Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə126/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   122   123   124   125   126   127   128   129   ...   205

bradzot,  infeksion  enterotoksemiya, 

quzulann  anaerob  dezinteriya, 

blyutanq  (göy  dil)  və  s.,  qoyunlar  isə  qaramalın  paratuberkulyozlu  enterit, 

K u isitməsi,  emfızematoz karbunkul,  yaman şiş  və s. xəstəliklərinə tutulmur. 

Quşlar  isə  qeyd  olunan  xəstəliklərin  törədiciləri  ilə  heç  zaman  yoluxmur. 

İnsanlarda  heyvanlara  məxsus  olan  bəzi  yoluxucu  (pasterellyoz,  bradzot, 

infeksion  enterotoksesiya, emfızematoz  karbunkul,  yam an kataral  isitmə  və 

s.)  xəstəliklərə  qarşı  çox  güclü  genetik  davamlılıq  vardır.  Analoji  proses 

heyvanlarda  da  mövcud  olmaqla,  onlar  insanlara  məxsuş  olan 

epidemiya­

larla  fdifteriya,  sifilis,  qızılca,  sa  çrçəyi,  par ot it,  vəba,  CİÇS,  poliomielit, 

virusla  hepatithr  və  s.)

  qarşı  çox  davamlılıq  göstərir  və  yoluxmurlar. 

Anadangəlmə  immunitetin  amilləri  insan  və  heyvan  doğulan  kimi  onların 

orqanizmində  hazır formada  peyda  olur və  antigenə  qarşı  mübarizə  heç  bir 

hazırlıq görülmədən, dərhal  başlayır.

Anadangəlmə  immunitetin  qeyri-spesifik  müdafiə  amilləri

  fiziki  və 

fizioloji  baryerlərdən-maneələrdən,  iltihab  amilləri,  təbii  killerlərin  sitotok- 

siki  fəallığı  və  endositoz  prosesindən  ibarətdir.  Lakin  immunitetin  bu  növü 



qeyri-spesifik  və  yaddaşdan  məhrum  olduğuna

  görə  patogen  amillərə  qarşı 

immun  cavab  reaksiyası  yaranmır.  Fiziki  (mexaniki)  baryerlər  ixtisaslaş­

mamış  müdafiə  amilləri  olmaqla  patogen  agentlər  orqanizmə  daxil  olarkən 

onların  orqanizmin  daxili  mühitinə  (homeostaza)  keçməsinin  qarşısını  alır. 

Məsələn,  dəri  örtüyü  sıx  epidermis  hüceyrələrinə  malik  olduğu  üçün 

anatomik  baryer  yaradaraq  patogenlərin  orqanizmin  qan  və  limfa 

dövranına  keçməsinə  imkan  vermir,  yalnız  müstəsna  hal  kimi  çox  cüzi 

miqdarda  antigenlər  maye  mühitinə  keçə  bilir.  Orqanizmin  örtük  sistemi 

olan  dəri  toxuması  həm  də  tənəffüs,  hərarətin  tənzimlənməsi,  sekretor, 

ifrazat,  reseptorlar  vasitəsilə  qıcıqlan  qəbul  etmə  və  ötürmə  funksiyalannı 

yerinə  yetirməklə  bərabər,  həmçinin  onun  səthindəki  tər  və  piy  vəzilərinin 

ifraz  etdiyi  süd  və  yağ  turşuları  turş  mühit  yaratmaqla  bakteriosid  və 

bakteriostatik  təsir  göstərir,  orqanizmi  yoluxmadan  xilas  edir.  Orqanizmin 

selikli  qişaları  (mədə-bağırsaq  sistemində),  kırpikli  epitelilər  (tənəffüs 

yollannda),  göz  yaşı  və  ağız  suyu  vəziləri  (dilaltı,  çənəaltı  və  qulaqdibi)  də 

patogen  mikroorqanizmlənn  maye  mühitinə  keçməsinin  qarşısının  alın­

masında  çox  böyük  rol  oynayır.  Dəri,  həzm  və  tənəffüs  sisteminin  normal 

mikroflorası  də  patogen  mikroorqanizmlərlə  ciddi  mübarizə  aparır,  onlann 

çoxalmasının  qarşısını  alır.  Onurğasızlarda  xarici  skelet  (mərcan  polipləri, 

buğumayaqlılar),  xitin  qatı  (həşəratlar),  selik  (həlqəvi  qurdlar,  bağırsaq- 

boşluqlar),  sərtləşmiş-əhəngləşmiş  çanaq  (molyuskalar)  fiziki  baryer 

funksiyasını  yerinə  yetirərək,  onları  mikroorqanizmlərlə  yoluxmadan 

qoruyur  və  mühafizə  edici  rol  oynayır. 



Fizioloji  baryerlərə

  (qeyri-spesifik 

humoral  amillər) lizosim  fermenti,  interferonlar,  komplement  sistemi,  mədə 

şirəsinin  turşuluğu  (p H = l,5-2,0),  bədən  temperaturu,  transferrin,  sekretor 

immunoqlobulinlər  və  s.  aiddir.  Onlar  orqanizmin  bütün  toxumalarında  və 

qanda  olmaqla  antimikrob  təsirə  malikdir,  həm  də  immun  sistemin  digər 

amillərini fəallaşdırır.

286



9.3. 

Qazanılmış  immunitet.  Qazanılmış  immunitet  orqanizmin  həyat 

fəaliyyəti  prosesində  patogen  mikroorqamzmlər  və  müxtəlif  antigenlərlə 

qarşılıqlı  əlaqəsindən sonra  yaranmaqla,  başlıca  olaraq  limfositlərin  iki  əsas 

populyasiyalan  -   В  və  T  -   limfositləri  tərəfindən  həyata  keçirilir  və  irsi 

xarakter daşımır.  Həmin  hüceyrələr immunoloji reaksiyalara spesifikliyə və 

yaddaşa  malik  olmaları  ilə  xarakterlənir.  В  -   limfositləri  humoral,  T- 

limfositləri  isə  hüceyrə  immunitetinin  formalaşmasında  iştirak  edir. 

İmmunitetin  bu  növü 

tabii

  və 


süni

  qazanılmış  immunitetə  bölünür. 



Tabii 

qazanılmış  immunitetin  özü  də 



faal

  və 


qeyri~faal

  növlərə  ayrılır.  Orqanizm 

hər  hansı  bir  yoluxucu  xəstəliyi  keçirdikdən  sonra  yaranan  immunitet 

faal 

immunitet

 adlanır.  Məsələn, insan,  heyvan və quşlar çiçək virusu ilə yoluxub 

sağaldıqdan  sonra  onlarda  ömürlük  immunitet  yaranır.  İnsanlar  qızılca, 

taun, su çiçəyi ilə yoluxduqdan sonra analoji hal baş verir.  Fəal immunitetin 

gərginliyi  möhkəm  və  davamlı  olur,  lakin  immun  cavab  reaksiyası  tədricən 

formalaşır.



Qeyri-faal (transplasentar)

  immunitet  embrional  inkişaf prosesi zamanı 

balaətrafı pərdə  (ətənə  - plasenta) vasitəsilə  anadan balaya  ötürülür və  onun 

formalaşmasında  orqanizm  bilavasitə  iştirak  etmir  və  gərginliyi  qısa 

müddətli  (6-8  ay)  olur.  Postembrional  dövrdə  ananın  ağız  südü  (7-10  gün 

ərzində)  vasitəsilə  onun  tərkibindəki  immunoqlobulinlər  balaya  verilir  və 

onun  həyatının  ilk  dövrlərində  orqanizmin  patogen  agentlərdən  qorun­

masında  müstəsna  rol  oynayır.  K örpə  uşaq  və  heyvanlar  ağız  südündən  ilk 

10 günlükdə məhrum olduğu təqdirdə onların orqanizmi yoluxucu agentlərlə 

mübarizə apara bilmir və tez-tez xəstəliklərə məruz qahr.

1. 

Süni  qazanılmış  immunitet.  Yoluxucu  xəstəliklərə  qarşı  hazırlanmış 



bioloji preparat  olan vaksin və hiperimm un serumlar (zərdablar) orqanizmə 

parenteral yollarla tətbiq  olunduqda yaranan immunitetdir.  Onun d a 



faal va 

qeyri

 -  


faal

 növləri  mövcuddur. 



Faal süni qazamlmış immunitet-

 attenuasiya 

olunmuş, 

öldürülmüş, 

inaktivləşdirilmiş 

və 


zəiflədilmiş 

peyvənd 


materialmın-vaksinlərin  orqanizmdə  yaratdığı  immunitetdən  ibarətdir.  Bu 

zaman  peyvənd  olunmuş  orqanizmdə  çox  güclü  immunobioloji  reaksiyalar 

baş  verir,  anticisimlər  sintez  olunur,  Th  və  Ts-limfositlər  həddindən  artıq 

fəallaşır. 



Qeyri faal  süni  qazanılmış

  immunqitet  orqanizmə  hazır  spesifik 

immum  serum  (antitellər)  inyeksiya  edildikdən  sonra  yaranır  və  gərginliyi 

nisbətən  qısa  (15-20  gün)  olur,  immunitetin  qısa  müddətli  olmasının  başlıca 

səbəbi  orqanizmdə  həmin  antitellərin  müəyyən  hissəsinin  parçalanması  və 

ondan  xaric  olunmasıdır.  Bu  cür  immunizasiya  əsasən  botulizm,  dovşancıq 

(tetanus),  difteriya,  quduzluq,  infeksion  sarılıq  (leptospiroz),  bradzot,  infek- 

sion  enterotoksesiya,  quzuların  anaerob  dezinteriyası,  insanın  А,В  hepa- 

titləri və s.  zamanı tətbiq  olunur. 

İmmunitet

 yönəldiyi mikroorqanizmlərdən 

asılı  olaraq 

antibakterial,  antivirus,  antimikoz,  antiparazitar,  antihelmint, 

antitoksik,  transplantasiya  va  şiş  aleyhina  immunitet  formalarına

 

təsnif 



olunur.  İmmunitetin 

steril

 və 


qeyri-steril

 formaları da  ayırd  edilir.  Steril im­

munitet zamanı patogen agentlər  orqanizmdən  tamamilə elıminasiya  (xaric)

287



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə