Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə153/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   149   150   151   152   153   154   155   156   ...   205

qədər itirir.  Fassiolyozlu inək və camışlann  süd məhsulu ən azı  10-15, bəzən 

25-40%-ə,  diri  kütləsi  15-30%-ə qədər  azalır.  Finnozla yoluxmuş  qaramalın 

ətinin  xeyli  miqdarından  istifadə  edilmir.  H elm intlər  sahibin  hesabına ya­

şayır, onun toxuma və şirəsi ilə qidalanırlar. Qandan istifadə edən helmintlər 

də vardır ki, onlar xüsusi maddə buraxaraq qarım tez laxtalanmasınm qarşı­

sım  alırlar.  Beləliklə,  helmintlər  vitaminləri  və  başqa  yararlı  maddələri 

udaraq  orqanizmin  maddələr  mübadiləsini,  fizioloji  normallığım  pozur,  bir 

çox  xəstəliklərin  baş  verməsinə  səbəb  olurlar.  Qurdların  vurduğu  zərər 

müxtəlif  formada  olur.  Məsələn,  askarid  və  monieziya  qurdları  ilə  şiddətli 

yoluxma zamanı bağırsaq boşluğunun tam am  tıxanmasına, keçməməzliymə, 

hətta  onun  partlamasına  təsadüf  edilir.  Ağciyərin  qurd  xəstəliyi  zamanı 

qırtlaq  və  bronxlara  küllü  miqdarda  qurd  tıxandığı üçün  heyvan  boğularaq 

tələf olur.  Exinokokk  qovuqlan  ağciyərlərin  parenximasım  şiddətli  surətdə 

zədələyərək  onların  fəaliyyətini pozurlar.  Onxoserka  qurdlan  boyun  bağına 

dolaşaraq  onun iltihabına,  telyaziya qurdlan  közün  iltihabına və  korluğuna 

səbəb  olurlar.  Qonkilonema  qurdlan  yem  borusunun  daxili  selik  pərdəsini 

zədələyirlər.  Fassiola  və  dikroselium  sorucu  qurdlan  qaraciyərin  parenxi- 

masını,  öd  yollarının  divannı  zədələyərək  iltihablaşdınr  və  kirəcləşdirirlər. 

Bağırsaqda  yaşayan  girdə qurdlann  çoxunun  ağız  boşluğunda  kəsici  dişləri 

və  yaxud  lövhəcikləri  vardır.  Lentşəkilli  qurdlann  isə  çoxunun  baş 

hissəsində  qarm aqlar  düzülmüşdür.  Bunların  vasitəsilə  qurdlar  yaşadığı 

orqanın  divanna  yapışır və onu zədələyirlər.  Parazitlərdən  bir  qrupu  ancaq 

bağırsaqdakı  möhtəviyyatla  qidalanır,  digər  qrupu  orqanın  toxumasını 

zədələyir,  didir  və  sonra  onlan  udur.  Q urdlann  üçüncü  qrupu  yem  borusu 

divarında  yerləşən  vəzicikdən  ifraz  etdikləri  maye  ilə  yaşadığı  o rqanın1 

toxumasını  zədələməyir  və  onunla  qidalanır,  dördüncü  qrupu  isə  qanla 

qidalanır.  Məsələn,  hemonxus  qurdları  qursağın  divarını  zədələyərək  çıxan 

qanın  bir  hissəsini  sormaqla  qidalanır  və  buna  görə  də  qızıl  (qırmızı  rəng 

mənasında)  qurd  adlanırlar.  Helmintlər öz ifrazatı ilə yaşadıqları  orqanizmi 

zəhərləməklə  onların  daha  çox  qida  maddəsi  itirməsinə,  xeyli  anqlamasma 

və normal inkişafdan qalmasına səbəb olurlar.

Dəri  mozalanı  ilə  yoluxmuş  hər  baş  inəyin  illik  süd  məhsuldarlığı  100 

litrə  qədər  azalır.  Protozoy  xəstəlikləri  (teylerioz,  piroplazmidozlar  və  s.) 

qaramalın,  koksidiozlar  isə  başlıca  olaraq  quşların  və  dovşanların  kütləvi 

tələfatına səbəb  olur.  Xəstəliyi törədən  parazitin mexaniki,  toksiki təsirindən 

yaranan  patoloji  vəziyyət  sinir  sisteminin  fəaliyyətinin  pozulmasına  zəmin 

yaradır ki,  bu da  öz növbəsində başqa orqanların fəaliyyətində ciddi dəyişik­

liklərlə  nəticələnir.  Ümumiyyətlə,  parazitlərin  hərtərəfli  mexaniki  və  toksiki 

təsirindən  heyvanın  daxili  parenximatoz  orqanlarında,  qan-limfa  damar 

sistemində,  mədə-bağırsaqlarında  müxtəlif  patofizioloji,  biokimyəvi  və 

funksional  dəyişikliklər  gedir.  Bunun  da  nəticəsində  heyvanın  müqavimət 

qüvvəsi  azalır,  yoluxucu  xəstəliklərin  baş  verməsi  üçün  əlverişli  şərait  yara­

nır.  Lakin  vaxtında  və  düzgün  apardan  mübarizə  tədbirləri  nəticəsində 

parazitar  xəstəliklərin  vurduğu  zərərin  qarşısım  almaq  mümkündür. 

Respublikamızın heyvandarlıq təsərrüfatlarında  aparılmış təcrübələr zamanı

347



vaxtında  müalicə  edilmiş  fassiolyozlu  qaram alın  3  ay  müddətində  hər 

başının  diri  çəkisinin  müalicə  olunm ayanlara  nisbətən  ən  azı  5-8,  8  kq  art­

dığı müəyyən  edilmişdir.  Planlı  surətdə  apanlan müalicə  və  profilaktika təd­

birləri  nəticəsində  son  10-15  ildə  qan-parazitar  xəstəliklərinin,  xüsusən 

pıroplazmidozun  və  teyleriozun  yerli  və  cins  qaram al  arasında  yayılmasının 

qarşısı  alınmışdır.  Heyvanlar  arasında  yayılmış  xəstəlikləri  ləğv  etmək  üçün 

planlı  surətdə  mübarizə  tədbirləri  aparılmalıdır.  Planın  tərtibi  zamanı xəstə­

liklərin  xüsusiyyətləri,  törədicilərin  bioloji  inkişafı,  yayılması  və  yoluxma 

yolları  nəzərə  alınmalıdır.  M al-qaranın  yoluxmadan  qorunması,  xəstəliyə 

tutulan  heyvanlarm  müalicəsi  mübarizə  işlərinin  əsasını  təşkil  etməlidir.  Bu 

tədbirlərin  səmərəli  təşkili  üçün  yoluxma  diaqnostiki  müayinələrlə  vaxtında 

müəyyənləşdirilməli,  hər  bir  təsərrüfatın  hansı  xəstəliklərə  görə  qeyri-sağlam 

olmasını  göstərən  epizootoloji  xəritə  tərtib  edilməli,  aparılacaq  bütün 

müalicə-profilaktika  tədbirləri  vaxtında  hazırlanmalı,  dərmanlar,  peyvənd 

və  diaqnostika  vəsaitləri  əldə  edilməlidir.  Azərbaycanda  geniş  yayılmış  və 

qorxulu  xəstəlik  kimi  helmintozlardan  fassiolyoza,  moniezioza,  diktiokaul- 

yoza,  mədə-bağırsaq  nematodozlarına,  askaridozlara,  tenidiozlara,  ibti­

dailərin  törətdikləri  xəstəliklərdən  teylerioza,  anaplazmoza,  piroplazmoza, 

fransielloza,  babezioza,  ixtiofıtirioza,  araxnoentomozlardan gənələrə,  qotur- 

luğa,  dəri  mozalanına  qarşı  hər  ıl  epizootik  plan  hazırlanmalıdır.  Dıkrosel- 

yoz,  protostrongilidozlar,  payetinoz,  sinqamoz,  metastronqilyoz  və  s.  geniş 

yayılmış  xəstəliklərin  profilaktikası  da  planlı  aparılmalıdır.  Parazitizmin 

bioloji və genetik aspektləri şərh edilərkən A.Q.  Məmmədov və b.  tərəfindən 

hazırlanan  «Baytarlıq  parazitiologiyası»  məlumat  kitabına  (1986)  istinad 

olunmuşdur.

10.5.  Helmintozlara  qarşı genetik davamlılıq və həssaslıq

Heyvanlarda,  insanda  və  bitkilərdə  parazitlik  edən qurdlar helmint,  on­

ların  törətdikləri xəstəliklər  isə  helmintoz  adlanır.  Parazit  qurdlar  və onların 

törətdikləri  xəstəlikləri  helmintologiya  elmi  öyrənir.  Bu  elmin  tədqiqat  ob­

yekti yastı,  yumru,  tikanbaşlı və  b.  qurdlardır.  Helmintologiya  helmıntlərin 

anatomik-morfoloji  quruluşunu,  bioloji  və  genetik  xüsusiyyətlərini,  onların 

heyvanlar  aləmində  sistematik  yerini  və  yaşadıqları  mühitlə  qarşılıqlı  əla­

qələrini  öyrənir.  Qeyd  etdiyimiz kimi,  helmintlər  müxtəlif xəstəliklər  törədir. 

Bu  cəhətdən  helmintologiya  helmintozlara  qarşı  müxtəlif mübarizə  və  pro­

filaktiki  tədbirləri  də  işləyib  hazırlayır.  H azırda  helmintologiya  əsas  dörd 

istiqamətdə  inkişaf  etdirilir:  ümumi  helmintologiya,  tibbi  helmintologiya, 

baytarlıq  təbabəti  helmintologiyası  və  aqronom ik  helmintologiya.  İnsan  və 

heyvanlarda  təsadüf edilən helmintlər iki qrupa  ayrılır:

1)  biohelmintlər; 2) geohelmintlər.

Biohelmintlərin  inkişafı  aralıq  sahibin  iştirakı  ilə  gedir.  Biohelmintlərə 

bütün  trematodlar,  sestodlar  və  bəzi  nem atodlar  aiddir.  Geohelmintlərin 

inkişafı  aralıq  sahibsiz  gedir.  Geohelmintlərə  insan  askaridini.  uşaq  bizquy-

348



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə