Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə137/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   133   134   135   136   137   138   139   140   ...   205

şüşə,  qum   hissəcikləri,  toz  və  s.)  olduğu  zaman  neytrofülər  və  makrofaqlar 

onlan  da  faqositoz  üçün  hazırlamaq  məqsədilə  xüsusi  molekullar-hü- 

ceyrələrarası m atriksin komponentlərim ifraz etməklə həmin cansız cisimləri 

udulmasmı  çox  asanlaşdırır.  Faqositarlar  həmçinin  yabançı  hissəcikləri  də 

udmaq  xassəsinə  malikdir.  H ədəf  obyekti  (mikroorqanizmlər  va  yabançı 

cisimlər) ilə faqositarlann arasında yaranan kontakt faqositarlan fəallaşdırır 

(reseptorlarla  birləşən  Ç-zülalı  dissosiasiya  olunaraq  fosfolipaza  C-ni 

fəallaşdırır,  fosfoinozitidləri  diasilqliserinə  və  inozitol-3-fosfata  parçalanır. 

Sintez  olunan  maddələrin  birincisi  proteinkinoza  C-ni  fəallaşdırır,)  sonun­

cusu  isə  C a2+  ionlarının  hüceyrədaxili  depodan  mobilizasiyasım  sürət­

ləndirir.  Hüceyrə  m em branm a  doğru  hərəkət  edən  proteinkinaza  C  tirozin 

və  serin  qalıqlarındakı  bəzi  zülallarm  funksional  fəallığına  təsir  edərək  onu 

dəyişdirildiyindən  metobolizm  prosesinin  həm  xüsusiyyətləri,  həm  də 

istiqaməti  ciddi  dəyişikliyə  məruz  qalır.  Bu  zaman  Ca2+  ionlarından 

proteinkinaza  C  və  bəzi  fermentlərin  fəallaşması  üçün  istifadə  olunur. 

Nəticədə  serin  estraza  fəallaşır,  C a2+,  K +,  N a+  ionlannm  hüceyrədaxilinə 

keçməsi  stimullaşır,  hüceyrələrin  səthindəki  mənfi  elektrik  yükləri  azalır, 

nəticədə  faqositarlann  sitoskeletinin  vəziyyəti  və  sitoplazmanm  fiziki- 

kimyəvi xassələri müsbət istiqamətli dəyişikliyə məruz qalır; kiçik molekullu 

Ç-aktin  polimerləşərək  F-aktinə  çevrilir,  sapşəkilli  psevdopodilər  hədəfə 

tərəf uzanaraq ona  yaxınlaşır,  aktin fillərinin yığılması və hüceyrənin kolloid 

sisteminin  gel-zol  halına  keçməsi  nəticəsində  faqositann  membram  hədəf 

obyektini  əhatə  edir,  psevdopodilərin  membram  hər  iki  tərəfdən  bir-biri  ilə 

qovuşur,  obyekt  vezikula  formasında udulur  və vezikula  faqosoma  adlanır. 

F aqositarlann  daxilində  olan  faqosomun  lizosomlarla  qovuşmasından 

faqolizosom

  adlanan  qranula  əmələ  gəlir.  Neytrofıllərdə  bu  proses  cəmi  30 

saniyə  çəkərək  spesifik  (ikincili),  1-3  dəqiqədən  sonra  isə  azurofil  (birincili) 

qranulalar  birləşir.  Membranm  doymamış  yağ  turşulannm   reduksiya 

olunmuş  oksigenlə  oksidləşməsi  nəticəsində  peroksidlərin  yaranması  və 

• lokal  turşulaşm a  faqolizosom  prosesini  sürətləndirərək  onu  çox fəallaşdınr. 

Udulmuş  hüceyrələrin  və  yad  cisimlərin  məhv  olunması  və  parçalanması 

üçün  olduqca əlverişli şərait vardır.



Faqositoz zamanı hüceyrənin killinqi.

  Faqositoz  prosesinə  məruz qalmış 

mikroorqanizmlərin faqolizosomlarda məhv  edilməsi 

kiUinq

 adlanır.  Killinq 

və  parçalanma  prosesinin  yaranmasında  aşağıdakı  əsas  mexanizmlər  iştirak 

edir:


-  

«Oksigen partlayışı»

 zamanı yaranan sərbəst  bakteriosid  O

2

-,  O


2

, OH 


*,  OC1, Cl% OJ-,  H

2

O



2

 və s.  radikalları;

-  NO-sintazamn sintez etdiyi bakteriosid xassəli  NO;

-  M ühitin (pH)turş reaksiyaya malik olması;

-  Bioloji aktiv birləşmələrin fəaliyyəti və fermentativ hidroliz prosesi.

«Oksigen  partlayışı»  zamam  yaranan  bakteriosid  maddələr  arasında

oksigenin  hallogenli  bərləşmələri  (OCh,  OJ-)  daha  yüksək  fəallığa  malik 

olmaqla,  onlar  bakteriyalarla  yanaşı,  mikoplazma  və  göbələklərə,  eləcə  də 

şiş  hüceyrələrinə  güclü  toksiki  təsir  göstərir.  Neytrofil  və  monositlərdən

311



fərqli  olaraq,  yerli  makrofaqlar  həmin  oksigen  asılı  mexanizmdən  istifadə 

etmək  qabiliyyətinə  malik  deyildir  (onlarda  əsas  bakteriosid  təsiri  H

2

O



göstərir).  Faqolizosomlarda  mikroorqanizmlərin  hüceyrə  m em bram m  

zədələyərək  onlann  lizisini  təmin  edən  kiçik  və  yüksək  molekullu  k atio n  

zülallanndan  ibarət 

xüsusi  birləşmələr

  -  


dezefinlər

  (BP-1  zülalı,  arginaza, 

katepsin  Ç)  vardır.  Turş  mühit  mikroorqanizmlərin  çoxalma  prosesini 

ləngidir,  pH-4-4,5  olduqda  isə  onlann  hüceyrəsinə  qida  maddələri  çox 

çətinliklə  daxil  olur,  əksər  hallarda  isə  tamamilə  daxil  ola  bilmir  və  o n lar 

məhv  olur.  Turş  mühit  həm  də  faqolizosomlarda  olan  çoxlu  sayda 

bakteriolitik  fermentlərm fəallaşması üçün  olduqca əlverişli (optimal) m ühit 

yaradır.  Lipazalann,  proteazalann,  nukleazalann  və  karbhidrolann  təsiri 

nəticəsində  mikroorqanizmlərin  biopolimerləri  monomerlərə  qədər  hidroliz 

olunur.  Mikroorqanizmlərin  parçalanması  nəticəsində  yaranan  məhsullar 

faqositoz  prosesi  yekunlaşdıqdan  sonra  deqranulyasiyaya  bənzər  prosesə 

məruz  qalaraq  hüceyrədən  xaric  olunur.  Faqositar  hüceyrələrin  immun 

sistemin  formalaşmasındakı  başlıca  funksiyalarından  biri  də  onlann 

sekretor fəaliyyətidir.  Sekretor funksiya

  bütün  faqositar  hüceyrələrə,  əsasən 

isə  onlann  fəallaşmış  formalarına  məxsus  olub,  2  formada  -   sitoplazmatik 

qranullann  deqranulyasiyası  və  ifraz  olunan  maddələrin  yenidən  sintezi- 

icra edilir,  monosit və makrofaqlar üçün ikinci forma daha səciyyəvi  sayılır. 

M akrofaqlarm  həm  spontan  (qeyri-fəal),  həm  də  fəallaşmış  form alan 

tərəfindən çoxlu sayda maddələr (sekretlər) ifraz olunur.

Qanm  laxtalanma  faktorlan  V,  VII,  IX,  X   və  protrom laza  , 

komplement  sisteminin  komponentləri  (C1-C9,  B,  D ,  H,  J  və  properdin), 

matriks  zülallan  (trombospondin,  fibronoktin),  araxidon  turşusunun 

metabolitləri  (tromboksan,  leykotrien  B,C),  lizosim,  heparin,  xondrio- 

tinsulfatlar  və  s.  spontan  ifraz  olunan  məhsullara  aiddir.  Fəallaşmış 

makrofaqlarm  ifraz  etdiyi  xüsusi  məhsullar-«oksigen  partlayışı»  məhsulları 

(O-


2

,  H


2

O

2



,  OH),  neytral  proteinazalar  (serin,  aspartat  proteazalan) 

hüceyrəxarici  bakteriolizi  və  sitolizi  təmin  edən  əsas  amil  sayılır.  Fəal 

makrofaqlarm  bəzi  ifrazat  məhsulları  (sitokinlər,  leykotrienlər,  hormonal 

peptidlər,  prostaqlandinlər)  immunoloji  reaksiyalann  formalaşması  və 

tənzimlənməsində  çox  mühim  rol  oynayır.  M akrofaqlarm  ifraz  etdiyi 

müxtəlif proteaza ingibitorlan  (o-antitripsin,  a-2  -  makroqlobulin,  plazmin 

ingibitoru,  komplement  sisteminin  H   və  I  faktorlan)  iltihabi  proseslərin 

tənzimlənməsində  mühüm  rol  oynayır.  Neytrofillərin  ifraz  etdiyi  əsas 

məhsullardan  sayılan  araxidon  turşusunun  parçalanma  məhsulları  -  

eykozanoidlər

  (leykotrien  p4,  C4,  5-ÇETE,  tromboksan  A2,  PÇE2)  və 

«oksigen partlayışı» məhsullan  da bakteriosid xassəyə malikdir.  Göründüyü 

kimi,  faqositar  hüceyrələrin  sekretor  funksiyaları  immun  sistemin 

formalaşmasında  çox  böyük  əhəmiyyətə  malik  olmaqla,  monositlərin  və 

makrofaqlarm  fəallaşması  prosesində  yaranır.  Sekretor  funksiya  həmin 

hüceyrələrin  bakteriosid  və sitotioksiki  fəallığının  həyata  keçirilməsi zamanı 

xüsusi əhəmiyyətə malikdir.



312


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə