Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə151/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   147   148   149   150   151   152   153   154   ...   205

daha  davamlıdır.  E.Əliyevin  məlumatına  əsasən  (1978)  Azərbaycanın 

brusellyoza görə qeyri-sağlam olan qoyunçuluq təsərrüfatlarında qarabağ və 

sovet merinosu cinslərinə nisbətən qırmızı samux cinsli qoyunlar bu xəstəliyə 

çox  rezistentlik  göstərir.  İri  buynuzlu  heyvavnlarda  brusellyoza  qarşı 

davamlılığın  növbələşmə  əmsalı  0,194  ±0,03,  konkordantlıq  isə  əkizlərdə 

64%  təşkil  edir.  İri  buynuzlu  heyvanlarda,  o  cümlədən  Azərbaycanda 

yetişdirilən  cinslərdə  brusellyoza  davamlılıq  poliqon  növbələşmə nəticəsində 

yaranır.  Cavan qaram allar yaşlılara nisbətən  brusellyoza xeyli davamlı olur. 

B.  abortus  balaətrafı  pərdənin 

eritrin  karbohidratınu

  malik  olan 

toxumalarının m akrofaq və epiteli hüceyrələrində çox sürətlə çoxalıb inkişaf 

edirlər.  M əhz  bu  göstəriciyə  əsasən  heyvanların  B.  abortusa həssaslığı  təyin 

olunur.  Sübut  edilmişdir  ki,  Brusellalar  üçün  karbon  və  enerjinin  əsas 

mənbəi  məhz  eritrin  hesab  olunur.  Brusellyoza  həssas  olan  bütün 

heyvanların balaətrafı pərdələrinin m akrofaq və epiteli hüceyrələrində eritrin 

olduğu halda,  xəstəliyə davamlı cinslərin  ətənəsində həmin maddə müşahidə 

edilmir.

Leptospiroz  (infeksion  sarılıq)

  -   insan  və  heyvanların  təbii  ocaqlı 

infeksion  xəstəliyi  olub,  heyvanlarda  isitmə,  anemiya,  ikteriya  (sarılıq), 

hemoqlobinuriya  (qanlı sidik ifrazı),  balasalma və dəridə nekroz ocaqlarının 

əmələ  gəlməsi  (iri  buynuzlu  heyvanlarda)  ilə  xarakterlənir.  Xəstəlik 

Spirochaetaceae  ailəsinə  mənsub  olan  Leptospira  («leptos»*kiçik,  «speira»- 

spiral)  tərəfindən  törənir.  Leptospiranın  2  növü-parazit  (L.interroqans)  və 

saprofit  (L.biflexa)  və  çoxlu  sayda  seroloji  variantı  vardır.  Hər  bir 

serovariantm  isə  müxtəlif  tipli  ştam mlan  mövcuddur.  Onlar  bir-biri  ilə 

antigenliyinə görə  olduqca  identikdirlər.  Antigenliyinə  görə hazırda patogen 

leptospirlərin  19  seroqrupa  bölünən  168  seroloji  variantı  aynd  edilir.  MDB 

ölkələri  məkanında  heyvanlardan  onların  7  seroloji  qrupu  ayrılmışdır. 

Leptospiroza  əsasən  iri  buynuzlu  heyvanlar  və  donuzlar  həssasdırlar. 

Camışlar,  atlar, qoyunlar, keçilər, itlər, pişiklər, vəhşi ətyeyənlər, ev və vəhşi 

• quşlar,  gəmiricilər,  həşəratyeyənlər,  kisəlilər  və s.  də  həssasdırlar.  Xəstəliyə 

cavanlar daha  həssas olmaqla  onu  çox  ağır  keçirirlər.  Heyvanlar əsasən  ağız 

və  burun  boşluğunun  selikli  qişası,  zədələnmiş  dəri  və  cinsiyyət  yolu  ilə 

yoluxur.  Heyvanların leptospirozla yoluxmasında  onların növ və cins tərkibi 

xüsusi əhəmiyyət kəsb edir. Leptospiroza müsbət reaksiya verən iri  ağ donuz 

cinslərində  mənfi  reaksiya  verənlərə  nisbətən  T f  AA+AmAA  və 

TfAB+AmAA  fenotipləri  çox  böyük,  TfAA+AmBB  və  TfBB+AmAB 

fenotipləri  isə,  əksinə  olduqca  az üstünlüyə  malikdir.  Müəyyən  edilmişdir ki, 

AB  hemoqlobin  tipi  olan  qoyunlar,  A  və  B  tipi  olan  qoyunlara  nisbətən 

leptospiroza  olduqca  davamlıdır,  Leptospiralara  heyvanların  növ, cins, xətt  və 

populyasiya  fərdlərinin  həssaslığı  olduqca  spesffikdir.  Belə  ki,  iri  buynuzlu 

heyvanlarda  leptospirozun  əsas  törədicisi-L.hebdomadis,  L.pomona,  L.qrip- 

potiphoza  və  Ltarassovi,  xırdabuynuzlularda-L.qrippotiphoza,  L.pomona  və 

L.tarassovi,  donuzlarda  isə-L.pomona  və  L.tarassovi  saylın.  Xəstəliyin  əsas 

infeksiya  mənbəi  və  rezervuan  xəstə  kənd  təsərrüfatı  və  vəhşi  heyvanlar 

(xüsusilə subklinik xəstələr və leptospiradaşıyıcılar), epizootoloji və epidemioloji



343


cəhətdən isə ən birinci dərəcəli və təhlükəli gəmiricilərdir.  Gəmiricilər sidiyi ilə 

leptosiralan  ətraf  mühitə,  xüsusilə  otlaqlara,  su  və  yem  ehtiyatlarına, 

heyvandarlıq  binalarına ifraz edərək onları  yoluxdurur.  Onların  özü genetik 

olaraq  leptospiralara  qeyri-həssasdır,  yoluxmur,  lakin  qorxulu  rezervuar 

rolu  oynayır.  Leptospiradaşıyan  heyvanlar  da  fekali,  sidik,  süd,  sperm a, 

ağız-burun axıntısı və s.  ilə  törədicisini  ətraf mühitə yayaraq epizootöloji  və 

epidemioloji  təhlükə  yaradırlar.  Leptospiroza  görə  qeyri-sağlam iri  və  xırda 

buynuzlu  heyvandarlıq  təsərrüfatlarında  leptospiradaşıyıcılar  14-20%, 

donuzlar arasında isə -30-80% təşkil edir.  Leptospiradaşıyıcılığın müddəti iri 

buynuzlu  heyvanlarda  -6  ay,  xırda  buynuzlularda-9  ay,  donuzlarda-2  il, 

itlərdə-3  il,  pişiklərdə-119 gün,  tülkülərdə-514  gün  təşkil  edir,  gəmiricilər isə 

daimi və əbədi daşıyıcı sayılır.



10.4.  Parazitizmin  bioloji və genetik aspektləri

Parazitizm  hadisəsi  müxtəlif  növlərdən  olan  iki  orqanizm  arasmda  elə 

münasibət  formasıdır  ki,  bunlardan  biri,  yəni  «parazit»  digərindən  qida 

mənbəyi  və  yaşayış  mühiti  kimi  istifadə  edir.  Bioloji  həyat  tərzindən  asılı 

olaraq  parazitlər müvəqqəti və daimi  olmaqla iki  qrupa  bölünürlər.  Ektopa- 

razitlər (gögöyünlər, milçəklər,  taxtabitilər,  gənələr və s.) sahib orqanizminin 

səthində müvəqqəti yaşayaraq ondan yalnız qida mənbəyi kimi istifadə edir­

lər.  Daxili  orqanlarda,  qan-dam ar  sistemində,  toxumalarda,  hüceyrələrdə 

parazitlik edən endoparazittlər (qan  parazitləri, helmintlər,  dəri mozalanının 

sürfələri və s.) sahib orqanizmində uzun müddət yaşayırlar,  tnvazion  xəstə­

liklərin  əmələ  gəlməsi  üçün  müvafiq  şərait,  hər  şeydən  əvvəl  canlıların  in- 

vaziyaya həssaslığı olmalıdır.  Məsələn,  atlarda  və qaram alda parazitlik  edən 

piroplazmalar  (təkhüceyrəli  qan  parazitləri)  morfoloji  cəhətdən  bir-birinə 

oxşayırlar.  Lakin  atlarda  parazitlik  edən  piroplazma  qaramalı,  qaramalda 

parazitlik  edən  piroplazma  isə  atlan   yoluxdura  bilmir.  Deməli,  hər  heyvan 

növündə  xəstəliyi  spesifik  parazitlər  törədir.  Heyvanların  qurd  xəstəliyinə 

(helmintoza)  qarşı davamlılığı  barədə  aşağıdakıları  bilmək  və nəzərə  almaq 

lazımdır.  Bioloqlar  və  genetiklər  belə  ümumi  nəticəyə  gəlmişlər  ki, 

parazitizmin  bioloji əsasmı  genetik  ünsürlər təşkil edir.  Çünki hər bir parazit 

və  helimint  öz  spesifik  genetik  parametrləri  ilə  xarakterlənir.  Heyvanların 

qurdlarla  yoluxmasına  növ,  yaş  və  köklük  dərəcəsinin,  ilk  dəfə  və  təkrar 

yoluxmanın  böyük  təsiri  vardır.  Cavan  heyvanlar  yoluxmaya  daha  çox 

həssas olur və xəstəliyi ağır keçirirlər.  Məsələn, monieziozla,  əsasən, quzular, 

buzov və  balaqlar yoluxurlar.  Heyvan  bədənində qurdlarla  yoluxmaya qarşı 

müəyyən  davamlılıq,  yəni  təbii  immunitet  olur.  Bu  immunitet  heyvanların 

qurdlarla  yoluxmasının  qarşısını  tamamilə  almasa  da,  xəstəliyin gedişini bir 

qədər  yüngülləşdirir.  Hər  hansı  bir  qurda  qarşı  olan  təbii  immunitet  həmin 

qurd növü ilə yoluxub sağalmış heyvan orqanizmində daha da möhkəmlənir. 

Ümumiyyətlə, istər  birinci  (təbii)  və istərsə də ikinci  (qazanılmış) immunitet 

heyvan  orqanizmini  parazit  qurdlarla  təkrar  yoluxmadan  tam  qorumur.



344


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə