Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə128/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   124   125   126   127   128   129   130   131   ...   205

verilir,  istinad  olunur.  Son  elmi  məlumatlara  görə  bu  zülalın  əsas  mənşəyi 

neytrofillər, hepatositlər və m akrofaqlar hesab edilir. 



Qeyri~spesifik humoral 

immunitetin

  formalaşmasında  prostaqlandinlər,  kininlər,  sitokinlər,  şiş 

nekrozu amilləri və interferonun da böyük rolu vardır.

Prostaqlandinlər  (R Q )

  -  immunokomponent sistemin  hüceyrələrinin  və 

faqositlərin  reseptorlarının  formalaşmasını,  keyfiyyətini,  fəallığını  və 

funksiyalarını və  həmin  proseslərə  genetik nəzarəti tənzimləyir.  Onun sintez 

olunmasında  komplement  sisteminin  (C3b),  faqositoz  prosesində  iştirak 

edən  mikroorqanizmlərin  (PQE2)  timus  hormonlarının,  antitellərin  və  s. 

rolu  çox  böyükdür.  Onlar  pirogen  fəallığa  malikdir,  neytrofıllərin 

(qranulositlərin)  iltihabı  proses  gedən  toxumalara  miqrasiya  olunmasını  və 

onlann deqranulyasiyasmı təmin edir.

Kininlər

  -   qanın  plazması  və  toxumalarda  mövcud  olan  iri  molekullu 

zülallardan,  xüsusilə  kininogenlərdən  kollikrein  qrupu  fermentlərinin 

təsirindən  qanın  laxtalanması  prosesinin  fəallaşması  və  proteoliz  zamam 

sintez  olunur.  Onlar  prostaqlandinlərin  sekresiyasını  gücləndirir,  qanın 

laxtalanma  sistemini  daha  da  fəallaşdırır,  komplement  sisteminin  bəzi 

komponentlərinin  laxtalanma  prosesində  iştirakını,  fəallaşan  leykositlərin 

fermentlər  hasil  etməsini  təmin  edir,  qan  damarlarının  tonusunu  artırır, 

arterial  təzyiqi  aşağı  salır.  Kallikremlər  xüsusi  fermentlər  olmaqla, 

qranulosıtlərdə,  bazofıllərdə və monositlərdə müşahidə edilir.



Sitokinlər

  -   immun  sistem  hüceyrələri  tərəfindən  sintez  edilən  kiçik 

molekullu  zülal  təbiətli  immunomediatorlar  olub  hüceyrələr  arasında 

qarşılıqlı  əlaqənin  yaradılmasını  təmin  edir.  Orqanizmə  yabançı  maddələr, 

xüsusilə  antigenlər  daxil  olm adıqda  onlar  antigen  sintezini  stimullaşdır­

dıqdan  sonra  onlarda  sitokin  genlərinin  induksiyası  və  sitokinin  sintezi 

prosesi  başlayır. Q uruluşuna və bioloji təsir mexanizminə görə qeyri-spesifık 

humoral  immunitetin  sitokinlərinin  bir-birindən  fərqlənən  bir  neçə  növü  -  



inter/eronlar  (İFN ),  şiş  nekrozu  amilləri  (ŞN A),  interleykinlər  (İL ), 

xemokinlər,  klonstimullaşdmcı

  amillər  və  s.  mövcuddur.  Həmin  sitokinlərin 

aşağıdakı ümumi səciyyəvi xüsusiyyətləri vardır:

-   Sitokinlər  hüceyrələrdə  lokalizasiya  etmir,  yalnız  müvafiq  stimul 

aldıqdan sonra sintez olunur;

-   Sitokin  siqnalım  qəbul  etmək  üçün  hüceyrələr  ekspressiya  edir  və 

sitokinlər arasında qarşılıqlı təsir əlaqəsi yaranır;

-   Sitokinlər  həm  hüceyrələrə,  həm  də  produsientin  özünə  təsir  etmə 

xassəsinə malikdir;

-   Hüceyrənin  hər  hansı  bir  sitokinlə  fəallaşması  onun  digər  növünün 

sintezinə  zəmin  yaradır  və  kaskard  xarakterli  tənzimləmə  mexanizmi  baş 

verir;


-  Sitokinlər qısa müddətli təsir göstərən  mediatorlar olması,  təsir effekti­

nin yalnız onlann sintez olunduğu yerdə təzahür etməsi ilə endokrin  sistemin 

horm onlanndan  kəskin  tərzdə  fərqlənir.  Müstəsna  hal  kimi  bəzi  iltihab 

sitokinləri  (ŞNA-d,  İL-1,  İL-6  və  s.)  sistem  xarakterli  təsir  etmə 

mexanizminə  malikdir.  Limfositlərin  sintez  etdiyi  sitokinlər 

limfokinlər,

290



monosit və m akrofaqlannkı isə -  

m onokinhr

 adlanır. T-helperlərin (Th) əsas 

sahibi  -   produsientləri  limfokinlərin  sintezini  təmin  edir.  Onlar  antigen  sti­

mulu  aldıqdan  sonra  fəallaşaraq  ilk  öncə  İL-2  sintez  edir,  sonra  isə  o,  ix­

tisaslaşır və T h l  və Th2 limfositlərinə difTerensiasiya olunur, T hl  limfositlər 

interferon,  IL2,  Th2  limfositlərinə  difTerensiasiya  olunur,  T hl  limfositlər 

interferon,  İL2,  Th2,  ŞNA-isə  İL-4,5,6,9,10,13  sintezini  tənzimləyir.  Yerinə 

yetirdiyi  funksiyalara  görə  sitokinlər  aşağıdakı  qruplara  təsnif  olunur 



(Z . Qar ay ev, A. Qurbanov, 200):

1. 


İmmun iltihaba qədərki m ediatorlar (İL-1, 6,12,1 -ŞNA);

2. 


İmmun iltihab mediatorlan (İL-5,  9,  10, D -  İFN);

3. 


Limfositlərin  proliferasiya  (bölünmə)  və  difTerensiasiya  tənzim­

ləyiciləri (İL -2,4,13);

4. 

Hüceyrələrin  inkişaf amilləri  və  ya  klonstimullaşdmcı amillər  (İL-



3,7,  Q M -K SA vəs.);

5. 


Xemokinlər, yaxud hüceyrə xem oattraktantları (İL-8 və s.).

İnterleykinlər ərəb rəqəmləri ilə işarə edilməklə əsasən iki formada (dİL-

1  və  p  İL-1)  təzahür edir.  Onun  sintezində  monosit  və makrofaqlarla  bəra­

bər,  həmçinin  endoteli  hüceyrələri,  təbii  killerlər,  neytrofıllər,  fibroblastlar, 

limfositlər və mərkəzi sinir sisteminin qanqlii hüceyrələri də iştirak edir.  İL-1 

çox  geniş  diapozonlu  təsir  spektrinə  malik  olub  iltihab  və  immunoloji 

reaksiyalarda  daha  da  fəallaşaraq  cavab  reaksiyalarının  başlandığına  anti­

gen  stimulu  haqqındakı  məlumatm  makrofaqlardan  T-helperlərə  ötürülmə­

sində qeyri-spesifik  siqnal kimi xüsusi  rol oynayır.  Yerli və sistem xarakterli 

iltihabın  formalaşmasında  İL-çox mühüm əhəmiyyət  kəsb edir,  leykositlərin 

iltihaba  uğramış  toxumaya  emiqrasiyasını  fəallaşdırır.  lL2-nin  əsas  produ- 

sienti T-helperlər,  təsir  hədəfi  isə  fəallaşmış 

T  

və  В  limfositlər  və  təbii  killer 



olmaqla,  T-limfositlərin  bölünməsini,  ixtisaslaşmasını  stimullaşdırır  və 

immunoqlobulinlərin sintezini sürətləndirir.



interferon  (İFN)

  -   əsasən  patogen  virusların  daxil  olduğu  və 

repreduksiya  olunduğu  somatik  və  immunokompetent  hüceyrələrdə  sintez 

olunan,  spesifik  humoral müdafiə amilidir.  İnterferonu ilk  dəfə Londondakı 

Milli  elmi-tədqiqat  tibb  institutunun  əməkdaşları  A.Ayzeks  və C.Lindeman 

(1957)  kəşf  etmişlər.  Bəzi  bakteriyalar,  mikroorqanimzlər, 

onların 

antigenləri,  göbələklər,  mikroplazmalar  və  fitohemaqqlyutinin  (FHA)  tipli 

qeyri-spesifik  stimulyatorlann  interferon  sintezinin  indikatoru  olması  da 

istisna  edilmir.  Interferon  spesifik  zülal  və  n-RN T  sintezinə  təsir  edir və  vi­

rusların  hüceyrə  daxilində  replikasiyasını  zəiflədir,  orqanizmin  toxu­

malarının  sağlam  (yoluxmamış)  hüceyrələrinin  viruslarla  yoluxmasının 

qarşısını  alır.  Onlar  virus  infeksiyalannın  başlanğıc  mərhələsində  sintez 

olunur,  hüceyrəarası  boşluğa  toplanır,  qonşu  hüceyrələrdə  virusların 

reproduksiyasına  ingibitor  təsiri  göstərir,  virusun  orqanizmdə  yayılmasını 

məhdudlaşdırır  və  ilkin  müdafiə  baryeri  yaradır.  İnsanın  hüceyrələrində 

virusun  təsirindən  sintez edilən  interferonlar  heyvanmkından  öz spesifikliyi­

nə  görə  tamamilə  fərqlənir  və  onunla  qeyri-identikdir.  İnterferonun  sintez 

olunduğu  hüceyrədən  və  onun  sintezini  induksiya  edən  amillərdən  asılı

291



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə