Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə124/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   120   121   122   123   124   125   126   127   ...   205

etməsi,  neytrallaşdırması  və  məhv  etməsindən  ibarətdir.  Spesifikliyinə  görə 

onun 2 tipi- humoral (antitellərin  əmələ gəlməsi) və hüceyrə-ayırd edilir.  Hər 

iki  cavab  reaksiyası  immunokompotent  (limfoid)  və  köməkçi  (makrofaqlar) 

hüceyrələrin 

kompleks 

iştirakı 

nəticəsində  yaranır. 

İmmun  cavab 

reaksiyasının  birincili-ilkin  (ilk  antigeııə  verilən  cavab)  və  ikincili  (təkrar 

daxil olan antigenin cavabı) formaları vardır.



İmmun  cavabın  genetik  nəzarəti.

  Orqanizmə  yabançı  maddələr  (anti- 

genlər)  daxil  olarkən  orqanizmin  verdiyi  spesifik  reaksiya 

immun  cavab, 

yaxud 


immunoloji reaktivlik

 adlanır.  Orqanizmin immun cavabında 2 məsələ 

vacib sayılır:

1.  Histoloji uyğunluğun əsas kompleksinin quruluş və funksiyası.

2.  Antitellogenezın genetik  nəzarəti.

2-ci məsələ əsasən  3 aspektdən öyrənilir:

1. 

İmmunoqlobilinlərin  sintezinin  genetik  nəzarəti  və  onların  təbiətinin 



müxtəlifliyi.

2.  İmmun cavabın gücünün genetik  nəzarəti.

3. 

İmmun  sistemin  ilkin  (anadangəlmə)  defektinin  genetik  nəzarəti 



(immunodefısit)

İmmun  cavabın  genetik  nəzarəti  təliminin  əsasını  müxtəlif  antigenlərə 

qarşı  heyvan  növü,  cinsi  və  xətlərinin  həssaslıq  və  davamlılıq  göstərməsi 

təşkil  edir.  Bu  məsələ  heyvanların  seleksiyasında  çox  böyük  nəzəri  və 

praktiki  əhəmiyyət  kəsb  edir. 

Orqanizmin immun cavabı

  həmişə  əsas  genetik 



sisxtmm-histoqəbuletməzUyin

  nəzarəti  altında  hazırlanır.  Bu  sistem  insanda

6-cı  xromosomla  əlaqədar  olan  HLA  (Human  Leucocyte  A-sistem). 

dovşanda  RLA.  itdə-DLA,  donuzda-SLA.  toyuqda  isə-B.B MHC  adlanır və 



İr  (İmmun response)

  genlərin  nəzarəti  altında  icra  olunur.  İr-genetik  sistemi 

immun  cavabın  gücünü  kodlaşdırmaqla,  orqanizmin  immunokompotent 

hüceyrələrində  baş  verir  və onun  lokusunda  yeni  nomenklaturaya  görə təkcə 

İr  alleli  deyil,  həm  də  5  sublokuslar  (İa-l-İa  5)  mövcuddur.  İr və  İa-genləri 

fərqli  genetik  sistemi  təmsil  etməklə  bir-birindən  xeyli  fərqlənir:  İr-  əsasən 

yalnız  T.  İa-isə  həm  T-.  həm  də  B-hüceyrələri  kodlaşdırır.  İmmun  cavabın 

yaranmasında  İr  sistemindən  əlavə,  onunla  əlaqədar  olmayan  Ç  və  V 

polıgen  sistem  genləri  də  iştirak  edir.  V.İ.Pokrovski  (1979)  antitellərin 

genetik  müxtəlifliyin əsasını  3  konsepsiya ilə izah edir:

1. 

Antitel  hasil  edən  hüceyrələrin  fenotipini  tənzimləyən  xüsusi  tam 



genlər dəsti  mövcuddur.

2. 


Antitellərin  müxtəlifliyi  onları  sintez  edən  somatik  hüceyrələrin 

mutasiyası  nəticəsində yaranır.

3. 

Нэг  iki  mexanizmin  vəhdəti  nəticəsində  müxtəlif  antitellər  sintez 



olunur.

Antitel  sintezinin  genetikası  immunologiyamn  elmi-metodiki  cəhətdən 

ən  mürəkkəb  və  perspektivli  prioriteti hesab olunur.

Orqanizmdə  immunitetin  yaranması,  immun  cavab  reaksiyasının  for­

malaşması  və  onun  xəstəliklərə  qarşı  rezistentliyinin  artması  prosesləri 

genetik  nəzarət  altında  icra  olunur,  tmmun  sistemin  təşəkkül  tapmasının  və

282



onun  genetik  aspektlərinin  (faqositozun,  T   və  В  limfositlərin,  immunoq- 

lobulinlərin  sintezinin və im raunokompotent sistemin genlərin nəzarəti altın- 

da  fəaliyyət  göstərməsi  və  s.)  öyrənilməsi  ilə  məşğul  olan ən yeni  elm  sahəsi 

immunogenetika-immunitetin genetikası

  adlanır. 



Immunogenetika

  -  molekul- 

yar  biologiya,  genetika,  gen  mühəndisliyi,  immunologiya  və  biotexnologiya 

elmləri  ilə  qarşılıqlı  əlaqədə  olmaqla,  onların  müasir  üsullarının  tətbiqi 

nəticəsində  təşəkkül  tapmış  və  fundamental-tətbiqi  xarakterli,  müasir  və 

müstəqil elm sahəsi kimi formalaşmağa başlamışdır.

İmmunitetdən  bəhs  edən,  olduqca  mürəkkəb,  bəşəri,  planetar  əhəmiy­

yətli  canlı  aləmin  mühafizəsi  üçün  müstəsna  əhəmiyyət  kəsb  edən,  dinamik 

inkişaflı  və  çox  perspektivli  yeni,  müasir  elm  sahəsi 

immunologiya

  adlamr. 

1971-ci  ildə  V aşinqtonda  keçirilən  im munoloqlann  Birinci  Beynəlxalq  kon­

qresində  im munologiya  sərbəst  elm  sahəsi  kimi  təsdiq  olunmuşdur. 



immunologiya

  biologiyanın  orqanizm  üçün  tamamilə  yad  olan,  onun  adap­

tasiya  olunm adığı  amillərin  təsirinə  qarşı  yaranan  kompleks,  cavab  reaksi­

yalarının  yaranm a  mexanizminin  hüceyrə  molekulyar  və  genetik  səviyyədə 

öyrənilməsi  ilə  məşğul  olan  ən  gənc  sahələrindən  biridir.  Bu mütərəqqi  elm 

sahəsi  orqanizm   üçün  genetik  cəhətdən  yad  olan 



substansiyaların-antigenlə- 

rin

  orqanizmdə  yaratdığı  qeyri-adekvat  reaksiyaların  qarşısının  alınmasına 

yönəldilən  spesifik  və  qeyri-spesifik  müdafiə  (adaptasiya)  reaksiyalarının 

mexanizmlərini  öyrənir.  Orqanizmin  yabançı  amillərə  qarşı  verdiyi  cavab 

reaksiyaları  əsasən  hüceyrə və humoral səviyyədə formalaşır,  tik  dəfə olaraq 

1796-cı ildə  E duard  Cenner çiçəklə xəstələnmiş  inəyin  suluqlannın (pustula) 

yerində əmələ  gələn  qaşmtını  sağlam  inəklərin  və insanın  dərisinə sürtməklə 

(skarifıkasiya)  həmin  inokulyasiya  nahiyyəsində  zəif  suluqlann  əmələ 

gəlməsinə  baxm ayaraq  onlarda  çiçək  xəstəliyinə  qarşı  ömürlük  immunitet 

yaranmışdır.  Beləliklə  də,  immunitet  təliminin  əsası  qoyulmuşdur.  Lakin 

E .

Cenner  bu  prosesin,  reaksiyanın  yaranma  mexanizmini  və  onun  elmi 



əsasını  açıqlaya  bilməmiş  və  bu  məsələ  qaranlıq  olaraq  qalmışdır. 

İmmunologiya  təliminin  elmi  əsasını  dünya  şöhrətli  fransız  alimi  Lui  Paster 

qoymuşdur.  O,  1880-ci ildə dövrün təhlükə mənbəyi,  bəlası sayılan qarayara, 

vəba  və  quduzluq  xəstəliklərinə  qarşı  spesifik  peyvənd  vasitəsi-vaksin 

hazırlayaraq,  onlan  eksperimental  olaraq  sınaqdan  keçirmiş  və  böyük 

uğurlara  nail  olmuşdur.  Alim  ilk  dəfə  vəba  ilə  xəstələnmiş  toyuqların 

patoloji  materiallarından  ayrılmış  və  qida  mühitində  xeyli  saxlanılmış 

kultura  ilə sağlam  toyuqları  yoluxdurduqda  onlar xəstələnməmişlər.  Həmin 

toyuqları  başqa  xəstələrdən  ayrılan  yüksək  virulentli  təzə  kultura  ilə 

yoluxdurduqda  onlar yenə  də  xəstəliyə  yüksək  davamlılıq  göstərmişlər.  Lui 

Paster  həmin  təcrübəni  qarayara  və  quduzluq  xəstəliklərinə  qarşı  da tətbiq 

etmişdir.  Beləliklə  də,  dünya  miqyasında  immunologiya  elminin  təməli 

qoyulmuş və dinamik yüksələn düz xətlə onun inkişafı, tərəqqisi başlamışdır. 

XVIII-əsrin  sonu

  və 


XX-əsrdən  indiyədək  (100  ildən  artıq)

  təbabət  və 

baytarlıq  təbabəti  üçün 

immunologiya  elnd  qədər  səmərə  verən  ikinci  elm 

sahəsi olmanuşdır.

  Məhz  bu elm  sayəsində insan,  heyvan və quşlar  arasında 

kütləvi  qırğın  törədən,  çox ağır fəsadlarla nəticələnən  infeksion  xəstəliklərin

283



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə