Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə146/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   142   143   144   145   146   147   148   149   ...   205

Brusellyoz-

 zamanı  immunoloji  tolerantlıq  onunla  səciyyələnir ki,  xəstə 

inəklərin  buzovları  həm  bu  xəstəliyə  qarşı  tamamilə  sağlam  olur,  onların 

qan zərdabında  brusellalara  qarşı  antitel sintez  olunmur,  yaxud  onların  titri 

olduqca  cüzi  olur.  Sayduldinin məlumatına  əsasən  (1971)  35  baş xəstə  inək­

lərin  buzovlarında  müayinə  zamanı  tamam  və  natam am   brusella  antitelləri 

müşahidə  edilməmişdir.  Cavan  qara  mallarda  brusellyoz  vaksinlərinə  qarşı 

immun  cavab  reaksiyası  yaşlı  heyvanlara  nisbətən  daha  tez  yaranır. 

M.M .İvanova  görə  (1963)  laktasiya  dövründə  olan  və  brusellyoza  qarşı 

müsbət  reaksiya  verən  (brusellalar  ayrılan)  inəklərin  30%-i  areaktiv  olmuş­

dur,  yəni  onların  qan  zərdabı  və südündə brusella  antitelləri  müşahidə  olun­

mayaraq  seroloji  müayinənin  nəticəsi  mənfi  olmuşdur.  Bu  onu  göstərir  ki, 

müəyyən  dövrlərdə  seroloji  reaksiyalarla  xəstə  heyvanları  aşkar  etmək 

mümkün olmur.



Dovşancığa

  görə  müayinə  olunan  2000  torpaq  nümunəsinin  müayinəsi 

zamanı onların  27%-də, həmçinin xəstə heyvanların və insanın kalında  onun 

törədicisinin  tapılmasına  baxmayaraq  normada  onların  qanında  anatoksin 

müşahidə  olunmur  (insan,  at,  it,  donuz),  yaxud  olduqca  aşağı  titirdə təsadüf 

edilir  (iri  və  xırda  buynuzlu  heyvanlar).  Batsildaşıyıcı  heyvanlarda 

antitoksinin  müşahidə  edilməməsi  dovşancıq  zamanı  yaranan  hüceyrə 

immuniteti ilə əlaqədardır.



Donuzların  taun

  virusu  ilə  yoluxmuş  donuzlarda  boğazlıq  dövründə  və 

vaksinasiyadan  sonra  immunoloji  tolerantlıq  müşahidə  edilir,  spontan 

(təbii)  taun  zamanı,  yaxud  vaksinasiyadan  sonra  doğulan  çoşkalarda 

virusemiya  baş  verir  və  onlarda  immunoloji  tolerantlıq  müşahidə  olunur. 

ABŞ  və  K anadada  bu  cür  vinısdaşıyıcı  donuzlar  sağlamlaşdmlmış 

təsərrüfatlarda çox  böyük erizootiya törətmişdir.

Leptospiroz

  -   zamanı  da heyvanlarda  immunoloji  tolerantlıq  müşahidə 

olunur.  S.U.Lyubaşenkonun  məlumatına  görə  (1974)  müayinə  zamanı 

sidiyində  leptospiralar tapılan  donuzların  30%-i  seroneqativ olmuşdur (qan 

zərdabında 

antitel 


olmur). 

Leptospiroza 

görə 

qeyri-sağlam 



olan 

təsərrüfatlarda leptospira daşıyıcısı və qan zərdabında antitelin titri  çox cüzi 

olan  donuzların  sayı  35,2%  təşkil  etmişdir  (V.T.Kotov,  1974).  E.A. 

Kiryonov  (1982)  qeyd  edir  ki,  epizootiya  ocaqlan  üçün  immunoloji 

tolerantlıq qanunauğyun proses hesab edilməlidir.

Heyvanların  infeksion  balasalmaları  (abortlar)

  -   spesifik  xarakter 

daşımaqla  infeksiya  mənşəli  patologiya  sayılır.  Onlara  bakterial  və  virus 

etiologiyalı infeksion abortlar,  qaramal və qoyunların brusellyozu, qoyun və 

atların  paratifoz  balasalma,  qoyunların  vibrioz,  donuzların  leptospiroz, 

madyanların  viruslu  abort  (rinopnevmopiya),  qoyunların viruslu abort və s. 

xəstəliklər aiddir.  Bu xəstəliklərin hamısı infeksiyanın ən xarakterik nozoloji 

forması  sayılır  və  boğazlığın  2-ci,  yaxud  sonuncu  dövründə  balasalma  baş 

verir.  Məsələn,  briısellyozla xəstə qoyunlarda  boğazlığın 4-5-ci,  inəklərdə isə 

-   5-8-ci  aylarda,  qoyunların  vibriozu  zamanı  2-ci  yarısında,  donuzların 

leptospirozunda  -   sonuncu  mərhələsində  balasalma  olur.  Paratifozlu 

(salmonellyozlu  və  viruslu)  abort  zamanı  boğaz  madyanlarda  8-11-ci



330


aylarda,  qoyunlarda  isə  boğazlığın  2-ci  yarısında  balasalma  baş  verir. 

Bunlar  onunla  izah  edilir  ki,  qeyd  edilən  heyvan  növlərinin  embrionunun 

inkişafın  ilk  dövrlərində  onlarda  limfoid  immun  sistemi  formalaşmadığına, 

yetişmədiyinə  görə,  embrionun  orqanizminə  daxil  olan  patogen  agentləri  o, 

«özününkü»  kimi  qəbul  edir.  Sonralar  isə  onlarda  limfoid  immun  sistemi 

formalaşdığından  onlar  orqanizminə  daxil  olan  patogen  agentlərin yabançı, 

tamamilə  «yad»  olduğunu  tanıyır  və  imtina  edir.  Balasalmış  heyvanlar 

müəyyən  müddət  seroloji  areaktivlik  göstərirlər.  Belə  ki,  brusellyoz zamanı 

seroloji  areaktivlik  inəklərdə  8-15,  qoyunlarda  isə  -   12-25  gün  davam  edir. 

Salmonellyozlu  abort  zamanı  həmin  hal  qoyunlarda-6-12,  madyanlarda  isə 

8-30  gün  təşkil  edir.  Brusellyoz  (inək  və  qoyunlar),  salmonellyoz  (madyan­

lar, qoyunlar), viruslu infeksiya (madyan və qoyunlar) keçirmiş heyvanlarda 

bir  qayda  olaraq,  həmin  xəstəliklərə  qarşı  immunitet  yarandığından  so­

nuncu  boğazlıqlarda  abort  müşahidə  olunmur  və  normal  balalar  doğulur. 

İnfeksion 

balasalmalar  zamanı  immunoloji  tolerantlığın  çox  saylı 

problemləri  hələ  də  ətraflı  öyrənilməyib  və  yaxm  gələcəkdə  özünün  müsbət 

həllini gözləyir.

331



İRSİYYƏT YÖNÜMLÜ  (MEYİLLİ)

XƏSTƏLİKLƏR

«Xəstəlikhı  materiyanın canlı aləmini- 

insan



heyvan və bitkiləri ömrü boyu müşayət 

edir  və neqativ fəsadlarla nəticələnir»

(Məşhur Slovakiya  alimi  Vladimir 

Betina,  1976)

10.1.  Ümumi anlayışlar

İnsanlarda  genetik  qan  xəstəlikləri  hələ  antik  dövrlərdə  müşahidə 

edilmişdir.  Hazırda  uşaqlar  arasında  ən  geniş  yayılan  genetik  qan  xəstəliyi 

hemofliya  və  talessemiyadır. 



Hemofliya

-irsi  qan  xəstəliyi  olmaqla,  əsasən 

oğlanlarda  müşahidə olunur.  Xəstəlik  insan  qanının  laxtalanma  sistemi  olan 

VIII  və  IX-laxtalanma  amillərinin  çatışmaması  nəticəsində  yaranan  irsi  qan 

xəstəliyidir.  Onun  əsas  daşıyıcısının  qadınlar  olmasına  baxmayaraq,  onlar 

xəstələnmir,  lakin  onların  oğlan  uşaqları  bu  xəstəliyə  məruz  qalır.  Bu 

xəstəlik  qanın  laxtalanma  surətinin  çox  zəif olması,  xəstədə  tez-tez daxili  və 

xarici  qanaxmaların  baş  verməsi,  oynaqların  kəskin  hemoartrozu.  qansızma 

nəticəsində  ətraflarda  irinli  yaraların  əmələ  gəlməsi,  əlillik  və  s.  ilə  müşayət 

olunur.  Azərbaycanda  1500 nəfərə qədər qeydiyyatda  olan  hemofliyalı oğlan 

uşağı  vardır.  Onların  50-55%-ni  məktəbəqədər  və məktəb yaşlı uşaqlar  təşkil 

edir.  Bu  xəstəliyə  çar  xəstəliyi  də deyilir.  Avropa  kralları  bir-biri  ilə  qohum 

nigahlar  bağladığından  bu  xəstəlik  bütün  Avropa  sülalələrinə  öz  təsirini 

göstərmiş  və  onların  arasında  tarixdə  ilk  dəfə  olaraq  İngiltərədə  kraliça 

Viktoriyanın  Leopold  adlı  oğlunda  müşahidə  olunmuşdur.  O.  yalnız  xüsusi 

əlil  arabası  ilə  hərəkət  edirmiş.  Sonuncu  Rusiya  çarı  II-Nikolayın  oğlu 

şahzadə  Aleksey  də  hemofiliya  xəstəliyinə  düçar  olduğundan  ayağını 

tamamilə  aça  bilmədiyinə  görə  ömrünün  sonunadək  əzab-əziyyət  çəkmiş  və 

sarsıntı keçirmişdir (şəkil  5 1,52.53  ).

332



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə