Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə150/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   146   147   148   149   150   151   152   153   ...   205

artıq  olduqda  -   56%-i  mastitlərə  məruz  qalır,  somatik  hüceyrələrin 

növbələşmə  əmsalı  isə  0,2-0,4-ə  bərabərdir.  Qaramalların  əmcək  kanalının 

distal  sahəsinin  4-5  mm  olan  fərdlərində  mastitlə  xəstələnmə  hallan  çox 

aşağı  faiz  təşkil  edir.  Əmcək  kanalmdakı  epiteli  hüceyrələrinin antibakterial 

xassəyə  m alik  olması  tərkibində  kerotinin  mövcud  olduğu  epitelilərdə  yağ 

turşularının  (olein,  araxin,  stearin  və  s.)  aşkar  olunması  ilə  əlaqədardır. 

M astitlərə  qarşı  davamlı  olan  qaram alların  südündə  laurin  və  miristin  yağ 

turşularının miqdarı  çox olmaqla  h2=0,38-0,58 təşkil edir.  Laktasiyada  olan 

bütün  növ  heyvanlarda  yelinin  bakterial  infeksiyalardan  müdafiə  olun­

masında ən ümdə  rolu M,  A,  Çı, 



Ç

2

 immunoqlobulinləri (İq) oynayır.  İq Ç

defısiti  olan  inəklərin  irinli  (piogen) mastitlərə həssaslığı  daha  yüksək olur. 



Heyvanların  mastitlərlə  xəstələnməsinin  qarşısının  alınması  üçün  onların 

buraxılış,  qurutm a  dövrlərində  və  doğuma  15-20  gün  qalmış  müasir 

diaqnostiki  testlərlə mastitlərə  görə müayinə  olunmasının  xüsusi  əhəmiyyəti 

vardır.  Bu  məqsədlə  yelinin  əmcək  kanallarından  aseptika  və  antiseptika 

qaydalarına  riayət  olunmaqla  götürülmüş  sekrel  nümunələri  laboratoriyada 

müayinə  edilməli  və  mastit  törədiciləri  aşkar  olunan  heyvanlar  dərhal 

müalicə olunmalıdır.

Vərəm

  -   insan,  heyvan  və  quşların  M  tuberkulosis  tərəfindən  törədilən 

infeksion xəstəliyi  olub, müxtəlif orqanlarda  (heyvanlarda əsasən ağ ciyər və 

yelində,  quşlarda isə qaraciyərdə) kazeozlu nekroz törədən xüsusi düyünlərin 

-   tuberkullann  əmələ  gəlməsi  ilə  səciyyələnir.  Vərəm  törədici  ilə  50  növdən 

artıq  məməli  heyvanlar,  25  növdən  çox  quşlar  yoluxur.  Vərəmlə  ən  çox  iri 

buynuzlu  heyvanlar,  donuzlar,  qunduzlar,  toyuqlar,  nadir  hallarda  keçilər, 

itlər,  ördək  və  qazlar,  daha  az  isə  qoyunlar,  atlar  və  pişiklər  xəstələnir, 

insanlar  çox  həssasdır,  meymunlar isə yüksək həssaslığa  malikdir.  Xəstəliyin 

törədicisinin  3  tiri-M.  tuberculosis  humanus(insan  tipi),  M.  bovis  (qaramal 

tipi)  və  M.  avium  (quş  tipi)  vardır.  İnsan  tipi  növünə  ən  çox  insanlar, 

nisbətən  isə  donuzlar,  itlər,  pişiklər,  qaram al,  xəzdərili  heyvanlar  həssasdır, 

• quşlar  isə  tutuquşu  müstəsna  olmaqla  yoluxmur.  Qaramal  (buğa)  tipinə 

bütün  kənd  təsərrüfatı  və  vəhşi  heyvanlar,  vəhşi  xəzdərililər  və  insan 

həssasdır,  quşlar  isə  qeyri-həssasdır.  Quş  tipi  növü  ilə  əsasən  quşlar, 

donuzlar,  nirsbətən  az  hallarda  isə  məməlilər  və  insan  yoluxur.  Bu  xəstəlik, 

elmi-texniki  tərəqqinin  dinamik  yüksələn  düzxətlə  inkişaf  etməsinə 

baxmayaraq,  hələ də dünya  səhiyyəsi  və  baytarlıq  təbabəti üçün  ən  prioritet 

problem  sayılır  və  dünyanın  bütün  ölkələrində  insan,  heyvan  və  quşlar 

arasında  yayılmaqla,  çox  ciddi  epidemioloji  və  epizootoloji  təhlükə 

mənbəmə  çevrilir. 

«XIX-əsrdə  dünyada  baş  verən  bütün  müharibələr zamanı 

1.9000 000 insan həlak olduğu halda, gözlə görünməyən vərəm törədicisi 2 dəfə 

ondan artıq adamın ölümünə səbəb olmuşdur»  ( Vladimir Betina,  1976).

Heyvan  və quşların  bəzi cinsləri vərəmə qarşı  davamlı,  digərləri isə yük­

sək  həssaslıq  göstərir.  U qandada  yerli  ankole  cinsli  6185  baş  qaramalın  və­

rəmə  görə müayinəsi zamanı  17%  xəstə  aşkar  olunmuşdur.  Lakin  26979  baş 

zebudan yalnız 0,9%-i vərəmə müsbət reaksiya vermişdir.  Şvis cinsli qaramal 

bütün  xəstəliklərə  qarşı  yüksək  davamlılıq  göstərdiyi  kimi,  vərəmə  qarşı  da

341

i



nisbətən  davamlı  olur.  A .İ.Prudovun  (1982)  məlumatına  əsasən  xo lm o q or 

cinsli  qaramal  vərəmə,  leykoza  və  brusellyoza  qarşı  çox  yüksək  davam lılıq 

göstərməsi  ilə  səciyyələnir.  A.  Bala  (1981)  sübut  etmişdir  ki,  hind  b u rax  

camış  cinsi  arasında  vərəmlə  yoluxma  hallarına  (0,3%),  digər  cinslərə 

nisbətən (18-25%)  çox az  təsadüf edilir.  İri  buynuzlu heyvanlar, qoyunlar və 

donuzlarda  vərəmə  qarşı  xəstələrarası  davamlılıqda  müəyyən  fərqlərin 

olması  aşkarlanmışdır.  Vərəmə  qarşı  davamlılığın  növbələşmə  əmsalı  0,1- 

0,3,  bəzi  xəstələrdə  isə  -   0,01  -   0,49-ə  bərabər  olmaqla,  vərəmin 

konkordantlığı  -   60%  təşkil  edir.  Orqanizmin  vərəmə  qarşı  davamlılığında 

təbii  antibakterial  maddələrin,  xüsusilə  lizosimin  müstəsna  rolu  vardır. 

Vərəmə  qarşı  genetik  davamlılıqda  m akrofaqlar  tərəfindən  mikobakteriya- 

ların  öz  sitoplazmasında  inkişafmın  dayandınlmasınm  çox  böyük  rolu 

vardır.  M akrofaqlar  sahib  orqanizmdə  mikobakteriyalann  inkişafım  ilkin 

mərhələdə  dayandınr  və  xəstəliyin  inkişafının  qarşısını  alır,  həmçinin  onu 

latent  (gizli)  formada  saxlayır.  Bəzi  almilərin  fikrincə  iri  buynuzlu  heyvan­

ların  vərəmə  qarşı  davamlılığında  hemoqlobinin  НьВ  tipinin  müsbət,  НьАг 

tipinin isə mənfi korrelyasiyası mövcuddur, heteroziqot heyvanlar (HbAH bB) 

aralıq  mövqeyə  malikdir.  Həmçinin  sübut  olunmuşdur  ki,  transferrinin  TfA 

və  amilazanm  AmB  allelinə  malik  olan  qara-ala  cinsi  başqa  allellilərə  nis­

bətən vərəmlə daha çox xəstələnir.



Brusellyoz

  -   İnsan  və  heyvanların  Brusella  qrupu  bakteriyalan  tərə­

findən törədilən xroniki gedişli xəstəliyi  olub, heyvanlarda balasalma,  sonun 

ləngiməməsi,  dölsüzlük,  artritlərlə  xarakterlənir  və  dünya  səhiyyəsi  və 

baytarlıq  təbabəti üçün  ciddi  problem  yaradır.  Brusellalarm (Br.  abortusun) 

genetik cəhətdən bir-birindən fərqlənən  aşağıdakı növü vardır:

-   Brusella  abortus-9  biovariantı  vardır  (iri  buyunuzlu  heyvanlar, 

camışlar, yaklar, dəvələr və atlarda xəstəlik  törədir);

-  Br.suis-4 biovariantı vardır (donuzlarda və şimal marallarında xəstəlik 

törədir);

-   Br.melitenzis-3  biovariantı  vardır  (keçilərdə,  qoyunlarda  və 

camışlarda xəstəlik törədir);

-   Br.canis-1  variantı  vardır  (əsasən  itlər  yoluxur,  Br.melitenzis, 

Br.abortus, Br.suis-lə də yoluxma mümkündür).

Bu növlərin heyvanların  birindən digərinin orqanizminə miqrasiya olun­

ması  çox  böyük  epizootoloji  əhəmiyyətə  malikdir.  İri  buynuzlu  heyvanlar, 

qoyunlar,  keçilər,  donuzlar  və  m arallar  arasmda  brusellyoz  epizootoloji, 

camışlar,  atlar,  itlər  və  digər  növ  heyvanlar arasmda  isə-sporadik  formada 

baş  verir.Bu  xəstəliyin  heyvanlar  arasm da  ləğv  edilməsi,  məhz  insanların 

yoluxmasının  qarşısının  alınması  hesab  edilir.  Çünki  bu  xəstəlik  insandan 

insana keçmir, insan isə yalnız xəstə heyvanların südü və onun məhsulları ilə 

yoluxur.  İri  və  xırda  buynuzlu  heyvanlar  və  donuzlar  təkdımaqlılara 

nisbətən brusellyoza daha  çox  həssasdır.  E.Əliyevin məlumatına görə (1975) 

zebu və camışlar iri və xırda  buynuzlu heyvanlara  nisbətən brusellyozla çox 

az hallarda xəstələnir. P.İvanov müəyyən etmişdir ki,  Bolqarıstanın yerli boz 

və  rodosop  qaramalları  A vropanın  bütün  cinslərinə  nisbətən  brusellyoza



342


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə