Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə131/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   127   128   129   130   131   132   133   134   ...   205

verir.  Bununla  yanaşı  məlum  olmuşdur  ki,  şüalanma  infeksiya  əleyhinə 

immuniteti zəiflədir və digər ağır fəsadlar törədir.

Transplantasion immuniteti ləngitmək üçün çox böyük sayda kimyəvi və 

bioloji  immundepressorlar sınaqdan  keçirilmişdir.  Bunlar hüceyrənin  bölün­

məsini  və  differensiyasını  ləngidir.  İmmundepressorlar,  şüalanmada  olduğu 

kimi  qeyri  spesifıkdir,  onlar  bütün  bölünən  hüceyrələri,  o  cümlədən  qan  və 

sümük  iliyi  hüceyrələrinin  fəaliyyətinin  zəiflədir.  Yüzlərlə  kimyəvi  immun- 

depressorlardan  ən  çox  istifadə  edilənləri  imuran,  merkaptopirin, 

azotopirin,  siklofosfamiddir.  Müəyyən  edilmişdir  ki,  immun  sistemə  dep- 

ressiv  təsir  etmək  qabiliyyətinə  həmçinin  hormonalar  -   kortizon  və 

adrenokortikotrop  hormon da  (AKTH)  malikdir.  Göstərilən  hormonlar o r­

qanizmə  yeridilən  zaman  transplantatm   həyatı  uzanır,  lakin  bu  zaman 

infeksiyasmm  aktivləşməsi  və  infeksiya  əleyhinə  immunitetin  zəifləməsi  təh­

lükəsi  artır.  Şüalanma  ilə  yanaşı  immundepressorlardan  istifadə  edilməsi 

köçürülən  orqanın  (böyrək,  ürək)  fəaliyyət  müddətini  uzadır.  Yuxanda 

göstərdiyimiz  qeyri-spesifik  immun  depressorlardan  imtina  etmək  üçün 

limfositlərə  -   transplantat  toxumasının  parçalanmasına  kömək  edənlərə  -  

spesifik  təsir  edən  vasitələr  axtanşı  başlanmışdır.  İnsan  limfositlərini 

müvafiq  heyvan  produsentlə  hiperimmunlaşdırma  yolu  ilə alman  antilimfo- 

sitar  serum  (ALS)  bu  yolla  alınmışdır.  Müəyyən  olunmuşdur  ki,  ALS  daha 

çox  dərəcədə  transplantatm   immunitetini  ləngidir,  nəinki  antimikrob 

immuniteti.  E.  B.  Q runtenkonun  verdiyi  məlumata  görə  ALS  həkimlərin 

əlində  ən  başlıca  immundepressantdır.  ALS-nrn  təkmilləşdirilməsi  davam 

edir.  Lakin  etiraf  etmək  lazımdır  ki,  immundepressiv  terapiya  hələ  tam 

mükəmməl  deyildir.  Çünki çox zaman  anemiya, leykopeniya,  sümük  iliyinin 

və  limfa  toxumalarının  atrofiyası  və  bunlarla  yanaşı  infeksiya  əleyhinə 

immunitetin zəifləməsi müşahidə olunur (Berşiqora,  1975).

Heyvan  orqanlarının  praktikada  köçürülməsi,  tibbdən  fərqli  olaraq  az 

inandırıcıdır.  Lakin  bu  o  demək  deyildir  ki,  baytarlıq  genetik  immu- 

nologiyası bu məsələlərdən kənarda qalmasıdır. Əksinə transplantalogiyanın 

bütün  nəzəri  və  əməli  sualları  eksperimental  olaraq  heyvanlar  üzərində 

öyrənilir.  Bununla əlaqədar olaraq çox yaxın zamanlarda toxuma uyğunsuz- 

luğunun  dəf  edilmə  prosesi  baytarlıq  praktikasında  da  xüsusi  əhəmiyyət 

kəsb  edəcəkdir.  Hal-hazırda  yüksək  məhsuldar heyvanlar  almaq  üçün  uzun 

illər  (on  illərlə)  vaxt  sərf  etmədən  mayalanmış  yumurta-hüceyrəsinin 

transplantasiyası  m etodlan  öyrənilir,  onların  hibridləşməsi  və  seleksiyası 

təkmilləşdirilir.  Yumurta  hüceyrəsi  mayalandınJır  və  alman  ziqota  8-16-32 

blastomer  vəziyyətində  balahğa  ötürülür  və  dölün  sonrakı  inkişafı  burada 

gedir  (şəkil  42).  Belə  hesab  edirlər  ki,  heyvandarlıqda  bu  üsul  yaxın 

vaxtlarda  süni  mayalandırma  üsulundan  üstün  olacaqdır.  Mayalanmış  yu­

m urta  hüceyrəsinin  transplantasiyasında olan  bir çox  çətinliklərdən ən  əsası 

resipiyentin  (inəyin)  və  köçürülən  embrionun  antigenləri  arasında  gedən 

immunoloji  rəqabətin  aradan  qaldırılmasıdır.  Buradan  belə  nəticə  çıxır  ki, 

immunoloji  nəzarəti  (testləşdirmə)  yalnız  qruplara  (eritrositlərə)  görə  deyil, 

həm də leykosit antigenlərinə görə aparm aq lazımdır.

296



Şəkil 42.  Rüşeymin  köçürülmə sxemi (A.P.Studensov və b.,  1980)

1-  çoxalma keyfiyyətinə və məhsuldarlığına görə donor heyvanlar;

2-  çoxlu ovulyasiya əmələ gətirmək üçün hormonal işləmə;

3-  hövrəgəlmənin diaqnostikası;

4-  donorların mayalandırılması;

5- 

rüşeymlərin  yoxlanması  (onların  qiymətləndirilməsi,  yetişdirilməsi  və 

saxlanması) ;

6-  törəmələrinin keyfiyyətinə görə qiymətləndirilən  törədicilər;

7-  donorun cinsiyyət tsikli ilə resipientin cinsiyyət tsiklinin sinxronluğu;

8-  hövrəgəlmənin diaqnostikası;

9-  resipient rüşeymin köçürülməsi;

10-  resipientdə boğazlıq və doğum,  buzovların yetişdirilməsi;

9.6.  Kolostral  immunitet və onun genetik aspektləri

«

Süd-təbiətin  bəxş  etdiyi  ən  qiymətli  və  əvəzolunmayan  qidadır» 

(İ.P.Pavlov). 

İmmunitetin  bu  növü  yeni  doğulan  heyvanlarda  humoral  ana 

immuniteti adlamr.

  Yeni  doğulan  orqanizmlər həyatının ilk günlərində pato- 

gen  mikroorqanizmlərə,  hətta  həmin  heyvan  növünə  məxsus  olmayan 

yoluxucu  xəstəliklərə  olduqca  həssas  olmaqla  tez yoluxurlar.  Məsələn,  yeni



297


doğulan  dovşanları  onlara  xas  olmayan  dabaq,  donuzların  taun,  quşların 

Raus  sarkoması  virusları  ilə  eksperimental  olaraq  yoluxdurmaq  mümkün 

olmuşdur.  D oğulduqdan  dərhal  sonra  anasının ilk  ağız südünü  qəbul  etmə­

miş  buzov  və çoşqalan  Escherichia  coli-nin  entepopatogen  seroloji  variant­

ları  ilə  süni  yoluxdurma  mümkün  olduğu  halda,  doğulduqdan  bir  neçə  gün 

sonra isə onlarda yoluxma  baş verməmişdir.  Bu,  onunla izah olunur ki, yeni 

doğulan  orqanizmlərdə  immunokompotent  sistem,  immunoloji  yetişkənlik 

formalaşmır.  Lakin  yeni  doğulmuş  körpə  heyvanlar  ananın  orqanizmindən 

ağız  südü  vasitəsilə  hazır  antitellər-immunoqlobulinlər qəbul  etmək  yolu  ilə 

qısa  müddət  ərzində  bəzi  infeksion  xəstəliklərin  törədiciləri  ilə  yoluxmadan 

müdafiə olunurlar.  İmmunitetin  bu növü 

kolostral immunitet

 adlanmaqla iki 

yolla-ana  bətnində  balaətrafı  pərdə  (plasenta,  cift,  ətənə)  və  doğulduqdan 

sonra  ananın 



ağız  südü  ( 7-10-cu  günlərədək)

  anadan  balaya  verilən 

anticismlər vasitəsilə  həyata  keçirilir.  Har iki halda yeni doğulan  körpələrdə 

yaranan  immunitet 



qeyri-fəal  immunitet

  hesab  edilir.  Bala  ətrafı  pərdə 

vasitəsilə verilən immunitet anticismlərin 

transplasentar

 yolla anadan balaya 

verilməsi  nəticəsində  yaranır,  insanda,  meymunda  və  dovşanda  müşahidə 

olunur.  Gövşəyən  heyvanlarda,  atlarda  və  donuzlarda  balaətrafı  pərdə  iki 

qat  qalın  olduğundan  ananın  qanmdakı  immunoqlobulinlər  (anticismlər) 

'balaya  verilə  bilmir  və  doğulana,  ananın  ağız  südünü  qəbul  edənə  qədər 

onun  qanında  müşahidə  edilmir.  Buna  görə  də həmin  passiv  immunitet 

ko­

lostral, yaxud ağız südü immuniteti

 (latmca-kolostrum-ağız südü)  adlanmaq­

la 

təbii  və  süni

  yaradılmış  növlərə  bölünür.  Kolostral  immunitet  tamamilə 

genetik zəmində  yaramr  və  xüsusi  genlər  tərəfindən  idarə  olunur.  Fəlsəfi  və 

dialektik  baxımdan  bu  immunitet  orqanizmin  ontogenezinin  başlanğıc 

dövründə (doğumdan sonra) yoluxucu xəstəlikləri  törədən  patogen  agentlərə 

qarşı  davamlılığın  yaranmasının 



bazisi

  (fundamenti,  təməli)  sayılır. 

İmmunogenezin  äpf çürümü-sonrakı  mərhələləri  isə  (immun  sisteminin  və 

immunokompotent  hüceyrələrin  formalaşması  və  s.)  məhz  həmin  bazis 

üzərində  formalaşır.  Məşhur  immunoloqlar  bir  mənalı  olaraq  həmin 

dialektik qanunauyğunluğu qəbul  etmiş  və onunla tamamilə razılaşmışlır.



Təbii  kolostral  (ağız  südü)  immunitet.

  Sitoloji  tərkibinə  görə  süd 

laktasiya  dövründə  3  növə  bölünür:  ağız  südü,  keçid  südü  və  yetişmiş  süd. 

Laktasiyanm  5-7-ci  günlərində  doğumdan  sonra  və  doğuma  az  qalmış  süd 

vəzisində  intensiv  sarı,  yaxud  ağımtıl-sarı  rəngli  (bu rəngi onun  tərkibindəki 

karotin  əmələ  gətirir),  qatı  yumşaq  konsistensiyalı,  özünə  məxsus  qoxusu, 

duzlu təhər tamı  olan xüsusi  sekret-ağız südü  ifraz olunur. Keçid  və yetişmiş 

süddən  fərqli  olaraq  ağız  südü  biokimyəvi  tərkibinin  zənginliyi  ilə  bərabər, 

həm  də  neytrofıl  leykositləri,  epitelial  Jhüceyrələr  və  s.  ilə  də  çox  zəngin 

olduğundan yüksək  immunogenliyi  ilə səciyyələnir.  Yetişmiş süddə normada 

hüceyrə  elementləri  olmur  və  onların  tapılması  heyvanın  mastitlərlə  xəstə 

olmasını göstərir və xüsusi  diaqnostiki əhəmiyyətə malikdir.  Ona görədə onu 

yeni  doğulmuş  körpələr  üçün  «p

ox  qiymətli  və  əvəzolunmaz»

  qida  mənbəi 

adlandırırlar.  Yeni  doğulan  körpələrdə  ağız  südünü  qəbul  etdikdən  dərhal 

sonra  bağırsaqların  peristaltikası  güclənir,  həzm  aparatının  fermentativ  və

298



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə