donuzlarda anusun atreziyası (resessiv əlamət) müşahidə olunur. Həmin
anomaliyalarla doğulan körpə heyvanlar doğumdan ya dərhal, ya da bir
neçə gün sonra tələf olur. Bağırsaqların, xüsusilə nazik bağırsağın iltihabı
yarasına genetik meyillılık donuzlarda daha çox üstünlük təşkil edir.
Yaponiya donuz cinslərinin seleksiya üsulu ilə yetişdirilən cinslərində bağır
saq yaralarına məruz qalma 26-32% təşkil etdiyi halda, seleksiya olunmayan
cinslərdə həmin göstərici 5% olur.
İşkənbənin timpaniyası
gövşəyənlərə mənsub xəstəlik olub işkənbədə
həddindən artıq qazların toplanması ilə xarakterlənir. Tropik iqlim qurşaq
larında yetişdirilən qaramal cinsləri (santa - hertrud və s.) mülayim qurşaq-
larm dakma nisbətən timpanıyaya çox az həssas olur. Müəyyən edilmişdir ki,
törədici buğalarla onlann törəmələri arasında timpaniyaya davamlılığa görə
nəzərə çarpan statistik etibarlılıq fərqi mövcuddur. Qaramalın eyni cinsiy-
yətlı əkizləri üzərində aparılan təcrübənin nəticəsi göstərmişdir ki. timpani
yaya həssaslığın növbələşmə əmsalı 0,1-ə bərabərdir. Əkizlər arasında tim-
paniya əlamətlərinin dəyişkənliyi 50% təşkil edir.
Ətrafların xzstzlikhrinə meyillilikdə irsiyyətin rolu.
Sənaye istiqamətli
heyvandarlığın intensiv inkişafı zamanı iri buynuzlu heyvanlarda ən çox rast
gəlinən xəstəlik ətrafların xəstəliyidir. Bu xəstəliklərin baş verməsində xarici
mühit amillərinin də müəyyən rolu vardır. Lakin ətrafların xəstəliklərinin ək
səriyyətinin baş verməsi, bilavasitə, genetik amillərlə əlaqədardır. Heyvan
larda müşahidə olunan ətraf çatışmazlıqları əsasən letal və poluletal (yarım-
letal) genlər tərəfindən törədilir. Həmin anomaliyalara qaramalın irsi ataksi-
yası, oynaq falanqlarınm olmaması, ətrafların anadangəlmə deformasiyaları
və amputasiyası və s. aiddir. Törədici buğalarla onun törəmələri arasında ət
ra f anomaliyalarına davamlılığa görə statistik etibarlılıq fərqlərinin mövcud
luğu aşkar olunub. Məsələn, bir qara-ala cinsli qaram al sürüsündə törədici
buğanın dişi törəmələrinin ətraf xəstəliklərinə düçar olması 0-0,23% təşkil
etməklə, əlamətlərin növbələşmə əmsalı 0,13-ə bərabər olmuşdur. Qaramal
larda arxa ətrafların iflicinin növbələşmə əmsalı 0,3. dırnaqarası şırımın
şişləri (limaks) isə - 0,2-ə bərabərdir. Qara-ala (ətlik-südlük tipli) və hereford
qaramal
cinsləri cütdırnaqlarmın şişilərinə qarşı olduqca az meyillidir.
D.Xamori (1976) müəyyən etmişdir ki, çanaq-bud oynağının spastik
parezinin kliniki əlamətləri nəzərə çarpan törədici buğaların üçüncü nəsil
törəmələrinin 31%-i, latent (əlamətsiz) buğaların törəmələrinin isə - 6,6%-i
həmin xəstəliyə düçar olmuşlar. Alimin fikrincə, bu xəstəlik, başlıca olaraq,
çoxlu sayda genlər tərəfindən törədilir. Donuzlarda ətrafların anomaliya-
sının 13 əlaməti mövcud olmaqla, onların növbələşmə əmsalı 0 - 0,56, orta
hesabla isə - 0,07-ə bərabərdir. Qoyunlarda Fusiformis nodosis tərəfindən
törədilən dırnaq çürüməsi xəstəliyinə qarşı genetik davamlılıq üzrə
cinslərarası fərdlər mövcud olmaqla xəstələnmə hallan 12,8-61% arasında
tərəddüd edir.
Qısırhğa meyillilikdə irsiyyətin rolu.
Qısırlıq
heyvanların nəsilvermə
qabiliyyətinin pozulmasından (dölsüzlükdən) ibarət olmaqla, həm xarici
mühit amilləri, həm də çoxlu sayda genlər tərəfindən törədilir. Heyvandarlıq
366
təsərrüfatlarında heyvanların, xüsusilə qaram alların vaxtından əvvəl sürüdən
çıxdaş olunmasının başlıca səbəbi (50%) məhz qısırhqdır. Qısırlığın genetik
müxtəlifliyi çox da nəzərə çarpan olmayıb, növbələşmə əmsalı 0-0,1-ə bəra
bərdir. Müxtəlif törədici buğaların törəmələrində qısırlıq hallan 0-30% təşkil
edir. Bunu nəzərə alaraq heyvandarlıq təsərrüfatlarında qısırlıqla mübarizə
də törədici buğaların genotipınin yoxlanmasına, yalnız sağlam nəsil verən
törədicilərdən istifadə olunmasına xüsusi diqqət verilir. Heyvandarlığa
böyük iqtisadi zərər verən ən başlıca amil ölü balalann doğulması və
balasalma sayılır. Müxtəlif populyasiyalarda ölü doğulan buzovlar 1-10%,
balasalmalar isə 0,5% təşkil edir
(cadvəl 32).
Qeyd olunan əlamətlərə digər
amillərin, xüsusilə irsıyyətin təsiri L.K. Erista (1972) tərəfindən daha ətraflı
öyrənilmiş və müəyyən edilmişdir ki, balasalmaya meyilli olan anaların dişi
törəmələrində bu proses daha üstünlük təşkil edir.
Q aram alda ölü doğulma və balasalmaya meyillilik əmsalı 0-0,08 arasın
da tərəddüd edir. Cinslərarası ölü bala doğulması fərqləri əsasən birinci nəsil
vermə zamanı müşahidə edilir. Müxtəlif törədici buğaların dişi törəmələrin
də ölü bala doğma və balasalma halları bir-birindən xeyli fərqli olur. Müəy
yən olunm uşdur ki, inbred inəklərdə ölü bala doğma (4,73%) və balasalma
(1,64%) halları autbred inəklərə nisbətən müvafiq olaraq 3,74 və 1,04%
təşkil edir.
Cədvəl 32.
Buzovların ölü doğulm ası və inəklərdə balasalm a hallarının m üqayisəsi
(V.L.P etuxov və b., 1985).
Cins
Doğumun
sayı
O cümlədən
Ölü doğulanlar və j
balasalmalar, %-lə j
Ölü
doğulanlar
Balasal
malar
Qonur latviya
Qara-ala
33687
16029
2,59
4,02
0,59
l ,58
3,18
5,60
S tressə meyillilikdə irsiyyətin rolu. «Səs-küyün insan orqanizminə
təsiri vəba və taun xəstəliklərinə bərabərdir, bəlkə də ondan üstündür» (Robert
Кох).
Stress (ingiliscə gərginlik, təzyiq et так, sıxışdırmaq)
qeyri adekvat
qıcıqların və müxtəlif zədələyici amillərinin təsirinə qarşı orqanizmin verdiyi
cavab reaksiyalarının məcmuundan ibarət olan vəziyyətdir. Orqanizmin
uyğunlaşdığı müxtəlif qıcıq amilləri
adekvat,
onun uyğunlaşmadığı və
fizioloji funksiyalarının normal ahəngini, gedişini pozan, neqativ təsir
göstərənlər isə
qeyri-adekvat
qıcıqlar adlanır. Orqanizmdə stress reaksiyası
yaradan amillər
stressorlar
, onların təsir dərəcəsi isə
stressor effekti
adalınr.
Stress haqqında təlimin əsasını məşhur K anada alimi. Monrealdakı
Beynəlxalq Stress İnstitutunun prezidenti Hans Selye qoymuş və bu sahədə
mühüm elmi-praktiki əhəmiyyətli tədqiqatlar aparmışdır. Stress-bəzi halda
uyğunlaşma, müqavimətin yüksəlməsi, digər halda isə - xəstələnmə və
ölümlə nəticələnir. Stress zamanı orqanizmin (əsasən endokrin sisteminin)
367