  s.)  həddindən  çox  (50 faizdən  çox) ziyan verir.  2010-cu  ilin  noyabr 

ayında  ermənilərin  Ağdamın  işğal  olunmuş  təmas  xətti  ərazisində  keçirdik­

ləri  hərbi  təlim  nəticəsində  sahibsiz  ərazilərdə  məskunlaşan  həddindən  çox 

bəzgəklər  təmas  xəttini  keçərək  rayonun  əkinçilik  təsərrüfatlarına  (taxıl  və 

yonca  sahələrinə)  çox  böyük  ziyan  vurmuş  və  sahələri  xarabalığa  çevirmiş­

dir.  Bəzgək sürülərinin ərazilərimizə yoluxucu xəstəlik törədicilərini yayması, 

epizootiya  və  epidemiyaların  baş  verməsinə  səbəb  olması  qaçılmazdır.  Qeyd 

edilənləri  nəzərə  alaraq  ən  dəhşətli  müharibə  və  yanğından  güclü  sayılan 

epidemiya  və  cpizootiyalarla  mübarizəyə  hazır  olmaq  lazımdır.  Bu,  artıq 

günün ən prioritet tələbi  hesab olunur və insan  sağlamlığı  üçün çox zəruridir.

Baytarlıq  təbabətinin  məşhur  alimləri  bəşəriyyətin  inkişafının  bütün 

dövrlərində  onun  insanların  sağlamlığının  keşiyində  dayandığını  uzaqgörən­

liklə  bəyan  etmişlər.  Hazırda  dünyanın  inkişaf  etmiş  ölkələrində  ekoloji 

böhranlar  insan  sağlamlığı  və  baytarlıq  təbabətinin  aktual  problemlərinin 

əsas  prioritet  sayılmasına  baxmayaraq,  Respublikamızda  bu  sahədə 

maarilləndirmə  işləri  həb  də  günün  tələbi  ilə  uzlaşmır  və  lazımı  səviyyədə 

aparılmır.  Hkoloji  böhran  zooanlroponoz  (heyvanlardan  insana  keçən)  və 

antropozoonoz  (insanlardan  heyvanlara  keçən)  xəstəliklərdən  ölmüş  və 

torpağa  basdırılmış  cəsədlərdəki  genetik  mulasiyaya  məruz  qalmış  palogen 

agcntbri  (törədiciləri)  uzun  illərdən  sonra  yenidən  torpağın  səthinə 

çıxararaq  içməli  su  mənbələrini  baklerioloji  çirkləndirir.  Bu  zaman  onların 

patogenliyi  (xəstəlik  törətmə  xassəsi)  və  virulcntliyi  (xəstəlik  törətmə 

dərəcəsi)  güclənir,  yeni  inleksiya  və  invaziya  mənbəyi  yaranır,  həmin 

xəstəliklər  təkrarən  baş  verir,  yeni  əlamətlərlə  səciyyələnir.  Maraqlı  elmi 

faktdır  ki,  son  zamanlar  parazitoz  və  helminlozların  törədici və sürfələrinin 

həm  də  insan  və  heyvanlarda  əzələdə,  daxili  orqanlarda,  hətta  beyində, 

sümük  toxumalarında,  cinsiyyət  orqanlarında,  gözdə  və  s.  lokalizasiya 

etməsi  aşkar  olunmuşdur.  Bu  elmi  yenilik  isə  yalnız,  müasir  diaqnostika 

cihazları (rezonans aparatı) vasitəsilə müəyyən edilə  bilir



Ümumdiinya  Vəhşi  Təbiəti M iihafizə  Fondunun  (  WWF)   son illərdə  təşkil 

etdiyi ekspedisiya qrupu  Cənubi Çin dənizinin  Borneo adasında dünya alimləri 

arasında  çox  böyük  sensasiya  törədən,  biologiya  elmində  xüsusi  əhəmiyyəti 

olan  yeni  maraqlı  eh  '  raktlar  aşkar  etmişdir.  Borneo  (Kalimantan) 

planetimizin  3-cii  ən  h< y  ‘k  adası  olmaqla,  İndoneziya,  M alayziya  və  Bruney 

arasında  üç yerə  bölünməsi ilə  unikaldır.

 

Sahəsi  743,33  kvadrat kilometr olan 



adada  neft  və  qaz  yataqları  da  aşkar  olunmuşdur.  Nəmli  ekvatorial

451



qurşaqda  yerləşdiyi  üçün  həmin  ada  olduqca  sıx  cəngəlliklərlə  örtülüdür. 

Ekspedisiya  qrupunun  ilk  səfəri  zamanı  adada  60-a  qədər  yeni,  in d iyəd ək  



elmə  məlum  olmayan  heyvan  (29 onurğasızlar,  1 7 balıq,  5  qurbağa,  3  ilan,  2  

kərtənkələ,  l   quş  və  3  həşərat)  və  67 m üxtəlif bitki  növü  aşkar  olunmuşdur. 

Heyvan növləri arasında 2 fərqli -  ağ ciyərsiz və uçan qurbağa,  uzunluğu  0,5 

metr  olan  yeni  həşərat,  al-qırmızı  başlı,  mavi  bədənli  ilan  kimi  ekzotik 

növlər  də  vardır.  Lakin  2007-ci  ilin  fevral  aymda  adaya  səfər  edən  2-ci 

ekspedisiya  qrupu  bu  adada  dünyanın  heç  bir  yerində  rast  gəlinməyən  və 

indiyədək  elmə  məlum  olmayan 

10 

yeni  məməli,  350  quş,  150  sürünən  və  10 

min  bitki  növü  aşkar  etmişdir.

 

Dünyanın  təbiətşünas  alimləri  bu  əsrarəngiz 



adada  hələ  elmə  məlum  olmayan  çoxlu  sirlərin  mövcud  olduğunu  nəzərə 

alaraq  onun  mühafizə  olunmasım  planetar  əhəmiyyətli  məsələ  kim i 

dəyərləndirirlər.  Həmin  kəşf  indiyədək  planetimizdə  mövcud  olan  flora  və 

fauna  növlərinin  təsnifatının  tamamilə  dəyişilməsi  və  yenidən  əsaslı  surətdə 

işlənib hazırlanması zərurəti yaradır. Çünki həmin adada müxtəlif genefonda 

malik  olan  canlı  aləmin  yeni  üzvləri  intişar  tapır.  Adada  məskunlaşan  yeni 

mikro və raakro fauna və flora növlərinin genetik statusunun və  biomüxtəlif- 

liyinin  ətraflı  surətdə  öyrənilməsi,  müvafiq  elmi-tədqiqatların  aparılması 

hazırda  bioloqların,  xüsusilə  zooloq,  genetik  və  botaniklərin  qarşısında 

olduqca qlobal problemlər qoyur.

Alimlər  belə güman edirlər  ki, qeyd edilən biotlar müxtəlif ərazilərdə baş 

verən  ekoloji  kataklizmlər  və  antropogen  fəaliyyətin  təsirlərindən  xilas 

olmaq  məqsədilə  məhz  bu  adaya  pənah  gətirmişlər.  Onların  fikrincə,  həmin 

biotlar  əvvəllər  başqa  bölgələrdə  də  mövcud  olmuş,  sonralar  isə  onların 

kökü  kəsilmişdir.  Borneo  adasına  indiyədək  insan  ayağı  dəymədiyindən 

oradakı  biotlar  hələ  də  öz  nəslini  və  populyasiyasını  saxlamışdır.  Bu  tarixi 

kəşfi  təbiətşünaslıq  elminin  ən  böyük  nailiyyəti  kimi  dəyərləndirmək,  onun 

ekoloji  aspektlərini,  mikrofaunasını ətraflı  surətdə,  öyrənmək  və  elmə  daxil 

etmək  lazımdır.  Alimlər  həmin  adada  mövcud  olan  biotların  elmə  indiyədək 

məlum  olmayan  yeni  epizootoloji,  epidemioloji,  enlomo/oji,  fitopatoloji 

patologiyalar  törədəcəyindən  və  bəşəriyyət  üçün  çox  ağır  fəsadiarla 

nəticələnəcəyindən  olduqca  böyük  narahatlıq  hissi  keçirir,

 

həmin  bəlanın 



qaçılmaz  olduğunu  bildirirlər.  Hazırda  dünya  alimlərinin  qarşısında  duran 

ən  qlobal  elmi  problemlərdən  biri  Borneo  adasındakı  flora  və  faunanın 

mənşəyini,  təkamülünü,  qohumluq  əlaqəsini,  növ,  cins,  xətt  müxtəlifliyini, 

onların  bioloji,  morfofunksional,  genetik,  populyasiya  xüsusiyyətlərinin 

hüceyrə,  xromosom  və  gen  səviyyəsində  öyrənilməsidir.  Dünyamn  məşhur 

alimləri  (arxeoloqlar,  bioloqlar,  geoloqlar,  ekoloqlar,  morfoloqlar,  gene- 

tiklər)  bu  sahədə  geniş  proqramlı  layihəni  həyata  keçirməyə  hazırlaşır. 

Həmin  layihədə  həmçinin  adadakı  məməli  heyvanların  və quşların  təsərrüfat 



əhəmiyyətinin,  məhsuldarlığının,  kəmiyyət  və  keyfiyyət  əlamətlərinin,  insan 

üçün  yararlılıq  dərəcəsinin  öyrənilməsi də

 

elmi  tədqiqat  işlərinin  proqram ına 



daxil  edilmişdir.  Alimlər  belə  qənaətə  gəliblər  ki,  onların  bu  axtarışları  elmə 

məlum  olmayan  çoxlu  qaranlıq  sirləri  açacaq  və  dünya  elminə  olduqca 

böyük,  səmərəli,  mütərəqqi  və  fundamental-tətbiqi  xarakterli  yeni  töhfələr

452



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə