soruculuq funksiyası normallaşır, fəallaşır, formalaşır, bağırsaqlardan
ilk
kalın (mekoniya)
ixracı-defekasiya baş verir. Müəyyən edilmişdir ki, inəyin
ağız südü bəzi patogen mikroorqanizmlərə (qarayara, salmonellyoz, dov-
şancıq, kolibakterioz törədiciləri və qızılı stafilokoklara) qarşı bakteriosid və
bakteriostatik xassələrə malikdir. Lakin doğumdan 36 saat sonra ağız
südünün antibakterial təsiri xeyli zəifləyir, 8-9 sutkadan sonra isə o, artıq
südə çevrilir və tərkibində imunoqlobulini olmadığına, yaxud onun yalnız
izi qaldığına leykositlərin miqdarı və onların opsonofaqositar fəallığının
intensivliyi kəskin surətdə azaldığına görə həmin xassəni tamamilə itirir.
Doğumun ilk günlərində antibakterial anticismlərin titri xeyli yüksək olur:
Escherichia coli-yə qarşı 1:256, salmonellara qarşı isə-l:132. Lakin doğum
dan 2 sutka sonra onların titri get-gedə azalır, 8-9-cu sutkalarda E.coliyə-
1:16, salmonellalara qarşı isə-l:32 olur (S.N.Karlikanova, 1966). İlk gün
sağılan ağız südündə brusellalara qarşı təbii anticisimlərin titri 1:23,
salmonellalara qarşı-1:19-1:66, E.colinin bəzi serotiplərinə qarşı isə 1:16-1:32
(B.A.Atomas, 1970). Ümumiyyətlə, ağız südündə immunoqlobulinlərin ən
yüksək konsentrasiyası doğumdan sonra 1-ci gündə müşahidə edilir (10-
20%). Alimlər (İ.E.Kolyakov, 1986 və b.) güman edirlər ki, inəklərin
orqanizmi ətra f m ühit amillərindəki mikroblarla əlaqədə olduğundan onlara
qarşı müvafiq antitellər sintez edilir. Doğuma 3-4 həftə qalmış yelində ağız
südünün əmələ gəlməsi prosesi hormonların təsirindən qan zərdabmda
yaranan immunoqlobulinlərin, xüsusilə İqÇı-in ananın qanından süd vəzinə
yelinə keçməsi nəticəsində baş verir.
Südün, о cümlədən ağız südünün sinte
zində humoral amillər, xüsusila yumurtalığın (follikulosteron
,
estrogeniər), hi-
pofizin (prolaktin, laktogen, qalaktin, oksitotsin) və sarılıq cisminin
(lyuteosteron)
horm onları olduqca mühüm rol oynayır. Laktasiya prose-
sind
s-laktopoezdə (südün əmələ gəlməsində)
qeyd edilən horm onlar yelinin
xemo-kimyəvi reseptorlanna təsir edərək onları qıcıqlandırır, impulslar baş-
beyin уanmkürələrinə ötürülərək, sonra yelinə daxil olur, əsasən onun vəzili
epiteli, eləcə də kiçik süd axarlarının və çəninin epitelial hüceyrələrində süd
və ağız südü sintez olunur.
Lakin qeyd etməliyik ki, ağız südü və südün sek
resiyası başlanğıcdan sonadək xüsusi genlərin (məlumat, nəqliyyat, nəzarətçi)
tam nəzarəti altında icra olunur. Həm bu prosesdə iştirak edən hormonların if
razı
və
təsiri, kəm də ağız südü
və
südün sekresiya olunduğu yelin hüceyrə
lərinin sekrotor fəaliyyəti, məhz həmin genlərin iştirakı və nəzarəti altında baş
verir və tənzimlənir.
Ağız südünün tərkibində həm də immun xassəyə malik
olan digər
maddələT-aqqlyutininlər, anthoksinlər, opsoninlər, presipitinlər
və
s. də yeni doğulan körpə heyvanların orqanizminin xəstəliklərə davamlılığın
da müəyyən pozotiv rol oynayır.
Ağız südü kimyəvi tərkibinin çox zənginliyi və zülalların, xüsusilə
albumin və qlobulinlərin miqdarının yüksək olması ilə süddən kəskin surətdə
fərqlənir. Doğumdan sonra ilk gündə onun tərkibindəki albumin və qlobu
linlərin miqdarı süddən 15-20% artıq olur. Onun tərkibində
karotin, natrium,
dəmir, xloridhr, A, E vitaminləri, riboflavin, niotsin və nisbətən az miqdarda
kalium və laktoza vardır. Ağız südündə ilk sağımdan sonra immunoqlobulinlər
299
70,19%, 7-ci gündə isə 19,55% təşkil edir. Ümumiyyətlə, ağız südü və südün
sintezi, onun morfoloji və kimyəvi tərkibi irsi xarakter daşımaqla, nəsildən
nəsilə verilir.
Məsələn, südün yağlılıq faizi qoyun cinslərində-6,7, keçilərdə-
4,1, inəklərdə-3,5-4, camışlarda-7,-8, su itilərində isə 40-50% təşkil edir. Bu
göstərici yalnız yemlərin tərkibindən asılı olaraq nisbətən dəyişilə bilir.
Qoyun və keçilərin ağız südündə süd vəzində plazmatik hüceyrələr tərəfindən
sintez olunan immunoqlobulinlərin 3 sinifi-IqÇ, İqA və İqM-mövcuddur.
Lakin onların əsas kütləsini İqÇ-təşkil edir. Süddə isə əsasən IqA və İqM
daha üstünlüyə malikdir. Doğumdan sonra 1-ci gündən başlayaraq 10-cu
günə qədər inəklərin ağız südündə ümumi zülalın miqdarı - 13,2-4,3%-ə,
protein-7,3-l,0%-ə qədər azalır. Bu zaman immunoqlobulin siniflərinin
miqdarı da azalaraq, 1-ci gün ağız südündə İqÇı-6000, İqÇ2-200, İqM-400 və
İqA-300 olduğu halda, süddə onların miqdarı müvafiq olaraq - 50,2,5,8
mq/100 ml olur, doğumdan bir neçə saat sonra isə süd proteininin miqdarı
kəskin surətdə azalır (Mielke, 1979). E.A.M arqusa görə (1972) 1-cı sağımda
inəklərin ağız südündə immunoqlobulinlərin fraksiyası ümumi serum
zülallarının 63,4%-ni, 2 və 3-cü sağımda - 57,6-50,3%-ni, 6-cı sağımda isə
38,0%-ni təşkil etmişdir. Buna görə də buzovlara
həyatının ilk saatlarında
(doğumdan 2-6 saat sonra) 2 litr ağız südii vermək lazımdır.
Çünki ağız
südünü qəbul edənə qədər onlann qan zərdabında immunoqlobulinlərin
(İqÇı, IqÇə) yalnız izi müşahidə edilir. O nlar yalnız ağız südü qəbul etdikdən
sonra buzovların qanında mövcud olur. Təbii kolostral immunitetin
kolibakterioza və salmonelloza qarşı yeni
doğulmuş
heyvanlarda
davamlılığın artırılmasında çox böyük rolu vardır.
Süm yaradılmış kolostral immunitet.
İlk dəfə olaraq P.Erlix (1982) mü
əyyən etmişdir ki, ritsin, abrin adlı zəhərli maddələr və botulizm törədici
sinin toksini ilə immunizasiya olunmuş siçanların yeni doğulmuş balalarında
həmin zəhərli maddələrə və toksinə yüksək davamlılıq yaranır. Həmin
davamlılıq yalnız doğumdan sonra ananın ağız südü ilə verilən anticismlərin
təsirindən yaranır. Sonralar isə müəyyən edilmişdir ki, salmonellyoz,
brusellyoz, vərəm, dabaq, kolibakterioz və s. xəstəliklərin törədicilərinə qarşı
peyvənd olunmuş inəklərin ağız südü ilə balaya verilən immunoqlobulinlər
onlarda süni kolostral immunitet yaradır. Peyvənd edilmiş boğaz heyvanlar
dan (inək, qoyun, donuz) doğulan buzov, quzu və çoşkalarda salmonellyoz,
kolibakterioz və quzuların anaerob dezinteriyasma qarşı süni kolostral im
munitet yaranır. Taunla xəstələnib sağalmış, yaxud tauna və Aueski
xəstəliyinə qarşı peyvənd edilmiş donuzların çoşkalannda da yaranan kolos
tral immunitet onları xəstələnmədən qoruyur. V.Q.Kotov və A.Q.Şaxov
(1973) 24 baş boğaz donuzu doğumdan .40-50 gün əvvəl qızılyel, leptospiroz
və Aueski xəstəliyinə qarşı kompleks vaksinasiya etdikdən sonra doğulan
çoşqalarda ağız südünü əmdikdən sonra süni kolostral immunitetin yaran
masını eksperimental olaraq sübut etmişlər. Müəyyən edilmişdir ki, inəklərin
boğazlığın sonuncu dövründə kolibakterioza qarşı vaksinasiya edilməsi yeni
doğulan buzovların həmin xəstəliyə qarşı profilaktikasında çox mühüm rol
oynayır. Kolibakterioza qarşı peyvənd edilmiş inəklərin ağız südündə ilk
300