şəraitdə orqanizmin immun sistemini maksimum dərəcədə immundepresant-
lar vasitəsilə azaltmaq lazımdır.
Transplantasiya immunitetinin öyrənilməsinin sonrakı nailiyyətləri anti
gen cəhətdən eyni olan təmiz xətli siçanlar üzərində aparılan eksperiment
lərlə bağlıdır. Bu işlər də transplantasiya uyğunsuzluğunun bəzi qanıma
uyğunluqlarını öyrənməyə imkan vermişdir. Siçanlar üzərində aparılan təc
rübələr göstərmişdir ki, hətta tək bircə antigenin fərqlənməsi donor dərinin
çürüməsinə səbəb olur.
Transplant atın çürümə reaksiyası
- donorun və resipiyentin antigenləri-
nin uyğun gəlməməsi nəticəsində baş verir. Bu antigenlər histoloji uyğun gəl
məyən antigenlər və ya transplantasion adlanaraq insanın leykositar
sistemində HLA (H um an Leucocyte Antigenes) identifikasiya edilir. Trans-
plantatlann üç növü məlumdur:
autotransplantat
- orqanizmə öz dərisinin
köçürülməsi,
homotransplantat -
bir növ orqanizmlərin birindən digərinə
köçürmək və
heterotransplantat
- müxtəlif növlərdən birindən digərinə
köçürmək. Adətən autotransplantat çox yaxşı inkişaf edir. Homotransplan-
tatın effektli olması donor və resipiyentin antigeninin histoloji uyğunluğun
dan asılıdır. Çürümə reaksiyası allogen transplantatlar arasmda da müşahidə
edilir, yəni bir növə mlik, lakin toxuma uyğunsuzluğu olan və identik
olmayan heyvanlar arasmda bir və ya bir neçə leykositar antigen uyğun
gəlməyən həmin proses baş verir. Resipiyentdə sensibilizasiya törətmə
səviyyəsinə görə insanlarda güclü və zəif leykositar antigen ayırd edilir.
Güclü antigenlər siçanlarda transplantatı 8-10, zəiflər isə -20 gün və daha gec
müddətdə çürümə verir. Transplantatın iki tip çürümə prosesi ayırd edilir:
birincili (first set)
və ikincili (second set) tip. Birinci halda köçürülən
toxumada çürümə (dəri) eyni növ heyvanlarda 7-9 gündən sonra baş verir,
ikinci halda eyni toxumanın (eyni antigenləri olan) köçürülməsi zamanı
çürümə daha qısa müddətdə, (4-6 gündən sonra) başlayır. Homotrans-
plantatlarda, xüsusilə məməlilərdə dəri köçürməsi zamanı bu özünü daha
yaxşı göstərir, əvvəlcə xarici görünüşcə guya dəri bitişir. Lakin 8-10-cu
günlərdə hər bir transplantat patoloji dəyişikliyə uğrayır, şiş, qansızmalar,
immun limfositlərin məhvi nəticəsində güclü infiltrasiya əmələ gəlir, epiteli
qatm ın strukturu pozulur, nekroz və dəri parçalarının çürüməsi baş verir.
Əgər təkrar olaraq eyni cür dəri transplantasiya edilərsə çürümə daha sürətlə
gedir və 5-ci gün, bəzən isə daha tez baş verir. Həmin hadisə resipiyentə bi
rinci transplantatın spesifik immunlaşdıncı təsiri ilə izah edilir. Trans-
plantatm çürüməsi əsasən hüceyrə imuntetinin yaranması nəticəsində baş
verir.
Bu proses məhv edilmiş transplantatın çoxlu miqdarda limfosit
infiltratı və makrofaqlarla əhatə olunması, həmçinin məhv edilmiş
transplantatın limofıd hüceyrələrinin passiv şəkildə ötürülməsi, yaxud kənar
limfa düyünlərinin toxumaları ilə əlaqəli olub, sensibilizasiya olunmuş
heyvanın zərdabı ilə əlaqəli olmamasının nəticəsi hesab olunur. Trans-
plantatın çürüməsində xüsusi sensibilizasiya edici T-hüceyrələr iştirak edir
ki, bunlar transplantatın meşin hüceyrəsinə fermentlərlə və ya sitotoksiki
təsir edir, yaxud bilavasitə induksiya olunmuş makroronlann köməyi ilə
294
iştirak edir. Transplantatm çürüməsində iımrnm mexanizmlə yanaşı, bu
prosesdə transplantatm vaskulyarizasiyasmm (qanla təchizatının) inten
sivliyi də nəzərə alınmalıdır. Müəyən edilmişdir ki, transplantat qanla nə
qədər çox təchiz edilərsə, qan dam arlan ilə daha çox zəngin və resipiyentin
toxumaları ilə çox əlaqəli olarsa onun çürüməsi daha tez baş verir. Buna
gözün buynuz qişasının köçürülməsini misal göstərmək olar. Məlum olduğu
kimi buynuz qişa qanla zəif təchiz olunur, onun növ arası köçürülməsi çox
müvəffəqiyyətlə aparılır və çürümə reaksiyası olmadan başa çatır. Həmçinin
müəyyən edilmişdir ki, mukopolidsaxarid örtüklə örtülmüş (məsələn,
çığırdaq) toxum alara limfolositlər daxil ola bilmədiyi üçün eyni növ hey
vanlar arasında bu köçürmə çox müsbət nəticə vermişdir. Transplantasiya
immuntetinin əmələ gəlməsində hümoral faktorların da müəyyən rolu
vardır. H om ortansplantata (dəri, sümük, iliyi, böyrək və s.) humoral immun
cavab leykositlərin, sitotoksinlərin, hemolizinlərin, hemaqqlytinlərin əmələ
gəlməsi nəticəsində yaranır. Lakin transplantasiya zamanı leykosit əleyhinə
antitel həmişə əmələ gəlmir və həm də aşağı titrlərdə olur. Sonuncu (titr)
təkrar köçürmələr zamanı çox yüksək dərəcədə artır və bununla yanaşı
transplantatm çürüməsi sürətlənir. Lakin çürümə reaksiyasına səbəbin limfa
hüceyrələri olması tam təsdiq edilməmişdir.
Genin eksperimental və kliniki təcrübələri göstərmişdir ki, orqanların
transplantasiyası zam anı müvəffəqiyyət qazanmaq üçün «donor-resipiyent»
antigen cütlüyü düzgün seçilməlidir. Onların histoloji uyğunluğunu tipləş-
dirmək çox mühüm əhəmiyyət kəsb edir. R .B.Petrova (1983) görə limfositlər
öz səthlərində histoloji uyğun gələn antigen daşıyırlar ki, bunu da seroloji və
qarışıq kulturalarda blastotransformasiya reaksiyası vasitəsilə aşkar etmək
mümkündür. Birinci qrup antigenlər seroloji təyin edilən (SD -antigenlər);
ikinci qrup limfositlə təyin olunanlardır. İnsanlarda bir neçə HLO sistemli
izoantigen müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, doğuş zamanı ananın
yalnız eristrositlərlə deyil, həm də transplantasiya hüceyrələrində olan
antigenlərlə (antirezus antitelin analoqu) immunlaşır. Çox saylı doğuşlar
zamanı ana qanında bir çox transplantasıyon antigenlərə görə antitel əmələ
gəlir. Xüsusi olaraq o zərdab qiymətli hesab olunur ki, ondan monospesifik
standart kimi istifadə etmək mümkündür. E. B. Qruntenko (1982) qeyd edir
ki, donorun bütün antigen sistemlərinə görə seçilməsi az inandırıcıdır.
Donoru seçən zaman, çox güman ki, yalnız əsas transplantat lokusu və
eritrosit antigenləri nəzərə alınmalıdır. Köçürmənin müvəffəqiyyətli olması
üç amildən asılıdır: 1) cərrahi ustalıq; 2) hansı resipiyentə hansı donorun
toxumasının daha çox uyğun gəlməsini tez təyin etmək bacanğı. 3)
resipiyentin immun reaksiyasım spesifik üsulla elə zəiflətmək ki, başqalarına
toxunulmasın. Transplantologiyamn qarşıya qoyduğu məsələlərlə əlaqədar
olaraq orqanizmin immun reaktivliyini ləngitmək problemi meydana
çıxmışdır. İmmundepressiya üçün hazırda rentgen şüalarından və əvvəllər
məlum olan antigen sintezinə ləngidici təsir edən vasitələrdən istifadə edilir.
Toxumaların köçürülməsində geniş praktiki iş göstəmişdir ki, transplantatm
yaşaması üçün düzgün dozanın seçilməsi ilə şüalandırma çox yaxşı nəticə
295