verir. Bununla yanaşı məlum olmuşdur ki, şüalanma infeksiya əleyhinə
immuniteti zəiflədir və digər ağır fəsadlar törədir.
Transplantasion immuniteti ləngitmək üçün çox böyük sayda kimyəvi və
bioloji immundepressorlar sınaqdan keçirilmişdir. Bunlar hüceyrənin bölün
məsini və differensiyasını ləngidir. İmmundepressorlar, şüalanmada olduğu
kimi qeyri spesifıkdir, onlar bütün bölünən hüceyrələri, o cümlədən qan və
sümük iliyi hüceyrələrinin fəaliyyətinin zəiflədir. Yüzlərlə kimyəvi immun-
depressorlardan ən çox istifadə edilənləri imuran, merkaptopirin,
azotopirin, siklofosfamiddir. Müəyyən edilmişdir ki, immun sistemə dep-
ressiv təsir etmək qabiliyyətinə həmçinin hormonalar - kortizon və
adrenokortikotrop hormon da (AKTH) malikdir. Göstərilən hormonlar o r
qanizmə yeridilən zaman transplantatm həyatı uzanır, lakin bu zaman
infeksiyasmm aktivləşməsi və infeksiya əleyhinə immunitetin zəifləməsi təh
lükəsi artır. Şüalanma ilə yanaşı immundepressorlardan istifadə edilməsi
köçürülən orqanın (böyrək, ürək) fəaliyyət müddətini uzadır. Yuxanda
göstərdiyimiz qeyri-spesifik immun depressorlardan imtina etmək üçün
limfositlərə - transplantat toxumasının parçalanmasına kömək edənlərə -
spesifik təsir edən vasitələr axtanşı başlanmışdır. İnsan limfositlərini
müvafiq heyvan produsentlə hiperimmunlaşdırma yolu ilə alman antilimfo-
sitar serum (ALS) bu yolla alınmışdır. Müəyyən olunmuşdur ki, ALS daha
çox dərəcədə transplantatm immunitetini ləngidir, nəinki antimikrob
immuniteti. E. B. Q runtenkonun verdiyi məlumata görə ALS həkimlərin
əlində ən başlıca immundepressantdır. ALS-nrn təkmilləşdirilməsi davam
edir. Lakin etiraf etmək lazımdır ki, immundepressiv terapiya hələ tam
mükəmməl deyildir. Çünki çox zaman anemiya, leykopeniya, sümük iliyinin
və limfa toxumalarının atrofiyası və bunlarla yanaşı infeksiya əleyhinə
immunitetin zəifləməsi müşahidə olunur (Berşiqora, 1975).
Heyvan orqanlarının praktikada köçürülməsi, tibbdən fərqli olaraq az
inandırıcıdır. Lakin bu o demək deyildir ki, baytarlıq genetik immu-
nologiyası bu məsələlərdən kənarda qalmasıdır. Əksinə transplantalogiyanın
bütün nəzəri və əməli sualları eksperimental olaraq heyvanlar üzərində
öyrənilir. Bununla əlaqədar olaraq çox yaxın zamanlarda toxuma uyğunsuz-
luğunun dəf edilmə prosesi baytarlıq praktikasında da xüsusi əhəmiyyət
kəsb edəcəkdir. Hal-hazırda yüksək məhsuldar heyvanlar almaq üçün uzun
illər (on illərlə) vaxt sərf etmədən mayalanmış yumurta-hüceyrəsinin
transplantasiyası m etodlan öyrənilir, onların hibridləşməsi və seleksiyası
təkmilləşdirilir. Yumurta hüceyrəsi mayalandınJır və alman ziqota 8-16-32
blastomer vəziyyətində balahğa ötürülür və dölün sonrakı inkişafı burada
gedir (şəkil 42). Belə hesab edirlər ki, heyvandarlıqda bu üsul yaxın
vaxtlarda süni mayalandırma üsulundan üstün olacaqdır. Mayalanmış yu
m urta hüceyrəsinin transplantasiyasında olan bir çox çətinliklərdən ən əsası
resipiyentin (inəyin) və köçürülən embrionun antigenləri arasında gedən
immunoloji rəqabətin aradan qaldırılmasıdır. Buradan belə nəticə çıxır ki,
immunoloji nəzarəti (testləşdirmə) yalnız qruplara (eritrositlərə) görə deyil,
həm də leykosit antigenlərinə görə aparm aq lazımdır.
296
Şəkil 42. Rüşeymin köçürülmə sxemi (A.P.Studensov və b., 1980)
1- çoxalma keyfiyyətinə və məhsuldarlığına görə donor heyvanlar;
2- çoxlu ovulyasiya əmələ gətirmək üçün hormonal işləmə;
3- hövrəgəlmənin diaqnostikası;
4- donorların mayalandırılması;
5-
rüşeymlərin yoxlanması (onların qiymətləndirilməsi, yetişdirilməsi və
saxlanması) ;
6- törəmələrinin keyfiyyətinə görə qiymətləndirilən törədicilər;
7- donorun cinsiyyət tsikli ilə resipientin cinsiyyət tsiklinin sinxronluğu;
8- hövrəgəlmənin diaqnostikası;
9- resipient rüşeymin köçürülməsi;
10- resipientdə boğazlıq və doğum, buzovların yetişdirilməsi;
9.6. Kolostral immunitet və onun genetik aspektləri
«
Süd-təbiətin bəxş etdiyi ən qiymətli və əvəzolunmayan qidadır»
(İ.P.Pavlov).
İmmunitetin bu növü yeni doğulan heyvanlarda humoral ana
immuniteti adlamr.
Yeni doğulan orqanizmlər həyatının ilk günlərində pato-
gen mikroorqanizmlərə, hətta həmin heyvan növünə məxsus olmayan
yoluxucu xəstəliklərə olduqca həssas olmaqla tez yoluxurlar. Məsələn, yeni
297
doğulan dovşanları onlara xas olmayan dabaq, donuzların taun, quşların
Raus sarkoması virusları ilə eksperimental olaraq yoluxdurmaq mümkün
olmuşdur. D oğulduqdan dərhal sonra anasının ilk ağız südünü qəbul etmə
miş buzov və çoşqalan Escherichia coli-nin entepopatogen seroloji variant
ları ilə süni yoluxdurma mümkün olduğu halda, doğulduqdan bir neçə gün
sonra isə onlarda yoluxma baş verməmişdir. Bu, onunla izah olunur ki, yeni
doğulan orqanizmlərdə immunokompotent sistem, immunoloji yetişkənlik
formalaşmır. Lakin yeni doğulmuş körpə heyvanlar ananın orqanizmindən
ağız südü vasitəsilə hazır antitellər-immunoqlobulinlər qəbul etmək yolu ilə
qısa müddət ərzində bəzi infeksion xəstəliklərin törədiciləri ilə yoluxmadan
müdafiə olunurlar. İmmunitetin bu növü
kolostral immunitet
adlanmaqla iki
yolla-ana bətnində balaətrafı pərdə (plasenta, cift, ətənə) və doğulduqdan
sonra ananın
ağız südü ( 7-10-cu günlərədək)
anadan balaya verilən
anticismlər vasitəsilə həyata keçirilir. Har iki halda yeni doğulan körpələrdə
yaranan immunitet
qeyri-fəal immunitet
hesab edilir. Bala ətrafı pərdə
vasitəsilə verilən immunitet anticismlərin
transplasentar
yolla anadan balaya
verilməsi nəticəsində yaranır, insanda, meymunda və dovşanda müşahidə
olunur. Gövşəyən heyvanlarda, atlarda və donuzlarda balaətrafı pərdə iki
qat qalın olduğundan ananın qanmdakı immunoqlobulinlər (anticismlər)
'balaya verilə bilmir və doğulana, ananın ağız südünü qəbul edənə qədər
onun qanında müşahidə edilmir. Buna görə də həmin passiv immunitet
ko
lostral, yaxud ağız südü immuniteti
(latmca-kolostrum-ağız südü) adlanmaq
la
təbii və süni
yaradılmış növlərə bölünür. Kolostral immunitet tamamilə
genetik zəmində yaramr və xüsusi genlər tərəfindən idarə olunur. Fəlsəfi və
dialektik baxımdan bu immunitet orqanizmin ontogenezinin başlanğıc
dövründə (doğumdan sonra) yoluxucu xəstəlikləri törədən patogen agentlərə
qarşı davamlılığın yaranmasının
bazisi
(fundamenti, təməli) sayılır.
İmmunogenezin äpf çürümü-sonrakı mərhələləri isə (immun sisteminin və
immunokompotent hüceyrələrin formalaşması və s.) məhz həmin bazis
üzərində formalaşır. Məşhur immunoloqlar bir mənalı olaraq həmin
dialektik qanunauyğunluğu qəbul etmiş və onunla tamamilə razılaşmışlır.
Təbii kolostral (ağız südü) immunitet.
Sitoloji tərkibinə görə süd
laktasiya dövründə 3 növə bölünür: ağız südü, keçid südü və yetişmiş süd.
Laktasiyanm 5-7-ci günlərində doğumdan sonra və doğuma az qalmış süd
vəzisində intensiv sarı, yaxud ağımtıl-sarı rəngli (bu rəngi onun tərkibindəki
karotin əmələ gətirir), qatı yumşaq konsistensiyalı, özünə məxsus qoxusu,
duzlu təhər tamı olan xüsusi sekret-ağız südü ifraz olunur. Keçid və yetişmiş
süddən fərqli olaraq ağız südü biokimyəvi tərkibinin zənginliyi ilə bərabər,
həm də neytrofıl leykositləri, epitelial Jhüceyrələr və s. ilə də çox zəngin
olduğundan yüksək immunogenliyi ilə səciyyələnir. Yetişmiş süddə normada
hüceyrə elementləri olmur və onların tapılması heyvanın mastitlərlə xəstə
olmasını göstərir və xüsusi diaqnostiki əhəmiyyətə malikdir. Ona görədə onu
yeni doğulmuş körpələr üçün «p
ox qiymətli və əvəzolunmaz»
qida mənbəi
adlandırırlar. Yeni doğulan körpələrdə ağız südünü qəbul etdikdən dərhal
sonra bağırsaqların peristaltikası güclənir, həzm aparatının fermentativ və
298