Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə161/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   157   158   159   160   161   162   163   164   ...   205

donuzlarda  anusun  atreziyası  (resessiv  əlamət)  müşahidə  olunur.  Həmin 

anomaliyalarla  doğulan  körpə  heyvanlar  doğumdan  ya  dərhal,  ya  da  bir 

neçə  gün  sonra  tələf  olur.  Bağırsaqların,  xüsusilə  nazik  bağırsağın  iltihabı 

yarasına  genetik  meyillılık  donuzlarda  daha  çox  üstünlük  təşkil  edir. 

Yaponiya  donuz cinslərinin  seleksiya  üsulu  ilə yetişdirilən  cinslərində  bağır­

saq yaralarına məruz  qalma  26-32% təşkil etdiyi halda, seleksiya  olunmayan 

cinslərdə həmin göstərici  5% olur.

İşkənbənin  timpaniyası

 

gövşəyənlərə  mənsub  xəstəlik  olub  işkənbədə 



həddindən  artıq  qazların  toplanması ilə  xarakterlənir.  Tropik  iqlim qurşaq­

larında yetişdirilən  qaramal  cinsləri  (santa  -   hertrud  və s.)  mülayim qurşaq- 

larm dakma  nisbətən timpanıyaya  çox az həssas olur.  Müəyyən edilmişdir ki, 

törədici  buğalarla  onlann  törəmələri  arasında  timpaniyaya  davamlılığa  görə 

nəzərə  çarpan  statistik  etibarlılıq  fərqi  mövcuddur.  Qaramalın  eyni  cinsiy- 

yətlı  əkizləri  üzərində  aparılan  təcrübənin  nəticəsi  göstərmişdir  ki.  timpani­

yaya  həssaslığın  növbələşmə  əmsalı  0,1-ə  bərabərdir.  Əkizlər  arasında  tim- 

paniya əlamətlərinin dəyişkənliyi 50% təşkil edir.



Ətrafların  xzstzlikhrinə  meyillilikdə  irsiyyətin  rolu.

  Sənaye  istiqamətli 

heyvandarlığın intensiv inkişafı zamanı iri  buynuzlu heyvanlarda  ən çox rast 

gəlinən  xəstəlik  ətrafların xəstəliyidir.  Bu  xəstəliklərin  baş verməsində xarici 

mühit amillərinin də müəyyən rolu vardır.  Lakin ətrafların xəstəliklərinin ək­

səriyyətinin  baş  verməsi,  bilavasitə,  genetik  amillərlə  əlaqədardır.  Heyvan­

larda  müşahidə  olunan  ətraf çatışmazlıqları  əsasən letal və  poluletal (yarım- 

letal)  genlər tərəfindən  törədilir.  Həmin  anomaliyalara qaramalın  irsi  ataksi- 

yası,  oynaq  falanqlarınm olmaması,  ətrafların  anadangəlmə  deformasiyaları 

və amputasiyası  və  s.  aiddir.  Törədici buğalarla  onun  törəmələri  arasında  ət­

ra f anomaliyalarına  davamlılığa  görə  statistik  etibarlılıq  fərqlərinin  mövcud­

luğu  aşkar  olunub.  Məsələn,  bir  qara-ala  cinsli  qaram al  sürüsündə  törədici 

buğanın  dişi  törəmələrinin  ətraf  xəstəliklərinə  düçar  olması  0-0,23%  təşkil 

etməklə,  əlamətlərin  növbələşmə  əmsalı  0,13-ə  bərabər  olmuşdur.  Qaramal­

larda  arxa  ətrafların  iflicinin  növbələşmə  əmsalı  0,3.  dırnaqarası  şırımın 

şişləri (limaks) isə  - 0,2-ə bərabərdir.  Qara-ala (ətlik-südlük  tipli) və hereford 

qaramal 

cinsləri  cütdırnaqlarmın  şişilərinə  qarşı  olduqca  az  meyillidir.

D.Xamori  (1976)  müəyyən  etmişdir  ki,  çanaq-bud  oynağının  spastik 

parezinin  kliniki  əlamətləri  nəzərə  çarpan  törədici  buğaların  üçüncü  nəsil 

törəmələrinin  31%-i,  latent  (əlamətsiz)  buğaların  törəmələrinin  isə  -   6,6%-i 

həmin  xəstəliyə  düçar  olmuşlar.  Alimin  fikrincə,  bu  xəstəlik,  başlıca  olaraq, 

çoxlu  sayda  genlər  tərəfindən  törədilir.  Donuzlarda  ətrafların  anomaliya- 

sının  13  əlaməti  mövcud  olmaqla,  onların  növbələşmə  əmsalı  0 -  0,56,  orta 

hesabla  isə  -   0,07-ə  bərabərdir.  Qoyunlarda  Fusiformis  nodosis  tərəfindən 

törədilən  dırnaq  çürüməsi  xəstəliyinə  qarşı  genetik  davamlılıq  üzrə 

cinslərarası  fərdlər  mövcud  olmaqla  xəstələnmə  hallan  12,8-61%  arasında 

tərəddüd  edir.

Qısırhğa  meyillilikdə  irsiyyətin  rolu. 

Qısırlıq

 

heyvanların  nəsilvermə 



qabiliyyətinin  pozulmasından  (dölsüzlükdən)  ibarət  olmaqla,  həm  xarici 

mühit  amilləri,  həm  də  çoxlu sayda  genlər tərəfindən törədilir.  Heyvandarlıq

366



təsərrüfatlarında heyvanların,  xüsusilə  qaram alların vaxtından  əvvəl  sürüdən 

çıxdaş  olunmasının  başlıca  səbəbi  (50%)  məhz  qısırhqdır.  Qısırlığın  genetik 

müxtəlifliyi  çox  da  nəzərə  çarpan  olmayıb,  növbələşmə  əmsalı  0-0,1-ə  bəra­

bərdir.  Müxtəlif törədici  buğaların törəmələrində  qısırlıq  hallan  0-30% təşkil 

edir.  Bunu  nəzərə  alaraq  heyvandarlıq  təsərrüfatlarında  qısırlıqla  mübarizə­

də  törədici  buğaların  genotipınin  yoxlanmasına,  yalnız  sağlam  nəsil  verən 

törədicilərdən  istifadə  olunmasına  xüsusi  diqqət  verilir.  Heyvandarlığa 

böyük  iqtisadi  zərər  verən  ən  başlıca  amil  ölü  balalann  doğulması  və 

balasalma  sayılır.  Müxtəlif  populyasiyalarda  ölü  doğulan  buzovlar  1-10%, 

balasalmalar  isə  0,5%  təşkil  edir 



(cadvəl 32).

  Qeyd  olunan  əlamətlərə  digər 

amillərin,  xüsusilə  irsıyyətin  təsiri  L.K.  Erista  (1972)  tərəfindən  daha  ətraflı 

öyrənilmiş  və  müəyyən  edilmişdir  ki,  balasalmaya  meyilli  olan  anaların  dişi 

törəmələrində  bu  proses  daha üstünlük təşkil edir.

Q aram alda  ölü  doğulma  və  balasalmaya  meyillilik  əmsalı  0-0,08  arasın­

da  tərəddüd  edir.  Cinslərarası  ölü bala doğulması  fərqləri əsasən  birinci  nəsil 

vermə  zamanı  müşahidə  edilir.  Müxtəlif  törədici  buğaların  dişi  törəmələrin­

də  ölü  bala  doğma  və  balasalma halları  bir-birindən  xeyli  fərqli  olur.  Müəy­

yən  olunm uşdur  ki,  inbred  inəklərdə  ölü  bala  doğma  (4,73%)  və  balasalma 

(1,64%)  halları  autbred  inəklərə  nisbətən  müvafiq  olaraq  3,74  və  1,04% 

təşkil edir.



Cədvəl  32.

Buzovların  ölü  doğulm ası  və  inəklərdə  balasalm a  hallarının  m üqayisəsi 

(V.L.P etuxov və b.,  1985).

Cins

Doğumun

sayı

O cümlədən

Ölü doğulanlar və  j 

balasalmalar, %-lə  j

Ölü

doğulanlar

Balasal­

malar

Qonur latviya 

Qara-ala

33687 

16029

2,59

4,02

0,59 

l ,58

3,18

5,60

S tressə  meyillilikdə  irsiyyətin  rolu.  «Səs-küyün  insan  orqanizminə 

təsiri vəba  və taun xəstəliklərinə bərabərdir,  bəlkə də ondan  üstündür» (Robert 

Кох). 


Stress  (ingiliscə gərginlik,  təzyiq  et так,  sıxışdırmaq)

 

qeyri  adekvat 



qıcıqların  və  müxtəlif zədələyici  amillərinin  təsirinə qarşı  orqanizmin  verdiyi 

cavab  reaksiyalarının  məcmuundan  ibarət  olan  vəziyyətdir.  Orqanizmin 

uyğunlaşdığı  müxtəlif  qıcıq  amilləri 

adekvat,

  onun  uyğunlaşmadığı  və 

fizioloji  funksiyalarının  normal  ahəngini,  gedişini  pozan,  neqativ  təsir 

göstərənlər  isə 



qeyri-adekvat

  qıcıqlar  adlanır.  Orqanizmdə  stress  reaksiyası 

yaradan  amillər 

stressorlar

,  onların  təsir  dərəcəsi  isə 



stressor effekti

 adalınr. 

Stress  haqqında  təlimin  əsasını  məşhur  K anada  alimi.  Monrealdakı 

Beynəlxalq  Stress  İnstitutunun  prezidenti  Hans  Selye  qoymuş  və  bu  sahədə 

mühüm  elmi-praktiki  əhəmiyyətli  tədqiqatlar  aparmışdır.  Stress-bəzi  halda 

uyğunlaşma,  müqavimətin  yüksəlməsi,  digər  halda  isə  -   xəstələnmə  və 

ölümlə  nəticələnir.  Stress  zamanı  orqanizmin  (əsasən  endokrin  sisteminin)

367



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə