Faqositarlar həmçinin killer fəallığma d a malik olub, bəzi şiş hücey
rələrini məhv edir.
Təbii killer (T K ) hüceyrələri-təbii killerlər -
orqanİ
2
m in
bütün orqan və toxumalarında mövcud olmaqla, qanın tərkibindəki limfo-
sitlərin 10-15%-ni təşkil edir, ölçülərinə görə adi limfositlərdən təxminən iki
dəfə böyükdürlər (12-15 mkm), sitoplazmasının nüvəyə olan nisbəti xeyli
yüksəkdir, sitoplazm alan azurofıl qranullarla çox zəngindir, xüsusi çəkilə
rinə görə isə xeyli yüngüldürlər. Təbii killerlər başqa hüceyrələrdən
quruluşca çox fərqləndiyinə görə bu quruluş forması böyük qranulositar
limfyosit (BQL) adlanır və onlarrn fəal forması sayılır. Onlar sitoksiki və
humoral funksiyalara malikdir. Sitoksiki fəallıq viruslarla yoluxmuş və
transformasiya olunmuş hüceyrələrin tapılıb məhv edilməsindən ibarətdir.
Humoral funksiya isə əsasən təbii killerlər üçün səciyyəvi sayılmaqla, onlar
xeyli sitokinlər ifraz edərək immunokompetent hücyerələrin böyümə və
inkişafım tənzimləyir. Təbii killerlərin sitotoksiki fəallığının çox yüksəlməsi
nəticəsində onlar limfokinlərlə aktivləşdirilmiş killerlərə (LAK) və K-killer
hüceyrələrinə çevrilir. İmmun sistemin köməkçi hüceyrələr qrupuna məxsus
olan bir qrup hüceyrələrin də immunobioloji reaksiyaların yaranma
mexanizmində və formalaşmasında, eləcə də orqanizmin genetik sabitliyini
təmin edən daxili mühitin (homeostazm) stabil saxlanmasmda olduqca
böyük rolu vardır. Həmin köməkçi qrupun hüceyrələrinə hərəkətli
bazofilhr,
hərəkətsiz (rezident)
nəhəng hüceyrələr-mastositlər
(bunların hər ikisi öz
başlanğıcım sümük iliyində eyni sələf hüceyrələrdən götürür) aiddir
(şəkil
46).
Bazofillərin miqdarı qanın digər hüceyrələrinə nisbətən çox az olur
(0,2%). Bazofıllərrin səthində olan yüksək (FceRI) və aşağı (FccRII)
affinlikli IqE reseptorları qranulositlərin metobolik məhsullarının hüceyrə-*
dən xaric olunması mexanizmini icra edir və onu işə salır. Bu zamani ifraz
olunmuş maddələr, xüsusilə bistamin iltihab prosesində güclü mediator
funksiyasım yerinə yetirir. Deqranulyasiya prosesi başa çatan kimi bazofillər
dərhal məhv olur. Bazofıllərdən fərqli olaraq
mastositlərə
qanda təsadüf
olunmur. O nlann iki növü-selikli qişa və birləşdirici toxuma mastositləri
mövcuddur. O nlar seroz qişalarda, tənəffüs, sidik-cinsiyyət (urogenital),
mədə-bağırsaq sistemlərinin epiteli və selikaltı təbəqələrində, dalaqda
lakolizasiya olunur. Mastositlər də T-limfositləri kimi IL-4,5,10,12, QM-
K SF və a - ŞNF sintez edirlər.
Eozinofillər
qanın leykositlərinin 2,5%-ni təşkil etməklə, 3 seqmentli
nüvəyə malik hüceyrələrdən ibarətdir. O nlar qranulositlərin populyasi-
yasından biridir, eozin boyası ilə yaxşı boyandığı üçün eozinofillər adlanır.
Başqa qranulositlər kimi eozinofillər də sümük iliyinin ümumi mieloid sələf
hüceyrələrindən əmələ gəlir, 30 dəqiqədən sonra qan dövranım tamamilə
tərk edir və toxum alara keçərək 24 gün fəaliyyət göstərir.
Trombositlər (qan lövhəcikləri
) - sümük iliyinin ümumi qanyaradıcı
kötük hüceyrələrində yaranmaqla əsasən qam n laxtalanmasında, o cümlədən
immun sistemin formalaşmasında və immunoloji reaksiyalarda iştirak edir.
Onlar bir neçə ardıcıl inkişaf mərhələlərini keçərək əvvəlcə meqakariositlərə,
sonra isə formalaşmış trombositlərə çevrilir və 30%-ə qədəri dalaqda, qalan
313
hissəsi isə başqa toxum alarda toplanır. Trombositlərin səthində yerləşən
xüsusi reseptorlar (TAF, Fc, FcÖRII, FceRII və s.) onları aktivləşdirməklə
qanın laxtalanmasmda və iltihab prosesində iştirakını təmin edirlər.
Nəticədə kapilyarların keçiricilik qabiliyyəti yüksəlir, komplement sistemi
fəallaşır və iltihabi prosesə məruz qalan toxumaya leykositlərin miqrasiyası
güclənməyə başlayır.
Eritrosithrin
də immunokompotent sistemdə xüsusi rol oynaması son
zamanlar eksperimental olaraq sübut edilmişdir. Müəyyən' edilmişdir ki,
onlann səthindəki xüsusi reseptorlarm vasitəsilə qan dövranına daxil olan
immun komplekslərini tutub qaraciyərə gətirərək K uper hüceyrələrinə təhvil
verir. Həmin hüceyrələr immun kompleksləri faqositoza uğradaraq qam
onlardan təmizləyir. Bu funksiyaların bir sıra autoimmun və xroniki gedişli
yoluxucu xəstəliklər zamanı mühüm əhəmiyyəti vardır. Eritrositlər orqaniz
min genetik sabitliyinin saxlanmasında və gələcək nəsillərə verilməsində də
xüsusi roJ oynayır.
ij.
. — • O IH ıo .» -» .
Şəkil 46. Qranulositləri fərqləndirən sxəmatik quruluş (Z.Məmmədov,
R.Axunqov, 2010).
Stromal hüceyrələr
də immunoloji reaksiyalarda və immunokompotent
sistemin hüceyrələrinin formalaşmasında və inkişafında mühüm rola
malikdir. Onlara
fibroblastlar, endotelial hüceyrələr
-
endoteliositlər
və s. aid
olmaqla, əsas funksiyası leykositlərin qan dövranından toxumalara
314