Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə152/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   148   149   150   151   152   153   154   155   ...   205

Qurd  xəstəliklərinə qarşı immunitet cavan  heyvanlarda zəif olur,  onlar yaşa 

dolduqca  qüvvətlənir.  Bu,  yaşlılıq  immuniteti  adlanır.  Təbii  immunitetə 

nisbətən  qazanılmış  immunitet,  o  cümlədən  yaşlılıq  immuniteti  heyvanları 

yoluxmadan  daha  çox  qoruyur.  A nq  heyvanlar  kök  və  gümrah  heyvanlara 

nisbətən  qurd  xəstəliklərinə  daha  çox  həssas  olurlar.  A nq  heyvanların 

saxlanma şəraitini, yemlənmə və bəslənməsini yaxşılaşdırmaqla onlann qurd 

xəstəliklərinə qarşı davamlılığını artırmaq mümkündür.

Parazitar  xəstəliklər  bütün  dünyada  ciddi  problemlərdən  hesab  edilir. 

Onlann  bir  çoxunun  törədiciləri  kosmopolit  xüsusiyyətli  olub  müxtəlif 

qitələrdə,  bəziləri  isə  ancaq müəyyən  coğrafi-iqlim  zonalarında  yayılmışdır. 



Parazit

 yaşadığı orqanizmə heç  bir  xidmət  göstərmədən  onun toxuma  şirəsi 

və həzm etdiyi  qida  hesabına  yaşayır.  Toksiki  və mexaniki  təsir nəticəsində 

sahib  orqanizmində  maddələr  mübadiləsinin,  qan  təzyiqinin  və  onun 

laxtalanma  qabiliyyətinin  pozulması,  sonsuzluq,  cinsi  zəiflik,  bağırsaq 

divarında tıxanma və  keçməməzlik,  daxili  orqanlarda  zədələnmələr, iltihab­

lar,  şişkinlik,  nekrozlaşma,  atrofıyalaşma  kimi  təhlükəli  patoloji  proseslərin 

baş  verməsinə  səbəb  olur.  Parazitlər  bir  orqandan digərinə hərəkət  etməklə 

infeksiya  amili  üçün  yol  açır.  M üxtəlif  qrup  parazitlər  heyvan  orqaniz­

mindən  xeyli zülal,  sulu karbon və s.  maddələr sorurlar.  Məsələn,  hialomma 

gənələrinin  dişisi  heyvanların  qanım  soraraq,  öz  çəkisini  50  dəfə  artırır.  İt 

milçəyi  13  mq  qan  sorur  ki,  bu  da  onun  bədəninin  çəkisindən  1,5  dəfə 

çoxdur.  Hünüİər,  gögöyünlər,  dəri  və  burun  boşluğu  mozalanları,  gənələr 

heyvanlara  kütləvi  şəkildə  hücum  edərək,  onlann  dərilərini  zədələyir, 

iltihablaşdırır,  buraxdıqları  zəhərlə  toksiki  təsir  göstərirlər.  HücejyədaxiH 

parazitlər  yoluxdurduqlan  toxumaları  parçalayır  və  ya  məhv  edirlər.1 

Beləliklə,  parazitlər  bir  tərəfdən  heyvan  orqanizmini  zəiflədərək  onlann 

yoluxucu  xəstəliklərə  qarşı  müqavimətini  azaldır,  digər  tərəfdən  isə  dəridə 

əmələ gətirdikləri zədəli yerlərdə mikroorqanizmlərin çoxalmaları və xəstəlik 

törətmələri  üçün  şərait  yaradırlar.  Bəzən  də  özləri  mikroorqanizmləri, 

xüsusən, patogen mikrob və virusları mexaniki olaraq yayırlar.

Parazitar  xəstəliklərin  əksəriyyəti  Azərbaycan  şəraitində  ətraflı  Öyrə­

nilmişdir.  H eyvanlann qorxulu parazitoloji xəstəliklərinə qarşı işlənib hazır­

lanmış dəyərli  elmi təkliflər təsərrüfatlarda geniş  tətbiq edilir.  Azərbaycanda 

kənd təsərrüfatı heyvanlan və quşlann helmintozlanm ilk dəfə akademik K. 

1. Skryabinin rəhbərliyi ilə A.  M.  Petrov,  D.  N . Antipin, A.  C.  Qayıbov,  M. 

K.  Cavadov,  T.  S.  Skarbiloviç,  balıq  parazitlərini  və  onlann  törətdikləri 

xəstəlikləri  isə  O.  Qrim,  Kavrayski,  V.  A.  Dokel,  B.  Q.  Bıxovski,  N.  A. 

Neçayev  tədqiq  etmişlər.  Sonrakı  dövrlərdə respublikamızda  parazitologiya 

elminin  müxtəlif  sahələri  ilə  S.  M.  Əsədov,  Q.  S.  Qasımov,  Z.  M. 

Şahtaxtinskaya,  Y.H.Hacıyev,  A.  Q.  Məmmədov,  F.Ə.M ustafayev,  N.  M. 

Şirinov,  t.  Ə.  Sadıxov,  T. K. Mikayılov,  N.  Z.  Feyzullayev, S.  M.  Vahidova 

kimi  yüksək  ixtisaslı  mütəxəssislər  məşğul  olmuş,  çox  vacib  helmintoloji 

problemləri  həll  etmişlər.  Parazitoloji  tədqiqatlar  ETBl-da,  AMEA-nm 

Zoologiya  İnstitutunda,  ADAU-nun  müvafiq  kafedralannda  planlı  şəkildə 

davam etdirilir. A yn-ayn helmintozlann öyrənilməsi  sahəsində S.  Y.  Əliyev,



345


Y.M.  Seyidov,  Y.F.  Məlıkov,  M .L.  Kolesniçenko,  Ç.Q.  İsmayılov,  C .l. 

Sailov,  A.Q.  Səmədov,  Ə.T.  Məmmədov,  T.B.  Bağırov,  Q.S.  Gülgəzli,  Q .Ş. 

Hacıyev,  A.H.  Xəlilov.  M.Ə.  Keyserovskaya,  X.Q.  Abdullayeva,  A .Ə . 

Əliyev,  N.S. Əsədov, R .M .  Bilalov, Ə.Ə.  Mehrəliyev,  Ş.R.  İbrahimov,  Ə .Ə . 

Heydərov,  H.A.  Paşayev,  R.Ş.  Eminov,  F.Ş.  Qurbanov,  R.Q.  Məmmədov, 

Y.Y.  Fətəliyev,  A.  K.  Ryabinin,  P.M .  Cabbarov  və  başqalan  tərəfindən 

hərtərəfli  tədqiqatlar  aparılmışdır.  1903-cü ildə  ilk  dəfə  Bakı  şəhəri  və  G öy­

göl  rayonunun  Z um abad  kəndində  qan-parazitar  xəstəlikləri  və  onların 

amillərini keçirən  gənələrin öyrənilməsi ilə Azərbaycanda protozoologiya  el­

minin  əsası qoyulmuşdur.  Xəstəlikləri E.P.  Cenkovski,  İ.M. Lus, M .F.  R ıx- 

lovski və S.A.  Qruner  müşahidə etmişlər.  Onlar dünyada ilk dəfə qaram alda 

çox  ağır keçərək  yüksək  tələfat  verən teylerioz xəstəliyini  kəşf etmiş,  qoyun, 

keçi  və təkdımaqlı heyvanların piroplazmidozunu öyrənmişlər.

Protozoologiya  sahəsində  elmi-tədqiqat  işlərinin  müntəzəm  apanlması 

və kadrlann yetişdirilməsində V .LJakim ov, A.A.  M arkov kimi rus alimləri­

nin  böyük  xidmətləri  olmuşdur.  1931-d  ildə  Azərbaycanda  təşkil  olunmuş 

Elmi-Tədqiqat  Baytarlıq  İnstitutunun protozoologiya şöbəsinin əməkdaşları 

respublikamızda  heyvan  və  quşların  protozoy  xəstəliklərini  elmi  əsaslarla 

öyrənmək  üçün  tədqiqat  işlərinə  başlamışlar.  Şöbənin  əməkdaşları  bir  sıra 

ekspedisiyalar zamanı köçəri  qoyunçuluqda  piroplazmidozlan keçirən gənə- 

lərə qarşı qoyunlann  mərgmüş məhlulu ilə vannalarda çimizdirilməsini  təşkil 

etmişlər.  B.L.  Jakimov,  M .A.  Musayev,  D.Ə.  Mirzəbəyov,  M.B.  Əzimov, 

N.S.  Əbusəlimov,  N.A.  Baboşina,  Ə.  Ə.  Ağayev,  A.T.  Hacıyev,  Ə.Q. 

Möhsümzadə,  Ə.Ə.  Həsənov,  E.S.  Qafarova,  İ.Q.  Zamanov,  M.H. 

Hümbətov,  A.N.  Qocayev,  K.D.Mirzəbəyov, N.A. Qasımov və başqalarının 

apardıqları  tədqiqat işlərinin nəticəsində kənd təsərrüfatı  heyvanlarının qan- 

parazitar  xəstəliklərinin  amillərini  keçirən  gənələrin  bioekoloji  xüsusiyyət­

ləri, yayılması,  amillərin növ müxtəlifliyinin biologiyası və genetik aspektləri 

öyrənilmiş,  respublikamız şəraitində onlara qarşı müalicə və profilaktik  təd­

birlər işlənib hazırlanmışdır.  Laboratoriyanın əməkdaşlarından Ə.S.  Musta­

fayev,  A.P.  Qəmərli,  K.K.  Bağırov,  F.M.  Əmirxanov,  Ç.A.  Cabbarov  və 

başqalan  kənd  təsərrüfatı  heyvanlarının  araxno-entomoloji  xəstəliklərini  və 

bir  çox  ektoparazitlərini  ətraflı  öyrənmiş,  səmərəli  təkliflər  irəli  sürmüşlər, 

institutun  əm əkdaşlan  (M .A.  Əlizadə,  İ.Z.  Eyyubov,  F.P.  Atakişiyev,  A.İ. 

Purazim və b.) qaramalın  və davann qrup  halında çimizdirilməsi və gənələr- 

dən təmizlənməsi üçün qurğular hazırlayıb tətbiq etmişlər.

Parazitlər  müxtəlif orqanlarda  və  əzələ qruplarında  yaşayaraq  orqaniz­

min  hesabına  qidalanır,  sahiblərinə  zərərli  təsir  göstərirlər.  Bu  təsir  amilin 

zərərlilik (patogenlik)  dərəcəsindən,  sahibin növündən,  yaşından və orqaniz­

min  vəziyyətindən,  eyni  zam anda  xarici  mühitdən  asılı  olaraq  ya  gizli  olur, 

ya  da özünü xarakterik əlamətlərlə  göstərir.  Helmintozlar heyvanların tələfa­

tına  və  məhsulun  itkisinə  səbəb  olurlar.  Exinokokkozlu  heyvanlarda  ətin 

10%-i,  piyin  20%-i,  ağciyər  və  qaraciyərin  isə  50-60%-i  yararsız  hala  düşür, 

məhsuldarlıq  12%-ə  qədər  azalır,  hər  100  baş  doğar  qoyundan  10  quzu 

itirilir.  Senuroz  (dəlicə)  xəstəliyinə  tutulmuş  qoyun  öz çəkisini  bəzən  50%-ə

346



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə