Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə125/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   121   122   123   124   125   126   127   128   ...   205

(çiçək, qmlca, poliomielit, anaerob infeksiyalar,  difteriya,  göy  öskürək,  qara 

yara,  vəba,  quduzluq,  kolibakterioz,  salmonellyoz,  taun,  bradzot,  infeksion 

enterotoksesiya,  anaerob  dezinteriya,  infeksion  sarılıq  və  s.)  vaksino- 

profilaktikası  (spesifik  peyvənd  vasitələri)  hazırlanmış  və  onların  qarşısı 

alınmışdır.  Sonralar  isə  immunologiyada  geniş  tətbiq  olunan  və  uğurlu 

nəticələrə  zəmin  yaradan  daha  mütərəqqi  və  sürətli  (ekspres)  üsullar- 

immunodiaqnostika  və  immunoterapiya-yaranmağa  başladı.  Lui  Pasterin 

zəiflədilmiş  (attenuasiya  olunmuş)  vaksinlər  hazırlamasına  istinad  edərək 

həm  digər  xəstəliklərə  qarşı  yeni'  vaksinlər,  həm  də  süni  antigenlər 

hazırlanmaqla,  hazırda  tibbidə  və  baytarlıq  təbabətində  onlardan  geniş 

istifadə  olunur.  Süni  antigenlərin  hazırlanması  ilə  onların  genetik  daşıyıcısı 

olan  determinantlann  immunogenliyini  artırmaq  mümkün  olmuş,  xəstəlik 

törədən  komponentlər  sıradan  çıxarılmış,  orqanizmin  immun  reaksiyala­

rının  fenotipik  korreksiyası  (zəif  cavab  verən  fərdlərin  reaksiyasının 

güclənməsi,  güclü  reaksiyanın  isə  zəifləməsi)  problemi  öz  müsbət  həllini 

tapmışdır.  Jmmunologiya  elminin  qarşısında  duran  və  öz  müsbət  həllini 

gözləyən  əsas  məsələlərdən  biri  də  ekoloji  amillərin,  xüsusilə  qlobal  iqlim 

anomaliyalannın,  teratogen,  mutagen  və  insanın  antropogen  təsirlərinin  və 

orqanizmin  davamlılığının  artırılma  yollarının  öyrənilməsidir.  Həmin  baş­

lıca prioritetlərə aşağıdakılar aiddir:

-   İnsan  və  heyvanlar  arasmda  müşahidə  edilən  yoluxucu  xəstəliklərin 

diaqnostikası,  müalicəsi və profilaktikasında tətbiq  olunan  bioloji preparat­

ların  (vaksinlər,  immun  serumlar,  antigenlər  və  s.)  istehsal  spektirinin 

diapozonunun daha da genişləndirilməsi;

-   Patogen  agentlərin  ətraf  mühit  amillərində  (torpaq,  su,  hava) 

indikasiya  və  identifikasiya  olunması  üçün  ekspres  immunoloji  üsul  və 

testlərdən geniş istifadə edilməsi;

-   İnsan,  heyvan  və  quşlann  qan  qruplarının,  qan  qrupu  sistemlərinin, 

biokimyəvi polimorfizmin,  toxuma antigenlərinin, müxtəlif növ, cins və xəttə 

mənsub olan fərdlərin genetik qohumluğunun öyrənilməsi.

İmmunologiyanın  müasir  üsul  və  testləri  vasitəsilə  hazırda  təbabət, 

baytarlıq  təbabəti,  patologiya,  fiziologiya,  biokimya,  endokrinologiya, 

onkologiya,  məhkəmə  ekspertizası,  enzimologiyanın  ən  aktual  problemləri 

geniş  və  hərtərəfli  surətdə  öyrənilir. 



Orqanizmin  genetik  sabitliyini 

(homeostazı)  tənzimləyən ən başlıca sistem məhz immun sistemi saydır.

İmmun sistem

 -  orqanizmi genetik cəhətdən yabançı  olan,  qeyri-adekvat 

amillərin  təsirindən  qoruyan  kompleks  immunoloji  reaksiyaları  həyata 

keçirən  hüceyrə,  toxuma  və  orqanların  məcmuundan  ibarət  olan  çox 

mürəkkəb bir sistemdir.  Bu sistem canlı-aləmin  bütün üzvlərini-makro fauna 

və flora növlərini patogen agentlərin  təsirindən  qoruyur,  onların  ətraf mühit 

amillərinin  təsirinə  adaptasiyasını  və  davamlılığım  təmin  edir,  məhv  olmuş 

hüceyrələri  eliminasiya  edir-uzaqlaşdırır,  yaman  keyfiyyətli  şişlərə  qarşı 

immunitet  yaradır.  İmmun  sistem  və  onun  mərkəzi  icraçı  sistemi  sayılan 

limfositlər  orqanizmin  kənar  antigenlərə  qarşı  spesifik  reaksiyasını  təmin 

edir.  Bu  sistem  orqanizmin  digər  sistemləri  kimi  sərbəst  xüsusiyyətə-sinir,

284



endokrin  tənziminə  malikdir.  Hazırda  alimlər  immun  sistemin  mahiyyətini 

aşağıdakı kimi təsəvvür edirlər:

Normal  köməkçi  T-hüceyrələri  öz  reseptorlan  vasitəsilə  orqanizmə 

parenteral yolla daxil olan kənar, yad cisimləri tanıyır.  Normal fəallaşmış  B- 

hüeeyrələri  dərhal  plazmatik  hüceyrələr  hasil  edir,  onlar  isə  antitellərin 

sintezinə  başlayır.  Beləliklə  də  orqanizmin  immun  sistemi  yad  cisimlərin- 

«düşmənin»  (virus  mikrob,  helmint,  zülallar  və  s.)  səthində  olan  reseptoru 

tanıyır,  T-və  B-hüceyrələri  daha  da  fəallaşdınr  və  onlan  yad  cisimlər  üçün 

əks  hücuma  hazırlayır,  nəticədə  həmin  cisimlər  tamamilə  neytrallaşır  və 

orqanizm  müdafiə  olunur.  İmmun  sistem  orqanizmin  digər  sistemlərindən 

(həzm,  tənəffüs,  sinir,  endokrin,  sidik-cinsiyyət  və  s.)  aşağıdakı  xarakterik 

xüsusiyyətləri ilə fərqlənir:

-   İmmun  sistem  diffuz  xarakter  daşıyaraq  bütün  orqanizmdə  intişar 

tapmışdır;

-  İmmün sistemin  bütün hüceyrə və komponentləri qan və limfa  dövram 

vasitəsilə mütəmadı olaraq dövr edir;

-   İmmun  sistem  orqanizmdə  mövcud  olan  bütün  limfoid  orqanları  və 

hüceyrələrinin məcmuundan ibarətdir;

-   İmmun  sistem  genetik  cəhətdən  orqanizm  üçün  yabançı  olan  bütün 

antigenlərə,  maddələrə,  komponentlərə  qarşı  həddindən  artıq,  yüksək 

həssaslığa, spesifikliyə və seçicilik xassəsinə malikdir.

-   İmmun  sistem-immunitetin  ən  aparıcı,  icraedici  tərkib  hissəsi  sayılan 

komponentimn-immunoqlobulinlərin sintezi prosesini həyata keçirir.

İmmunoloji  müdafiə  reaksiyalarının  məcmuundan  ibarət  olan  immuni­

tetin  müxtəlif növ  və  formaları  vardır.  Mənşəyinə  və  formalaşmasına  görə 

immuniteti 2 əsas növə-anadangəlmə və həyatda qazanılan-təsnif edirlər.



9.2.  Anadangelme  (növ,  irsi)  immunitet. 

Anadangəlmə  immunitet 

orqanizmin  hər  hansı  bir  patogen  agentə,  yaxud  antigenə  qarşı  qeyri- 

həssaslığmdan,  genetik  davamlılıq  qabiliyyətindən  ibarət  cavab  reaksiyası 

olub,  irsi  xarakter  daşıyır və  nəsildən  nəsilə  ötürülür.  İmmunitetin  bu növü 

orqanizmin  müdafiə  sisteminin  daha  mürəkkəb  və  təkmilləşmiş  forması 

sayılır  və  təkamül  baxımından  qədim  tarixə  malik  olmaqla,  sonralar  onun 

komponentlərinin  bazasında  qazanılmış  immun  sistem  formalaşır.  A nadan­

gəlmə  immunitetdə  immun  yaddaş  və  spesifiklik  xassəsi  yoxdur,  bu  zaman 

orqanizmin  hüceyrələri  müxtəlif antigen  molekulunu  deyil,  yalnız  yabançı 

molekullan  qəbul  edərək  onlara  qarşı  müvafiq  cavab  reaksiyası  verir. 

İmmunitetin  bu  növü  nisbi  xarakter  daşıyaraq  orqanizm  qeyri-adekvat, 

əlverişsiz  mühit  şəraitinə  düşdükdə  biruzə  verir.  Lui  Pasterin  apardığı 

eksperiment  bunu bir daha təsdiqləyir.  Belə ki,  toyuqlarda qarayaraya qarşı 

möhkəm  anadangəlmə  immunitet  mövcud  olduğuna  baxmayaraq, 

L.Paster 

onların ayaqlarım buzlu suda saxladıqdan sonra onları süni surətdə yoluxdura 

bilmişdir.

  Bir  qayda  olaraq,  bəzi  heyvan  növləri  digərlərinə  məxsus  olan 

xəstəliklərin  törədiciləri  ilə  yoluxmur.  Məsələn,  qaramal  cinsləri  qoyunların

285



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə