Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə134/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   130   131   132   133   134   135   136   137   ...   205

onlar  əsas  prioritet  amillər  hesab  olunur.  Qan  və  limfa  damarlarının 

endoteli,  qaraciyərin  Kuper  (ulduzvari  retikuloendotelial),  limfa  düyün­

lərinin  Langerhans  (dendrit)  hüceyrələri,  fibrioblastlar  və  histotitbr  də 

faqositar  fəallığa  m alik  olmaqla,  orqanizmə  daxil  olan  yabançı  və  patogen 

amillər  məhv  edirlər.  Həmin  amillər  məhv  edildikdən  sonra  onlar  öz  həyat 

fəaliyyətinin  məhsulları  ilə  birlikdə  ağ  ciyərlər,  dəri,  böyrəklər,  öd  və  selikli 

qişalar  vasitəsilə  orqanizmdən  ixrac  olunur. 

Faqosithrin yabançı maddələri, 

xüsusilə  mikroorqanizmləri  və  virusları  udaraq  neytrallaşdırması  prosesi 

faqositoz adlanır.

Monositlər  və makrofaqlar

 -   qanın  başqa  şəkilli  elementləri  kimi  sümük 

iliyində  polipotent  və  totipotent  kötük  hüceyrələrindən  əmələ  gəlməklə,  hə­

min  hüceyrələrdən  aynlan  monositar  sırası  sümük  iliyində  monoblast  və 

promonosit  mərhələlərini  keçdikdən  sonra  monositlərə  çevrilir  və  qan 

dövranına  daxil  olur.  Monositlərin  formalaşması  cəmi  2-3  gün  davam  edir, 

onlar  qan  dövranında  2-4  gün  qaldıqdan  sonra  toxumalara  keçərək  yerli 

makrofaqlara  çevrilir.  Morfoloji  cəhətdən  monositlər  dairəvi  formaya 

malikdir,  m akrofaqlar  isə  polimorfdurlar  (şəkil  43).  Elektron  mikrosko- 

piyası  zamanı  o n lan n   hər  ikisində  aydm  görünən  Holci  aparatı  və 

sitoplazmadakı çoxlu sayda müşahidə olunur.

tizöeom 


b) Mxhrotaq

Şəkil 43.

 Monosit və makrofaqlarm sxematik quruluşu



303


Orqanizmdəki  monosit  və m akrofaqlann  təxminən  50%-i  Kuper hücey­

rələrinin payına düşür.  M akrofaqlar toxum anın tipindən asılı  olaraq qaraci­

yər (Kuper hüceyrələri), böyərk (mezenglial hüceyrələr), mərkəzi sinir sistemi 

(mikroqliya),  ağciyər  (alveolyar),  seroz  boşluqlan  (peritonal)  makrofaq- 

larrna  bölünür.  Dinamikasına  (hərəkətliliyinə)  görə  onların 

rezident

  (müəy­


yən toxumada daimi məskunlaşan və onu tərk etməyən) və 

mobil -

 hərəkətli 

(orqanizmin  iltihaba  məruz  qalmış  toxumalarına  doğru  hərəkət  edərək 

orada  məskunlaşan)  növləri  ayırd  edilir.  Kuper  hüceyrələri  qaraciyərin  qan 

damarları  ilə  hepatositlərin  arasında yerləşməklə  onun  parenximasma  daxil 

olan  qida maddələrinin  filtirasiyasmı təmin edir və onları  yabançı  və zəhərli 

maddələrdən  (toksinlərdən)  azad  edir.  M onosit və makrofaqlann ən  başlıca 

funksiyası  müxtəlif  korpuskulyar  antigenlərin  (mikroorqanizmlər,  viruslar, 

yoluxmuş  və  şiş  hüceyrələri)  və  orqanizmin  qocalmış  transformasiyaya 

məruz  qalmış  və  məhv  olmuş  hüceyrələrini  faqositoza  uğratmasından  və 

neytrallaşdırmasmdan  ibarətdir.  M akrofaqlar  immunoloji  reaksiyalarda 

olduqca  böyük  rol  oynayır 



(cədvəl  24).

  M onositar  makrofaqlar  həmçinin 

iltihaba  uğramış  toxum anın  iltihab  məhsullarından  (toksin,  ölmüş 

leykositlər və s.)  təmizlənməsi  və  zədələnmiş toxumanın bərpa  olunmasında 

çox fəal iştirak edirlər.

C ə d v ə l 24.

Makrofaqlann immunoloji reaksiyalarda rolu

Funksiyası

Həyata keçirilmə mexanizmi

immunoloji reaksiyada 

əhəmiyyəti

Faqositoliz

Mikroorqanizmlərin, şiş 

hüceyrələrinin, orqanizmin ölmüş 

hüceyrələrinin udulması və 

parçalanması

Mikroorqanizmlərdən və şiş 

hüceyrələrindən orqanizmin 

müdafiəsi,  toxumaların 

ölmüş hüceyrələrdən 

təmizlənməsi

Hüceyrəxarici

sitoliz

ifrazat məhsulları vasitəsi ilə 



parazitlərin və şiş hüceyrələrinin 

məhvi, kontakt zamanı sitolizin 

induksiyası, sitokinlərin, komple- 

mentin komponentlərinin və bəzi 

fementlərin sintezi və ifrazı

Orqanizmin parazitlərdən 

və şiş hüceyrələrindən 

müdafiəsi

İmmun 

sisteminin 



humoral kompo­

nentlərinin sintezi

Sitokinlərin, komplementin 

komponentlərinin və bəzi 

fermentlərin sintezi və ifrazı

immun sisteminin effektor 

humoral faktorlarının təmin 

olunması


Antigenin

prosesinqi

Udulmuş antigenin qismən 

hidrolizi və onnn fraqmentlərinin 

MHCII sinif molekullan ilə 

birləşdirilməsi

Antigenin T-helperlərə 

təqdiminin hazırlanması



304


Antigenin

təqdimi


T-helperlərlə onların antigen 

reseptorlannın (TCR) kontaktı, 

sitokinlərlə aktivləşmə

T-helperlərin aktivləş- 

dirilməsi yolu ilə qaza­

nılmış immunitetin 

induksiyası

İmmunoloji

reaksiyaların

tənzimlənməsi

Prostaqlandinlərin, 

leykotrienlərin, sitokinlərm və s. 

sintezi və ifrazı

İmmunoloji reaksiyalann 

məhdudlaşdırılması və 

supressiyası (son 

mərhələlərdə)

M onositar m akrofaqlann  faqositoz  fəaliyyəti zamanı  xüsusi  reseptorla- 

rın  çox  böyük  əhəmiyyəti vardır 

(cədvəl 25).

  Həmin  reseptorlar  arasında İg 

reseptorlannın  xüsusi  rolu  vardır.  M akrofaqların  sətirində  İgÇ-nin  Fc 

fraqmentinin  3  əsas  reseptoru  yüksək  -CD64,  orta  -   CD32  və  zəif  CD16 

mövcuddur.  Onların  səthində  həmçinin  İgM,  İgA,  İgE  reseptorlan  da 

vardır.  Faqositoz  prosesində  çox  mühüm  tənzimləyici  rol  oynayan 

komplement  sisteminin  komponentləri  -   C R I  (CD35),  CR2  (CD21),  CR3 

(CDIIb/CD18) və CR4 (CDIIc/CD18-reseptorlandır.



C ə d v e l 25.

Monositar makrofaqların səthi reseptorlan

Reseptorlar

Liqandlan

Funksiyaları

1

2



3

Mannoza

reseptorlan

Mannozil  qruplu karbo- 

hidratlar, sulfatlaşdırılmış 

qlikokonyuqatlar

Mikroblann

faqositozunda və adaptiv 

immunoloji cavabm 

induksiyasında iştirak edir

Tələ 

(toll-like) 

reseptorlar

Lipopolisaxaridlər, 

peptidoqlikanlar, qlükanlar, 

arabinomannozalar, teixol  turşuları

Sitokin ifrazının və 

adaptiv

immunoloji cavabm 

induksiyasında iştirak edir

Skavencer

(təmizləyici)

reseptorlar

Bakteriyalarm və maya göbələklərinin 

hüceyrə divarlarının karbohidratları və 

lipidləri, apoptik hüceyrələrin  karbohidrat 

qrupları

Bakteriyalarm və maya 

göbələklərinin tutulması, 

apoptik hüceyrələrin 

tapılması

CD  14

Lipopolisaxaridlər

Bakteriyalarm tutulması, 

sitokinlərin  sintezinin 

induksiyası

305



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə