Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil


  Antigenlər, antitellər (immunoqlobulinlər) və onların



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə143/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   139   140   141   142   143   144   145   146   ...   205

9.8.  Antigenlər, antitellər (immunoqlobulinlər) və onların 

genetik aspektləri

9.8.1. 

Antigenlər.

  Antigen (yunanca-«anti»-əksinə, «genes»-növ)  term ini 

ilk  dəfə  1899-cu  ildə  elmə  daxil  edilmişdir.  Genetik  cəhətdən  antigen  o r­

qanizmə  yad,  kənar  olan  informasiyaları  daşıyan  və  spesifik  im munoloji 

reaksiyalar,  xüsusilə  hüceyrə  immuniteti  yaradan  maddə  hesab  olunur. 

A.E.Versiqora  (1975)  və  E.N.Şlyakov  (1977)  antigenləri  immunoloji  reak­

siyalar  kompleksi-antitel  sintezi,  hücyerə  hi per həssaslığı  və  immunoloji 

yaddaş  yaradan  xüsusi  spesifik  maddələrdir.  Antigen müvafiq  heyvan  növü 

üçün  mütləq  yabançı,  kənar,  «özününkü»  olmayan  maddə  olmalıdır,  əks 

təqdirdə  ona  qarşı  antitel  sintez  olunmur. Antigenlər 2  qrupa -  tamqiymətli 

(tamam)  və  tamqiymətli  olmayan  (natamam),  yaxud  qaptenlərə-bölünür. 

Tamam  antigenlər

  -həm  canlı  orqanizmdə  (in  vivo),  həm  də sınaq  şüşəsində 

(in  vitro)  antitel  sintezi  yaradan  antigenlərdir. 

Natamam antigenlər

  isə-canlı 

orqanizmdə deyil,  yalnız smaq  şüşəsində antitellərlə müvafiq  reaksiya əmələ 

gətirir.  Antigenin  əsas  mahiyyəti  onun  immunogenliymdən-orqanizmin 

immun  cavabımn  hazırlanmasından  (homoloji  antigenin  əmələ  gəlməsi  və 

limfoid  hüceyrələrin  sensibilizasiyası)  ibarətdir.  Güclü  (heyvanlar,  bitkilər, 

m ikrob  zülalları,  toksinlər)  və  zəif  (jelatin,  hemoqlobin,  insulin,  əksər 

 polisaxaridlər)  antigenlik  səviyyəsi  mövcuddur.  Antigenliyin  müəyyən  edil- 



ttıəsi üçün 5 əsas param etr nəzərə alınmalıdır.

1.  Antigenin 'orqanizm üçün yabançı-yad olması.

2.  Orqanizm tərəfindən assimilyasiya olunmalıdır.

3.  Yüksək molekulyar kütləyə malik olmalıdır.

4.  Kolloid vəziyyətində olmalıdır.

5.  Antigen kimyəvi tərkibə malik  olmalıdır.

Orqanizmə  antigenləri  parenteral  (əzələarası,  dərialtı,  dəriüstü)  yolla 

tətbiq etdikdə immun cavab və immunoloji reaktivlik daha sürətlə yaranır və 

antitellərin  titri  yüksək  olur.  Çünki  antigen  orqanizmə  alimentar yolla  daxil 

olduqda  həzm  fermentlərinin  (amilolitik,  proteolitik,  lipolitik)  təsirindən  o 

parçalanır  və  antigenlik  xassəsinə  malik  olmayan  birləşmələrə  (peptonlar, 

albumozlar,  amin  turşuları)  parçalanır.  Güclü  antigenlər  böyük  molckul 

kütləsinə-40 000  daltondan  artıq-malikdir,  zəiflərdə  isə  həmin  göstərici  çox 

aşağı olur. Antigenlərin aşağıdakı növləri  ayırd edilir:

1. 

Heyvan antigenləri

 -  hüceyrələrdə,  toxumalarda və  bioloji mayelərdə 

(qan  zərdabı,  plazma,  limfa,  süd  vəzilərin  sekreti)  olub,  spesifikliyinə  görə 

onlar  növ  qrup  spesifikliyi  (izoantigenlər),  orqanlar  və  toxumalar,  yaş 

spesifikliyi, heterogenlər, histoloji qəbuletməməzlik-transplantasion və auto- 

antigenlər- kimi növlərə bölünür.

2. 

Mikrob antigenləri.

  Mikroorqanizmlər növ  və  cins  çərçivəsində anti­

genlik  quruluşuna, görə bir-birindən fərqlənir və bu göstərici  onların təsnifatı 

və  differensiasiyası  zamanı  çox  önəmli  rol  oynayır.  Patogen  mikroblar  çox 

mürəkkəb  antigenlik  quruluşuna  malikdir.  Bakteriya  hüceyrələrinin  mem- 

branmda,  sitoplazmasında,  kapsulasında  və  qamçılarında  müxtəlif  naxışlı



324


antigenlər  və  antigen  amilləri  yerləşir.  Bakteriyaların  səthi  strukturları 

antigenlərlə daha zəngin olur.

3. 

Virus antigeniəri.

  Virusların əksəriyyətində həll olan (virus hissəciklə­

rindən  ayrılan)  və  həll  olmayan  (virus  hissəciklərindən  ayrılmayan) antigen­

lər mövcuddur.  O nların ayrı-ayrı  növləri  antigenlik  tərkibinə  və  quruluşana 

görə  mürəkkəb  olmaqla,  antigen  komponentləri  ilə  çox  zəngin  olur.  Məsə­

lən.  dabaq  virusunun  2  antigeni-infeksion.  komplement-bırləşdirici  və  im- 

munizasiya  edici  vardır.  Virus  infeksiyalarınm.  xüsusi  ilə  quduzluğun 

seroloji  diaqnostikasında  diffuz  presipitasiya.  neytrallaşma  (ağ  siçanlar 

üzərində).  KBR  (komplementlərin  birləşməsi  reaksiyası),  vasitəsiz  hemaq- 

qlyutinasiya  və  hemaqqlyutinasiyanm  ləngiməsi  reaksiyasından  geniş 

istifadə olunur.

9.8.2.  Antitellər  (immunoqlobulinhr)-

  immun  zərdabın  zülallarından 

ibarət  olub,  spesifik  antıgenin  təsirindən  yaranır və  onunla  birləşmə xassəsi­

nə  malikdir.  Praktiki  olaraq  onlar  qan  serumunun  qamma-qlobulin 

fraksiyası  ilə  identikdir.  İmmunoqlobulinlər  həm  plazmada,  zərdabda,  həm 

də  digər  bioloji  mayelərdə-limfa.  süd,  xüsusilə  ağız  südündə,  onurğa  beyin 

mayesində,  müxtəlif  sekretlərdə  və  iltihab  məhsullarında  müşahidə  edilir. 

Antitel  orqanizmə daxil  olan  antigen  molekulunun  yalnız  müəyyən  sahələri­

nə  və onun  determinantına  qarşı  sintez  olunur  və onunla  spesifik  reaksiyaya 

girir.  Orqanizmin  yoluxucu  (infeksion  və  invazıon)  xəstəliklərin  törədicilə­

rinə və  genetik  cəhətdən yabanı  (yad)  olan  maddələrə  qərşı  spesifik  müdafiə 

reaksiyasının  ən  başlıca  amili  məhz  antitellər  sayılır.  Onlar  orqanizmin 

patogen  amillərlə  yoluxması 

(təbii  immumzusiya

) .  yaxud  diri  və  inaktivl- 

əşdirilmiş vaksinlərlə  immunizasiya 

(süm immumzusiya)

  zamanı əmələ gəlir. 

Lımfoid  sisteminin  yad  hüceyrələr  və  toxumalarla (transplantlarla)  kontaktı 

zamanı,  yaxud  orqanizmin  özünün  zədələnmiş  hüceyrələrinə qarşı  autoanti- 

tellər  sintez  olunur.  Təsir  mexanizminə  görə  antitellər  3  qrupa

-neytraliuş- 

dırıa,  lizis  törədici  və  koaqulyasiyaedici

-qrupa  bölünür.  A



'eytrallaşdırıcı 

antitelləro  antitoksinlər,  virus  neytrallaşdırıcı  antitellər  və  antifermentlər; 

həlledici  (lizis  törədici)  antitellərə-bakteriolizinlər.  sitolizinlər.  hemolizinlər; 

koaqulyasiyaedici  qrupa  isə-presipitinlər  (antigenlə  birləşdikdə  çöküntü 

əmələ  gətirən),  aqqlyutinmlər  (mikrob  və  s,  hüceyrələri  kleyiəyən) antitellər 

aiddir.  Antitellər  həmçinin  bioloji  funksiyaları  da-komplementləri  birləş­

dirmə  və  onu  fəallaşdırma,  faqositoz  üçün  mikrobun  hazırlanması- 

epsonizasiyası.  ləngiyən  tipli  allergiya  reaksiyası  törətməsi-icra edir.  Onların 

orqanizmin  ən  əsas  müdafiə  amili  olmasına  baxmayaraq,  bəzən  patogen 

effekt  (infeksion  xəstəliklər  zamanı  mürəkkəbləşmələr),  autoimmun  və 

atopik  xəstəliklər,  anafılaksiya  və  s.  əmələ  gətirir.  İnfeksion  xəstəliklərin 

törədicilərinə  qarşı  müdafiə  funksiyasını  yerinə  yetirməsinə  baxmayaraq, 

presipitinləşdirici  antitellərdən  başqa  onun  bu  xassəyə  malik  olmayan 

növləri  də  vardır.  Patogen  agentlərlə  müdafiə  funksiyasından  məhrum  olan 

həmin  presipinləşdirici  antitellər  allergiyalar  törədir  və 

reaginhr

  adlanır. 

Müasir  unitar  təlimə  görə  antitelin  hər  bir  molekulu spesifik  antigenə qarşı

325



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə