Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə138/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   134   135   136   137   138   139   140   141   ...   205

Faqositarlar  həmçinin  killer  fəallığma  d a  malik  olub,  bəzi  şiş  hücey­

rələrini  məhv edir. 



Təbii killer  (T K )  hüceyrələri-təbii killerlər -

  orqanİ


2

m in 


bütün  orqan  və  toxumalarında  mövcud  olmaqla,  qanın  tərkibindəki  limfo- 

sitlərin  10-15%-ni  təşkil  edir,  ölçülərinə görə adi limfositlərdən  təxminən iki 

dəfə  böyükdürlər  (12-15  mkm),  sitoplazmasının  nüvəyə  olan  nisbəti  xeyli 

yüksəkdir,  sitoplazm alan  azurofıl  qranullarla  çox  zəngindir,  xüsusi  çəkilə­

rinə  görə  isə  xeyli  yüngüldürlər.  Təbii  killerlər  başqa  hüceyrələrdən 

quruluşca  çox  fərqləndiyinə  görə  bu  quruluş  forması  böyük  qranulositar 

limfyosit  (BQL)  adlanır  və  onlarrn  fəal  forması  sayılır.  Onlar  sitoksiki  və 

humoral  funksiyalara  malikdir.  Sitoksiki  fəallıq  viruslarla  yoluxmuş  və 

transformasiya  olunmuş  hüceyrələrin  tapılıb  məhv  edilməsindən  ibarətdir. 

Humoral  funksiya  isə  əsasən  təbii  killerlər  üçün  səciyyəvi  sayılmaqla,  onlar 

xeyli  sitokinlər  ifraz  edərək  immunokompetent  hücyerələrin  böyümə  və 

inkişafım  tənzimləyir.  Təbii  killerlərin  sitotoksiki  fəallığının  çox  yüksəlməsi 

nəticəsində  onlar  limfokinlərlə  aktivləşdirilmiş  killerlərə  (LAK)  və  K-killer 

hüceyrələrinə  çevrilir.  İmmun  sistemin  köməkçi hüceyrələr  qrupuna məxsus 

olan  bir  qrup  hüceyrələrin  də  immunobioloji  reaksiyaların  yaranma 

mexanizmində  və  formalaşmasında,  eləcə  də  orqanizmin  genetik  sabitliyini 

təmin  edən  daxili  mühitin  (homeostazm)  stabil  saxlanmasmda  olduqca 

böyük rolu vardır.  Həmin köməkçi qrupun hüceyrələrinə hərəkətli 



bazofilhr, 

hərəkətsiz  (rezident) 



nəhəng  hüceyrələr-mastositlər

  (bunların  hər  ikisi  öz 

başlanğıcım  sümük  iliyində  eyni  sələf  hüceyrələrdən  götürür)  aiddir 

(şəkil 

46).

  Bazofillərin  miqdarı  qanın  digər  hüceyrələrinə  nisbətən  çox  az  olur 

(0,2%).  Bazofıllərrin  səthində  olan  yüksək  (FceRI)  və  aşağı  (FccRII) 

affinlikli  IqE  reseptorları  qranulositlərin  metobolik  məhsullarının  hüceyrə-* 

dən  xaric  olunması  mexanizmini  icra  edir və  onu işə salır.  Bu  zamani  ifraz 

olunmuş  maddələr,  xüsusilə  bistamin  iltihab  prosesində  güclü  mediator 

funksiyasım yerinə yetirir. Deqranulyasiya prosesi başa çatan kimi bazofillər 

dərhal  məhv  olur.  Bazofıllərdən  fərqli  olaraq 



mastositlərə

  qanda  təsadüf 

olunmur.  O nlann  iki  növü-selikli  qişa  və  birləşdirici  toxuma  mastositləri 

mövcuddur.  O nlar  seroz  qişalarda,  tənəffüs,  sidik-cinsiyyət  (urogenital), 

mədə-bağırsaq  sistemlərinin  epiteli  və  selikaltı  təbəqələrində,  dalaqda 

lakolizasiya  olunur.  Mastositlər  də  T-limfositləri  kimi  IL-4,5,10,12,  QM- 

K SF və a  -  ŞNF sintez edirlər.

Eozinofillər

  qanın  leykositlərinin  2,5%-ni  təşkil  etməklə,  3  seqmentli 

nüvəyə  malik  hüceyrələrdən  ibarətdir.  O nlar  qranulositlərin  populyasi- 

yasından  biridir,  eozin  boyası  ilə  yaxşı  boyandığı  üçün  eozinofillər  adlanır. 

Başqa  qranulositlər  kimi  eozinofillər  də  sümük  iliyinin  ümumi  mieloid sələf 

hüceyrələrindən  əmələ  gəlir,  30  dəqiqədən  sonra  qan  dövranım  tamamilə 

tərk edir və toxum alara keçərək 24 gün fəaliyyət göstərir.

Trombositlər  (qan  lövhəcikləri

)  -   sümük  iliyinin  ümumi  qanyaradıcı 

kötük hüceyrələrində yaranmaqla əsasən qam n laxtalanmasında,  o cümlədən 

immun  sistemin  formalaşmasında  və  immunoloji  reaksiyalarda  iştirak  edir. 

Onlar bir neçə ardıcıl inkişaf mərhələlərini keçərək əvvəlcə meqakariositlərə, 

sonra  isə  formalaşmış  trombositlərə  çevrilir  və  30%-ə  qədəri  dalaqda,  qalan

313



hissəsi  isə  başqa  toxum alarda  toplanır.  Trombositlərin  səthində  yerləşən 

xüsusi  reseptorlar  (TAF,  Fc,  FcÖRII,  FceRII  və  s.)  onları  aktivləşdirməklə 

qanın  laxtalanmasmda  və  iltihab  prosesində  iştirakını  təmin  edirlər. 

Nəticədə  kapilyarların  keçiricilik  qabiliyyəti  yüksəlir,  komplement  sistemi 

fəallaşır  və  iltihabi  prosesə  məruz  qalan  toxumaya  leykositlərin  miqrasiyası 

güclənməyə başlayır.



Eritrosithrin

  də  immunokompotent  sistemdə  xüsusi  rol  oynaması  son 

zamanlar  eksperimental  olaraq  sübut  edilmişdir.  Müəyyən'  edilmişdir  ki, 

onlann  səthindəki  xüsusi  reseptorlarm  vasitəsilə  qan  dövranına  daxil  olan 

immun komplekslərini tutub qaraciyərə gətirərək K uper hüceyrələrinə təhvil 

verir.  Həmin  hüceyrələr  immun  kompleksləri  faqositoza  uğradaraq  qam 

onlardan təmizləyir.  Bu funksiyaların bir sıra  autoimmun  və xroniki  gedişli 

yoluxucu  xəstəliklər zamanı  mühüm əhəmiyyəti  vardır.  Eritrositlər orqaniz­

min  genetik  sabitliyinin  saxlanmasında  və  gələcək  nəsillərə  verilməsində  də 

xüsusi roJ oynayır.

ij. 

.   —  •  O IH ıo .» -» .



Şəkil 46.  Qranulositləri fərqləndirən sxəmatik quruluş  (Z.Məmmədov,

R.Axunqov,  2010).



Stromal hüceyrələr

 də  immunoloji  reaksiyalarda  və  immunokompotent 

sistemin  hüceyrələrinin  formalaşmasında  və  inkişafında  mühüm  rola 

malikdir.  Onlara 



fibroblastlar,  endotelial hüceyrələr

 -  


endoteliositlər

 və s.  aid 

olmaqla,  əsas  funksiyası  leykositlərin  qan  dövranından  toxumalara

314



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə