Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə132/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   128   129   130   131   132   133   134   135   ...   205

soruculuq  funksiyası  normallaşır,  fəallaşır,  formalaşır,  bağırsaqlardan 

ilk 

kalın  (mekoniya)

  ixracı-defekasiya  baş  verir.  Müəyyən  edilmişdir ki,  inəyin 

ağız  südü  bəzi  patogen  mikroorqanizmlərə  (qarayara,  salmonellyoz,  dov- 

şancıq, kolibakterioz törədiciləri və qızılı stafilokoklara) qarşı bakteriosid və 

bakteriostatik  xassələrə  malikdir.  Lakin  doğumdan  36  saat  sonra  ağız 

südünün  antibakterial  təsiri  xeyli  zəifləyir,  8-9  sutkadan  sonra  isə  o,  artıq 

südə  çevrilir  və  tərkibində  imunoqlobulini  olmadığına,  yaxud  onun  yalnız 

izi  qaldığına  leykositlərin  miqdarı  və  onların  opsonofaqositar  fəallığının 

intensivliyi  kəskin  surətdə  azaldığına  görə  həmin  xassəni  tamamilə  itirir. 

Doğumun  ilk  günlərində  antibakterial  anticismlərin  titri  xeyli  yüksək  olur: 

Escherichia  coli-yə  qarşı  1:256,  salmonellara  qarşı  isə-l:132.  Lakin  doğum­

dan  2  sutka  sonra  onların  titri  get-gedə  azalır,  8-9-cu  sutkalarda  E.coliyə- 

1:16,  salmonellalara  qarşı  isə-l:32  olur  (S.N.Karlikanova,  1966).  İlk  gün 

sağılan  ağız  südündə  brusellalara  qarşı  təbii  anticisimlərin  titri  1:23, 

salmonellalara qarşı-1:19-1:66, E.colinin bəzi serotiplərinə qarşı isə  1:16-1:32 

(B.A.Atomas,  1970).  Ümumiyyətlə,  ağız  südündə  immunoqlobulinlərin  ən 

yüksək  konsentrasiyası  doğumdan  sonra  1-ci  gündə  müşahidə  edilir  (10- 

20%).  Alimlər  (İ.E.Kolyakov,  1986  və  b.)  güman  edirlər  ki,  inəklərin 

orqanizmi ətra f m ühit amillərindəki mikroblarla əlaqədə olduğundan onlara 

qarşı  müvafiq  antitellər  sintez edilir.  Doğuma  3-4  həftə  qalmış  yelində  ağız 

südünün  əmələ  gəlməsi  prosesi  hormonların  təsirindən  qan  zərdabmda 

yaranan  immunoqlobulinlərin,  xüsusilə  İqÇı-in  ananın  qanından  süd  vəzinə 

yelinə  keçməsi  nəticəsində baş verir. 

Südün,  о  cümlədən  ağız südünün sinte­

zində humoral amillər, xüsusila yumurtalığın  (follikulosteron



estrogeniər), hi- 



pofizin  (prolaktin,  laktogen,  qalaktin,  oksitotsin)  və  sarılıq  cisminin 

(lyuteosteron)

  horm onları  olduqca  mühüm  rol  oynayır.  Laktasiya  prose- 

sind

s-laktopoezdə  (südün  əmələ gəlməsində)

  qeyd  edilən  horm onlar  yelinin 

xemo-kimyəvi  reseptorlanna  təsir edərək  onları  qıcıqlandırır,  impulslar baş- 

beyin  уanmkürələrinə  ötürülərək,  sonra  yelinə  daxil olur,  əsasən  onun vəzili 

epiteli,  eləcə  də  kiçik  süd  axarlarının  və çəninin  epitelial  hüceyrələrində  süd 

və  ağız  südü  sintez  olunur. 



Lakin  qeyd etməliyik ki,  ağız südü  və  südün sek­

resiyası başlanğıcdan sonadək xüsusi genlərin  (məlumat, nəqliyyat,  nəzarətçi) 

tam nəzarəti altında icra olunur. Həm bu prosesdə iştirak edən hormonların if­

razı

  və 


təsiri,  kəm  də  ağız  südü

  və 


südün  sekresiya  olunduğu  yelin  hüceyrə­

lərinin sekrotor fəaliyyəti, məhz həmin genlərin iştirakı  və nəzarəti altında baş 

verir  və tənzimlənir.

  Ağız  südünün  tərkibində  həm  də  immun  xassəyə  malik 

olan  digər 

maddələT-aqqlyutininlər,  anthoksinlər,  opsoninlər,  presipitinlər

  və 


s. də yeni doğulan körpə heyvanların orqanizminin xəstəliklərə davamlılığın­

da müəyyən pozotiv rol oynayır.

Ağız  südü  kimyəvi  tərkibinin  çox  zənginliyi  və  zülalların,  xüsusilə 

albumin və qlobulinlərin miqdarının yüksək olması ilə süddən kəskin surətdə 

fərqlənir.  Doğumdan  sonra  ilk gündə  onun  tərkibindəki  albumin  və  qlobu­

linlərin miqdarı süddən  15-20% artıq olur. Onun  tərkibində 



karotin, natrium, 

dəmir,  xloridhr,  A,  E   vitaminləri,  riboflavin,  niotsin  və  nisbətən az  miqdarda 

kalium və laktoza vardır. Ağız südündə ilk sağımdan sonra immunoqlobulinlər

299


70,19%,  7-ci gündə  isə  19,55%  təşkil edir.  Ümumiyyətlə,  ağız  südü  və südün 

sintezi,  onun  morfoloji  və  kimyəvi  tərkibi  irsi  xarakter  daşımaqla,  nəsildən 

nəsilə  verilir.

  Məsələn,  südün  yağlılıq  faizi  qoyun  cinslərində-6,7,  keçilərdə-

4,1,  inəklərdə-3,5-4,  camışlarda-7,-8,  su  itilərində  isə  40-50%  təşkil  edir.  Bu 

göstərici  yalnız  yemlərin  tərkibindən  asılı  olaraq  nisbətən  dəyişilə  bilir. 

Qoyun və keçilərin ağız südündə süd vəzində plazmatik hüceyrələr tərəfindən 

sintez  olunan  immunoqlobulinlərin  3  sinifi-IqÇ,  İqA  və  İqM-mövcuddur. 

Lakin  onların  əsas  kütləsini  İqÇ-təşkil  edir.  Süddə  isə  əsasən  IqA  və  İqM  

daha  üstünlüyə  malikdir.  Doğumdan  sonra  1-ci  gündən  başlayaraq  10-cu 

günə  qədər  inəklərin  ağız  südündə  ümumi  zülalın  miqdarı  -   13,2-4,3%-ə, 

protein-7,3-l,0%-ə  qədər  azalır.  Bu  zaman  immunoqlobulin  siniflərinin 

miqdarı  da azalaraq,  1-ci gün ağız südündə İqÇı-6000,  İqÇ2-200,  İqM-400 və 

İqA-300  olduğu  halda,  süddə  onların  miqdarı  müvafiq  olaraq  -   50,2,5,8 

mq/100  ml  olur,  doğumdan  bir  neçə  saat  sonra  isə  süd  proteininin  miqdarı 

kəskin surətdə  azalır (Mielke,  1979).  E.A.M arqusa  görə  (1972)  1-cı  sağımda 

inəklərin  ağız  südündə  immunoqlobulinlərin  fraksiyası  ümumi  serum 

zülallarının  63,4%-ni,  2  və  3-cü  sağımda  -  57,6-50,3%-ni,  6-cı  sağımda  isə 

38,0%-ni  təşkil  etmişdir.  Buna  görə  də  buzovlara 

həyatının  ilk  saatlarında 

(doğumdan  2-6  saat  sonra)  2  litr  ağız  südii  vermək  lazımdır.

  Çünki  ağız 

südünü  qəbul  edənə  qədər  onlann  qan  zərdabında  immunoqlobulinlərin 

(İqÇı,  IqÇə) yalnız izi müşahidə  edilir.  O nlar yalnız ağız südü qəbul etdikdən 

sonra  buzovların  qanında  mövcud  olur.  Təbii  kolostral  immunitetin 

kolibakterioza  və  salmonelloza  qarşı  yeni 

doğulmuş 

heyvanlarda 

davamlılığın artırılmasında çox  böyük rolu  vardır.

Süm yaradılmış kolostral immunitet.

  İlk  dəfə  olaraq  P.Erlix  (1982)  mü­

əyyən  etmişdir  ki,  ritsin,  abrin  adlı  zəhərli  maddələr  və  botulizm  törədici­

sinin toksini ilə immunizasiya olunmuş siçanların yeni doğulmuş  balalarında 

həmin  zəhərli  maddələrə  və  toksinə  yüksək  davamlılıq  yaranır.  Həmin 

davamlılıq  yalnız doğumdan sonra  ananın  ağız südü  ilə verilən anticismlərin 

təsirindən  yaranır.  Sonralar  isə  müəyyən  edilmişdir  ki,  salmonellyoz, 

brusellyoz, vərəm,  dabaq, kolibakterioz və s.  xəstəliklərin törədicilərinə qarşı 

peyvənd  olunmuş  inəklərin  ağız  südü  ilə  balaya  verilən  immunoqlobulinlər 

onlarda süni kolostral immunitet yaradır. Peyvənd edilmiş  boğaz  heyvanlar­

dan  (inək,  qoyun,  donuz)  doğulan  buzov, quzu və  çoşkalarda  salmonellyoz, 

kolibakterioz  və  quzuların  anaerob  dezinteriyasma  qarşı  süni  kolostral  im­

munitet  yaranır.  Taunla  xəstələnib  sağalmış,  yaxud  tauna  və  Aueski 

xəstəliyinə qarşı peyvənd edilmiş  donuzların çoşkalannda da yaranan  kolos­

tral  immunitet  onları  xəstələnmədən  qoruyur.  V.Q.Kotov  və  A.Q.Şaxov 

(1973)  24  baş  boğaz donuzu  doğumdan .40-50 gün  əvvəl  qızılyel,  leptospiroz 

və  Aueski  xəstəliyinə  qarşı  kompleks  vaksinasiya  etdikdən  sonra  doğulan 

çoşqalarda  ağız  südünü  əmdikdən  sonra  süni  kolostral  immunitetin  yaran­

masını eksperimental olaraq sübut etmişlər.  Müəyyən edilmişdir ki, inəklərin 

boğazlığın  sonuncu dövründə kolibakterioza  qarşı  vaksinasiya edilməsi  yeni 

doğulan  buzovların  həmin  xəstəliyə  qarşı  profilaktikasında  çox  mühüm  rol 

oynayır.  Kolibakterioza  qarşı  peyvənd  edilmiş  inəklərin  ağız  südündə  ilk



300


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə