Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə140/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   136   137   138   139   140   141   142   143   ...   205

taksonomik  qruplardan  başlanır və  onun  əsas  aparıcı  hüceyrələri 

tim fosithr 

hesab  edilir.  İ.İ.Meçnikov  limfositləri  makrofaqlar  adlandırmışdır.  O nlar 

faqositozu  həyata keçirən xüsusi maddələr  (opsoninlər, tropinlər) hasil  edir. 

Limfositlərin  yaratdığı  immunoloji  cavab  reaksiyalan  özünün  aşağıdakı 

vacib xarakterik xüsusiyyətləri ilə təbii immünitetdən tamamilə fərqlənir:

-   Qazanılmış  immunoloji  cavab  reaksiya  spesifik,  təbii  immunitetinki  isə 

qeyri - spesifik olur.  Bunun əsas səbəbi isə limfositlərin çoxsaylı klonlara və hər 

bir klonun hüceyrələrinin xüsusi antigentanıyan reseptorlara malik olmasıdır.

-  Qazanılmış immunitet yalnız orqanizmə daxil olmuş yad antigenin özü 

tərəfindən  induksiya  edilməsi  ilə  səciyyələnir.  Bu  zaman  klonun  hüceyrə­

lərinin  antigenlə  qarşılaşması  onların  antigenlər  tərəfindən  fəallaşmasmın 

induksiyasına,  bölünüb  çoxalmasına  və  ixtisaslaşaraq  immunoloji  cavabı 

yerinə yetirən effektor hüceyrələrinə çevrilməsinə zəmin yaradır.

-  Qazanılmış immunitet zamanı yaranan xüsusi yaddaş hüceyrələri antigenlə 

ilk  görüşün  immunoloji  yaddaşda  saxlanılmasını  təmin  edir.  Bu  xüsusiyyət 

müxtəlif  yoluxucu  xəstəliklərə  qarşı  peyvənd  vasitələrinin  (vaksinlərin)  hazır­

lanması texnologiyanın əsasını təşkil edir. Göründüyü kimi, limfositlər qazanılmış 

immunitetin  yaranmasında,  formalaşmasında  və  səmərəliliyində  ən  ap an a 

hüceyrələr  kimi  fəaliyyət  göstərir.  Müasir  təsnifata  əsasən  limfositlərin  sümük 

iliyində  ümumi  limfopoetik  kötük  hüceyrələrindən  əmələ  gələn  üç  əsas 

subpopulyasiyası -  B, T-limfositləri və təbii killerlər (TK-hüceyrələri) ayırd edilir. 

В  və  T  limfositlər  qazanılmış  immuniteti  yamdan  ən  başlıca  amil  sayılır,  təbii 

killerlər  isə  yalnız  təbii  immtra  sisteminin  yaranmasında  iştirak  edir.  B- 

limfositləri 

əsasən 

sümük  iliyində  (bone  marrow),  T-limfositləri  kə  -timus- 

çəngəlvari  vəzidə

  inkişaf edir.  В  -   limfositləri  bir  qayda  olaraq 



humoral  (maye, 

qan),

  T-limfositləri  isə 



hüceyrə  tipli

  (adaptiv  qazanılmış  immunitetin 

yaranmasında)  iştirak  edir.  В  -  

limfositləri tərəfindən  antigenə qarşı spesifik  an- 

ticisimlər (antitellər) sintez olunaraq humoral,  T-limfositləri kə yad antigenlə və ya 

mikroorqunizmlərlə,  viruslarla yoluxmuş  hüceyrə  ilə  birbaşa  əlaqəyə  (kontakta) 

girərək  hüceyrə  tipU  immunitet  yaranır,

  immunoloji  reaksiyaların  antigen 

spesifikliyi  məhz  immun  sistemin  əsas  hüoeyrələri  sayılan  limfositlər  tərəfindən 

yerinə yetirilir.  Limfositlərin  orqanizmin  immun  sistemindəki ap an a  rolu yalnız 

XX-əsrin  50-ci  illərinin  sonunda  siçovullar  üzərində  aparılan  eksperimental 

təcrübələr  nəticəsində  aşkarlanmışdır.  Bu  məqsədlə  genetik  cəhətdən  yaxın- 

identik  olan  (inbred  xətli)  siçovullan  radioaktiv  şüalanmaya  məruz  qoyaraq, 

onlann qanunda leykositləri və limfositləri, demək olar ki, məhv etmişlər. Həmin 

siçovulların  orqanizminə  hər  hansı  bir  patogen  agent  (virus,  mikrob)  inyeksiya 

edildikdə onlar immunoloji cavab reaksiyasından məhrum olunduğu üçün dərhal 

onlar  məhv  olmuşlar.  Şüalanmaya  məruz.qalmamış  nəzarət  (inakt)  qrupunun 

siçovullan  arasında  ölüm  hallan  müşahidə  olunmamışdır.  Şüalandınlmış 

siçovullara  patogen  agentlərlə  birlikdə  sağlam  siçovulların  limfositləri  tətbiq 

edildikdə,  onlarda  humoral  və  hüceyrə  tipli  immunitet  bərqərar  olunduğundan 

ölüm  hafian  müşahidə  olunmamışdır.  Həmin  təcrübələrin  nəticəsi  orqanizmin 

immunoloji  cavab  reaksiyasının  yaranmasında  limfositlərin  müstəsna  rol 

oynamasım bir daha elmi dəlillərlə sübut etdi 

(şəkü 48).

318



Bu  təcrübə  alimlərin  limfositlərə  maraq  dairəsinin  daha  da  artmasına 

səbəb  olmuşdur.  Buna  görədir  ki,  hazırda  limfositlər  onurğalı  heyvanların 

ən  geniş  və  müfəssəl  formada  öyrənilmiş  hüceyrələri  hesab  olunur. 

Limfositlər  genetik  cəhətdən  heterogen  olmaqla,  öz  başlanğıcını  ümumi bir 

plüripatent  hüceyrədən  götürən  müxtəlif  tip  hüceyrələrdən-populyasiya  və 

subpopulyasiyadan  təşkil  olunur.  Onlar  embrional  inkişafın  ilk  mərhələlə­

rində  qısa  zaman  kəsiyində  əvvəlcə  ardıcıl  olaraq  sarılıq  kisəsində, 

qaraciyərdə,  sonralar  isə  sümük  iliyində  inkişaf edir.  Doğulduqdan  sonrakı 

(postnatal) dövrdə limfositlərin  bütün növlərinin inkişafının ilkin mərhələləri 

məhz  sümük  iliyində  davam  edir,  onların  bir  qismi  qan  vasitəsilə  timus 

vəzinə  miqrasiya  edərək  orada  məskunlaşır,  formalaşır  və  inkişafmın  ən 

mühüm,  vacib  hissəsini  məhz  həmin  vəzidə  davam  etdirir.  İmmunoloq 



A.Royt (2000) timus vəzində formalaşan limfositlərin  T-limfositləri ( Thymus- 

dependent,  timus asılı),  öz  inkişafım  sümük  iliyində  və  yalmz  quşlarda 

fabrisius  kisəsində  (bursada)  davam  etdirən  limfosithri  isə  B-limfositləri 

(bursa-dependent,  bursa asılı)  adlandmlmasım təklif etmişdir (şəkil 48,49). 

T-prolimfositlerinin  timusda  inkişafı  çox  mərhələli  va  mürəkkəb  bir 

prosesdir

Şəkil 48.

  Timusun hematomik baryeri

I-q a n  damarı; I I  -  perivaskulyar sahə; III -  timusun epitelial sahəsi:  1 ~ 

qan damarı; 2

— 

endotelialhüceyrə; 3

 -  

makrofaq; 4 -m iqrasiya edən timosit; 

5 -  bazal membran; 6 -  epitelial hüceyrələr; 7 -  timositlər

319



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə